Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-343/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olmasını nəzərə alınaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2- 1(118)-1976/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olmasını nəzərə alınaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 sentyabr 2000-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək təqvim ilə 20 il 10 ay 26 gün həqiqi hərbi xidmətdə olmuş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il qüsursuz hərbi xidmətdə olmuş hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq adının müvafiq siyahılara əlavə edilərək mənzil növbəsinə qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müraciətinə cavab olaraq ona ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-4/2- 761/2024 saylı məktubunda imtinasını onunla əsaslandırmışdır ki, onun 1 il 8 ay məhkumluq dövrü qüsursuz hərbi xidmət müddətinə daxil edilməməlidir, buna görə də, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən az qüsursuz hərbi xidmət müddəti olmuşdur. Cavabdeh inzibati оrqаnın Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçulaгının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 15 noyabr 2021-ci il taгixli Fərmanının 3-1-ci, 3- 2-ci və З-З-сi hissələrinin hazırki mübahisəyə tətbiqi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, məhkumluğu olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa onun hüququnun yarandığı dövrdə, yəni ehtiyata buraxıldığı 1З avqust 2021-ci il tаriхdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Веlə ki, onun 13 avqust 2021-ci il tarixdən "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmağı işin mübahisələndirilməyən halıdır. Həmin məhdudiyyəti müəyyən edən norma onun hüququnun yarandığı tarixdən sonrа, 15 noyabr 2021-ci il tarixli Fərmаnın 3- 1-ci, 3-2-ci və З-З-сü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Вuпа görə, həmin normaların hazırki mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Аzərbаусап Respublikası Konstitusiyasının 149-сu maddəsinin Vll hissəsinin tələbləri və qeyd edilən normaların onun huquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149cu mаddəsinin Vll hissəsinin tələbinə görə, fiziki va hüququ şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normatik hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa поrmаtiv hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi va iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin поrmаtiv hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Nəticədə, onun 1 il 8 ау məhkumluq dövrü qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsi və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim iliпdən az qüsursuz hərbi xidmət müddəti olması ilə bağlı cavabdeh inzibati orqanın dəlili və imtinası qanunazidd olmuşduг. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 3-2-ci hissəsində isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi qündən bir il müddəti; 3-2.3.məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Belə ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, təqvim ili ilə 21 (iyirmi bir) il 00 (sıfır) ay 10 (on) gün həqiqi hərbi xidmətdə olduğu, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2008-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3 maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 400 (dörd yüz) misli məbləğində, yəni 440 (dörd yüz qırx) manat cərimə cəzasına məhkum edilmişdir. Tərtər rayon məhkəmə icraçıları qrupunun xx.xx.2009-cu il tarixli 30 nömrəli məktubuna əsasən İddiaçı 440 (dörd yüz qırx) manat cəriməni 2008-ci ilin oktyabr ayında tam ödəyərək cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və yə ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin məcəllənin 83.3.2 maddəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən iddiaçıya tətbiq olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddəti məhkumluq dövrü hesab edildiyindən, sözügedən Fərmana uyğun olaraq onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən, onun qüsursuz xidmət illəri 19 (on doqquz) il 04 (dörd) ay 10 (on) gün təşkil etmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 ili olmadığı üçün, onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına əlavə olunması sözügedən Fərmanın tələblərinə ziddir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 17 sentyabr 2000-ci ildə hərbi xidmətə yollanmış, 13 avqust 2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 avqust 2021-ci il tarixli, 01050 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin 20 fevral 2008-ci il tarixli, 30/2008 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan respublikası CM-nin 331.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 400 (dörd yüz) misli məbləğində, yəni 440 (dörd yüz qırx) manat cərimə cəzasına məhkum edilmişdir. Tərtər rayon məhkəmə icraçıları qrupu tərəfindən verilmiş 18 may 2009-cu il tarixli, 30 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Tərtər hərbi məhkəməsinin 20 fevral 2008-ci il tarixli, 30 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 400 misli məbləğində, yəni 440 manat cərimə cəzasına məhkum edilmiş və cəriməni 2008-ci ilin oktyabr ayında tam ödəyərək cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2-1(118)-1976/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olmasını nəzərə alınaraq onun mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişilik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1-ci hissəsinə əsasən “qüsursuz xidmət” müddəti dedikdə, bu fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsirli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə qanun pozuntusuna, qüsura yol verməsi deməkdir. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildirsə qüsur nədir və nəyi qüsur saymaq olar?! Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir?! Nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrı-ayrı dövlət təltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir. Bu kateqoriya işlər üzrə Ali Məhkəmənin mövqeyi formalaşmışdır. Belə ki, 1992-2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş, Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti müəyyən edilməklə barəsində şərti məhkum etmə təyin edilmiş iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi və sıra sayının məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətini təmin etməyən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)- 718/2018 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçının şərti məhkum edilməsi onun qüsursuz xidmət etməsi dəlilini təkzib etməklə istinad edilən qanunvericilik normalarının onun barəsində tətbiqini istisna edir. Həmçinin etirazda qeyd edilən xüsusatlara əlavə olaraq bildirilir ki, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcudluğu, habelə oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında öz əksini tapmışdır, (iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2-1(102)-2277/2024 nömrəli qərarı). Bundan başqa mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcudluğu, habelə oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında öz əksini tapmışdır, (iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-120/2025 nömrəli qərarı). Cavabdeh Ali Məhkəmənin qüvvədə olan hər üç qərarını qanuni və əsaslı sayır. Hesab edilir ki, iddiaçının cinayət törətməkdə təqsili bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir)
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. ... 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. ...
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 83. Məhkumluq 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: ... 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; ...
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçının mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı onun mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçının məhkum sayıldığı dövrləri də qüsursuz xidmət illərinə daxil edərək, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)- 2910/2019 saylı qərarına istinad edərək, iddianı əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Nəzərə almaq lazımdır ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyri-müəyyən olmaları ilə fərqlənir. İnzibati orqanlar qanunları tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməlidirlər. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının təfsiri zamanı obyektiv göstəriciləri, o cümlədən şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları nəzərə almalı və bunların üzərindən onun hərbi xidmətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən, onun xidmət göstəriciləri vəhdət halında götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. Hazırkı mübahisəyə münasibətdə də həmin yanaşma tətbiq olunmalı, iddiaçının hərbi xidmətinin qüsursuz olub-olmadığı və bunun üzərindən onun tələbində haqlı olubolmadığı yuxarıda qeyd olunan obyektiv göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir.” Birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmət dövründə “Silahlı Qüvvələrin 10 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “ Füzulinin azad edilməsinə görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı, “ Xocavəndin azad edilməsinə görə” medalı, “ Cəbrayılın azad edilməsinə görə" medal, “ Hərbi Xidmətdə Fərqlənməyə görə” 3cü dərəcəli medal ilə təltif olunmasını nəzərə alaraq, iddiaçının hərbi xidmət dövründə Tərtər Hərbi Məhkəməsinin 30/2008 nömrəli, 20 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 440 manat cərimə cəzasına məhkum edilməsini, təyin olunmuş cəzanın 2008-ci ilin oktyabr ayında başa çatmasını və nəticədə bir il səkkiz ay məhkumluq müddətini nəzərə almadan, iddiaçının 20 ildən artıq qüsursuz xidməti olduğu qənaəitinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2-1(102)-120/2025 nömrəli qərarı ilə bu kateqoriyadan olan işlərlə bağlı yeni məhkəmə təcrübəsi formalaşdırılmışdır. Məhkəmə kollegiyası həmin təcrübəni nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmin qərarda qeyd olunmuşdur ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur. Şərhedici norma mövcud hüquq normasının məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla, izah edilən normanın əvvəldən hansı məna daşıdığını bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən, sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011-ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi və yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normaları isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3cü hissələrə tətbiq edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə zidd olmamalı, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəqiqləşdirən 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur.” İş materiallarından görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmət” müddəti anlayışını dəqiqləşdirən 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunan tarixədək “qüsursuz xidmət” müddəti anlayışının məzmununu müəyyən etməklə bağlı inzibati orqanların qiymətləndirmə azadlığı olmuşdur. Lakin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilən dəyişikliklərdən sonra Fərmanda “qüsursuz xidmət” müddəti anlayışı üçün müəyyən edilmiş meyarlara uyğun yoxlama aparılmalıdır. Sözügedən normanı hazırki işə tətbiq edən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 17 sentyabr 2000-ci ildə hərbi xidmətə yollanmış, 13 avqust 2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 avqust 2021-ci il tarixli, 01050 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin 20 fevral 2008-ci il tarixli, 30/2008 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan respublikası CM-nin 331.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 400 (dörd yüz) misli məbləğində, yəni 440 (dörd yüz qırx) manat cərimə cəzasına məhkum edilmişdir. Tərtər rayon məhkəmə icraçıları qrupu tərəfindən verilmiş 18 may 2009-cu il tarixli, 30 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Tərtər hərbi məhkəməsinin 20 fevral 2008-ci il tarixli, 30 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 400 misli məbləğində, yəni 440 manat cərimə cəzasına məhkum edilmiş və cəriməni 2008-ci ilin oktyabr ayında tam ödəyərək cəzasını çəkib qurtarmışdır. İş materiallarına əlavə olunmuş arayış-təqdimatdan görünür ki, İddiaçı Azərbaycan Ordusunda xidmət müddəti 21 il, 10 gündür. Göründüyü kimi, iddiaçı 21 il, 10 gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına əsasən, iddiaçının Tərtər Hərbi Məhkəməsinin 20 fevral 2008-ci il tarixli, 30/2008 nömrəli hökmü ilə 440 manat cərimə cəzasına məhkum edildiyi və həmin cəzanı 2008-ci ilin oktyabr ayında çəkib qurtardığı nəzərə alındıqda, onun Azərbaycan Ordusunda qüsursuz xidməti 20 ildən az müddət təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.3.2-ci maddənin tələbinə əsasən isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki iş üzrə hökm 20 fevral 2008-ci il tarixli olsa da, cəza 2008-ci ilin oktyabr ayında (8 ay sonra) çəkilib qurtarmış, beləliklə də iddiaçının məhkumluq müddəti 1 il, 8 ay olmuşdur. Bu isə onu deməyə əsas verir ki, qanunvericilikdə nəzərdə tutulmuş “20 il qüsursuz xidmət” tələbi iddiaçıya münasibətdə ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərt (Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmə) iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdeh imtinasında haqlı olmuşdur və onun üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Əlavə olaraq məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Bakı Dövlət Universitetində 1996-2000-ci illərdə təhsil aldığı dövrlə bağlı hərbi kafedrada təhsil aldığı 2 il müddət ona hərbi qulluqçu kimi pensiya təyin olunarkən nəzərə alınmışdır. Həmin dövrlərin hazırkı işdə nəzərə alınmaması onun hüquqlarını pozur. Bəzi hərbiçilirdə isə təhsil dövrüdə nəzərə alınmışdır. Qeyd olunan halın araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən sorğuya cavab olaraq göndərilmiş 12 aprel 2025-ci il tarixli, 3-25-4/2-2185/25 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı mülki ali təhsil müəssisələrində təhsil aldığı dövrlər ona pensiya təyin edilərkən nəzərə alınır. Bu da, “zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Hərbi qulluqçuların dövlət hesabına mənzillə təmin edilməsi “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə, hərbi qulluqçuya isə pensiyanın təyin edilməsi yuxarıda sadalanan normativ hüquqi aktlarla tənzimlənir. Hər iki normativ hüquqi aktlar arasında fərq aşağıdakı kimidir: Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) dövlət vəsaiti hesabına mənzillə o halda təmin edilirlər ki, onlar Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz həqiqi hərbi xidmət keçmiş olsunlar. Hərbi qulluqçuların mülki ali təhsil müəssisələrində, hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində təhsil aldığı, habelə digər dövlət orqanlarında işlədiyi (xidmət etdiyi) müddət, onlara pensiya təyin olunan zaman xidmət illərinin hesablanmasına əlavə edilsə də, həmin müddət hərbi qulluqçunun təqvim ili üzrə həqiqi hərbi xidmət dövrünə əlavə edilmir və onlar həmin dövrdə hərbi qulluqçu statusuna malik olmurlar. Hərbi qulluqçunun təqvim ili üzrə həqiqi hərbi xidmət dövrü, yalnız hərbi qulluqçu statusuna malik olduğu müddəti əhatə edir. Bu da “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Nəticə olaraq bildirilir ki, hərbi qulluqçuların mülki ali təhsil müəssisələrində, hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində təhsil aldığı, habelə digər dövlət orqanlarında işlədiyi (xidmət etdiyi) müddət, yalnız hərbi qulluqçuya pensiya təyin olunduğu zaman xidmət illərinə hesablanır. Qeyd edilən müddət hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə hesablanmır. Hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, yalnız hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti hesablanır. Hərbi qulluqçuların həqiqi hərbi xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məlumat üçün bildirilir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrlarının hazırlanması işinin təkminləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 425 nömrəli 25 may 2000-ci il tarixli Sərəncamı ilə mülki ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Mülki ali təhsil müəssisələrinin hərbi kafedralarında təhsil alan şəxslər hərbi qulluqçu statusuna malik olmamış və həmin kafedralar hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri hesab edilməmişdir. Göründüyü kimi iddiaçının şifahi olaraq istinad etdiyi həmin dəlil də əsassız olmaqla hazırki iddiaya münasibətdə hüquqi əhəmiyyət daşımır. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2-1(118)-1976/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olmasını nəzərə alınaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.