Məhkəmə qərarları › İş №2-1(105)-347/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-347/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-347/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “onun soyadının “Nəsrullayev”dən “Tihirvi”yə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2-1(118)-5753/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarından görünür ki, iddiaçı xx.xx.1994-cü ildə Siyəzən şəhərində anadan olmuş, atası X3, anası X2r. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət edərək soyadının “Nəsrullayev”dən “Tihirvi”yə dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 05 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının orforqrafiya lüğətində “Tihirvi” adının olmadığı müəyyən edilmişdir. Ona görə də ərizə icra edilə bilməz. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək soyadının “Nəsrullayev”dən “Tihirvi”yə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildə Siyəzən şəhərində anadan olmuş, atası X3, anası X2r. Valideynlərinin hər ikisi milliyyətçə azərbaycanlıdırlar. Bildirir ki, atası X1 atası X5 olmuşdur, babası isə X4 olmuşdur. Atası, babası və ulu babası Qusar rayonu Düztahir kəndində yaşamışlar. Düztahir kəndinin əvvəlki adı “Tihir” olmuşdur. O babasının, ulu babasının doğulub yaşadıqları Tihir kəndinin adını, tarixini, mədəniyyətini yaşatmaq üçün soyadının babalarının yaşadığı kəndin adına uyğunlaşdırmaq, yəni soyadının “Tihirvi” olmasını istəyir. Buna görə də soydının “Nəsrullayev”dən “Tihirvi”yə dəyişdirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla ərizəsinə müsbət cavab verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2-1(118)-5753/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim Rahim Həsənov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı soyadının “Nəsrullayev”dən “Tihirvi”yə dəyişdirilməsi niyətindədir. Lakin, Azərbaycan dilinin orfoqrafiya lüğətində və eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ad məlumatlarının axtarış sistemində müvafiq ad öz əksini tapmamışdır. Belə olan halda iddiaçının soyadının “Tihirvi” olaraq dəyişdirilməsinə qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, soyadın dəyişdirilməsinin mümkün hesab edilməsi ilə bağlı əsasların sırasında hər hansı adın Azərbaycan dilinin orfoqrafiya lüğətində və eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ad məlumatlarının axtarış sistemində olmaması nəzərdə tutulmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq onu da bildirdi ki, onun babasına qədər soyadı Nəsrullayev olmuşdur. Sadəcə “Tihirvi” soyadından xoşu gəldiyi üçün soyadıı dəyişdirmək istəyir. Ədliyyə Nazirliyi Cavabdehndə ona istədiyi soyadın sonluğunun fərqli olduğu üçün bu soyadın götürülməsinin mümkün olmadığını bildirmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. (-) Ailə Məcəlləsi: Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları:

1. Ümumi müddəalar (-) 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir;

6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının soyadının “Nəsrullayev”dən “Tihirvi”yə dəyişdirilməsindən imtinası təşkil edir. Məhkəmə tərkibi qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsinin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə tərkibi qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, soyadlar ailə tarixini, mənşəyini və ya müəyyən bir etnik və ya coğrafi əlaqəni əks etdirməlidir. “Tihirvi” isə Azərbaycan və ya regiondakı digər dillərdə heç bir məna daşımır. Onun hansı mənaya gəldiyi, hansı kökdən törədiyi məlum deyil. Belə hallarda soyadın qəbul edilməsi gələcəkdə hüquqi və identifikasiya problemləri yarada bilər. Eyni zamanda iddiaçının istinad etdiyi Düztahir Bələdiyyəsi tərəfindən verilmiş arayışa münasibətdə qeyd edilməlidir ki, Düztahir kəndinin adı keçmişdə “Tihir” olsa da, iddiaçının istədiyi soy ad “Tihirvi”dir. Hansı ki, Azərbaycan soyadları tarixən müəyyən bir sistem üzrə formalaşıb. Ənənəvi soyadlarımız əsasən “-lı”, “-li”, “-zadə” və sair kimi sonluqlarla düzəlir. “Tihirvi” isə bu sistemdən tamamilə kənardır, heç bir milli və ya coğrafi bağlılığı yoxdur. Bu, onu Azərbaycan soyadları kontekstində qəbulolunmaz edir. Həmçinin iddiaçı özü də məhkəmə iclasında bildirmişdir ki, Ədliyyə Nazirliyi Cavabdehndə ona istədiyi soyadın sonluğunun fərqli olduğu üçün (“vi” sonluqlu) bu soyadın götürülməsinin mümkün olmadığını bildirmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, soyadlar yalnız fərdi identifikasiya vasitəsi deyil, həm də dilin fonetik və morfoloji qaydalarına uyğun şəkildə formalaşmalıdır. Yəni soyadlar təkcə bir insanı fərqləndirmək üçün istifadə olunmur. Onlar, eyni zamanda, bir ailənin, nəslin və bəzən hətta müəyyən bir regionun və ya etnik qrupun mənsubiyyətini göstərir. Başqa sözlə, soyadlar insanların cəmiyyətdəki identifikasiyasının bir hissəsidir. Dil qaydalarına uyğun şəkildə formalaşmalıdır. Bu isə o deməkdir ki, soyadlar təsadüfi səslər toplusu deyil, müəyyən fonetik (tələffüzə uyğunluq) və morfoloji (söz quruluşu) qaydalara əsasən yaranmalıdır. Hər bir dilin öz soyad sisteminə uyğun formalaşma prinsipləri var. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan dilində soyadlar adətən müəyyən sonluqlarla düzəlir. “Tihirvi” kimi bir söz isə bu sistemə uyğun gəlmir, çünki nə milli soyad ənənələrinə, nə də Azərbaycan dilinin fonetik və morfoloji quruluşuna uyğundur. Qısaca desək, soyadlar sadəcə şəxsi adın arxasına əlavə edilən istənilən söz deyil, onların müəyyən dil qanunauyğunluqlarına tabe olması və mənalı bir quruluşa malik olması vacibdir. Bir sözlə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi “Tihirvi” sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində və eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ad məlumatlarının axtarış sistemində müvafiq ad öz əksini tapmaması ilə yanaşı Azərbaycan dilinin fonetik sisteminə uyğun gəlmir və dilimizin ad-verilmə prinsipləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, Azərbaycan qanunvericiliyi soyad dəyişikliyi prosesini müəyyən qaydalara əsasən tənzimləyir. Əgər təklif edilən soyad ölkənin soyad siyasətinə və normativ tələblərinə uyğun deyilsə, bu dəyişiklik qəbul edilə bilməz. “Tihirvi” rəsmi sənədlərdə işlənməsi üçün hüquqi əsasları olmayan, təsadüfi formalaşmış bir ifadə kimi göründüyündən, qəbul edilməsi mümkün deyil. Yuxarıda da göstərildiyi kimi soyadlar yalnız fərdi identifikasiya vasitəsi deyil, həm də dilin fonetik və morfoloji qaydalarına uyğun şəkildə formalaşmalı, milli soyad sisteminə və hüquqi çərçivəyə uyğun olmalıdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2-1(118)-5753/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar