Məhkəmə qərarları › İş №2-1(105)-349/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-349/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-349/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(118)-79/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, “ona 2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 14 sentyabr 1995-ci il tarixdən hərbi qulluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargahının maliyyə hissəsinin rəis köməkçisi vəzifəsində başlamışdır. 30 sentyabr 1996-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargahının maliyyə hissəsinin rəisi vəzifəsinə təyin olunmuş və ştat dəyişikliyi ilə əlaqədar olaraq 19 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (aparatın) maliyyə hissəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 05 iyun 2000-ci il tarixdə Müdafiə Nazirliyi Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 09 noyabr 2003-cü il tarixdə Müdafiə Nazirliyi Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsinin baş inspektoru vəzifəsinə təyin olunmuşdur. 20 sentyabr 2008-ci il tarixdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin Nəzarəttəftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin oktyabr ayından 4 il ərzində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisi vəzifəsini icra etmişdir. 27 iyun 2013-cü il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 27 dekabr 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası X4 Maliyyə-Plan şöbəsinin Nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 21 dekabr 2015-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin sıralarından “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin pensiya təminatı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin NəzarətTəftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsi ilə deyil, Naxçvan MR X4 Maliyyə-Plan şöbəsinin Nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinin maaşı ilə hesablanmış və «usta» məharət dərəcəsi nəzərə alınmamışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı isə “Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini” vəzifəsindən, “X5 X1 Maliyyə-plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi” vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən də, iddiaçıya pensiya məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanmışdır. Bundan başqa cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 0122 nömrəli 24 noyabr 2001 -ci il tarixli əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilmə qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq iddiaçıya Müdafiə nazirinin müavini - X5 Komandanının 23 dekabr 2015-ci il tarixli 0117 nömrəli əmri ilə 1-ci məharət dərəcəsi verilmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilmiş “Məlumat vərəqi”ndə məharət dərəcəsinə görə əlavə məlumat iddia edildiyi kimi “usta” məharət dərəcəsinə deyil, məhz 1-ci məharət dərəcəsinə görə pul əlavəsi haqqında məlumat öz əksini tapmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(118)-79/2021 qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işə baxarkən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, prosesinin ilk hazırlıq iclasında hakim iddia ərizəsi ilə yaxından tanış olmamışdır. Vaxt məhdudiyyətini bidirirərək iddiaçı tərəfi sonadək dinləməmişdir. Baxış iclasında isə iddiaçı tərəfin iştirakı olmadan qərar qəbul edilmişdir. Hətta Sumqayıt İnzibati Məhkəməsinə üzürlü səbəbdən iştirak edə bilməyəcəyi barədə öncədən rəsmi ərizə ilə iddiaçı tərəf məhkəməyə müraciət etməsinə baxmayaraq sədrlik edən həmin ərizəni nəzərə almadan qərar qəbul edilmişdir. Bununla da iddiaçının prosessual qanunvericilikdəki hüquqlarını pozmuşdur. Həmçinin məhkəmə qərarının əsaslandırma hissəsində yalnız ümumi xarakter daşıyan qanun normalarına istinad edilmişdir. (8-ci səhifə) Həmin qanunvericilik normaları qərarın əsaslandırılması üçün istifadə edilə bilməzdi. Çünki həmin normalar yuxarıda da qeyd etdiyim kimi ümumi xarakter daşıyır. Belə ki, həmin normalar mübahisənin dəqiq və konkret həllində istinad edilə bilməzdi. Qərara nəzər salınan zaman görünür ki, məhkəmə artıq əvvəlcədən qərarın qəbul edilməsindən qabaq öz mövqeyini bəlli etmişdir. Çünki, 10 səhifədən ibarət qərarın demək olar ki, tamamı iddiaçının əsaslandırılmış tələbindən ibarət olmasına baxmayaraq məhkəmə bu qədər ciddi və mübahisə doğuran bir məsələni yalnız 1 baxış iclasına həll edərək təqdim olunan sübutları ciddi tədqiq etmədən bütün hallara ötəri yanaşmış və iddiaçı tərəfin ərizəsini belə nəzərə almadan qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, eyniməzmunlu izahat verərək şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib, təmin edilməmisini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı -“usta” məharət dərəcəsi daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi mümkün hesab edilməmiş, iddiaçının apelyasiya şikayəti isə təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı –“2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı nəzərə alınmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsinə dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidır. «Əmək penisyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli 6 şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Məhkəmə kollegiyası tərəfindən işin halları ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 20 sentyabr 2008-ci il tarixdə Maliyyə İdarəsinin Nəzarəttəftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 2009-cu ilin oktyabr ayından Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinsin rəisi vəzifəsini icra etmiş, 27 iyun 2013-cü il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 27 dekabr 2013-cü il tarixdə isə bir neçə pillə aşağı vəzifə olan Naxçıvan MR X4 Maliyyə-plan şöbəsinin Nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin edilmiş və 21 dekabr 2015-ci il tarixdə həmin vəzifədən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə müvafiq olaraq Silahlı Qüvvələrin sıralarından, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşı və «usta» məharət dərəcəsinin daxil olunmaqla yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-226/2017 saylı, 13 mart 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşı və «usta» məharət dərəcəsinin daxil olunmaqla pensiyanın yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 12/2018 saylı, 26 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2017-ci il tarixli qərarı ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1213/2018 saylı, 28 iyun 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 12/2018 saylı iş üzrə 26 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində bir ildən az müddətdə xidmət etmiş, eləcə də həmin vəzifədən başqa vəzifəyə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanması qanuni və əsaslı olmuşdur. Ona görə də, apellyasiya məhkəməsi iddianın təmin edilməməli olduğuna dair düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hazırkı iş üzrə iddiaçı Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşına uyğun olaraq pensiyanın yenidən hesablanması barədə məlumat vərəqəsinin verilməsini xahiş etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının daha az maaşlı vəzifəyə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanması qanuni və əsaslı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsi bu hissədə iddianın təmin edilməməli olduğuna dair düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı nəzərə alınmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsinə dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(118)-79/2021 saylı qərarı “2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı nəzərə alınmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsinə” dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar