Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-338/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X5 və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-452/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. Müharibə iştirakçısı kimi 1992-1993-cü illərdə Qubadlı, Cəbrayıl, Goranboy rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X9 müraciət edərək müharibə iştirakçısı kimi «Müharibə veteranı» adının ona verilməsini xahiş etsə də, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarına əsasən, ona «Müharibə Vetaranı» adı verilməlidir. Lakin bu vaxta kimi iddiaçıya veteran vəsiqəsi verməmişlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Lakin cavabdeh Daxili İşlər Nazirliyi X12 İdarəsi məktubunda əsassız olaraq iddiaçıya veteran adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh qeyd edir ki, döyüş əməliyyatlarında iştirakı barədə arxiv sənədlərində konkret məlumat olmadığı üçün ona veteran adı verilə bilməz. Cavabdehin bu imtinası əsaslı hesab edilə bilməz. Arxiv sənədlərinin tam olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 012-27750- 1219 nömrəli məktubda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında İddiaçı döyüş əməliyyatlarında iştirakına dair qeydlərin aşkar olunmadığı, eləcə də Şabran rayon Polis Şöbəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərində onun döyüş bölgəsinə ezam olunması barədə əmrin müəyyən edilmədiyi göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından 26 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-452/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-452/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Həmin orqan müraciətinin təmin edilməsindən imtina etmiş, və məhkəməyə müraciət etmişdir. Müharibə iştirakçısı kimi 1992-1993-cü illərdə Qubadlı, Cəbrayıl, Goranboy rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X9 müraciət edərək müharibə iştirakçısı kimi «Müharibə Veteranı» adının verilməsini xahiş etsə də, cavabdeh müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarına əsasən, ona «Müharibə Veteranı» adı verilməlidir. Lakin bu vaxta kimi verilməmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Lakin cavabdeh Daxili İşlər Nazirliyi X12 İdarəsi məktubunda əsassız olaraq veteran adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh qeyd edir ki, döyüş əməliyyatlarında iştirakı barədə arxiv sənədlərində konkret məlumat olmadığı üçün iddiaçıya veteran adı verilə bilməz. Cavabdehin bu imtinası əsaslı hesab edilə bilməz. Arxiv sənədlərinin tam olmaması iddia tələbinin təmin olunmamasına səbəb ola bilməz. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 012-27750-1219 nömrəli məktubda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında İddiaçı döyüş əməliyyatlarında iştirakına dair qeydlərin aşkar olunmadığı, eləcə də Şabran rayon Polis Şöbəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərində onun döyüş bölgəsinə ezam olunması barədə əmrin müəyyən edilmədiyi göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından 26 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Məhkəmədə döyüş bölgəsində çəkdirdiyi şəkilləri, onunla birlikdə döyüş bölgəsində olmuş və veteran adı və veteran vəsiqəsi alan şəxslərin adların bildirsə də, məhkəmə sözlərinə əhəmiyyət verməmişdir. Onunla birgə Dəvəçi (indiki Şabran) rayon Polis şöbəsinin yanında Mühafizə bölməsində xidmət etmiş və hal-hazırda müharibə veteranı, adı və vəsiqəsini almış X2, X3, X8 xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq etdikləri akt ilə 1992-1993-cü illər ərzində Cəbrayıl, Qubadlı, Goranboy və İmişli bölgələrində DİN-nin müvafiq əmri ilə cəbhə xəttində döyüşlərdə iştirak etməyini təsdiq edirlər. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-452/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtinasında ona əsaslanmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmamış, eləcə də Şabran rayon Polis Şöbəsinin 1992- 1994-cü illəri əhatə edən əmrlərində onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iş materiallarında olan sənədlərdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı apelyasiya şikayətinə əlavə edilmiş akta əsaslanır ki, həmin aktla X2, X3, X8 iddiaçının 1992-1993-cü illər ərzində Cəbrayıl, Qubadlı, Goranboy və İmişli bölgələrində DİN-nin müvafiq əmri ilə cəbhə xəttində döyüşlərdə iştirak etdiyini təsdiqləmişlər. Kollegiya qeyd edir ki, Azərbaycan Republikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması müəyyən olunmur və iddiaçının apelyasiya şikayətinə əlavə etdiyi akt ona «Müharibə Veteranı» adının verilməsinə əsas verə bilməz. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-452/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-452/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-1(105)-338/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-338/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver