Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-347/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(118)-513/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalında yerləşən 365 saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(118)-513/2021 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. (hakim C.Məmmədov) Qərardaddan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində onun ünvanı səhvən ünvan 1kəmə bildirişləri ona çatmamışdır. Onun qeydiyyat ünvanı ünvan 2t şəhəri 9-cu mikrorayon, 53 saylı evin 20 saylı mənzilində yaşayır. TƏRƏFLƏRİN İZAHATLARİ Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəflərin məhkəmə iclaslarına gəlməməsi və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirərək iddianın geri götürüldüyü qənaətinə gəlmiş və bu əsasla iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra hazırlıq icraatı üzrə məhkəmə iclasları 16 dekabr 2020-ci il tarixə saat 10:00-a, 01.03.2021-ci il tarixə saat 10-45-ə və 30 mart 2021-ci il tarixə saat 11-00-a təyin edilərək, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, iddiaçıya göndərilmiş məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydi ilə poçt şöbəsi tərəfindən çatdırılmadan geri qaytarılmışdır. İddiaçı tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal sahəsinin 259 saylı, 30 mart 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 53 saylı evin 20 saylı mənzilində 2014-cü ildən qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə baxışının vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış tərəfin məhkəmə baxışına gəlməməsi onun məhkəmə icraatından yayınması kimi qiymətləndirilə bilməz. İPM-nin 55.3-cü maddəsinin tətbiqi iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırdığı və bundan sonra iddiaçı ardıcıl olaraq məhkəmə icraatından yayındığı halda mümkündür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəmə iclaslarının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş mahiyyəti üzrə baxılması üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(118)-513/2021 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-347/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-347/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver