Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-346/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(118)-1991/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Quba rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 1319 №-li arxiv arayışında Quba RİHB-nin Alekseyevka İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəliyin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında 2001-ci ildən onun 0.10 ha torpaq sahəsi olması qeyd edilmişdir. Nəzərinizə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə(qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşə edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyat üçün əsas hesab olunur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5551/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba RİHB-nın Alekseyevka İƏV üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında 630 saylı təsərrüfatın başçısı İddiaçı olmaqla istifadəsində yaşayış evinin tikintisi üçün 2001-ci ildə 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin nümayəndəliyin 2006-2010-cu illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında 598 saylı təsərrüfatın başçısı İddiaçı olub, onun istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İddiaçının ailə üzvləri ilə münasibətləri pozulduğundan 2014-cü ilə kimi Rusiya Federasiyasında yaşamış və kənddə yaşamadığı müddətdə atası X18 ona məxsus torpaq sahəsini tanımadığı şəxsə 1200 ABŞ dollarına satmışdır və atası ona bildirmişdir ki, oğlu Valeh ilə alqı-satqını onun razılığı ilə notariat kontorunda rəsmiləşdirsin. Alıcı olan həmin şəxs atasına bildirmişdir ki, özü torpaq sahəsini sənədləşdirəcəkdir. Mübahisə ilə bağlı Quba rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Quba RPŞ-nin təhqiqatçısı Famil Mirzəbəyov şikayət ərizəsi əsasında araşdırma aparmış və müəyyən olunmuşdur ki, torpaq sahəsini atası X6 Şıxbabayev adlı şəxsə qeyri-rəsmi satmışdır. Atası tərəfindən alıcıya verilmiş torpaq sahəsinə dair notariat orqanında heç bir alqısatqı müqaviləsi aşkar edilməmişdir və alıcı X7 Şıxbabayev Polis orqanına verdiyi izahatında qeyd etmişdir ki, atası X17 adlı Nərimanabad kənd sakinindən 1200 ABŞ dollarına 0,10 ha həyətyanı torpaq sahəsi almışdır və atası hal-hazırda Rusiya Federasiyasının Saratov şəhərindədir. Bundan başqa İlkin Şıxbabayev qeyd etmişdir ki, sözü gedən torpaq sahəsinə dair anası X2 adına Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə almışlar. İddiaçının adına AİK -in qərarı ilə tərtib edilmiş JN-813 F torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə saxtakarlıq edilərək həmin şəhadətnamə X3 adı, soyadı və atasının adı yazılmışdır. X1 ilə arasında heç bir vaxt alqı-satqı müqaviləsi olmamışdır, iddiaçının alqı-satqıdan xəbəri olmayıb, bu alqı-satqı qeyri-rəsmi olduğundan X2 əlində olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə saxtadır. Cavabdehin imtina məktubunda qeyd edilir ki, şəhadətnamələrin kitabında JN 813 kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə iddiaçının adı qeyd edilmişdir. Lakin şəhadətnamənin arxiv nüsxəsi JN 813 kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 adı qeyd edilmişdir. Göründüyü kimi torpaq sahəsi ona Quba AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə verilmişdir. X5 X4 qeyri rəsmi iddiaçıya məxsus torpaq sahəsini satması, əsassız olaraq, X2 adına saxta şəhadətnamənin arxiv sənədlərinə əlavə edilməsi əsas olmuşdur. Hesab edir ki, X2 adına verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə heç bir alqı-satqı olmadan, qeyri-rəsmi və qanunsuz alqı-satqı ilə müşayiət edildiyindən ləğv edilməlidir. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(118)-1991/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında onun subyektiv hüququnun olmadığını qeyd edir. Halbuki torpaq sahəsi ona qəsəbə nümayəndəliyi tərəfindən ayrılmışdır. X9 isə saxtakarlıq edərək qanunsuz sənədlər təqdim etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişlər, iddiaçı məhkəməyə teleqram ünvnlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, üçüncü şəxs isə gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın verilməsidir. İş materiallarında olan JN 813F KOD 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X2 adına Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi ayrılmışdır. Kollegiya qeyd edir ki, iddiaçı X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini istəsə də, şəhadətnamənin kökü Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı olmuş, həmin qərar mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin və Quba Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında iddiaçının hazrki mübahisə ilə bilavasitə bağlı olan işləri olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2-1(118)-298/2022 saylı Qərarı ilə torpaq sahəsinə çıxarışın verilməsinə dair iddiası təmin edilməmiş və qanuni qüvvəyə minmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə istinad edərək qərarını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 19 iyun 2020-ci il tarixli, 626 saylı arxiv arayışı ilə iddiaçının adının 2001-ci ildən 0.10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir ki, həmin dövrdən təsərrüfatbaşına kitabdakı qeydlər torpaq sahəsi üzərində hüququn əmələ gəlməsi üçün əsas hesab edilmir. Eyni zamanda iddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi torpaq sahəsinin atası tərəfindən Füzuli Şıxbabayevə satıldığını bildirmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Füzuli Şıxbabayevə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyünü təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.” Göründüyü kimi iddiaçı hazırda da təsərrüfatbaşına kitabdakı qeydlərə istinad etsə də, Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi həmin dövrdən təsərrüfatbaşına kitabdakı qeydlər torpaq sahəsi üzərində hüququn əmələ gəlməsi üçün əsas hesab edilmir. Həmçinin iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Füzuli Şıxbabayevə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edən hərhansı sübut nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya məhkəməsinə təqdim olunmamışdır. İddiaçı həmçinin iddia ərizəsində Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli Qərarına istinad etmiş, torpaq sahəsinin ona həmin qərarla ayrıldığını qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş Quba Rayon AİK-nın xx.xx.2000ci il tarixli, 02 saylı Qərarı məhkəməyə təqdim edilmişdir. Həmin qərar kollegiya tərəfindən tədqiq edilərkən iddiaçının adının həmin qərarda olmadığı müəyyən edilmişdir. İddiaçının ləğv edilməsini istədiyi JN 813 Kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə isə X2 adına tərtib edilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı apellyasiya şikayətinə münaibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 32, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(118)-1991/2025 nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-346/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-346/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver