Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-34/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-641/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının 990818 nömrəli arayışından görünür ki, İddiaçı müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edimiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Sizə xx.xx.2023cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar’’ səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyininə əsas vermişdir. Gələcəkdə səhhətinizdə ağırlaşma əmələ gəlsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əllik vəziyyətiniz qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T09/2024 saylı rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, son qiymətləndirmənin nəticələrində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla dəlibkeçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyridüzgün bitişmiş qəlpə sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində miibilək oynağı ətrafında keçirilmiş travma və cərrahı əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri autodermo-plastikadan sonrakı vəziyyət. Oynağın ankilozu, sağ mil-bilək oynağının və İ-V barmaqların postravmatik ankilozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli, T463/2024 saylı rəyindən görünür ki, 1.2.3. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, son qiymətləndirmənin nəticələrində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla dəlib-keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı l\3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpə sınıqları. Sağ milbilək oynağının qəlpə yaralanması nəticəsində mil- bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri, autodermoplastikadan sonrakı vəziyyət. Oynağın ankilozu, sağ mil-bilək oynağının və İ-V barmaqların postravmatik ankilozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması” diaqnozda olan xəstəliklərdən əziyyət çəksə də, qərardadda sualda göstərilən xəstəliyin qiymətləndirmə hallarından hər hansı birinə rast gəlinmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli, T720/2024 saylı rəyindən görünür ki, Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən ona “Odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ saidin, əlin falanqalarımn qazanılmış ağır formalı qüsurlu vəziyyəti, aparılmış cərrahi əməliyyatlardan sonrakı qüsurlu vəziyyət, daraq-arxası sümüklərin ekzartikulyasiyası, hər iki said sümüklərinin aşağı /з-in oynaqdaxili posttravmatik qüsurlu vəziyyət, mil-bilək oynağının ankilozu, sağ əlin daraq-falanqa oynaqlarının artrozu, qüsurlu vəziyyəti, bükmə kontrakturası, saidin, əlin ön arxa səthlərinin kobud dartıcı əzələ və toxuma defekti ilə ağrılı çapıq toxumaları, sağ budun yuxarı '/з-тп qəlpə yarasından sonrakı çapıq toxuması, qarının ön səthinin çapıq toxuması, sağ qalça qanadının postoperativ sümük defekti, sağ əlin tutma funksiyasının pozulması, mil-dirsək orta sinirin posttravmatik neyropatiyası, sağ saidin, əlin hissiyyat pozğunluğu, sağ yuxarı ətrafın funksiya pozğunluğu-Y36.4, W32, M24.6, M24.5, L91, R52.0, M19, G54, M62.5, M85, M84.8, R26.0, R26.8, M21” diaqnozu təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərini qanunsuz hesab edilməsi, təyin edilmiş 2-ci qrup əlillik dərəcəsinin ləğv edilməsinin qanunsuz sayılması, 2-ci qrup əlilliyinin bərpa edilməsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin dərəcəsinin 3-cü dərəcədən 2-ci dərəcəyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildə Füzuli rayonunda anadan olmuşdur. O, Füzuli rayonu ərazisində gedən döyüş və hərbi əməliyyatlarda digər növ odlu silahdan atəşlər və qəlpə yaraları nəticəsində yaralanmışdır. Odlu silahdan açılan dəlib keçən qəlpə yaralanması nəticəsində “sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpəli sınıqları, sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində milbilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri, autodermoptastikadan sonrakı vəziyyət, oynağın ankilozu, sağ mil-bilək oynağının və 1-V barmaqların postravmatik ankilozu, ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası, sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması, əlin tutma funksiyasının pozulması xəstəliyindən əziyyət çəkir. Bu səbəbədən 1994-cü ildən 2005-ci ilə qədər əmək qabiliyyətsiz olmuş, həmin ildən müddətsiz olaraq ömürlük İİ dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddətsiz olmasına baxmayaraq, 2023-cü ilin aprel ayından başlayaraq cavabdeh idarə əsassız və qanunvericiliyə zidd olaraq ona İİİ dərəcə əlilik təyin etmişdir. Nəticədə İİ qrup əlilliyini ləğv etmiş, pensiyanın məbləğini aşağı endirməklə ona qarşı haqsız etmişdir. Hətta qeyd edilmişdir ki, guya o, yüngül işdə işləyə bilər. Halbuki, onun diaqnozu olduqca ağırdır. Əmək qabiliyyətinin bərpa olunması barədə qeyd əssasız və qanuna ziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı Sumqayıt şəhər xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X2: XİX Sinif * Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S51 - Saidin açıq yarası => S51.8 - Saidin digər hissələrinin aç..,; Diaqnozun mətni: Sağ said nahiyyəsinin güllə yaralanması nəticəsində sümük defekti.; Meyar: 2
2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ said nahiyyəsinin güllə yaralanması nəticəsində sümük defekti.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bakı 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktı, sağ orta beyin arteriyası hövzəsində işemik insult, sol tərəfli hemiplegiya, Spastik paraplegiya, Hər iki yuxarı ətrafın və sol aşağı ətrafın triplegiyası, Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Kəskin ifadə olunan astenonevrotik sindrom, Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və yə piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-cü ii tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Diaqnozun mətni. H01 əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnməiər, Odlu silah dəlib keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəipəii sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri fiebi izləri. Autodermoplastikadən sonrakı vəziyyət, oynağın ankilozu, Sağ mıl-bılək oynağının və l-V barmaqların postravmatik ankiiozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, Biləyin qaldırma, barmaqların uçma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması.: Meyar; 13.4.10, M21.9 - Ağırlaşma - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri -> Ətrafların digər qazanılma deformasiyaları => Ətrafların digər qazanılma deformasiyaları => Güdülün və oynaqların yararlı vəziyyəti ilə ətrafın baldır səviyyəsində amputasiyası, OFP faizi — yekun — 50% səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3- 17-4/3-3-2232/2023 nömrəli, 13 aprel 2023 cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 8916 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu-şitah dəlib-keçən qəlpə yaralanması (xx.xx.1994) nəticəsində said və İİ əl sol sümüyünün bitişməmiş sınığı 5 sm sümük toxumannın defekti ilə, sağ mil bilək oynağın ankilozu, əməliyyatlar-sağ said arteriyanın autodermoplastikası (xx.xx.1994). metalloosteosintez (aprel 199411 diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əl barmaqlarının hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də, sol baldırın orta 1/3-də çapıq toxumalar, sağ qəlcadan sümük götürülməsindən və qarında köndələn istiqamətdə yumşaq toxuma götürülməsindən sonrakı əməliyyat çapıqları izlənilmiş, sağ saidin aşağı 1/3-də və biləkdə geniş toxuma deffekti ilə, sümük, yumşaq toxuma və dəri köçürülməsindən sonrakı çapıq toxumalar qeydə alınmış, sağ biləkdə ankiloz əlamətləri və təm hərəkət məhdudluğu, biləyin məcburi vəziyyəti izlənilmiş, sağ əl barmaqlarının nisbi hərəkəti saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-641/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 2005-ci ildən müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ilin aprel ayında əlillik dərəcəsi dəyişdirilərək İİİ qrup əlillik təyin edilmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən "Azərbaycan Respublikasının ərazi Dütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarfna dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyininə əsas vermişdir. Yuxarıda göstərilən Meyarların tələblərindən göründüyü kimi şəxsə ll dərəcəli əlilliyin təyin olunması üçün onun orqanizmin funksiyalarının 61-80-dək pozulması tələb olunur. “Əlilliyin müəyyən edilməsi Meyarları”na Əlavə edilmiş İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəlindən görünür ki, “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”nə aid olan (13) Said səviyyəsində qısa güdüllü (2 sm-ə qədər) amputasiya (13.3.6) halında orqanizm funksiyalarının 60 % pozulması kimi qiymətləndirilir. İddiaçıya təyin edilmiş digər diaqnozlar da müvafiq olaraq iddiaçıya 2-ci dərəcəli (61-80 %) əlilliyin təyin edilməsi üçün əsas vermir. İş üzrə təqdim edilmiş sənədlərdən və təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 50-dən yuxarı deyildir ki, belə olan halda ona tələb etdiyi kimi ll dərəcəli əlilliyin təyin olunması əsassızdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildə Füzuli rayonu ərazisində gedən döyüş və hərbi əməliyyatlarda digər növ odlu silahdan atəşlər və qəlpə yaraları nəticəsində yaralanmışdır. Odlu silahdan açılan dəlib keçən qəlpə yaralanması nəticəsində "sağ said sümüklərinin aşağı 1/3-in və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpəli sınıqları, sağ mi-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək, oynağı ətrafında keçirilmiş iravma və cərahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri, autcdermoptastıkadan sorrakı vəziyyət, oynağın ankilozu, sağ mil-bilək oynağının və 1-V barmaqların postravmatik ankilozu, ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası, sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması, əlin tutma funksiyasının pozulması” xəstələiyindən əziyyət çəkmişdir. Bu səbəblərdən də 1994-cü ildən 2005-ilə kimi ömürlük müddətsiz əlillik təyin edilmişdir. Buna baxmayaraq dəfələrlə qanunvericiliyə zidd olaraq əlavə müayinələrə cəlb olunmuş və yenidən ona müddətsiz İİ dərəcə əlillik dərəcəsi verilmişdir. Belə olduğu halda 2023cü ildə yenidən əlavə müayinəyə cəlb olunmamalıdır. Hansı ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Qanunvericiliyə əsasən ona ömürlük müddətsiz əlillik 1994-cü ildən 2005-ci ilə kimi 10 il müddətinə verilmişdir. Yenidən əlillik müayinələrinə cəlb olunmağı və əlillik dərəcəsinin azaldılması vəziyyətini ağırlaşdıran hal kimi qanunvericiliyə ziddir. Eyni zamanda Azərbaycan Konstitusiyasının tələblərinə zidd olmuşdur. Cavabdehin apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı olmuşdur. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz orqanizmin funksiyasının 50 faiz pozulmasına uyğun olduğu müəyyən edildiyindən, orqanizmin funksiyasının 50 faiz pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2005-ci il tarixli göndəriş əsasında ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmış, xx.xx.2018-ci il tarixli göndəriş əsasında ikinci dərəcə beş il müddətinə əlillik təyinatı aparılmış, xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçı barəsində orqanizmin funksiyasının 50 faiz pozulmasına uyğun olaraq İİİ dərəcə məhdudlaşdırılma halında müddətsiz əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən 2023-cü il tarixli tibbi göndəriş rəsmiləşdirilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz kimi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silah dəlib keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin qeyridüzgün bitişmiş qəlpəli sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində nil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri.Autodermoplastikadan sonrakı qarın ətrafında və göbək altında cərrahi” (XBT kodu Y36.2), ağırlaşmaları kimi “ Oynağın ankilozu, sağ mil-bilək oynağının və İ-V barmaqların pstravmatik ankilozu” (XBT kodu M24.6); “Ətrafların dəqiləşdirilməmiş qazanılma deformasiyası, sağ əlin açma biləyin qaldırma barmaqların açma funksiyasının pozulması,əlin tutma funksiyasının pozulması” (XBT kodu M21.9); “hipertrofik çapıq, sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri. Autodermoplastikadan sonrakı qarın ətrafında və göbək altında cərrahi əməliyyata uyğun çapıq izləri” (XBT kodu L91.0), “Oynaqların kontrakturası sağ əlin İ-V barmaqların deformasiya olunmuş kontrakturası” (XBT kodu M24.5); “Əl və bilək səviyyəsində sınıq, odlu silah dəlib keçən qəlpə yaralanması nəticəsindəsağ said sümüklərinin aşağı 1/3-in əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpəli sınıqları” (XBT kodu S62) diaqnoz xəstəliklər qeyd edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı onun barəsində verilmiş həkim arayışına, tibbi sənədlərə istinad edərək, ona orqanizmin funskiyasının 61-80 faiz pozulmasına uyğun olaraq İİ dərəcə məhdudlaşdırılma halında əlillik təyinatının aparılmasını istəyir. Cavabdeh inzibati orqan isə iddiaçının hazırda bir neçə xəstəlikdən əziyyət çəkdiyini, həmin xəstəliklərinin hamısının nəzərə alınması halında orqanizmin funksiyasının pozulmasının ikinci dərəcə məhdudlaşıdırlmaya uyğun olduğunu, indiki halda iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə bütün xəstəliklərin qeyd edilmədiyini, onlar tərəfindən isə əlilliyin qiymətləndirilməsi yalnız müvafiq tibbi göndərişə əsasən aparıldığından, ikinci dərəcə məhdudlaşdırılma barədə qərar qəbul edilməsinin mümkün olmadğı, iddiaçı barəsində bütün diaqnoz xəstəlikləri ehtiva edən yeni tibbi göndəriş rəsmiləşdirilməklə, həmin göndəriş əsasında baxılaraq, müraciətinin təmin edilməsinin mümkünlüyünu bildirir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə XBT kodu Y36.2, M24.6, M21.9, S62 və L91 diaqnoz xəstəlikləri qeyd edilsə də, həmin xəstəliklərdən yalnız bir diaqnoz M24.6 müvafiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin edilməsi əsas olan xəstəlik kimi bir sıra əlamətləri qeyd edilmiş, habelə bir diaqnoz M21.9 qeyd edilməsə də, M21 diaqnoz xəstəliyinin bir sıra əlamətləri qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəylərinin məzmunundan görünür ki, iddiaçı qeyd edilən xəstliklrdən əziyyət çəksə də, müvafiq Qərarla təsdiq edilmiş ayrıayrı qiymətləndirmə üzrə əlamətləri aşkar edilməmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş M24.6 və M21 diaqnoz xəstəliyin məhz orqanizmin funksiyasının 61-80 və daha çox faiz dərəcəsində pozulmasına əsas verən əlamətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda kollegiya onu qeyd edir ki, yuxarıda istinad edilən müvafiq Qaydaların 1.9-cu bəndinə əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir; 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır;1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Kollegiya istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edir ki, indiki halda iddiaçı barəsində müvfaiq tibbi göndərişdə əks olunan diaqnoz xəstəliklərdən yalnız bir diaqnoz xəstəlik aşkar edildiyindən və onun qiymətləndirmə üzrə əlamətləri müəyyən edilmədiyindən, habelə M21 diaqnoz xəstəliyinin qiymətləndirmə üzrə əlamətlərinin müəyyən edilmədiyindən, həmin normanın tələbinə əsasən orqanizmin funskiyasının faiz göstəricilərinin hesablanmaqla da, 61 faiz və daha çox dərəcədə orqanizmin funksiyasının pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndəriş əsasında əlilliyin qiymətləndirilərək, ona orqanizmin funksiyasının 50 faiz dərəcədə pozulmasına uyğun olaraq əlillik təyinatı aparılması ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən şəxsin əlilliyi məhz onun barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndəriş əsasında qiymətləndirilməsi aparılmaqla, əlilliyin təyin edilməsi və ya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Başqa sözlə desək, Komissiya tərəfindən əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibbi müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndəriş əsasında həyata keçirilir. İndiki halda iddiaçının əlilliyin təyin edilməsinə əsas olan bir neçə xəstəliklərdən əziyyət çəkməsi halı müəyyən edilsə də, həmin diaqnoz xəstəliklər onun barəsində tərtib edilmiş tibbi göndəridşə əks olunmadığından, cavabdeh tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı qeyd edilən xəstəliklərin hamısının nəzərə alınması mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, cavabdehin mütəxəssisi tərəfindən məhkəmə iclasında verdiyi izahatında iddiaçıda hazırda aşkar olunan xəstəliklərin hamısının nəzərə alındığı halda, onun orqanizmin funksiyasının pozulmasının məhz ikinci dərəcə məhdudlaşdırılma halında olduğunun müəyyən edildiyini, bunun üçün isə həmin xəstəliklərin hamısı qeyd edilməklə, yeni tibbi göndərişin rəsmiləşdirilməsinin zəruri olduğunu, yalnız bu halda ikinci dərəcə məhdudlaşdırma halının müəyyən edilməsinin mümkün olduğunu qeyd etmişdir. Qeyd edilən hallara əsasən kollegiya iddiaçının diqqətinə çatdırır ki, iddiaçı tərəfindən müvafiq tibbi müəssisəsinə müraciət edərək, onun barəsində tərtib edilmiş müvafiq tibbi sənədlərlə təsdiq olunmuş xəstəliklərin qeyd edilməklə, yeni tibbi göndərişin rəsmiləşdirilməsi ilə bağlı müraciət etmək hüququ vardır, habelə tibbi göndəriş onun barəsində mövcud olan tibbi sənədlərə uyğun tərtib edilmədiyi və bu halın onun maraqlarını pozduğunu ehtimal etdiyi halda, müvafiq tibbi göndərişi tərtib edən tibbi müəssisəsinə qarşı məhz tibbi göndərişin rəsmiləşdirilməsi ilə əlaqədar olan iddia tələbi irəli sürə bilər. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-641/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.