Məhkəmə qərarları › İş №2-1(105)-339/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-339/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-339/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə X3 qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “onunla alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(118)-1628/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.m torpaq sahəsinə görə onunla alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək iddiaçıya təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində tərəfindən yaşayış evi tikilmiş, artıq 18 ildir ki bu sahə onun faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə AR DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmiş və bu barədə ona xx.xx.2022-ci il tarixli məktub göndərmişdir. Həmin cavab məktubunda göstərmişdir ki, onunla bələdiyyə arasında alqısatqı müqviləsi olmalıdır. Bundan sonra iddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və ona ünvanlanan xx.xx.2022-ci il tarixli 3181 saylı məktubda bildirilmişdir ki, 2014-cü ildə torpaq qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən torpaq sahəsinin alqısatqı müqaviləsi notarial qaydada təsdiq olunmalıdır və alqı-satqı aktının qeydə alındığı AR DTXK-si ləğv edildiyi üçün həmin müqavilənin bağlanılması mümkünsüzdür. İddiaçı bu imtina ilə razı deyil, belə ki Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək ona təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində tərəfindən yaşayış evi tikilmiş, artıq 18 ildir ki bu sahə iddiaçının faktiki istifadəsindədir. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(118)-1628/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, , inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, müqavilə öhdəlikləri ilə bağlı tələblər tərəflərin subyektiv tərkibindən asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilər. Göründüyü kimi bir tərəf inzibati orqan olsa belə müqavilə bağlanması ilə bağlı tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün hesab olunması və baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətində göstırir ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli, 124 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək ona təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində tərəfindən yaşayış evi tikilmiş, artıq 18 ildir ki, bu sahə onun faktiki istifadəsindədir. Bu halları əsas tutaraq o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokolqərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.metr torpaq sahəsinə görə onunla alrı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə hazırki qərardadı ilə onun iddia tələbini mümkünsüz hesab etmişdir. Bunu onunla əsaslandırmışdır ki, iddia tələbi müqavilə münasibətləri ilə bağlı olduğu üçün ümumi məhkəmədə baxılmalıdır. Halbuki bu müqaviləni rəsmiləşdirmək inzibati orqanın vəzifəsi olduğu halda inzibati orqan üzərinə düşən vəzifəni yerinə yetirmir və belə olan halda məhkəmə onun müqavilə üzrə öhdəliyini yerinə yetirdiyini nəzərə almaqla bunu cavabdehin üzərinə vəzifə kimi qoya bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən göründüyü kimi iddiaçı Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.m torpaq sahəsinə görə onunla alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İşdən görünür ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Sumqayıt Bələdiyyəsini göstərsə də, irəli sürülən xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aid olmaqla publik hüquqla tənzimlənmir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, müqavilə öhdəlikləri ilə bağlı tələblər tərəflərin subyektiv tərkibindən asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi bir tərəf inzibati orqan olsa belə müqavilə bağlanması ilə bağlı tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, hazırkı iş üzrə iddianın mümkün sayılmamasına səbəb olan yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırmaqla onunla müzakirə edilmiş, iddiaçının nümayəndəsi iddia tələbinə olduğu kimi baxılmasını xahiş etmişdir. Bununla yanaşı iddiaçı apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmədiyindən kollegiya iddiaçıya hüquqi marağına uyğun düzgün iddia növünün müəyyənləşdirilməsi üçün yardım məqsədi ilə qeyd edir ki, iddiaçı Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması üçün müvafiq resyestr orqanına müraciət edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(118)-1628/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar