Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-346/2024 07.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2-1(118)-2019/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, xx.xx.1961-ci ildə anadan olmuşdur.
2. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə X5 hərbi xidmətdə olmuşdur.
3. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək Cəlilabad rayon Bəxtiyar adına Üzümçülük sovxozunda işləmiş, xx.xx.1982-ci ildən xx.xx.1990-cı ilədək TREST №2-nin SU-21 Tikinti İdarəsində betonçu, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək TREST №2-də mexanik işində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək SU-23 Mexanizasiya İdarəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək SU-27-də iş ustası işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək SU-27 trestində betonçu, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək PMK 168 2 №-li Trestdə betonçu, xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək XOZRU №3 (PMK-20) və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək «Azərsənayetinkti» SC-nin 2 saylı müəssisəsində usta və iş icraçısı vəzifəsində işləmişdir.
4. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək SUM-23, xx.xx.1994-cu ildən xx.xx.1995-ci ilədək SU-27, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək XOZRU №3 (PMK- 20), və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək Azərsənayelikinti SC-nin 2 saylı müəssisəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Azərsənayetikinti Səhmdar Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 №li Müəssisəsinin 10 yanvar 2023-cü il tarixli, 09/05 saylı arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq eldiyi xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 №-li siyahısının 2290000-624441 şifrə kodu üzrə bu peşə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Öz hesabına məzuniyyətdə olmamışdır.
5. Azərsənayetikinti Səhmdar Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 №li Müəssisəsinin 27 aprel 2023-cü il tarixli, 09/57 saylı arayışına əsasən iddiaçı xx.xx.1994cu ildən xx.xx.1995-ci ilədək Azərsənayelikinti SC-nin 2 saylı müəssisəsində iş icraçısı peşəsində işləmişdir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı qərarının 2 №-li siyahısının 2290000-624441 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Öz hesabına məzuniyyətdə olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 30 dekabr 2022-ci il tarixli, **********5 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
7. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Cəlilabad rayon Bəxtiyar adına Üzümçülük sovxozunda işləmiş, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək TREST № 2-nin SU-21 Tikinti İdarəsində betonçu işində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək SU-23 Tikinti İdarəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək SU-27-də iş ustası işləmişdir. xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək XOZRU №3 (PMK-20) və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək «Azərsənayetinkti» SC-nin 2 saylı müəssisəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Ümumi əmək stajı 27 ilə yaxın olmuşdur. Bunun da 13 ilə yaxın müddətini iş ustası və iş icraçısı zərərli peşəsi üzrə işləmişdir. İddiaçının ümumi stajı 27 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı müvafiq sənədləri toplamaqla 2022-ci ilin noyabr ayında cavabdeh təşkilata müraciət etmiş, lakin 30 dekabr 2022-ci il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 12 il 1 ay olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşmır və bildirir ki, qarşı tərəf ona pensiya təminatından imtina edərkən bunu sosial kapitalının az olması ilə əlaqələndirmiş, halbuki, onun göstərdiyi məbləğ hansı mənbədən götürülmüşdür, ona aydın deyildir. Cavabdehin hərəkətləri «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun tələblərinə uyğun deyildir, buna görə də inzibati orqanın ona əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 19 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az (12 il 01 ay 12 gün (xx.xx.1991xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-09.0.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 12 gün (xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2-1(118)-2019/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi (əmək pensiyası “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməlidir) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.(hakim İ.Quliyev)
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli dövrlər üzrə əmək fəaliyyəti nəzərə alındıqda onun qanunla tələb olunan 12 il 6 aydan çox xüsusi iş stajı yaranmış olur. Eyni zamanda iddiaçının 25 ildən artıq ümumi iş stajının olması da nəzərə alındıqda, yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur.
12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işin mübahisəli halı iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, Mərkəzi Filial iddiaçının 12 il 1 ay 12 gün olmaqla xx.xx.1991xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasında işlədiyi dövrləri nəzərə almış, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək olan dövrləri mübahisələndirmiş, əsas kimi isə iddiaçının müvafiq dövrlərdə işlədiyi “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin direktoru İsmayıl Bayramovun əmək pensiyasının hesablanması zamanı rəhbəri olduğu müəssisədə işlədiyi dövrə dair özü tərəfindən tərtib olunmuş əməkhaqqı cədvəlindəki məlumatların yerində yoxlanılmasının mümkün olmadığı, sözügedən müəssisəyə dair sənədlərin saxlanılmadığı barədə dəlillərin mötəbər olmadığı göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2- 1(118)-2019/2023 nömrəli qərarında “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin direktoru İsmayıl Bayramovun şahid qismində dindirildiyi anoloji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin mövcud olduğu, məhkəməyə təqdim edilmiş əmək kitabçası və arayışlar üzrə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək olan dövrlər arasında əmək fəaliyyətinin müəyyən olunduğu bildirilmişdir. Bununla bağlı bildiririk ki, İddiaçı təqdim etdiyi “Azərsənayetikinti” SC-nin 13 may 2022-ci il tarixli 09/45 nömrəli arayışında onun sözügedən müəssisədə xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində betonçu, xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində usta və iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisənin 27 aprel 2023-cü il tarixli 09/57 nömrəli arayışında İddiaçı xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göstərilən uyğunsuzluqlar hər iki arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Bundan başqa, müvafiq arayışları imzalayaraq təsdiqləmiş vətəndaş X2 vaxtilə Mərkəzi Filiala müraciətinə baxılması zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İsmayıl Bayramovun əmək pensiyasının hesablanması zamanı rəhbəri olduğu müəssisədə işlədiyi dövrə dair özü tərəfindən tərtib olunmuş əməkhaqqı cədvəlindəki məlumatların yerində yoxlanılması mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, adı çəkilən şəxsin pensiyasının orta aylıq əməkhaqqı əsasında hesablanması üçün təqdim etdiyi həqiqiliyinə əsaslı şübhələr olan əməkhaqqı barədə arayışda onun aylıq əmək haqqısı 3216,00 manat və daha yüksək məbləğlərdə qeyd edilmişdir. Lakin onun eyni müəssisədə 2006-cı, 2007-ci, 2008-ci, 2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatlarına əsasən aylıq əməkhaqqının həmin dövrlərdə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləğinə uyğun olaraq təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, İsmayıl Bayramovun 5 il ərzində hər ay yüksək məbləğdə əmək haqqı aldığı iş yerində əmək haqqının birdən-birə düşməsi də onun istər özünə, istərsə də başqa şəxslərə dair təqdim etdiyi arayışlarının düzgün olmadığına əsas verir.Göstərilənləri nəzərə alaraq yuxarıda qeyd olunan dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
18. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
24. Belə ki, hazırki mübahisənin predmeti iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədədir.
25. Cavabdeh 30 dekabr 2022-ci il tarixli, **********5 saylı imtina məktubunda və apellyasiya şikayətində o əsasla iddiaçının müraciətindən imtina etmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 12 gün (xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1996xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir.
26. Kollegiya cavabdehin dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir:
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
28. Mübahisə iddiaçının zərərli iş stajı ilə bağlıdır. Cavabdeh 12 il 1 ay 12 gün olmaqla xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrləri nəzərə alsa da, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək olan dövrləri nəzərə almır və bildirir ki, İsmayıl Bayramov əmək pensiyasının hesablanması zamanı rəhbəri olduğu müəssisədə işlədiyi dövrə dair özü tərəfindən tərtib olunmuş əmək haqqı cədvəlindəki məlumatların yerində yoxlanılması mümkün olmamış, sözügedən müəssisəyə dair sənədlərin saxlanılmadığı barədə dəlillərin mötəbər olmadığı qeyd olunan faktdan aşkar görünür.
29. Bununla bağlı kollegiya qeyd edir ki, İsmayıl Bayramovun şahid qismində dindirildiyi analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Məhkəməyə təqdim edilmiş əmək kitabçası və arayışlar üzrə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1995ci ilədək olan dövrlər arasında əmək fəaliyyəti müəyyən olunur.
30. Göründüyü kimi, cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının əsası kimi göstərdiyi dəlillər araşdırılmış və müəyyən olunmuşdur ki, cavabdehin imtinası formal dəlillərə əsaslanmışdır. Belə ki, iddiaçının qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq edilməlidir.
33. Belə ki, həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
34. İddiaçının mübahisəli dövrlər üzrə əmək fəaliyyəti nəzərə alındıqda onun qanunla tələb olunan 12 il 6 aydan çox xüsusi iş stajı yaranmış olur. Eyni zamanda iddiaçının 25 ildən artıq ümumi iş stajının olması da nəzərə alındıqda yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yaranmış olur.
35. Azərsənayetikinti Səhmdar Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 №li Müəssisəsinin 10 yanvar 2023-cü il tarixli, 09/05 saylı və 27 aprel 2023-cü il tarixli, 09/57 saylı arayışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 №-li siyahısının 2290000-624441 şifrə kodu üzrə usta və iş icraçısı peşəsinin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verdiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin qərarın 2 №-li siyahısında 2290000-624441 şifrə kodu ilə deyil, 2290000b-24441 şifrə kodu ilə iş icraçıları peşəsinin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə olduğu qeyd olunmuşdur.
36. Beləliklə kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.
38. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin sığorta stajının hesablanmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yanlış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.
39. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2-1(118)-2019/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.