Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-347/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və XN ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-756/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, N962–ci ildə Qubadlı rayonunda anadan olmuş və yaşadığı rayon döyüş bölgəsi olduğundan könüllü dəstələri düzəldib Özünümüdafiə Batalyonu yaratmışlar. Hələ milli münaqişə dövründə onlar müdafiə məqsədilə təşkilatlanmışdırlar. Hərbi əməliyyatların kəskinləşrək müharibə hazırlığı vəziyyəti yarandığı dövrdə könüllülər hərbi hissələrə verildi və o N992-ci il N yanvar tarixdə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə rəsmi surətdə təkrar xidmətə başlamışdır. N992-ci il NN iyul tarixdə N saylı hərbi hissəyə keçirilmiş və N994–cü ilin yazına qədər orada qalıb vuruşdur. Qubadlının işğalı zamanı yaralanmış, evakuasiya olunan dəstələrlə geri çəkilmiş və könüllülər barədə Ali Baş Komandanın əmrindən sonra hərbi hissə komandirinin əmri ilə Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə görə məvacib almış və sonuna qədər Qubadlının və Azərbaycan torpaqlarının azadlığı, suverenliyi və Konstitusiya quruluşununun müdafiəsində iştirak etmişdir. Onun hərbi biletində və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmiş sorğuya cavabda müvafiq qeydlər vardır. Barəsində heç bir təqsirləndirici material yoxdur. Buna baxmayaraq veteran vəsiqəsi ilə təmin olunmamışdır. Müdafiə Nazirliyinin «Veteran vəsiqəsi və müvafiq statusun verilməsi Komissiyası» onun sənədlərini nəzərdən keçirmiş, qanuni əsaslarla ehtiyata buraxılmamağını bəhanə gətirərək ona veteran vəsiqəsini verməkdən imtina edir. Lakin nəzərə almırlar ki, o müddətli xidmətdə olmamış, milli orduda könüllü olmuş və səfərbərliyə çağırılmışdır. Ona qarşı bu ədalətsizliyin səbəbini başa düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995–ci il 22 sentyabr 2N6 saylı Sərəncamı Azərbaycan torpağının suverenliyi və Konstitusiya Quruluşunun müdafiəsində könüllü iştirak edən hər bir döyüşçüyə bu adı şamil etmişdir. O halda həmin sərəncamla ona veteran vəsiqəsi təqdim olunmalıdır. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin müddəalarına görə, Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi mövcuddur ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. ’’Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3cümaddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N996-cı il tarixli 433 №-li Fərmanında göstərilirdi ki, Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatını nəzərə alaraq, N996-cı il martın N-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular (çavuşlar və əsgərlər) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin Fərmana qədər Azərbaycan Ordusundan ehtiyata buraxılma olmamışdır. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən buraxılmadığına görə məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsii xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-756/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-756/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində cinayət məsuliyyəti və amnistiya aktı yoxdursa artıq bu hüquqi əsasdır. Hakimin əlində dəqiq faktı olmadıqca onu fərari adlandırmağa haqqı yoxdur. Özbaşına hissəni tərk etsəydi tribunala verilərdi, barəsində amnistiya aktı olardı. 30 ilə yaxındır ki, haqqı tapdalanır. Könüllülər Milli Ordu formalaşdıqdan sonra döyüşdən kənarlaşdırılmışlar. Rəhbərlik könüllüləri azad edənə qədər əmrləri icra etmişdir. Ordu gələnə qədər rayon camaatı ilə, hərbi hissələr formalaşdıqdan sonra isə hərbi hissədə vuruşmuşdur. Sənədləri rəhbərlər, könüllülərin sənədlərini isə Hərbi Komissarlıq (SHXÇİ) tərtib edir. Kimsə öz vəzifəsini icra etmsirsə, yaxud sənədlər müharibə alovlarında məhv olursa buna günahkar deyildir. Cinayət tərkibli materialın olmaması ona «veteran vəsiqəsi» verilməsi üçün kifayətdir. Hakim bütün hallarda bütün detalları araşdırmalı, ekspertin və Müdafiə Nazirliyinin rəylərini almalı və məhkəmənin daxili inamı yaranana qədər işi araşdırmalı idi. Karantin dövrünün olması da hakimi tələsik və yanlış qərar çıxarmağa təhrik etmişdir. Butun hallarda qərar yanlışdır, tam araşdırılmamış və əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia təmin olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2- N(NN8)-756/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan H3 ******* nömrəli Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.N980xx.xx.N982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir qeyd mövcud deyildir. Müdafiə Nazirliyinin İşlər X3 İdarəsinin xx.xx.20N9-cu il tarixli, 9/2-N8664 saylı arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il 02 N-li əmrilə müqavilə şərtini qəbul etdiyi üçün əsgər qəbul edilmişdir. 85N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 3/P N-İi əmrində İddiaçı adı N-ci atıcı bölüyün tərkibində xx.xx.N992-ci il tarixdə müqavilə yolu ilə gəlmiş şəxsi heyətin siyahısında qeyd edilmişdir. 85N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 39 N–li əmrində İddiaçı adı N-ci bölüyün 3-cü tağımının tərkibində atıcı vəzifəsində qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 44 N-li əmrilə İddiaçı 85N nömrəli hərbi hissəyə keçirildiyi üçün batalyondan xaric edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə Qubadlı RHK–nın çağırışçısı, Əliyev X2 Nazirliyi Baş Qərargahının xx.xx.N994–cü il tarixli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994–cü il tarixli 3N6 N-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Respublika hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N99N–ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və hərbi hissə komandirinin may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Təmraz oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iş materiallarında olan sənədlərdə iddiaçının 8N0,85N və N nömrəli hərbi hissələrin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının təxris olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin N-ci hissəsinin 8ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apelyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin «Qeyd» hissəsinin müddəaları hərbçinin hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsini hərbçinin mütləq qaydada məhkum edilməsi ilə əlaqələndirir. İş materiallarından isə görünür ki, iddiaçı barəsində hər hansı təqsirləndirici material qeydə alınmamış və cinayət işinin istintaqı aparılmamış, məhkumluğu olmamışdır.(iş mat səh 24). Lakin apelyasiya şikayətində qeyd olunduğu kimi, barəsində cinayətməsuliyyəti və amnistiya aktı olmaması artıq iddianın təmin olunması üçün əsas ola bilməz. Yuxarıda istinad olunan Əsasnamədən də görünür ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçı könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşdüyünü iddia edir. Müharibə veteranı adı və vəsiqəsi özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə o halda verilir ki, həmin şəxslər xx xxxxxx N988-ci il tarixindən xx xxx N994-cü il tarixinədək olan dövr ərzində erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak etsinlər və bu hal verilmiş arayış və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda əks olunsun. İddiaçı tərəfindən isə qeyd olunan sənədlər təqdim edilməmişdir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin müddəalarına görə, Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi mövcuddur ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin İşlər X3 İdarəsinin xx.xx.20N9cu il tarixli, 9/2-N8664 saylı arayışından görünür ki, hərbi hissəni özbaşına tərk etdiyinə görə Qubadlı RHK–nın çağırışçısı, Əliyev X2 Nazirliyi Baş Qərargahının xx.xx.N994–cü il tarixli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994–cü il tarixli 3N6 N-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Respublika hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N99N–ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və hərbi hissə komandirinin may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Təmraz oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, cavabdeh iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədin olmamasına əsaslanmaqla onun müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in N2.N-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-756/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-756/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 NN93-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-1(105)-347/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-347/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver