Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-347/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının oğlu N0.07.1980-cı il təvəllüdlü X4 şəhid hesab olunması və şəhid adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin N6 yanvar N0NN-ci il tarixli, N-1(118)-388/N0NN nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu N0.07.1980-cı il təvəllüdlü X4 şəhid hesab olunması və şəhid adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı ərizəsinə dəqiqləşmə verərək, oğlu N0.07.1980-ci il təvəllüdlü X4 hərbi xidmət vəzifələrini yerinə yetirərkən şəhid olmasının müəyyən edilməsi və ona şəhid adının verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu-N0.07.1980-cı il təvəllüdlü X6 N8.10.N009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, hərbi qulluqçu olaraq Bakı şəhəri Gizirlər Məktəbində təhsil almış, “SQ” Təlim və Tədris Mərkəzinin rəisi Lənkəran Əliyevin əmri əsasında gizir rütbəsi almış və əvvəl Slavyanski kazarmada, daha sonra Qazaxda və Yaşma ərazisində kəşfiyyatçısı kimi xidmət etmişdir. X6 31.03.N004-cü ildən-N9.1N.N009-cu ilədək etdiyi xidmət dövrü ərzində vətəninə qəhrəman əsgər olaraq yüksək xidmət göstərmiş, N008-ci ildə Azərbaycan Ordusunun 90 illiyi ilə əlaqədar hərbi paradda xidmətini nümayiş etdirmiş və Azərbaycan Ordusunun 90 illiyi medalı ilə təltif edilmişdir. X3 N8 oktyabr N009-cu ildə Azərbaycan Respublikası, Kürdəmir rayonunda təlim yerində hərbi xidmət vəzifələrini yerinə yetirərkən hündürlükdən yıxılma zamanı “bədənin küt mürəkkəb travması” diaqnozu ilə xəsarət alaraq həlak olmuş və ona valideyni olaraq başsağlığı, Azərbaycanın qəhrəman əsgərini itirmələri barədə məktub göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ona AZS-106 №-li ölüm haqqında tibbi şəhadətnamə, bunun əsasında isə Xızı rayon qeydiyyat şöbəsi (Xızı şəhəri) tərəfindən AZ-İ № 384804 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti Xızı rayon filialının 30 noyabr N005-ci il tarixli məktubuna əsasən Xızı rayon dövlət notariat kontoruna bildirilmişdir ki, Xızı rayonu Giləzi qəsəbə sakini hərbiçi X4 vəfat etməsilə əlaqədar sığorta ödənişi verilməlidir. Eyni zamanda mərhumun anası İddiaçı 11.000 manat məbləği almaq üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmiş və o qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında həmin məbləği almışdır. Onun bir ana kimi ən böyük arzusu hərbi xidmət vəzifələrini yerinə yetirən zaman həlak olmuş X3nun adının əbədiləşdirilməsi (onun adına bulaq tikilməsi, hər hansı küçənin onun adını daşıması) olsa da, bu günə qədər buna nail olmamışdır. Belə ki, Taleh hərbi xidmət vəzifələrini yerinə yetirən zaman həlak olsa da ona şəhid adı verilməmişdir. Xızı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Sosial-iqtisadi inkişafın təhlili proqnozlaşdırılması şöbəsinin 189 №-li, N7 mart N019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdrilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15.01,1994-cü il tarixli, 10 nömrəli qərarının 1.N.6.-cı bəndinə əsasən, həmçinin bəzi dəyişikliklərin edilməsi barədə 15 iyul N009-cu il tarixli 107 nömrəli qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. Odur ki, kiçik oğlunuz X5 şəhid statusunun verilməsi məsələsinin araşdırılması üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyinizi tövsiyyə edirik”. Ona görə də, “şəhid olma faktının müəyyən edilməsi barədə” ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət etmiş, lakin ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəsində qeyd etdiyi tələblə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiyi üçün Xızı Rayon Məhkəməsinin N(068)-161/N019 nömrəli, 08 oktyabr N019-cu il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin N9.10.N019-cu il tarixli, 1/Q-153N4 nömrəli məktubla, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin N7.11.N019-cu il tarixli, 1/Q-16818 nömrəli məktubla (baxmayaraq ki, məktubda N nömrəli hərbi hissə komandirinin NN dekabr N009-cu il tarixli 367 nömrəli əmrində gizir X4 hərbi xidməti vəzifələrinin icrası zamanı hündürlükdən yıxılma nəticəsində həlak olduğu qeyd edilmişdir) imtina cavabı vermişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Sözügedən normanın dispozisiyasında “Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.N-ci bəndinə əsasən döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdmlmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri - kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarından məlum olur ki, mərhum gizir X6 döyüş şəraitində olmayan hərbi hissədə, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlar bilavasitə icra etməyərək, N8.10.N009-cu il tarixdə Kürdəmir rayonu ərazisində keçirilən paraşütdən praktiki atlayış zamanı hündürlükdən yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən vəfat etmişdir. Bununla belə mərhum X4 ölümü döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.N.6-cı bəndində təsbit edilən şəhid statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir.
5. Sumqayıt İnzibati Məhkəməsinin N6 yanvar N0NN-ci il tarixli, N-1(118)-388/N0NN nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X6 N8.10.N009-cü il tarixdə döyüş şəraitində olmayan hərbi hissədə (N nömrəli HH), döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlar bilavasitə icra etməyərək, N8.10.N009-cu il tarixdə Kürdəmir rayonu ərazisində keçirilən paraşütdən praktiki atlayış zamanı hündürlükdən yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən vəfat etmişdir. N009-cü il tarixində Müdafiə Nazirliyinin 05N saylı Hərbi Hissəsi biləvasitə döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin siyahısında olmamışdır. Göründüyü kimi, qanunvericilik aktlarında şəxsin “şəhid” hesab edilməsi bilavasitə döyüş tapşırığının icrası ilə əlaqədar həlak olmuş hərbi qulluqçulara şamil olunur. Bu səbəbdən də mərhum X4 “şəhid” hesab edilməsi və İddiaçı “şəhid ailəsi” statusunun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 6N.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir... Həmin Qanunun N-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. 1N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.N-ci bəndinə əsasən, aşağıdakılar şəhid hesab edilirlər: (-); 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, XN Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.N0NN-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
16. İddiaçı mərhum oğluna “Şəhid” statusunun verilməsi iddiası ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, oğlu hərbi xidmət vəzifələrini yerinə yetirən zaman ölmüşdür.
17. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Q/3671 nömrəli, 16 oktyabr N019-cu il tarixli məktubunda göstərilmişdir ki, Xidmətin Xızı rayon bölməsinin uçot sənədlərinə, 05.11.N009-cu il tarixli ölüm haqqında şəhadətnaməyə, eləcə də N8.10.N009-cu il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən, mərhum X6 N saylı hərbi hissədə xidmət keçərkən paraşütdən praktiki atlayış zamanı yıxılaraq aldığı “bədənin küt mürəkkəb travması” nəticəsində vəfat etmişdir. Mövcud qanunvericilikdə müxtəlif səbəblərdən vəfat etmiş hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmadığı üçün, mərhum Taleh Qasımova şəhid adının verilməsi hazırda mümkün deyil.
18. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin N9.10.N019-cu il tarixli, 1/Q-153N4 nömrəli məktubunda qeyd olunmuşdur ki, gizir X4 döyüş şəraitində olmayan hərbi hissədə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyil.
19. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin N7.11.N019-cu il tarixli, 1/Q-16818 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin NN dekabr N009-cu il tarixli 367 nömrəli əmrində gizir X4 hərbi xidməti vəzifələrinin icrası zamanı hündürlükdən yıxılma nəticəsində həlak olduğu qeyd edilmişdir. Odur ki, mərhum T.R.Qasımovun həlak olması normativ hüquqi aktda nəzərdə tutulan, döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtinə uyğun gəlmir. N0. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-cı bəndində qeyd edilir ki, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər... orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş...şəxslər şəhid hesab edilirlər. İddiaçının oğlunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Belə ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən deyil, N8.10.N009-cu il tarixdə hərbi hissədə xidmət keçərkən paraşütdən praktiki atlayış zamanı yıxılaraq aldığı “bədənin küt mürəkkəb travması” nəticəsində ölmüşdür. N1. İddiaçının mərhum oğlunun şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır. NN. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin N6 yanvar N0NN-ci il tarixli, N-1(118)-388/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.