Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-344/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğliundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-222/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: ünvan 2 qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)- 222/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti, eləcə də iddia ərizəsinin geri qaytarılması barədə ərizə verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, işə baxılması dövründə mövcud Covid 19 pandemiyası ilə bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış və işə baxılması uzun zaman almışdır. Məhkəmələrin fəaliyyətə başlamasından sonra məhkəmə iclası 24 fevral 2021-ci il ixə, saat 11:30-a təyin olunmuşdur. Həmin məhkəmə iclasında səlahiyyətli nümayəndəsi və vəkili ilə iştirak edib, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təqdim edəcəkdilər. Lakin 24 fevral 2021-ci il tarixdə hamıya bəlli olan hava şəraiti ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə gedə bilməmişdir. Belə ki, 24 fevral 2021ci il tarixdə havanın temperaturu kəskin azalmış, qar yağmış, yollar buz bağlamışdır. KİV ilə də əhaliyə xəbərdarlıq edilmiş, zərurət olmadığı halda nəqliyyat vasitələrindən istifadə etməmək, evdən çölə çıxmamaq tövsiyyə olunmuşdur. Bununla bağlı vəkili məhkəməyə telefonla zəng edərək, mövcud hava şəraiti ilə bağlı məhkəməyə gələ bilmədiklərini bildirmişdir. Məhkəmədən bildirilmişdir ki, hava şəraiti ilə bağlı heç bir məhkəmə işi ilə əlaqədar qərar verilməyəcək, işlər təxirə salınacaq və məhkəmə iclaslarının vaxtı barədə məlumat veriləcəkdir. Bundan sonra vəkili tərəfindən məhkəməyə poçt vasitəsilə ərizə ünvanlanaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Daha sonra ərizənin nəticəsi ilə maraqlandıqda bildirilmişdir ki, 24 fevral tarixində, onların iştirakı olmadan işə baxılaraq qərar qəbul edilmişdir. Hətta cavabdeh tərəf də məhkəmə iclasında iştirak etməmişdir. Proses günunun sabahısı poçt vasitəsilə vəkili ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiasını geri götürməsi barədə ərizəsi nəzərə alınmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürməsi barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməlidir. İPM-in 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayətitəmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-222/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair ərizəsi geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 4zibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-344/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-344/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver