Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-35/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X13 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı1 və İddiaçı3 nümayəndəsi Nümayəndə və X25 iştirakı ilə, İddiaçılar İddiaçı1, X25 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X26 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydin və müvafiq çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-436/2024 nömrəli qərarından cavabdeh, üçüncü şəxslər X42 və X43 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, X44, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinin saxta qətnamələr əsasında X26 və digər şəxslərin adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilərək əvvəlki vəziyyətin bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X26 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydin və müvafiq çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2530/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərardadı ilə X42, X36, X63, X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2530/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərardadı ilə X50 və X43 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 07 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə Quba rayonu, Nügədi kəndi ərazisindən 0,42 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir və iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-1319 kod 30319018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Eyni qaydada Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə X25 ailə üzvləri ilə birlikdə mülkiyyətinə Quba rayonu, Nügədi kəndi ərazisindən 1,06 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ JN1320 kod 30319018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçıların həmin torpaq sahələrinin pay torpaqları kimi verilməsi barədə məlumatları olmamışdır, bu barədə 2002-ci ildə məlumatları olmuşdur. İddiaçılar bu barədə məlumat əldə etdikdən sonra Nügədi kənd bələdiyyəsinin sədri işləyən X42 onların yanına gələrək onlara verilmiş torpaq sahələrinin sahiblik və istifadəsində olduğunu, həmin torpaqlardan istifadə edərək onların əldə etdiyi gəlirin bir hissəsini verəcəyini bildirmişdir və onlar razılaşmışlar. Bundan sonra X42 uzun müddət ərzində müxtəlif bəhanələrlə iddiaçıları aldadaraq cüzi miqdarda buğda vermişdir və torpaqlarını qaytarmamışdır. İddiaçılar 2017-ci ildə torpaqlarını və torpağa aid sənədləri qaytarmasını X18 qəti şəkildə tələb etmişlər, lakin X42 torpaq sahəsini və sənədləri qaytarmaqdan imtina etmişdir, həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra iddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 5 saylı Ərazi İdarəsinə mülkiyyətlərində olan həmin toraq sahələrinə dair sənədlərin dublikatının verilməsi barədə müraciət etmişlər və bu zaman məlum olmuşdur ki, Qusar rayon Məhkəməsinin 2-490a/2006 saylı, 2006-cı il tarixli qətnaməsi ilə X26 cavabdehlər X31 və İddiaçı3 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilərək X31 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha torpaq sahəsi və İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqısatqı müqavilələri etibarlı hesab edilmişdir və həmin qətnamə əsasında X26 qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli MH seriyalı, ******* saylı çıxarış verilmişdir. X42 qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnu qeydiyyata aldırdıqdan sonra, bu qeydiyyatın ləğv edilərək torpağın əlindən alınması riskindən sığortalamaq üçün yaxın adamı olan X36 ilə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır və həmin alqı-satqı müqaviləsi əsasında həmin 0,88 ha torpaq sahəsini DƏDRX-də ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə X19 adına qeydiyyata alınmışdır. Bundan əlavə Qusar rayon Məhkəməsinin 2-345a/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X26 cavabdehlər X31 və İddiaçı3 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilərək X31 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,42 ha torpaq sahəsi və İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,17 ha torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir. X26 qeyd edilən qətnamə əsasında əldə etdiyi 0,59 ha toıpaq sahəsinin əlindən alınması riskindən sığortalanması üçün həmin 0,59 ha torpaq sahəsinə dair mülkiyyət hüququ X26 yaxın adamı olan X45 adma DƏDRX-də ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır və ona xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahələri hal-hazırda X45 vərəsələri X63 və X1. Həmin torpaq sahələrində meyvə bağları olmuşdur və həmin torpaq sahələrinin digər şəxslərin əlinə keçməsi nəticəsində iddiaçılar bu müddətə kimi əldə edə biləcəkləri 200,000 manatdan artıq gəlirdən məhrum olmuşlar. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrinin başqa şəxslərin adına DƏDKR-də mülkiyyət kimi qeydə alınması barədə məlumatları əldə etdikdən sonra həmin şəxslərin adına verilmiş çıxarışların və bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə dair məhkəməyə iddialar vermişlər, lakin iddiaları təmin edilməmişdir. Bildirirlər ki, onların məhkəməyə verdikləri iddialarda cavabdehlərin həmin torpaq sahələri üzərində hüquqlarının məhkəmə qətnaməsi əsasında yaranaraq qeydiyyata alındığı, bu səbəbdən həmin çıxarış və müqavilələrin etibarsız hesab edilməsinin mümkün olmadığı, eləcə də çıxarışın etibarsızlığı tələbinin predmet olmadığı üçün iddialarının təmin edilməsinin mümkün olmadığı məlum olmuşdur. Bundan sonra iddiaçılar vəkillə məsləhətləşmişlər, vəkil mübahisə tərəflərinin və mübahisə predmetinin Quba rayonuna aid olduğu üçün həmin mübahisə ilə bağlı Qusar rayon Məhkəməsində qətnamə qəbul edilməsinin şübhəli olduğunu və bu səbəbdən Qusar rayon Məhkəməsinin qeyd edilən qətnamələrinin həqiqi olub-olmadığının müəyyən edilməsinin zəruri olduğunu bildirmişdir. Bundan sonra Qusar rayon Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə Qusar rayon Məhkəməsinin 2-345a/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin və 2-490a/2006 saylı, 2006-cı il tarixli qətnaməsinin mövcud olub-olmaması barədə müraciət edilmişdir, Qusar Rayon Məhkəməsinin 2(029)- 358/2022 saylı, 21 iyul 2022-ci il tarixli və 2(029)-665/2022 saylı, 22 dekabr 2022-ci il tarixli məktubları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin 10/283 saylı, xx.xx.2022-ci il tarixli məktubları ilə iddiaçıların mülkiyyəti olan qeyd edilən torpaq sahələrinin X26 və yaxın adamlarının adına mülkiyyət hüququ kimi qeydiyyata alınmasına əsas olan qətnamələrin mövcud olmadığı, yəni saxta olduğu məlum olmuşdur. Bu məlumat əldə edildikdən sonra mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 042 ha və 0,17 ha torpaq sahələrinin X26 adına və digər şəxslərin adına mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilib əvvəlki vəziyyətin bərpa edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir və reyestrdəki qeydiyyata əsas olan qətnamələrin saxta olmasına dair sənədlər ərizəyə əlavə edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda müraciətin icra edilməsindən imtina edilmişdir. İddia tələbinə dair etirazın dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair X26 adına hazırlanmış **********01 və **********97 reyestr nömrəli çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd edilir ki, iddia ərizəsində göstərilən dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahələri digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Bununla da ləğv edilməsi tələb olunan torpaq sahəsinə dair mülkiyyət hüququ X42 tərəfindən itirilmişdir. Üçüncü şəxs X42 iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, X14, İddiaçı1 və X37 məxsus olan pay torpaq sahələrində onların öz razılığı ilə taxıl əkirdi, əkdiyi torpaqlara görə də onların hər il taxıl normalarını da verirdi. 2004-cü ilin iyun ayında onlar üçüncü şəxsə özlərinə məxsus torpaqlarını satmaq istədiklərini bildirdilər. O da onlarla razılaşaraq, onlara məxsus olan JN-1319 nömrəli Akta əsasən 0,42 ha və JN-1312 nömrəli Akta əsasən 0,21 ha cəmi: -0,63 ha 4 (dörd) hissədən ibarət boş torpaq sahələrini öz razılaşdıqları qiymətə alaraq öz aralarında iltizam da tərtib etmişdirlər. Sonradan həmin torpaq sahələrində olan ağacların da dəyərini ödəmişdir. O, torpaqların dəyərini ödədikdən sonra aktların əslini onlardan almışdır. Sonradan notarial qaydada alqı-satqını təsdiq etmək barədə razılaşdılar. Dəfələrlə onlardan xahiş etmişdir ki, notariusa gedərək alqısatqı etsinlər, hər dəfə bəhanə gətirirdilər. O, onlardan aldığı torpaqların yanında İddiaçı1 qardaşı Qırxlar Əliyevin özünə və ailə üzvlərinə məxsus JN-1320 nömrəli akta əsasən 2 (iki) hissədən ibarət olan 1,06 ha boş torpaq sahəsi də vardır. Həmin torpaq sahəsini həmkəndlisi X38 ilə öz aralarında bağlanılmış qəbz və akta əsasən xx.xx.2022-ci ildə satmışdılar. 2005-ci ildə həmin torpağı alan Şirinov Sərdar ona təklif etdi ki, Əliyev Qırxlardan aldığı 2 (iki) hissədən ibarət olan torpağı onun adına digər yerdə olan 0,76 ha torpaqla dəyişmək istəyir. O isə ona həmin torpaqlara çıxarış aldıqdan sonra dəyişməyi təklif etdi, o, da razılaşdı. Bir müddətdən sonra Sərdar üçüncü şəxsə gəlib Sərdarın adına etibarnamə verməyi, onun da öz növbəsində həmin torpaqları üçüncü şəxsin adına rəsmiləşdirməyi dedi. O da razılaşdı. Üçüncü şəxs ona etibarnamə verərək, Əliyeva Gülbahar və İddiaçı1 adına olan 1319 nömrəli Aktı da onun adına rəsmiləşdirməyi xahiş etdi. Bir müddətdən sonra Şirinov Sərdar onun adına Qusar Rayon Məhkəməsinin Qətnamələrini təqdim etdi. Üçüncü şəxs öz adına olan 0,76 ha boş torpaq sahəsini Sərdar Şirinovun nəvəsi olan X20 10 illik etibarnamə verərək sonradan həmin torpaq sahəsini Təbəssüm Şirinovun adına notarial qaydada rəsmiləşdirdilər. 2007-ci ildə o, həmin torpaqları həmkəndlisi X3. Ehtiram Cəbrayılov da həmin torpaqları 2019-cu ildə digər adama satıb. Beləliklə üçüncü şəxsdən sonra həmin torpaqlar 3 adama satılıb. Qusar Rayon məhkəməsinin qətnamələri ilə onun adına rəsmiləşdirilən torpaqlar tam qanunidir. Belə ki, Qusar rayon Məhkəməsinin qətnamələrinin qanuni olması, Qusar Rayon Prokurorluğunda araşdırılaraq və həmin Qətnamələrin qanuni olması sübut olunmuşdur. Əliyevlərin nümayəndəsi İddiaçı1 Qəzənfər oğlu şəxsən özü və ailə üzvləri torpaqları ona satıblar. Bildirilir ki, sadəcə olaraq torpaqların qiyməti qalxdığı üçün İddiaçı1 və qardaşı həmin torpaqları qaytarılması üçün hər cür vasitələrə əl atırlar, lazım olanda şər böhtana da əl atırlar. O da Sərdar Şirinov da torpaqları alıb pulunu verdikdən sonra aktların əslini onlardan almışdırlar. İcarəyə verilən torpaqların sənədləri heç kimə verilmir. O da onların torpaqlarını 2004-cü ildə almışdır. Onlar isə 2019-cu ildə torpaq iddiası qaldırırlar. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Qusar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-490a/2006 saylı, 24 avqust 2006-cı il tarixli qətnaməsinin mövcud olmadığından hər hansı bir sənədin təqdim edilməsi qeyrimümkündür. Qusar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-345a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən də hər hansı sənədin verilməsi qeyri-mümkündür. JN 1320 nömrəli KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 1,06 ha torpaq sahəsi X25 və ailə üzvləri X64, X51, X52, X46 mülkiyyətinə verilmişdir. JN 1319 nömrəli KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 0,42 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı3 qızının mülkiyyətinə verilmişdir. Quba RİHB-ın İ Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Quba rayon Birinci Nügədi kənd sakini İddiaçı3 hesabında 15 nömrəli təsərrüfatbaşına kitabın 42-ci səhifəsinə əsasən 0,42 ha pay torpaq sahəsi vardır. Quba RİHB-ın İ Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Quba rayon Birinci nügədi kənd sakini X25 hesabında 17 nömrəli təsərrüfatbaşına kitabın 42-ci səhifəsinə əsasən 1,06 ha pay torpaq sahəsi vardır. 4Ə/292 reyestr nömrəli işin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş üzrə xx.xx.2007-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, X12 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,630063 ha və 0,887089 ha torpaq sahələrini X4. 4Ə 1397 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,887089 ha torpaq sahəsini X6. xx.xx.2020-ci il tarixli 4Ə 1055 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X17 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,8871 ha torpaq sahəsini X5. Az-İ № ******* nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X40 xx.xx.2012c il tarixdə vəfat etmişdir. AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X12 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,759219 ha torpaq sahəsini X2. Məhkəmənin sorğusuna əsasən Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 29 may 2023-cü il tarixli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-345a/2006 və 2- 480a/2006 saylı mülki işlər mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,598372 ha torpaq sahəsinə dair X45 adına verilmiş xx.xx.2007-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışın verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,8871 ha torpaq sahəsinə dair X29 adına verilmiş **********01 reyestr nömrəli çıxarışın və 0,598372 ha torpaq sahəsinə dair X45 oğlunun adına verilmiş **********97 nömrəli çıxarışın verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-436/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X26 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydin və müvafiq çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edildiyi kimi mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi üçün əsas kimi Qusar rayon Məhkəməsinin mövcud olmayan mülki işlər üzrə qətnamələrinə istinad edilir. Belə ki, Qusar rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli 2-345a/2006 saylı qətnaməsi ilə iddiaçı X45 cavabdehlər X31 və qeyrilərinə əqdlərin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilmiş və X73 məxsus 0.34 ha, X31 məxsus 0.42 ha və X15 məxsus 0.17 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmiş və bu qətnamənin göstərilən 0.93 ha torpaq sahəsinə dair X45 adına çıxarışın verilməsi üçün əsas olduğu qeyd edilmişdir. Bundan başqa Qusar rayon Məhkəməsinin 24 avqust 2006-cı il tarixli qətnaməsi ilə X26 cavabdehlər X31 və X15 qarşı 0.63 ha və 0.25 ha torpaq sahələrinə dair əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayon Məhkəməsinin icraatında ümumiyyətlə yuxarıda göstərilən tərəflər və predmet üzrə mülki işlərin olması və həmin qətnamələrin çıxarılması öz təsdiqini tapmadı və beləliklə, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrindən qanunsuz olaraq məhrum edilməsi sübuta yetirildi. Məhkəmə qeyd edir ki, üçüncü şəxs R.Salahovun təqdim etdiyi torpağın dəyəri kimi pulun alınması barədə qəbzlər vətəndaşın mülkiyyət hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa R.Salahovun təqdim etdiyi Qusar rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 11 fevral 2021ci il tarixli qərarında göstərilən araşdırmanın predmeti Qusar Rayon Məhkəməsinin başqa qətnaməsi (2-459a/2006) olmuşdur ki, hazırki mübahisəyə hər hansı aidiyyəti yoxdur. Məhkəmə hesab edir ki, R.Salahovun mülkiyyət hüququnun yaranması üçün əsas kimi göstərilmiş məhkəmə qətnamələrinin mövcud olması sübuta yetmədiyindən iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərardan narazı qalan üçüncü şəxs X42 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Eləcə də qərardan narazı qalan üçüncü şəxs X43 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, **********97 reyestr nömrəli dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsi (0.42 ha, 0.17 ha) X26 adına qeydiyyatda olmayıb. Həmin torpaq sahəsi X45 adına qeydə alınmışdır. Məhkəmə qərarı ilə ləğv edilmiş digər hissələr 0,63 ha, 0,25 ha ölçüdə yox, birləşmə yolu ilə **********01 reyestr nömrəli dövlət reyestrindən çıxarışla X26 adına qeydə alınmışdır. Həmin şəxsin adına 0,63 ha, 0,25 ha ölçüdə aparılmış qeydiyyat mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan əlavə müəyyən edilmişdir ki, mübahisələndirilən **********01 torpaq sahəsi “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə dövlət reyestrindən çıxarışla əsasən ipoteka ilə yüklü edilmişdir. Üçüncü şəxs X42 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların iddia ərizəsində qeyd etdiklərindən və iş materiallarından da göründüyü kimi iddiaçılar torpaq sahələrini satdıqları halda bunun üzərindən 20 ildən çox ümumi iddia müddəti kimi nəzərə alınmış 10 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişlər. Belə ki, iddia ərizəsindən qeyd edilmişdir ki, “İddiaçıların həmin torpaqlar sahələrinin pay torpaqları kimi verilməsi barədə məlumatları olmamışdır, bu barədə 2002-ci ildə məlumatları olmuşdur. İddiaçılar bu barədə məlumat əldə etdikdən sonra Nügədi kənd bələdiyyəsinin sədri işləyən X42 onların yanına gələrək onlara verilmiş torpaq sahələrinin sahiblik və istifadəsində olduğunu, həmin torpaqlardan istifadə edərək onların əldə etdiyi gəlirin bir hissəsini verəcəyini bildirmişdir və onlar razılaşmışlar. Bundan sonra X42 uzun müddət ərzində müxtəlif bəhanələrlə iddiaçıları aldadaraq cüzi miqdarda buğda vermişdir və torpaqlarını qaytarmamışdır.” İddiaçıların yazdıqları ağlabatan deyildir. O, kiminsə torpağını əsassız şəkildə 20 ilə yaxın müddətdə istifadə edə bilməz. İddiaçıların dedikləri kimi əgər aralarında həmin formada bir razılaşma varsa məhkəməyə təqdim etsinlər. Əksinə həmin torpaq sahəsinin ona satılmasına dair iddiaçılarla aralarında imzalarla təsdiq edilmiş müqavilə vardır. Həmin iltizamda (müqavilədə) Gülbahar Əliyeva, Fikrət Əliyev, Qırxlar Əliyev, İddiaçı1 özlərinə məxsus torpaq sahəsini ona satdıqlarını təsdiq edirlər. Bundan başqa əlavə olaraq İddiaçı3 ilə İddiaçı1a tərəfindən imzalanmış iltizamdan görünür ki, onlar yenidən üçüncü şəxsdən pulu almış, torpağı satmış, onun onlara heç bir borcunun qalmadığını bildirmişlər. Həmçinin iddiaçılar ondan nəinki torpaq sahəsinin, hətta torpaq sahəsində olan yaşı ötmüş çoxillik ağacların belə pulunu almışlar. Əgər torpaq sahəsini satmamışlarsa aralarında bağlanmış həmin alqı-satqını inkar edərdilər. Göründüyü kimi iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq iddiaçılar uzun illər ona torpaq sahələrini daimi istifadə üçün vermələri barədə bildirdikləri ağlabatan deyildir. Onların göstərdikləri hala dair heç bir sübutları yoxdur. Əksinə iddiaçılar bu sözlərlə həmin torpaq sahələrini satmalarını bir daha təsdiq edirlər. Ümumiyyətlə iddiaçıların məqsədi həmin dövrün üzərindən uzun müddət ötdüyü üçün torpaq sahələrinin qiymətlərində həmin dövrlə müqayisədə qiymətlər qalxdığı üçün ona qarşı iddia qaldırmaqla ondan əlavə pul almaqdır. Əksinə iddiaçılar ona qarşı heç bir əsası olmayan iddia irəli sürməklə, onun adını saxtakarlıqda hallandırmaqla onun şərəf və ləyaqətini alçaltmış, ona böhtan atmışlar. İddiaçıların bu əməllərinə görə onlardan 20000 (iyirmi min) manat maddi və mənəvi ziyan tələb edir. İş materiallarından da göründüyü kimi mübahisələndirilən iki dövlət aktı vardır. JN-1230 KoD 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı - həmin dövlət aktında mülkiyyətçilər X44 və ailə üzvləri X64, X51, X52, X53r. İkinci dövlət aktı - JN 1319 nömrəli KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı - həmin dövlət aktında mülkiyyətçilər - İddiaçı1 və X16r. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçılar İddiaçı1, X33 (JN 1319 nömrəli KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı), İddiaçı1dur (JN-1230 KOD 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı). Lakin JN-1230 KOD 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən digər mülkiyyətçilərin (X64, X51, X52, X46) adları iddia ərizəsində qeyd edilməmişdir. Bundan başqa iddia ərizəsinin sonuncu səhifəsində İddiaçı1, X25 X11 adları qarşısındakı imzalar eynidir. İddiaçılardan JN-1230 KOD 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktınının mülkiyyətçilərindən X25 adı iddia ərizəsində qeyd edilsə də, onun iştirakı və ya iştirak etməməsi barədə heç bir məlumat məhkəmənin qərarında yoxdur. Beləliklə məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçılarının hamısının məhkəməyə hansı səbəbdən müraciət etməməsini, həmin dövlət aktı əsasında alınmış çıxarışların ləğv edilməsinə onların münasibəti öyrənilməmişdir. Bundan başqa iddia ərizəsində imzaların eyni olması, iddiaçıların birinin iştirak etmədiyi halda (X25) ona və ailə üzvlərinə münasibətdə Dövlət Aktı əsasında alınmış çıxarışın ləğv edilməsi işin kifayət qədər araşdırılmadan qərar qəbul edilməsini bir daha təsdiq edir. Bütün torpaq mülkiyyətçilərinin iştirakı ona görə vacibdir ki, torpaq sahəsinin ona satıldığı halda ona qarşı qurama qaldırılmış bu iddiada pay sahibi olmaq istəməmələri, torpaq sahəsinin satılıb-satılmamasının müəyyən edilməsi üçün əsasdır. İş materiallarından, iddia ərizəsində də aydın görünür ki, iddiaçılar Dövlət Aktları əsasında torpaq sahəsinə çıxarışın alınması ilə bağlı hələ 2017-ci ildən məlumatları olmuşdur. Bu barədə rəsmi qaydada sorğu vermişlər və bu sorğuların cavablarında bu barədə qeyd edilmişdir. Bu barədə işə baxan məhkəmələrinin qərarlarında bu qeyd edilmişdir. Belə olan halda iddiaçılar mübahisələndirmə ilə bağlı iddia müddətini ötürmüşlər. İddia müddətinin ötməsi iddianın rədd edilməsi üçün əsasdır. Üçüncü şəxs X43 apellyasiya şikayətini digər üçüncü şəxs X42 ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, o, torpaq sahəsini digər şəxslərdən almışdır. Hazırki halda onu işə üçüncü şəxs qismində cəlb etsələr də, həmin qərarın onun hansı hüququna toxunduğunu qeyd etməmişdirlər. İddiaçılar bu müddət ərzində torpaq sahəsinin kimin istifadəsində olduğunu bilirdilər. Bu müddət ərzində iddiaçılar bir dəfə də olsun torpaq sahəsinə gəlməmişlər, torpaq sahəsinin ümumiyyətlə harada olduğunu bilmirlər. Torpaq sahəsinin kimin istifadəsində olduğunu bilmirlər. Hazırda iddiaçıların məqsədi həmin dövrün üzərindən uzun müddət ötdüyü və torpaq sahələrinin qiymətlərində həmin dövrlə müqayisədə qiymətlər qalxdığı üçün ona qarşı iddia qaldırmaqla əlavə məqsədlər güdməkdir. Üçüncü şəxs əlavə olaraq apellyasiya icraatı gedişində ərizə təqdim edərək qeyd etmişdir ki, torpaq sahəsini alanda orada heç kim yox idi. Torpaq sahəsini rəsmi qaydada alqı-satqı müqaviləsinə əsasən almışdır. Torpaq sahəsini satan şəxsdə çıxarış olmuş, o isə alqı-satqı müqaviləsi bağlamışdır. Qanuna əsasən çıxarışın həqiqiliyinə inanmışdır. Torpaq sahəsini alandan sonra orada bağ sahəsi salmış, yüz mindən çox xərc çəkmişdir. b) İddiaçılar apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq qeyd etmişdirlər ki, işdə olan Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, G(029)-517/2017 nömrəli məktubundan da görünür ki, məhkəmənin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının və kitablarının qeydiyyatında X25 tərəf olduğu 2-490a/2006 saylı və 2- 345a/2006 saylı mülki işlər mövcud olmadığından həmin işlər üzrə qətnamə barədə hər hansı məlumat verilməsi mümkün deyildir. Məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, həmin qətnamədə tərəf iddiaçı X47 olsa da, Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 0.88 ha torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış X45 adına verilmiş və torpaq sahəsinin həcmi 0,598372 ha göstərilmişdir. Məhkəmə DƏDRX-dən X30 verilmiş qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarışla bağlı qeyd etmişdir ki, həmin çıxarış X42 ilə X41 arasında bağlanmış Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 0.88 ha torpaq sahəsinə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir. X42 həmin torpaq sahəsini saxta məhkəmə qətnaməsi əsasında aldığı çıxarışa əsasən satdığı üçün X28 verilmiş qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarış da Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd sayılaraq etibarsız hesab edilməlidir. Bundan başqa birinci instansiya məhkəməsinin iş materiallarından göründüyü kimi Quba rayon Aqrar İslahat komissiyasının 1999-cu il tarixli 07 nömrəli qərarı ilə X21 və İddiaçı1 mülkiyyətinə Quba rayonu Nügədi kəndi ərazisindən 0.42 ha torpaq sahəsi verilmiş, onların torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-1319 KOD 30319018 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir, Əlavə Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 07 nömrəli qərarı ilə X31 və ailə üzvlərinə Quba rayonu Nügədi kəndi ərazisindən 1.06 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmiş və onların torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-1320 KOD 30319018 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilir ki, Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 490a/2006 nömrəli qətnaməsi ilə X26 cavabdehlər X34 və İddiaçı3 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilərək X31 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,63 ha torpaq sahəsi və İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir və həmin saxta məhkəmə qətnaməsi əsasında X26 qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair MH seriyalı, ******* nömrəli, **********01 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Eyni zamanda Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-345a/2006 nömrəli qətnaməsi ilə X26 cavabdehlər X31 və İddiaçı3 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilərək X31 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,42 ha torpaq sahəsi və İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,17 ha torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir və həmin saxta məhkəmə qətnaməsi əsasında X26 qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair MH seriyalı, ******* nömrəli, **********97 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Beləliklə, cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən hər iki saxta qətnamə üzrə yalnız X45 adına qətnamələrlə müəyyən edilən 0,88 və 0,93 ha həcmdə deyil, cəmi 0,598372 ha həcmdə eyni tarixli qanunsuz çıxarışlar verilib. Hər iki çıxarışlarda-reyestr, qeydiyyat nömrəsi və qeydiyyat tarixləri eynidir, yəni bir çıxarışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X44 və digər iddiaçıların nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər sonuncu məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs X43 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digərləri isə gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçıların hüquqi marağı Qusar rayon Məhkəməsinin 2-490 a/2006 nömrəli, 24 avqust 2006-cı il tarixli qətnaməsinə əsasən X31 məxsus 0,63 ha və X15 məxsus 0,25 ha torpaq sahələri və Qusar rayon Məhkəməsinin 2-345 a/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli qətnaməsinə əsasən X31 məxsus 0,42 ha və X15 məxsus 0,17 ha torpaq sahələrinin özgəninkiləşdirilməsinin qanunsuz hesab ediməsi və həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X44 və onun ailə üzvlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarına əsasən 1,06 ha torpaq sahəsi ayrılmış, bununla bağlı “Torpağa mülkiyyət hüququna dair” JN-1320, KOD 30319018 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Eyni zamanda digər iddiaçılar İddiaçı3 və İddiaçı1 Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarına əsasən 0,42 ha torpaq sahəsi ayrılmış, bununla bağlı “Torpağa mülkiyyət hüququna dair” JN-1319, KOD 30319018 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Qusar Rayon Məhkəməsinin 2-490a/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, X42 tərəfindən cavabdehlər X31 məxsus 0,63 ha və X22 məxsus 0,25 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmişdir. İş üzrə cavabdeh X31 məxsus JN-1320 və X23 məxsus JN-1319 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları satılmış hissələr üzrə ləğv edilmiş və cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahələri azaldılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində çıxarışlar verilməsi qərara alınmışdır. Eyni zamanda Qusar Rayon Məhkəməsinin 2-345a/2006-cı il tarixli qətnaməsindən görünür ki, X65 tərəfindən cavabdehlər X73 məxsus 0,34 ha, X31 məxsus 0,42 ha və X24 məxsus 0,17 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmişdir. İş üzrə cavabdehlər X73 məxsus JN-1311, X31 məxsus JN-1320 və X23 məxsus JN-1319 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları satılmış hissəsi üzrə ləğv edilmişdir. Cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahəsi çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahəsinin cizgiləri daxilində torpağa mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışların verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Seriya MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr”ndən çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində 0,887089 ha torpaq sahəsi üzərində X26 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Seriya MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr”ndən çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində 0,630063 ha torpaq sahəsi üzərində X26 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2007-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, X12 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,630063 ha və 0,887089 ha torpaq sahələrini X4. 4Ə 1397 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,887089 ha torpaq sahəsini X6. xx.xx.2020-ci il tarixli 4Ə 1055 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X17 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,8871 ha torpaq sahəsini X5. AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X12 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,759219 ha torpaq sahəsini X2. Göründüyü kimi Qusar rayon Məhkəməsinin 2-490 a/2006 nömrəli, 24 avqust 2006-cı il tarixli qətnaməsinə əsasən X31 məxsus 0,63 ha və X15 məxsus 0,25 ha torpaq sahələri və Qusar rayon Məhkəməsinin 2-345 a/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli qətnaməsinə əsasən X31 məxsus 0,42 ha və X15 məxsus 0,17 ha torpaq sahələri özgəninkiləşdirilmişdir. Bundan sonra isə təkrar alqı satqılar ilə torpaq sahələri özgəninkiləşdirilmişdir. Qusar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-490a/2006 saylı, 24 avqust 2006-cı il tarixli qətnaməsi mövcud olmadığından hər hansı bir sənədin təqdim edilməsi qeyrimümkündür. Qusar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-345a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən də hər hansı sənədin verilməsi qeyri-mümkündür. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Qusar rayon Məhkəməsinin icraatında ümumiyyətlə yuxarıda göstərilən tərəflər və predmet üzrə mülki işlərin olması və həmin qətnamələrin çıxarılması öz təsdiqini tapmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırki iş üzrə yuxarıda da qeyd olunduğu kimi cavabdeh inzibati orqan mövcud olmayan qətnamələr əsasında qeydiyyat apardığı üçün məhkəmə kollegiyası hesab edir ki, bu halda inzibati orqanın qanunsuz hərəkətləri mübahisələndirilə bilər. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə istinadla təqdim edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin, bunun üçün təqdim edilmiş həmin hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular edilmiş və Qusar rayon Məhkəməsinin icraatında hazırki mübahisənin yaranmasına səbəb olan qətnamələrin mövcud olmadığı müəyyən edilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli məsələlərin araşdırılması məqsədilə zəruri sorğular edilmiş və aşağıdakı məlumatlar əldə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavab olaraq göndərilmiş 02 oktyabr 2024-cü il tarixli, 3- 21-3-34/2-10860/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən, 0.63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha mübahisəli torpaq sahələrinə dövlət reyestrindən X45 adına **********97 nömrəli (0.1708 ha və 0.4274 ha birləşməsi) və X26 adına **********01 nömrəli (0.6370 ha və 0.25 ha birləşməsi) çıxarışlar verilmişdir. X42 **********01 reyestr nömrəli çıxarışa əsasən 0.8870 ha torpaq sahəsini Quba rayon DNKnun xx.xx.2007-ci il tarixli, 4Ə-292 nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 adına özgəninkiləşdirmiş və dövlət reyestrindən ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. X8 rayon notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə-1397 nömrəli alqı-satqı müqaviləsinə əsasən X39, sonuncuda Quba rayon “ASAN” xidmət notariusunun xx.xx.2020-ci il tarixli, 4Ə-1055 nömrəli alqı-satqı müqaviləsinə əsasən X32 özgəninkiləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavab olaraq göndərilmiş 05 fevral 2025-ci il tarixli, 3-21-3-34/2-1413/2025 nömrəli məktubundan görünür ki, X25 adına 0,42 ha və X11 adına 0.17 ha torpaq sahələrinə dövlət reyestrindən ilkin çıxarışın verilməsinə əsas sənəd Qusar rayon Məhkəməsinin 2-345a/2006 nömrəli qətnaməsi, 0,63 ha və 0,25 ha torpaq sahələrinə dövlət reyestrindən ilkin çıxarışın verilməsinə əsas sənəd Qusar rayon Məhkəməsinin 2-490a/2006 nömrəli qətnaməsi olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavab olaraq göndərilmiş 17 mart 2025-ci il tarixli, 3-21- 3-34/2-3623/2025 nömrəli müayinə aktından görünür ki, JN-1320 nömrəli Dövlət Aktının 1320S planşeti üzrə 0.4274 ha torpaq sahəsi və JN-1319 nömrəli Dövlət Aktının 1319S planşeti üzrə 0,1708 ha torpaq sahəsi üzərində **********97 reyestr nömrəli çıxarışa əsasən X45 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. JN-1320 nömrəli Dövlət Aktının 1320K planşeti üzrə 0,6370 ha torpaq sahəsi və JN-1319 nömrəli Dövlət Aktının 1319K planşeti üzrə 0,25 ha torpaq sahəsi üzərində **********01 reyestr nömrəli çıxarışa əsasən X29 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. X56 əsasən torpaq sahələri qeyd edilən çıxarışlara əsasən torpaq sahələri üst-üstə düşür. Göründüyü kimi iddiaçıların mübahisələndirdiyi torpaq sahələri hazırkı mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, iddiaçılar Dövlət Aktları əsasında torpaq sahəsinə çıxarışın alınması ilə bağlı hələ 2017-ci ildən məlumatları olmuşdur. Bu barədə rəsmi qaydada sorğu vermişlər və bu sorğuların cavablarında bu barədə qeyd edilmişdir. Bu barədə işə baxan məhkəmələrin qərarlarında bu qeyd edilmişdir. Belə olan halda iddiaçılar mübahisələndirmə ilə bağlı iddia müddətini ötürmüşlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin istinad olunan dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iddia növünə görə öhdəliyin icrası haqqında iddiaya aiddir. Belə ki, İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Odur ki, iddia müddətini tətbiq etməklə bağlı üçüncü şəxslərin mövqeyi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilinə münasibət bildirməyi də zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, **********97 reyestr nömrəli dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsi (0.42 ha, 0.17 ha) X26 adına qeydiyyatda olmayıb. Həmin torpaq sahəsi X45 adına qeydə alınmışdır. Məhkəmə qərarı ilə ləğv edilmiş digər hissələr 0,63 ha, 0,25 ha ölçüdə yox, birləşmə yolu ilə **********01 reyestr nömrəli dövlət reyestrindən çıxarışla X26 adına qeydə alınmışdır. Həmin şəxsin adına 0,63 ha, 0,25 ha ölçüdə aparılmış qeydiyyat mövcud deyildir. Tərəflərə məhkəmə iclaslarında hüquqi yardım edilsə də, iddiaçılar hüquqi yardımın mahiyyətini tam başa düşməmiş, ona görə də iddiaçılara aşagıdakı formada yazılı hüquqi yardım edilmişdir: “İddia ərizəsindən və məhkəmə iclaslarında verdiyiniz izahatlardan görünür ki, hüquqi marağınız Qusar rayon Məhkəməsinin 2-490 a/2006 nömrəli, 24 avqust 2006-cı il tarixli qətnaməsinə əsasən X31 məxsus 0,63 ha və X15 məxsus 0,25 ha torpaq sahələri və Qusar rayon Məhkəməsinin 2-345 a/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli qətnaməsinə əsasən X31 məxsus 0,42 ha və X15 məxsus 0,17 ha torpaq sahələrinin özgəninkiləşdiriməsinin qanunsuz olduğunun müəyyən edilməsinə və yekunda həmin torpaqlar üzərində müvafiq olaraq hüquqlarınızın müəyyən edilməsinə yönəlmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin məhkəmə qətnamələri əsasında aparılmış ilkin qeydiyyatlardan sonra təkrar alqı-satqılar həyata keçirilmiş və mübahisəli torpaq sahələri digər şəxslərin mülkiyyətindədir. Hüquqi marağınız və inzibati məhkəmə icraatında baxıla biləcək iddia tələbləri nəzərə alınaraq sizə məhkəmə iclaslarında hüquqi yardım edilsə də, iddia ərizəsinə düzgün dəqiqləşmə verməmisiniz. X49 Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla məhkəmə tərəfindən sizə hüquqi yardım edilərək izah olunur ki, həmin torpaq sahələri ilə bağlı təkrar alqı-satqılar həyata keçirildiyi üçün hazırki iş üzrə məhkəmə qətnamələri əsasında aparılmış ilkin qeydiyyatın ləğvini tələb edə bilərsiniz. Həmin iddia uğurlu olacağı halda təkrar alqı-satqı müqavilələrin və həmin müqavilələr əsasında digər şəxslərin adına aparılmış qeydiyyatların ləğvini müvafiq ümumi məhkəmədə iddia qaldırmaqla tələb edə bilərsiniz. Əlavə olaraq nəzərinizə çatdırılır ki, həmin iddia tələbi də uğurlu olacağı təqdirdə sözügedən torpaq sahələrinə dair öz adınıza müvafiq qeydiyyat aparılmasını inzibati orqandan tələb etmə hüququnuz yaranır. Bu səbəbdən məhkəmə tərəfindən sizə hüquqi yardım olunaraq hazırki iş üzrə iddia tələbinin “xahiş edirəm” hissəsinin aşağıdakı kimi qeyd olunması və məhkəməyə təqdim edilməsi tövsiyə edilir. “Qusar rayon Məhkəməsinin arxivi mövcud olmayan 2-490 a/2006 nömrəli, 24 avqust 2006-cı il tarixli qətnaməsi əsasında X31 məxsus 0,63 ha, X15 məxsus 0,25 ha, həmin məhkəmənin 2-345 a/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli qətnaməsi əsasında isə X31 məxsus 0,42 ha və X15 məxsus 0,17 ha torpaq sahələri üzərində aparılmış ilkin qeydiyyatların ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm”. Bundan sonra iddiaçılar məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “Qusar rayon Məhkəməsinin arxivi mövcud olmayan 2-490 a/2006 nömrəli, 24 avqust 2006-cı il tarixli qətnaməsi əsasında X31 məxsus 0,63 ha, X15 məxsus 0,25 ha, həmin məhkəmənin 2-345 a/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli qətnaməsi əsasında isə X31 məxsus 0,42 ha və X15 məxsus 0,17 ha torpaq sahələri üzərində aparılmış ilkin qeydiyyatların ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edildiyindən cavabdeh inzibati orqanın apellyasiya şikayətinin həmin dəlili öz əhəmiyyətini itirmiş olur, bu səbəbdən də əlavə araşdırılma aparılmasına zərurət qalmır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, bu kateqoriya işlərdə formalaşmış məhkəmə təcrübəsini də nəzərə alınaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Qusar rayon Məhkəməsinin arxivi mövcud olmayan 2-490 a/2006 nömrəli, 24 avqust 2006-cı il tarixli qətnaməsi əsasında X31 məxsus 0,63 ha, X15 məxsus 0,25 ha, həmin məhkəmənin 2- 345 a/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli qətnaməsi əsasında isə X31 məxsus 0,42 ha və X15 məxsus 0,17 ha torpaq sahələri üzərində aparılmış ilkin qeydiyyatların ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-436/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Qusar rayon Məhkəməsinin arxivi mövcud olmayan 2-490 a/2006 nömrəli, 24 avqust 2006-cı il tarixli qətnaməsi əsasında X31 məxsus 0,63 ha, X15 məxsus 0,25 ha, həmin məhkəmənin 2-345 a/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli qətnaməsi əsasında isə X31 məxsus 0,42 ha və X15 məxsus 0,17 ha torpaq sahələri üzərində aparılmış ilkin qeydiyyatların ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.