Məhkəmə qərarları › İş №2-1(105)-343/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-343/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-343/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt Regioanl “Asan Xidmət” X4nə qarşı “övladları 04.04.2020-ci il təvəllüdlü X1 adının “Məhəmməd”dən- “Muhəmməd”ə dəyişdirilməsinə icazə verilməsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2-1(118)- 885/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt Regional “Asan Xidmət” X4nə qarşı “övladları 04.04.2020-ci il təvəllüdlü X1 adının “Məhəmməd”dən- “Muhəmməd”ə dəyişdirilməsinə icazə verilməsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 22.10.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı var: 16.05.2016cı il təvəllüdlü X3 və 04.04.2020-ci il təvəllüdlü X2. Qeyd edirlər ki, uşaqlarının adını “Muhəmməd” qoymaq istəyirdilər. Lakin, Sumqayıt “ASAN xidmət” X4ndən bildirilmişdir ki, “Muhamməd” adı qadağan olunmuş addır. Ona görə də uşağa “Muhəmməd” adı ilə doğum haqqında şəhadətnamə verilə bilməz. Bu səbəbə görə də qeydiyyat şöbəsi uşağın adını “Məhəmməd” kimi qeyd etməyi təklif etmiş və uşağın doğumunu qeydə alaraq akt qeydində uşağın adını “Məhəmməd” kimi qeyd etmişdirlər. Lakin, iddiaçılar bununla razı deyil. Çünki ölkədə “Muhəmməd” adını daşıyan kifayət qədər insan var. Ona görə də hesab edirlər ki, uşağın adı dəyişdirilməli və uşağa “Muhəmməd” adı qoyulmalıdır. Bunun üçün iddiaçılar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına da müraciət etmişdir. Lakin müraciətlərinə müsbət cavab verilməmiş və iddiaçılara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2-1(118)-885/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar iddia tələbində iki orqanı cavabdeh qismində qoymuşlar. Hesab edirlər ki, məhkəmə gedişatında məhkəmə onlara hüquqi yardım göstərib onlara izah etməliydi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqan deyil. Lakin məhkəmə onlara bunu izah etməmiş və onlara heç bir hüquqi yardım göstərməmişdir. İddia tələblərinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına yönəldilməsinə gəlincə isə bildirmişlər ki, onlar iddia tələblərinin xahiş edirik hissəsində övladları 04.04.2020-ci il təvəllüdlü X1 adının “Məhəmməd”dən-“Muhəmməd”ə dəyişdirilməsinə icazə verilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Yəni tələbləri hər iki orqana qarşı olmuşdur. Lakin, nədənsə məhkəmə belə nəticəyə gəlmişdir ki, onların iddia tələbi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına yönəlmişdir. Mövcud iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil məsələsinə gəlincə isə bildirmişlər ki, Sumqayıt “ASAN Xidmət” X4 inzibati orqan olduğundan isə məhz inzibati məhkəmədə baxılmalıdır. Çünki inzibati orqan əsassız olaraq onların tələblərini təmin etməyib. Bundan əlavə qeyd etmişlər ki, onlar ilk olaraq Sumqayıt şəhər məhkəməsinə müraciət etmişlər. Sumqayıt şəhər məhkəməsinin qərardadı ilə iddia tələbləri geri qaytarılmış və onlara izah olunmuşdur ki, iddia tələbi ilə inzibati məhkəməyə müraciət etsinlər. Ona görə də onlar inzibati məhkəməyə müraciət etmişlər. İddia tələbinin uğurluluq ehtimalına gəlincə isə bildirmişlər ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Hazırki vəziyyətdə onlar hər ikisi övladlarının adının dəyişdirilməsinə razıdırlar və birlikdə cavabdeh orqanlara müraciət etmişlər. Lakin, cavabdeh orqanlar heç bir əsas olmadan onların xahişini təmin etməmiş və Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələblərini pozmuşdur. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilməməsinə gəlincə isə bildirmişlər ki, onların övladına qoymaq istədikləri ad, yəni “Muhəmməd” adı nə uşağın mənafeyinə xələl gətirir, nə onun cinsinə uyğunsuz deyil, nə də gülünc ad deyil. “Muhəmməd” adının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməməsi barədə məhkəmənin mövqeyinə gəlincə isə bildirmişlər ki, 2018-ci ildə 9, 2019-cu ildə 4, 2020-ci ildə 5, 2021-ci ildə isə 14 nəfər uşağa məhz “Muhəmməd” adı qoyulub. yəni son 5 ildə 32 nəfər uşağa "Muhəmməd" adı qoyulub. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, İddiaçı1 və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” X4 məhkəməyə 18 mart 2022-ci il tarixli, 05/Q-1065-76 saylı məktub ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçının izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçılar cavabdeh qismində inzibati orqan olan Cavabdeh1 və Sumqayıt Regioanl “Asan Xidmət” X4ni göstərsələr də, irəli sürlən xüsusi hüquqa - mülki və ailə hüquq münasibətlərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 297 saylı Fərmanına əsasən Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının vəzifələrini icra hakimiyyətinin qəyyumluq və himayə orqanları tərəfindən həyat keçirilir) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. İş materiallarında olan birinci instansiya məhkəməsinin 28.01.2022-ci il tarixli iclas protokolundan görünür ki, hakim iddianın mümkünlük şərtlərini iddiaçılarla müzakirə etmiş, iddiaçılar iddia tələblərinin təmin olunmasını xahiş etmişlər. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Eyni zamanda iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(060)-9641/2021 saylı qərardadı ilə iddiaçıların Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın adının dəyişdirilməsinə dair iddia ərizəsinin qəbulundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə imtina edilmiş, həmin qərardaddan şikayət verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(060)-9641/2021 saylı qərardadı hazırkı iş üzrə iddiaçların tələbinə mülki məhkəmə qaydasında baxılmasına mane təşkil etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2-1(118)-885/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar