Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-351/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi X2 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-243/2022 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini ünvan 1 ünvanında yerləşən evin yerləşdiyi 504.5 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasını, həmin hüquqa dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiasını dəqiqləşdirərək X3 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının anası Balaca Məmməd qızının mülkiyyətində olmuşdur. Bu barədə anasının adına qeydiyyat vəsiqəsi və texniki pasport olmuşdur. Texniki pasportda torpaq sahəsi 504,5 kv.m göstərilmişdir. Anası rəhmətə gedəndən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən 504,5 kv.m torpaq sahəsində 1838-ci ildə but daşdan tikilmiş yaşayış sahəsi 22.5 kv.m olan 2 otaqdan ibarət olan ev vərəsəlik üzrə iddiaçıya keçmişdir. İddiaçı həmin evi (ümumi sahəsi 97,4 kvadrat metr olan 2 otaqdan ibarət fərdi yaşayış evi) oğlu X5 bağışlamışdır. Lakin evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı hazırda torpaq sahəsində olan qeydiyata alınmamış tikilidə yaşayır. Azərbaycan Respublikası Prezidentinin 439 saylı Fərmanına əsasən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir. ünvan 3 ünvanında olan 0,0504 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasında ərizə ilə müraciət edərkən ona cavab verilmişdir ki, həmin torpaq sahəsi 19 may 2021-ci il tarixli çıxarış ilə X3 adına qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçıya göndərilən cavab məktubunda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi orqan hazırki məsələni tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsinin tələblərinə fikir vermədən yanlış olaraq 88.1-ci maddəyə istinad etmişdir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri üzrə hüquqların keçməsini tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsi torpaq üzrə hüquqların keçməsi üçün tərəflərin razılığını, razılıq olmadığı halda isə yalnız fərdi yaşayış evinin yerləşdiyi və həmin evdən istifadə üçün zəruri olan torpaq sahəsini nəzərdə tutur. Odur ki, iddiaçı hesab edir ki, qanunsuz və əsassız olaraq ona məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ X3 adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, torpaq sahəsinin plan və ölçüsünün və çıxarışın qeydə alınmasına əsas olmuş xx.xx.2021-ci il tarixli, **********60-10301 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayonu 1 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli 4Ə-2560 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş, 0,0505 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X3 adına 19 may 2021-ci il tarixdə **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-243/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, X3 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Həmin qərardan üçüncü şəxs X7 apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü şəxs olaraq mülkiyyət hüququ ilə ona məxsusdur. Bununla bağlı məhkəmə mübahisələri olduğunu və onun fərdi yaşayış evi üzərində hüquqlarının qanuniliyi məhkəmələr tərəfindən də tanınmışdır. Bu əsaslarla iddiaçının tələbi fərdi yaşayış evi ilə bağlı hissədə əsaslı hesab edilə bilməz, çünki inzibati orqan həmin fərdi yaşayış evi üzərində mülikyyət hüququnun qeydə alınması hissəsində qanun pozuntusuna yol verməmişdir. Məhkəməyə təqdim etdiyi etiraz ərizəsində də qeyd etmişdir ki, hələ 2013-cü ildə bu ünvanda qeydiyyatda olan ailə üzvlərinin razılığı ilə qeyrişərtsiz bağışlanma müqaviləsi əsasında notarial qaydada mülk və 504 kv.metrlik torpaq sahəsi ona bağışlanmışdır. İddiaçı nə üçün 13 iyul 2013-cü il tarixli 30801200 7646-10301 reyestr, 1613017-ni deyil, məhz 2021-ci ildə dövlət qeydiyyatından çıxartdığı sənədlərin ləğvini istədiyini, 10 ilə yaxın xüsusi mülkiyyətində olan mülki və torpaq sahəsini dövlət qeydiyyatından çıxarmaq nə vaxtdan qanunazidd olduğunu göstərmişdir. Atası İddiaçı qardaşı Xanlar Qubad oğlunun təkidi ilə bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 11 mart 2019 cu il tarixli, 2(012)-599/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən apellyasiya şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(105)-2689/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Son aylarda isə eyni müraciətlə qardaşı Nümayəndə da bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 22 iyun 2021-ci il tarixli, 2(012)-6341/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Miilki Kollegiyasının 1 dekabr 2021-ci tarixli 2(105)-3292/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti də təmin edilməmişdir. Göründüyü kimi bağışlanma müqaviləsində heç bir saxtakarlığa yol verilmədiyi üçün məhkəmələr tərəfindən yuxarıda adları çəkilən iddiaçıların heç bir iddiaları təmin edilməmişdir. ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 97.4 kv.m olan, 2 otaqdan ibarat fərdi yaşayış evini və 504.5 kv.m torpaq sahəsini atası X8 tərəfindən Abşeron rayon 1 saylı notariat kontorunda 23 iyun 2013-cü il tarixli ******* reyestr nömrə ilə qeyda alınmış ev bağışlanma müqaviləsinə əsasən bağışlamışdır. Həmin ev bağışlanma müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edərək sözügedən mülk və torpaq sahəsinə çıxarış almışdır. Azərbaycan Respublikasının Prezidentinin 439 nömrəli fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə siyahının 2.4-cü bəndinə əsasən 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, yaşayış evinin altında yerləşən 504.5 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən sənədlər ətraflı araşdırıldıqdan sonra Prezidentin Fərmanına müvafiq olaraq sözü gedən 504.5 kv.m torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış, ona çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan əmlak sahəsinin altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə edilməsinin onun hüququ olduğunu göstərmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili X6 etiraz təqdim etmiş, etiraz ərizəsi iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq ərizədə göstərilmişdir ki, apellyasiya şikayəti tamamilə əsassız olduğu halda, iddia tələbi və onun təmin edən məhkəmə qərarı tam əsaslıdır. ünvan 3 ünvanında olan 0, 0504 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasında ərizə ilə müraciət edərkən ona cavab verilmişdir ki, həmin torpaq sahəsinin 19 may 2021-ci il tarixli çıxarış ilə X3 adına qeydiyyata alındığı müəyyən edilmişdir. Ona göndərilən cavab məktubunda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. Həmin Məcəllənin 88.3-cü madəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi orqan hazırki məsələni tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsinin tələblərinə fikir vermədən yanlış olaraq 88.1-ci maddəyə istinad etmişdir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri üzrə hüquqların keçməsini tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsi torpaq üzrə hüquqların keçməsi üçün tərəflərin razılığını, razılıq olmadığı halda isə yalnız fərdi yaşayış evinin yerləşdiyi və həmin evdən istifadə üçün zəruri olan torpaq sahəsini nəzərdə tutur. Odur ki, hesab edirlər ki, qanunsuz və əsassız olaraq ona məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ X3 adına qeydiyyata alınmışdır. Məhkəmə göstərilənləri və onun həmin torpaq sahəsi üzərindəki qeydiyyatsız evdə yaşadığını nəzərə alaraq haqlı olaraq tələbini qismən də olsa təmin etmiş, ədalət yerini tapmışdır. Məhz Torpaq Məcəlləsinin 88.1-ci maddəsində göstərilir ki, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin Məcəllənin 88.3-cü maddəsində isə göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Yuxarıda qeyd edilən fakt və sübutlara əsasən apellyasiya şikayətinin təmin ediməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasında iclasında iştirak edən üçüncü şəxs X7, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasında iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yekun məhkəmə qərarının məhkəmə kollegiyasının mülahizəsinə verdiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təşkil edir. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə/2560 reyestr nömrəli “Ev bağışlama müqaviləsi”nə əsasən İddiaçı Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evini X5 bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində **********46-10301 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər X7 və Abşeron rayon 1 saylı notariat kontoruna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə cavabdeh X7 arasında Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 23 iyun 2013-cü il tarixli, 4Ə/2560 reyestr nömrə ilə qeydə alınmış, bağışlama müqaviləsinin ləğv olunması, Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evinə dair cavabdeh X3 adına DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi və onun əvvəlki mülkiyyətçisi İddiaçı mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(012)-599/19 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və Abşeron rayon 1 saylı notariat kontoruna qarşı evin bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(105)-2689/19 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-22/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 21 avqust 2019-cu il tarixli, 2(105)-2689/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı və X7 arasında Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 23 iyun 2013cü il tarixli, 4Ə/2560 reyestr nömrə ilə qeydə alınmış “ev bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-634/2021 saylı qətnaməsi ilə iddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı dövlət notariat kontoru, X7 və İddiaçı qarşı ev bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və Nümayəndə 122 manat məhkəmə ekspertizası xərcinə görə pulun tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3292/2021 nömrəli, xx.xx.2021-ci il tarixli iddiaçı Nümayəndə verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-634/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi tərəflər arasında məhkəmə mübahisələri olmuş və Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evinin İddiaçı tərəfindən X5 bağışlanması barədə xx.xx.2013-cü il tarixli, 4Ə/2560 reyestr nömrəli “Ev bağışlama müqaviləsi” məhkəmə qaydasında mübahisələndirilsə də, İddiaçı və Nümayəndə iddiaları təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, X3 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.05045 ha torpaq sahəsi X3 adına dövlət qeydiyyatına alınmış, çıxarış əsasında torpaq sahəsinin plan-ölçü sənədi tərtib edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin (yeni qaydalarla Abşeron rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi 42) xüsusi mülkiyyət hüququ əsasında X3 adına Daşınmaz Əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən iki ədəd Çıxarış var. Həmin çıxarışların eyni qeydiyyat tarixli və eyni qeydiyyat nömrəli olmasına baxmayaraq birində torpaq sahəsinin ölçüsü 0,05045 ha, digərində isə 0,007 ha göstərilmişdir. Məhkəmə göstərilən məsələyə aydınlıq gətirilməsi üçün cavabdeh inzibati orqana sorğu vermiş və sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli cavab məktubunda göstərilmişdir ki, vətəndaş X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü texniki yanlışlıq olaraq 0.007 ha qeyd edilmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayonu 1 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli 4Ə-2560 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən **********46-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış verilmiş və həmin çıxarışda tikintialtı sahə 0.0069 ha kimi qeyd edilmişdir. X7 **********46-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.05045 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən (Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar) ərizə icra edilmiş, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.05045 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınmışdır. Lakin vətəndaşa təhvil verilmiş çıxarışda torpaq sahəsinin ölçüsü yanlışlıqla **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edildiyi kimi, yəni 0.007 ha olaraq qeyd edilmişdir. X1 verilmiş ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarış və texniki pasport xx.xx.2021-ci il tarixdə vətəndaşa təhvil verildikdən sonra sənədlərin arxivləşdirmək məqsədi ilə ekspertizası zamanı qeyd edilmiş uyğunsuzluq tərəflərindən aşkar edilmiş və bu barədə Milli Qeydiyyat Sistemində müvafiq düzəliş edilərək torpaq sahəsinin ölçüsü 0.05405 ha kimi qeyd edilmişdir. Hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində elektron və kağız daşıyıcılarda ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.05045 ha kimi göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. İddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, X9 rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən Fərmanın tələblərini nəzərə almamış, iddiaçının mübahisə predmeti olan torpaq sahəsində yerləşən digər bir tikilidə yaşadığı halda cavabdeh inzibati orqanın bu halı araşdırmadan üçüncü şəxs X3 adına fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının əsassız olması qənaətinə gəlmişdir. İddiaçının mübahisə predmeti olan torpaq sahəsinin müəyyən hissəsində yaşaması və həmin torpaq sahəsində iddiaçıya məxsus tikilinin olması barədə iddiaçının dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən tikili üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsinə məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, həyətyanı sahənin eyni küçəyə açılan iki giriş qapısı mövcuddur. Böyük qapının yerləşdiyi girişdən İddiaçı və onun nümayəndəsi (oğlu) Nümayəndə istifadə edirlər, kiçik qapının yerləşdiyi girişdən isə üçüncü şəxs X7 və onun ailəsi istifadə edir. Böyük qapının yerləşdiyi girişdən girdikdə sağ tərəfdə üçüncü şəxs X5 məxsus ev və əlavə olaraq hasara bitişik tikili var. İddiaçının nümayəndəsi Nümayəndə böyük qapının yerləşdiyi girişdən girdikdən sonra müəyyən məsafə aralığında qarşıdan baxıldıqda sol tərəfdə yerləşən evdə yaşayır. Həmin ev mübahisəli torpaq sahəsində yerləşmir, lakin evə giriş mübahisəli torpaq sahəsindəndir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nümayəndə yaşadığı həmin ev dövlət reyestrində qeydiyyata alınmamış, iddiaçı və onun nümayəndəsi (oğlu) bu barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, həmin fərdi yaşayış evinə dair 1987-ci ildə tərtib edilmiş və təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Digər tərəfdən, həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır. İddiaçı tərəfin Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə istinad etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri” adlanan həmin maddə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların fərdi yaşayış evini əldə edənə keçməsini, torpaq sahəsinin fərdi yaşayış evi yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququnun əldə edənə keçməsini nəzərdə tutur. Lakin hazırkı işdə mübahisəli torpaq sahəsi onun üzərində yerləşən fərdi yaşayış evinin üçüncü şəxsə bağışlanıldığı zaman iddiaçının mülkiyyətində olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanında nəzərdə tutulmuş əsasla qeydə alınmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-243/2022 nömrəli qərarı qismən - “X3 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 31 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, iddiaçı həmin qərardan apellyasiya şikayəti verməmiş, üçüncü şəxs isə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. İddianın təmin edilməyən hissəsində qərarın ləğv edilməsi üçün əsaslar mövcud olmadığından, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-243/2022 nömrəli qərarı qismən - “X3 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.