Məhkəmə qərarları › İş №2-1(105)-346/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-346/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-346/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə qarşı “mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2-1(118)- 1774/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddıaçı xx.xx.2020-ci ildə vəfat etmiş N nömrəli hərbi hissənin sabiq hərbi qulluçusu X2 həyat yoldaşıdır (xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamə).

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət hərbi qulluqçusu, rabitə manqasınınn komandiri-telefonçu əsgər X5 30 noyabr 2020-ci il tarixdən 2 gün müddətinə X9 Stansiyasına (Xudat şəhəri) ezamiyyətə getmiş hesab edilmişdir.

3. AZ-İİ № 133568 seriyalı ölüm haqqında şəhdatənamədən görünür ki, X5 xx.xx.2020-ci ildə vəfat etmiş, ölüm səbəbi qrafasında “dəqiqləşdirilməmiş yol xarakterli olmayan bədbəxt hadisə nəticəsində zərərçəkmiş piyada” göstərilmişdir.

4. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il N nömrəli tarixli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5, rabitə manqasının komandiri-telefonçu, 11 dekabr 2020-ci il tarixdə “dəqiqləşdirilməmiş yol xarakterli olmayan bədbəxt hadisə nəticəsində zərər çəkmiş piyada” nəticəsində vəfat etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 yanvar 2021-ci il tarixli 02 nömrəli əmrinə əsasən 11 dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir; Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır.

5. İddiaçı mərhum həyat yoldaşına “şəhid” statusunun verilməsi ilə bağlı Müdafiə Nazirliyinə və cavabdeh inzibati orqana müraciətlər etmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021- ci il tarixli 1/R-2537 saylı məktubunda göstərilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilər güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində oian hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlil orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qərarın 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icrə hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.Yuxarıda göstərilən qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmamışdır.

7. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 1 nömrəli bildirişi eləcə də N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 338 nömrəli əmrindən çıxarışında qeyd olunur ki, rabitə manqasının komandiri-telefonçu X5 döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində xəsarət almış və hospitalda "Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks" nəticəsində xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.Bu səbəbdən mərhum həyat yoldaşınız X2 "şəhid" hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyə ziddir.

8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda da göstərilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 1 nömrəli bildirişi eləcə də N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 338 nömrəli əmrindən çıxarışında qeyd olunur ki, rabitə manqasının komandiri-telefonçu X5 döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində xəsarət almış və hospitalda "Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks" nəticəsində xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.Bu səbəbdən mərhum həyat yoldaşınız X2 "şəhid" hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyə ziddir.

9. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 468 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluçusu X7 oglu, N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən 2 (iki) gün müddətinə Xudat şəhəri dəmir yolu stansiyasına yüklərin boşaldılması işlərinin həyata keçirilməsi üçün ezam olunmuşdur. URAL 432007 markalı avtomobillərdən ibarət yükləri qatar platformasından boşaldan zaman öz ehtiyatsızlığı ucbatından bədbəxt hadisə zamanı qatarın yük platformasında iki nəqliyyat vasitəsinin arasında qalaraq ağır bədən xəsarəti almış və xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvəilərin Baş Klinik Hospitalında ölmüşdür. Əlavə olaraq qeyd edilir ki N nömrəli hərbi hissənin sabiq hərbi qulluçusu X2 vəfatı döyüş tapşırığı və döyüş təminatı tapşırıqlarının yerinə yetirməklə əlaqədar deyil, xidməti vəzifələrinin icrası ilə bağlı baş vermişdir.

10. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş şəraitində olan hərbi hissə olub-olmaması ulə bağlı sorğuya cavab olaraq N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 2/2492 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində daimi dislokasiya məntəqəsində yerləşmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həyat yoldaşı X4 şəhidlik statusunun verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2020-ci il tarixdə başlamış və 44 gün davam etmiş Vətən Müharibəsi ərəfəsində Bakı şəhərində yerləşən N saylı hərbi hissənin rabitə manqasının komandiri-telefonçu, iddiaçının həyat yoldaşı X5 30 noyabr 2020-ci il tarixdə hərbi hissənin komandanlığının tapşırığına əsasən döyüş təminatının icrası ilə bağlı hərbi texnikanın daşınmasına köməklik göstərməsi məqsədilə Yalama rayonuna göndərilmişdir. Həmin ərazidə 44 gün davam edən müharibə zamanı xidməti tapşırığının yerinə yetirilməsi ilə əlaqədar dəmir yol vaqonlarında hərbi texnikanın daşınma əməliyyatını həyata keçirərkən 30 noyabr 2020-ci il tarixdə baş vermiş qəza nəticəsində xəsarət almış və hərbi hospitala yerləşdirilmişdir. Həmin hospitalda, hərbi texnikanın daşınma əməliyyatını həyata keçirərkən aldığı xəsarət nəticəsində 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı bəndinə istinad edərək göstərir ki, qeyd edilən normativ hüquqi aktın tələbinə baxmayaraq, yoldaşı döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olsa da, ona şəhidlik statusu verilməsindən imtina edilmişdir. Bununla bağlı Müdafiə Nazirliyinə müraciət olunmuş, Müdafiə Nazirliyi isə sorğunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin\ yönəltmiş, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli məktubla həyat yoldaşına şəhidlik statusunun verilməsindən imtina edilmişdir.

13. Bakı İnzibati Məhkəməsin xx.xx.2021-ci il tarixli qərardadları ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam veilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi ilə əvəz edilmiş, eyni zamanda inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2-1(118)- 1774/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum D.Rəcəbovun xidməti tapşırığın yerinə yetirilməsi zamanı baş vermiş hadisə nəticəsində xəsarət alması və sonradan həmin xəsarətlər nəticəsində vəfat etməsi mübahisələndirilmir. Məhkəmə hesab etmişdir ki, cavabdehin mərhumun sırf döyüş əməliyyatları aparan hərbi hssənin tərkibində həlak olmamasına istinad etməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli Qərarında əks olunan mövqeyi ilə ziddiyyət təşkil edir.

16. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

17.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 468 saylı məktubunda bildirilir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X5 N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən 2 (iki) gün müddətinə Xudat şəhəri, dəmiryolu stansiyasına yüklərin boşaldılması işlərinin həyata keçirilməsi ümün ezam olunmuşdur. URAL 432007 markalı avtomobillərdən ibarət yükləri qatar platformasından boşaldan zaman öz ehtiyatsızlığı ucbatından bədbəxt hadisə zamanı qatarın yük platformasında iki nəqliyyat vasitəsinin arasında qalaraq ağır bədən xəsarəti almış və xx.xx.2020-ci il tarixdə Sikahlı Qüvvələrin Baş Klinik Hospitalında ölmüşdür. Əavə olaraq qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu D.Rəcəbovun vəfatı döyüş tapşırığı və döyüş təminatı tapşırıqlarının yerinə yetirməklə əlaqədar deyil, xidməti vəzifələrinin icrası ilə bağlı baş vermişdir. N nömrəli hərbi hissənin N yanvar 2021-ci il tarixli, N nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5 rabitə manqasının komandiri-telefonçu, 11 dekabr 2020-ci il tarixdə “dəqiqləşdirilməmiş yol xarakterli olmayan bədbəxt hadisə nəticəsində zərər çəkmiş piyada” nəticəsində vəfat etdiyinə görə, azərbaycan Respublikası Müdafiə nazirinin 01 yanvar 2021-ci il tarixli 02 nömrəli əmrinə əsasən 11 dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Əlavə olaraq Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, R-2537 saylı məktubunda qeyd olunmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qərarın 4.1-ci bəndinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Apellyasiya şikayətindı göstərilir ki, qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, “ 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.”

23. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

24. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-346/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilməlidir.

28. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının həyat yoldaşına şəhid statusunun verilməsindən cavabdehin imtinası təşkil edir.

29. Cavabdeh “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinə istinad edərək X2 döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində xəsarət alması və hospitalda "Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks" nəticəsində xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir.

30. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda sitinad edilən xx.xx.2008-ci il tarixli Qərarı ilə əsaslandırmış, cavabdehin mərhumun sırf döyüş əməliyyatları aparan hərbi hssənin tərkibində həlak olmamasına istinad etməsini həmin qərarda əks olunan mövqe ilə ziddiyyət təşkil etdiyini göstərmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum əri D.Rəcəbovun hərbi xidmətdə olarkən döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində aldığı xəsarət səbəbindən hospitalda "Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks" səbəbindən həlak olduğu yer və şərait bu qərarın 20-23-cü bəndlərində nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. İstinad edilən qanunvericilik aktlarının tələblərinə əsasən şəxsin şəhid hesab olunması üçün, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması (itkin düşməsi ya məhkəmə qaydasında ölmüş elan edilməsi), yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması müəyyən edilmiş olmalıdır.

32. İşə apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu verilərək D.Rəcəbovun həlak olması ilə bağlı ətraflı məlumatın, mərhumun X9 Stansiyasına ezamiyyətə göndərildiyi dövrdə onun daimi xidmət etdiyi N saylı hərbi hissənin döyüş şəraitində olan hərbi hissə olub-olmaması, D.Rəcəbovun ezamiyyətinin döyüş tapşırığının və ya “Quru Qoşunların taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nda nəzərdə tutulmuş döyüş təminatları (mühəndis təminatı, radioelektron mübarizə və s.) ilə bağlı tapşırıqların yerinə yetirilməsi məqsədi ilə olubolmaması barəsində məlumatların təqdim olunması xahiş olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin məhkəməyə ünvanladığı 14 iyun 2022-ci il tarixli, 455 saylı sorğuya cavabında N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu-rabitə manqasının komandiri-telefonçu mərhum D.Rəsəbov hərbi təyinatlı texnikaların boşaldılması üçün təyin edilmiş heyətin tərkibində N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən 2 (iki) gün müddətinə ezam olunduğu, X3 ehtiyatsızlıq ucbatından texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində xx.xx.2020-ci il tarixdə xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirildiyi və xx.xx.2020-ci il tarixdə vəfat etdiyi, “Quru Qoşunların taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”na əsasən N nömrəli hərbi hissə maddi-texniki təminatı həyata keçirdiyi göstərilmişdir.

33. Oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarında (İş № 2-1(102)-421/2022) ifadə edilmiş hüquqi mövqeyə görə “...məhkəmələr tərəfindən şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar yuxarıda istinad olunan müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin yerinə yetirildiyi yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Belə ki, şəhid ailəsi statusu barədə arayışın verilməsi yalnız yuxarıda istinad olunan müvafiq hüquq normalarında təsbit edilmiş müvafiq şərtlərin ödənildiyi təqdirdə mümkündür”.

34. Qeyd edilən mövqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə mərhum X4 münasibətdə bu qərarın 20-23-cü bəndlərində nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələblərin ödənildiyi, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar xidməti vəzifəsinin icrası zamanı həlak olduğu, o cümlədən onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu iş üzrə toplanmış sübutlarla müəyyən olunmur.

35. Yuxarıda sadalanan iş materialları ilə müəyyən edilir ki, mərhum D.Rəcəbov hərbi xidmətdə olduğu zaman həlak olsa da, bu, hərbi əməliyyatlar zamanı, yaxud döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verməmişdir. Qeyd edilən səbəblərdən mərhum D.Rəcəbovun hərbi xidmət dövründə həlak olması ona şəhid adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas kimi qiymətləndirilə bilməz.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2-1(118)-1774/2021 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə qarşı mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar