Məhkəmə qərarları › İş №2-1(105)-352/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-352/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-352/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X8 Quliyev və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və 3-cü şəxs: X5, Cavabdehin nümayəndəsi: X1 iştrakları ilə, İddiaçı "xxxx" şirkəti ticarət mərkəzinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı «Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin ediməsinin cavabdehə və onun tabeçiliyində olan, göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi, cavabdehdən əmlaklarının qanunsuz sökülməsi, ərazinin zəbt edilməsi nəticəsində vurulmuş 50.000.000 (əlli milyon) manat maddi zərər, 1.000.000 (bir milyon) manat mənəvi zərərin əvəzi kimi tutularaq iddiaçının xeyrinə ödənilməsi» tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(118)-110/2021 nömrəli qərarından iddiaçının nümayəndəsi R.M.Babayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddianın qismən təmin edilməsi, iddiaçı «RHST» şirkəti ticarət mərkəzinin balansında olan «A» korpuslu binanın cavabdeh tərəfindən sökülməsinə və ya hər hansı qanunsuz müdaxiləsinə qadaga qoyulmaqla, cavabdeh və ona tabe olan qurumlar tərəfindən «RHST» şirkətinin balansında olan 4500 kv.m torpaq sahəsindən və «A» korpuslu binadan istifadə etməsinə qoyula biləcək maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" şirkəti ticarət mərkəzi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə, yəni iddiaçının mülkiyyətində olan «A» və «B» kopruslarının sökülməsi və bununla da onun əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,088896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yem lahiyə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi, cavabdehdən əmlaklarının qanunsuz sökülməsi, ərazinin zəbt edilməsi nəticəsində vurulmuş 50.000.000 manat maddi zərər, 1 000.000 manat mənəvi zərərin əvəzi kimi tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçı tərəfindən yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi, cavabdehdən əmlaklarının qanunsuz sökülməsi, ərazinin zəbt edilməsi nəticəsində vurulmuş 50.000.000 manat maddi zərər, 1.000.000 manat mənəvi zərərin əvəzi kimi tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia dəyişdirilərək, iddia tələbi artırılması və Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi və iddiaçılar tərəfindən yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddia tələbinin “yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" hissəsinin gələcəkdə belə tələblə məhkəməyə müraciət etmək hüququ saxlanılmaqla geri götürülməsi barədə qərardad çıxarmağı və ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə , bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan, onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 iyun 2017-ci il tarixli qərardadı ilə, X6 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,08896 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 3679,1 kv.metr ticarət təyinatlı tikili, keçmiş “Şərq" bazarı adlanan ərazi onların ümumi birgə mülkiyyətindədir. Onların mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin daşınmaz əmlakda 27 yanvar 1997-ci ildə təsis edilmiş, hazırki təsisçiləri bərabər payla onlara olan "xxxx" Şirkəti-Ticarət Mərkəzi fəaliyyət göstərir. Sumqayıt şəhərində aparılan abadlıq işləri ilə əlaqədar “RSHT" Şirkəti Ticarət Mərkəzinin də yenidən qurulmasının layihələndirilməsi üçün cavabdeh tərəfindən 26 fevral 2016-cı il tarixli 43 saylı sərəncam verilmiş və qanunvericiliyə uyğun qaydada tikinti işlərinin layihəsi hazırlanıb bütün aidiyyəti qurumlarla razlışadırılaraq ekspertizadan keçirilməklə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Layihədə, mülkiyyətlərində olan 1997-ci ildə özəlləşdirilmiş keçmiş "Şərq" bazarına məxsus "A" və "B" korpuslarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, qalan ərazidə isə yeni layihə əsasında tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. 15 may 2017-ci ildə Sumqayıt Şəhər icra Hakimiyyətində də Tikintinin layihəsi ilə razılaşdıqlarını, tikinti işlərinə başlanması üçün ərazidə “A” və 'B” korpuslarından başqa əlavə bütün birmərtəbəli günün tələblərinə cavab verməyən tikililərin sökülməsinin zəruri olması bildirmişlər. Bu səbəbdən cavabdehin tələbi ilə 22 may 2017-ci ildə iddiaçı ilə cavabdehin “Sumqayıt şəhər Təmizlik Departamenti” arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən yeni layihə ilə inşa ediləcək tikintidə lazım olmayan tikintilərin sökülüb təmizlənməsi nəzərdə tutulmuşdur. Beləliklə ərazinin təmizləməsinə başlanmış, 1 ha torpaq sahəsindəki “A” və “B” korpuslarından başqa bütün birmərtəbəli konstruksiyaların sökülməsi işlərinə başlanmış və onların sökülməsi əsasən başa çatmışdır. 25 may 2017 tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov onu çağırıb bildirmişdir ki, mülkiyyətlərində olan “A” və “B” korpusları da sökülməlidir. Cavab olaraq ona bildirilmişdir ki, həmin tikililər Sovet dövründə, 1988-cı illərin sonlarında inşa olunmaqla əsaslı tikililərdir və qanunvericiliyə uyğun qaydada da özəlləşdirilərək hazırda xüsusi mülkiyyətdədirlər. Onların sökülməsinə heç bir ehtiyac yoxdur və layihəyə görə də, həmin tikililər əsaslı təmir olunmalıdır. X16 isə Rəşid Babayevə hədəqorxu gələrək bildirmişdir ki, razılaşmadığı təqdirdə həmin tikililər polis qüvvələri cəlb olunmaqla zorla söküləcəkdir. 05 iyun 2017-ci il tarixdə səhər saat 8-də Fəzaii Hüseynovun dediyi kimi Sumqayıt şəhər polis idərəsinin yüksək rütbəli zabitləri, post-patrul xidmətinin bütün heyəti, 50 nəfərə yaxın polis işçisi, cavabdehin bütün işçiləri başda Fəzail Hüseynov olmaqla, başçının müavinləri Akif Quliyev, Sahib Quliyev, şöbə müdiri Natiq Dadaşov, şəhərsalma idarəsinin rəisi Həsən Həsənov və digər işçilər polislərə əmr verərək ərazini mühasirəyə alıb, müəssisənin işçilərini işə buraxmayaraq idarəyə girməyə qadağan etmiş və “Qartal” tikinti firmasından və digər təşkilatlardan texnika və 40 nəfərə yaxın canlı qüvvəyə əmr edərək qanuni xüsusi mülkiyyətlərində olan dəyəri əlli milyon manata yaxın olan üç mərtəbəli mehmanxana və inzibatı binanı, iki mərtəbəli Çexiya istehsalı olan metal konstruksiyadan yığılmış ticarət sahəsi 3600 kv.metr olan əsaslı tikinti binaların sökülməsinə əmr verilmişdir. Hal-hazırda həmin binalardan B korpusu heç bir rəsmi xəbərdarlıq, müraciət olunmadan sökülmüşdür. Bu haqda video və fotolar mövcudur. Həmin fotolardan və videolardan görünür ki, əraziyə polislər cəlb edilmiş və icra hakimiyyətinin əməkdaşları söküntüyə rəhbərlik etmişdir. Hal- hazırda hüquqi səxs kimi iddiaçının iş fəaliyyəti dayandırılmış, müəssisənin bütün mühasibat və hüquqi sənədləri söküntu altında qalmışdır. 20 iyun 2017-ci ildə iddiaçı cavabdehə müraciət edərək bu qanunsuz söküntü nəticəsində onlara vurulan 50.000.000 manatın ödənilməsini tələb etmişdir. 21 iyun 2017-ci ildə Fövqalədə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinə teleqram vuraraq, söküntü aparılan ərazidə yoxlama aparmışlar, söküntü aparan şəxslər bildirmişlər ki, söküntü Sumqayıt Şəhər icra Hakimiyyətinin tapşırığı ilə aparırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, söküntü aparılarkən təhlükəsizlik tədbirləri görülməmişdir. Bu səbəbdən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısına xəbərdarlıq edilmişdir. 04 iyul 2017-ci ildə iddiaçı cavabdehə müraciət edərək, yeni layihə üzrə tikinti işlərinə başlamaq üçün icazə verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının heç bir müraciətinə cavab verməmişdir. Hal hazırda verilmiş iddia tələbi üzrə yekun məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.M.Babayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin, yuxarı instansiya məhkəmələri tərəfindən baxılması mümkün sayılmış iddia tələblərini bir-birindən ayırması, eləcə də onun bir hissəsi üzrə iddianı qeyri-mümkün hesab edir, digər hissəsinin məzmununun dəyişdirilməsi qanunvericiliyin tələblərinə ziddir. İddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarında göstərilən tikintiyə icazə verilməməsi, onların mülkiyyətindəki əmlakın Sumqayıt Şəhər İcra Hakimiyyəti məkdaşlarının göstərişi ilə qanunsuz sökülməsi, bununla bağlı cavabdehdən maddi və mənəvi ziyanın tələb olunması barədə deyilənlər, eləcə də tikintiyə icazə verilməsi qaydalarına dair hüquqi normalarına dair müddəalar, iş üzrə məhkəmə 16 oktyabr 2018-ci il tarixli 2-1(85)-97/2018 saylı qərarından mexaniki formada köçürmə olmaqla formal xarakter daşıyır və onların hazırki iş üzrə iddianın predmetinə heç bir aidiyyəti yoxdur. Həmin qərarda göstərilərin əsas götürülüb hazırki iş üzrə iddia tələbinin mahiyyətinin dəyişdirilərək qismən təmin olunması qanunvericiliyin tələblərinə ziddir. Bu barədə yuxarı instansiya məhkəmələrinin mövqeyi artıq məlumdur. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2- 1(118)-110/2021 saylı qərarı ləğv olunub, iddia tələbində iddia ərizəsində göstərildiyi qaydada tam şəkildə təmin olunaraq Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni layihə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi A.Quliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyi kimi, Sumqayıt şəhərində aparılan abadlıq işləri ilə əlaqədar "xxxx" Şirkəti Ticarət Mərkəzinin də yenidən qurulmasının layihələndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 26 02.2016-cı il tarixli 43 saylı Sərəncam vermişdir. 22 may 2017-ci il tarixdə "xxxx" Şirkəti Ticarət Mərkəzinin Prezidenti R H.Babayev və Sumqayıt şəhər Təmizlik Departamenti məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri M.Q.Məmmədov arasında bağlanmış söküntü və təmizlik işlərinin aparılması haqqında müqavilənin 1.1-ci bəndinə uyğun olaraq «Sifarişçi» "xxxx" Şirkəti Ticarət Mərkəzi Sumqayıt şəhərinin mövcud baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafını təmin etmək məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma, abadlıq işləri çərçivəsində «Şərq bazarı» adlanan ticarət mərkəzinin yenidən qurularaq müasir standartlara üyğun istifadəyə verilməsi məqsədilə həmin ticarət mərkəzinin sökülməsini və söküntü materiallarının ərazidən daşınaraq ərazinin təmizlənməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən «İcraçı» ticarət mərkəzinin sökülməsini və söküntü-tikinti materiallarını və ərazidə olan digər lazımsız avadanlıq və əşyaları ərazidən daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh tərəfindən "xxxx" Şirkəti «Şərq bazarı» adlanan ticarət mərkəzinin sökülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş, eləcə də, bilavasitə iddiaçının hüquq və azadlıqlarını pozan heç bir qanunsuz müdaxiləyə yol verilməmişdir. Göründüyü kimi, iddiaçı, «Şərq bazarı» adlanan ticarət Mərkəzinin söküntüsünün rəsmi şəkildə öz üzərinə götürdüyü halda, Sumqayıt Şəhər icra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası İPM-nın 2.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırması əsassızdır. Bundan başqa ticarət obyektinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi bütövlükdə R.Babayevə məxsus deyil. Belə ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə R.Babayevin və A.Həsənovanın adına özəlləşdirilmiş torpaq sahəsinin 790.8 kv.m kiçildilərək 1.0098,8 ha olmuşdur və hal hazırda 70.8 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir. Rəşid Babayev torpaq sahəsinə dair ilkin olan çıxarışdan sui-istifadə edir və həmin çıxarışı yenisi ilə əvəz edilməsindən boyun qaçırır. Sumqayıt şəhər İcra Hakimiyyəti “Yerli icra hakimiyyətləri barədə Əsasnamənin” tələblərinə uyğun olaraq nəzarət etdiyi inzibati ərazisində olan qanunsuz tikililərin dayandırırlması və qanunsuz tikililərin qarşısının almaq məqsədi ilə tikinti aparılan ərazilərə daxil olaraq qanunsuzluqların qarşısını almaq hüququna malikdir. Məhkəmə yalnız formal mülahizələrə əsaslanaraq heç bir sübuta əsaslanmayan qərar qəbul etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(118)-110/2021 saylı qərarını tam ləğv edib, iddiaçının tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Babayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi L.N.Hidayətova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdə olan MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən əmlak kompleksi kimi müəssisə və 1,08896 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında R.M.Babayevin və A.S.Həsənovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər icra Hakimiyyəti başçısının 26 fevral 2016-cı il tarixli 43 saylı sərəncamından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən memarlıq baxımından müasir tələblərə cavab verməyən iddiaçının istifadəsində olan sahədə ticarət mərkəzinin müasir tələblərə cavab verəcək memarlıq üslubunda yenidən qurulmasının layihələndırılməsinə icazə verilmişdir. İddiaçı ilə “Sumqayıt şəhər Təmizlik Departamenti” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 22 may 2017-ci il tarixli “Söküntü və təmizlik işlərinin aparılması barədə” müqavilədən görünür kı. İddiaçı ticarət mərkəzinin sökülməsini və söküntü materiallarının ərazidən daşınaraq ərazinin təmizlənməsini, “Sumqayıt şəhər Təmizlik Departamenti” məhdud məsuliyyətli cəmiyyəti isə ticarət mərkəzinin sökülməsini və söküntü-tikinti materiallarını və ərazidə olan digər lazımsız avadanlıq və əşyaları ərazidən daşımağı öhdələrinə götürmüşlər. İddiaçının “Sumqayıt şəhər Təmizlik Departamenti” məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış 24 may 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə “Sumqayıt şəhər Təmizlik Departamenti” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 22 may 2017ci il tarixli “Söküntü və təmizlik işlərinin aparılması barədə” müqavilə bir tərəfli qaydada 24 may 2017-ci il tarixdən ləğv olunmuşdur. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 21 iyun 2017-cı il tarixli Telefonoqramın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində “RŞHT" şirkətinə məxsus Şərq bazarının naməlum səbəbdən Sumqayıt Şəhər icra Hakimiyyəti tərəfindən sökülməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112 Çevik reaksiya idarəsi”nə daxil olmuş müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılaraq müvafiq akt tərtib edilmiş, müəyyən edilmişdir ki, adı gedən ünvanda keçmiş Şərq bazarının bazasında "RŞHT” şirkətinin ticarət mərkəzi kimi fəaliyyət göstərən və xüsusi mülkiyyətində olan 2 mərtəbəli bina 05 iyun 2017-ci il tarixində qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq heç bir sənəd olmadan və təhlükəsizlik tədbirləri yerinə yetirilmədən. Bəşirov ilham Cavanşir oğlunun və X3 verdiyi məlumata görə söküntü işləri Şəhər icra Hakimiyyətinin göstərişinə əsasən aparılır. Lakin həmin şəxslər tərəfindən söküntünün aparılmasına dair tələb olunan sənədlər və layihə olmadan, eləcə də heç bir təhlükəsizlik tədbirləri görülmədən söküntü işləri yerinə yetirilir. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə qanunsuz aparılan söküntü işlərinin qarşısının alınması və onun qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilərək tələb olunan təhlükəsizlik tədbirlərinə əməl edilməklə yerinə yetirilməsinə dair aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 16.10.2018-ci il tarixli 2-1(85)-972018 saylı qərarı ilə "xxxx" şirkətinin iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)57/2019 saylı 18 mart 2019-cu il tarixli qərardadı ilə həmin qərar ləğv edilərək, iddia tələbi qeyri-mümkün hesab edilmişdir. Buna səbəb isə mübahisə predmeti olan torpaq sahəsinin "xxxx" şirkətinin deyil, R.Babayev və A.Həsənovanın mülkiyyətində olması idi. Ali Məhkəmənin 2-1(102)-1981 saylı 07.08.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-57/2019 saylı 18 mart 2019-cu il tarixli qərardadı-qismən ləğv edilərək, iddia tələbinin birinci hissəsində göstərilən halların araşdırılmasının zəruri olması bildirilmiş və iş Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Ali Məhkəmə öz mövgeyini bununla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən “Ticarət mərkəzinin yenidən qurulmasının lahiyələndirilməsi üçün” 26 fevral 2016-cı ildə Sərəncam verilmiş və həmin Sərəncam birbaşa hüquqi şəxs olan "xxxx" şirkətinə aid olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinə inzibati iş geri qaytarıldıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2-1(105)-672/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2018-ci il tarixli 2- 1(85)972018 saylı qərarı ləğv edilmiş və iddia tələbinin ikinci hissəsinə, yəni “təyinatlı tikilinin sökülməsi,əmlakdan istifadəyə,onun yeni lahiyə üzrə inşa edilməsinə edilən maneə,bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi” hissəsinə baxılması üçün inizbati iş Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsində aparılan araşdırması zamanı məlum olmuşdur ki, tikintisi nəzərdə tutulmuş ticarət obyekti Fövqəladə Hallar Nazirliyinin “AzərDövlətLayihə” Dövlət Baş Lahiyyə İnstitunun 2016-cı il tarixli “Şəhərsalma Əsaslandırması” adlandırdığı eskiz lahiyəsində 1.5390 ha torpaq sahəsinin üzərində inşa edilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, 2010-cu il tarixli MA ******* saylı çıxarışa əsasən Rəşid Babayevin və Afət Həsənovanın ümumi birgə mülkiyyətində olan torpağın ümumi sahəsi 1.08896 ha olmuşdur. Sonradan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə 2(085)1191/2011 saylı qərarı ilə həmin sahənin ölçüsü 790.8 kv.m kiçildilərək 1.0098,8 ha olmuşdur. Lakin torpaq sahəsinin ölçüsü məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən kiçildikdən sonra Rəşid Babayevin və Afət Həsənovanın DƏDRX-nə müraciətləri olmadığına görə 10098,8 ha torpaq sahəsinə dair çıxarış verilməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 204 saylı 09 aprel 1997-ci il tarixli sərəncamına əsasən “RSHT şirkətinin hüquqi xələfi olan ”“Şərq bazarı”na satış sahəsi tikintisi üçün 4.500 kv.m torpaq sahəsi ayrılmışdır. Fövqəladə Hallar Nazirliyinin “AzərDövlətLayihə” Dövlət Baş Lahiyyə İnstitunun 12.07.2016-cı il tarixli “İzahat yazısı”ndan məlum olmuşdur ki, ticarət obyektinin tikintisi üçün nəzərdə tutulmuş 1.5390 ha torpaq sahəsin 4.500 kv.m Sumqayıt Şəhər İcra Halkimiyyətinin “RSHT şirkətinin hüquqi xələfi olan ”“Şərq bazarı”na ayırdığı torpaq sahəsidir. Tikintisi nəzərdə tutulmuş ticarət mərkəzinə görə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 21.02.2017-ci il tarixli 23276 saylı rəyinin verilməsi üçün 1)Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin möhürü ilə təstiqlənmiş eskiz lahiyyə 2) FHN-nin “Azərdövlətlahiyə” Dövlət Baş Lahiyə İnstitutunun 12.07.2016-cı il tarixli 37/36 saylı “şəhərsalma əsaslandırması” adlandırdığı sənədi 3) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi 4) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi və 5) FHN-nin X14 Xidmətinin rəyi əsas olmuşdur. Məhkəmə sorğususna əsasən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təqdim etdiyi arayışdan məlum olmuşdur ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təstiq etdiyi eskiz lahiyədə "xxxx" şirkətinin sahibliyində olan 4.500 kv.m torpaq sahəsinin üzərində navesin tikilməsi o cümlədən "xxxx" şirkətinin balansında olan və lahiyədə «A» və «B» korpusları kimi göstərilmiş qeyri yaşayış binalarının yenidən rekonstruksiyası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən hüquqi yardımın göstərilməsi məqsədi ilə "xxxx" şirkətinə bir neçə dəfə iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilməsinin təklif edilməsinə baxmayaraq, iddiaçı 22.02.2021-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, “yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinin gələcəkdə belə tələblə məhkəməyə müraciət etmək hüququ saxlanılmaqla geri götürülməsi barədə qərardadın qəbul edilməsini və ticarət təyinatlı tikilinin sökülməsi,əmlakdan istifadəyə,onun yeni lahiyə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən 22.02.2021-ci ildə məhkəməyə verilən ərizənin “yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olan tələb hazır ki, iddia tələbinin predmeti deyil. Belə ki, 18.09.2017-ci ildə "xxxx" şirkəti tərəfindən iddia tələbinə əlavə verilmiş və həmin əlavədə digər tələblər ilə yanaşı həmçinin “yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi olmuşdur. Lakin sonradan, yəni 04.10.2018-ci ildə “”RSHT” şirkəti məhkəməyə ərizə ilə müraciət edərək, “yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinin, gələcəkdə belə tələblə məhkəməyə müraciət etmək hüququ saxlanılmaqla, geri götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, "xxxx" şirkətinin məhkəməyə verdiyi iddia tələbi-1) Sumqayıt şəhəri,9-cu mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3979,1 kv.m ticarət təyinatlı tikilinin sökülməsi,əmlakdan istifadəyə, onun yeni lahiyə üzrə inşa edilməsinə edilən maneə,bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsi, 2) cavabdehdən əmlakların qanunsuz sökülməsi, ərazinin zəbt edilməsi nəticəsində vurulmuş 50.000.000 manat maddi, 1.000.000 manat mənəvi zərərin iddiaçının xeyrinə tutulması-ilə əlaqədar olmuşdur. Qeyd olunan tələblər əsasında iddia tələbinə mahiyyəti üzrə baxılaraq 16 oktyabr 2018-ci ildə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" şirkətinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 22.02.2021-ci il tarixli ərizəsində göstərdiyi, “yeni inşa ediləcək binanın tikintisinə başlamaq üçün xüsusi nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin geri götürülməsi barədə qərardad çıxarılması” hissəsinə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərardadı ilə hüquqi qiymət verildiyinə görə həmin məsələyə yenidən baxılmasına lüzum yoxdur. Ona görədə məhkəmə həm yuxarı instansiya məhkəmələrinin tövsiyyələrini, o cümlədən "xxxx" şirkətinin 22.02.2021-ci il tarixli ərizəsini nəzərə alaraq, hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinə verilən 22.02.2021-ci il tarixli ərizənin ikinci hissəsinə, yəni-ticarət təyinatlı tikilinin sökülməsi, əmlakdan istifadəyə, onun yeni lahiyə üzrə inşa edilməsinə edilən maneə, bununla iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsinəbaxılaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Beləliklə "xxxx" şirkətinin məhkəməyə təqdim etdiyi iddia tələbinin sonuncu variantı: 1) ticarət təyinatlı tikilinin sökülməsinin qadağan edilməsi, 2) əmlakdan istifadəyə maneə, 3) əmlakın yeni lahiyə üzrə inşa edilməsinə edilən maneə, 4) iddiaçının əmlakına qanunsuz müdaxilə edən hərəkətlərin edilməsinin cavabdehə və onun tabeçiliyində olan və onun göstərişi ilə hərəkət edən qurumlara qadağan edilməsindən ibarətdir. Məhkəmə “RHST” şirkətinin verdiyi iddia tələbininin birinci və dördüncü hissəsini araşdıraraq, aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “RHST” şirkətinin sahibliyində olan 4.500 kv.m torpaq sahəsinin üzərində mövcud olmuş tikililər artıq sökümüş və həmin sahənin üzrərində hər hansı bir tikili mövcud deyil. Amma lahiyədə “RHST” şirkətinin balansında olan “A” korpusu kimi göstərilən 3 mərtəbəli tikili hal hazırda mövcuddur, lakin şirkətinin balansında olan “B” korpusu kimi göstərilən tikili isə artıq sökülüb. Belə olduğu tədqirdə hesab olunur ki, hal hazırda “RHST” şirkətinin balansında olan 4.500 kv.m olan torpaq sahəsinin üzərində hər hansı bir tikili mövcud olmadığına görə, o cümlədən “B” korpusu adlanan tikili söküldüyünə görə həmin tikililərinin söküntüsünə qadağanın qoyulması tələbinin təmin edilməsi mümkün deyil. Lakin “RHST” şirkətinin balansında olan və lahiyədə “A” korpusu kimi göstərilən tikili mövcud olduğuna görə həmin tikilinin söküntüsünə cavabdeh tərəfindən edilə biləcək hər hansı bir qanusuz müdaxiləyə yol verilə bilməz. Cavabdehin nümayəndəsinin iddia tələbinə dair gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyətinin qanunsuz tikililəri sökülməsi və ya bu məqsədlə inzibati ərazilərə maneəsiz daxil edilməsi hüququnun olması nəzərdə tutulmamışdır. Qeyd olunan Əsasnaməyə əsasən yerli icra hakimiyyətləri ərazilərində inşa edilən qanunsuz tikililərin qarşısını almaq məqsədi ilə müvafiq qurmlara (FHN və Şəhərsalma və Arxitektura komitəsinə) müraciət etmək hüququna malikdir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Ona görədə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə qismən təmin edilərək, “RHST” şirkətinin balansında olan “A” korpuslu binanın cavabdeh tərəfindən sökülməsinə və ya hər hansı qanunsuz müdaxiləsinə qadağa qoyulmalıdır. İddia tələbinin ikinci hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qeyd olunan qanunvericilik aktlarının tələblərindən məlum olur ki, fiziki və ya hüquqi şəxslər mülkiyyətində olan əmlakdan maneəsiz şəkildə istifadə etməkdə sərbəstirlər. Hazır ki, iddia tələbi üzə iddiaçıya daimi əsaslarla Sumqayıt şəhər İcra Hakimiyyətinin 1997-ci il tarixli sərəncamı ilə 4.500 kv.m torpaq sahəsi ayrılıb, o cümlədən şirkətin balansında “A” və “B“ korpuslu binalar var. Bu isə "xxxx" şirkətinin onun hüquqi xələfi olan “Şərq” bazarına ayrılmış 4.500 kv.m torpaq sahəsindən, “A” korpuslu qeyri yaşayış binasından sərbəst istifadə etmək hüququnun olmasına dəlalət edir. "xxxx" şirkətinin balansında olan “B” korpusu kimi adlandırdığı bina söküldüyünə görə həmin qeyri-yaşayış binasından istifadə edilməsi tələbinə baxılmasına lüzum yoxdur. Çünki həmin “B” korpusu adlandırılan qeyri yaşayış sahəsi "xxxx" şirkətinin balansında olmasına baxmayaraq, formal olaraq mövcud deyil, həmin tikilin altında olan torpaq sahəsi isə “RHST” şirkətinin deyil, X6 ilə X7 birgə mülkiyyətindədir. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin ikinci hissəsidə qismən təmin edilərək, “RHST” şirkəti balansında olan 4.500 kv.m torpaq sahəsindən və “A” korpuslu binadan istifadə etməsinə cavabdeh və ona tabe olan qurumlar tərəfindən qoyula biləcək maneələr aradan qaldırılmalıdır. İddia tələbinin 3-cü hissəsini məhkəmə özünün 30.03.2021-ci il tarixli qərardadı ilə mümkün hesab etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadında tikinti işləri aparılan zaman Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə uyğun qaydada bəzi prosedur qaydalarına riayət olunmasının zəruri olması bildirilmişdir. Belə ki, qeyd olunan Məcəllənin 47.4.5-ci və 47.4.6-cı maddələrə əsasən daşınmaz əmlakın tikintisinə dair sifariş verən şəxs (yəni hazır ki, iddia tələbi üzrə “RHST” şirkəti) müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan tikintiyə icazə alır və tikinti obyektinin tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcələnin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci (yəni məlumatlandırma icraatı qaydasında tikilən və tikintiyə icazə tələb olunmayan tikililər) maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə 1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, 2) tikinti layihəsi, 3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (695 saylı Fərmanın 4.7-1.2.2-ci bəndinə əsasən qeyd olunan səlahiyyət yerli icra hakimiyyətinə məxsusdur) tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini təmin edir və həmin rəy müsbət olduğu təqdirdə - bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin” tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 695 saylı 04 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən həmin Məcəllənin 47.4.5-ci, 47.4.6-cı və 75.5-ci maddələrdə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən məlum olur ki, tikintisinə icazə tələb olunan tikililər inşa edilməmişdən öncə, tikilinin sifarişçisi (sahibi), yerli icra hakimiyyətinə müraciət edərək, özün mülkiyyətində və ya sahibliyində olan torpaq sahəsinin sənədlərini, müraciət edən hüquqi şəxs olduğu tədqirdə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini və inşa etdirmək istədiyi tikilinin lahiyyəsini yerli icra hakimiyyətinə təqdim etməlidir. Yerli icra hakimiyyəti sifarişçi tərəfindən ona təqdim edilmiş sənədlərin əsasında tikintisinə icazə veriləcək əmlakın tikinti və şəhərsalma normalarına uyğunluğunun müəyyən edilməsi məqsədi ilə müvafiq qurumlara sorğu verir və zərurət olduğu tədqirdə ekpert rəyini alır. Qeyd olunan sorğulara müsbət cavab gəldiyi tədqirdə tikintiyə icazə verilir. Hazırkı, iddia tələbinin araşdırması zamanı cavabdeh təşkilatın Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş prosedur qaydalarında riayət etdiyi müəyyən olunur. Belə ki, tikintiyə icazə verilməsi üzrə icraat zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiqlənmiş eskiz layihəsi üzrə verilən razılığı, FHN-nin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun 12.07.2016-cı il tarixli 37/36 saylı “şəhərsalma əsaslandırması” adlandırdığı sənəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq rəyi, FHN-nin X14 Xidmətinin rəyi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən nəzərdə tutulmuş tikilinin normalara uyğunluğu barədə 21.02.2017-ci il tarixli 23276 saylı rəyinin verilməsi cavabdeh tərəfindən aparılan prosedur qaydalarının Qanuna uyğun şəkildə aparılmasına dəlalət edir. Hesab olunur ki, “RHST” şirkətinin balansında “A” korpusu adlanan qeyri-yaşayış binasında layihəyə uyğun qaydada rekonstruksiya işlərinin aparılmasına, o cümlədən 4.500 kv.m torpaq sahəsi üzərində və “B” korpusu adlanan qeyri yaşayış binasının razılaşdırılmış layihə üzrə tikintinin aparılmasına icazənin verilməsi üçün hər hansı bir maneə mövcud deyil. Lakin iddiaçı “RHST” şirkəti iddia tələbində tikintiyə icazə verilməsini tələb etməmiş və iddia tələbinin 3-cü hissəsi əmlakın yeni layihə üzrə inşa edilməsinə edilən maneəyə qadağa qoyulmasından ibarət olmuşdur. Yuxarıda sadalanan maddi hüquq normalarından da məlum olur ki, iddia tələbində qeyd olunan tikililərin həyata keçirilməsi üçün mütləq şəkildə tikintiyə xüsusi nişan verilməlidir. Tikiliyə icazə sənədi verilmədiyi tədqirdə aparılan tikinti işləri qanunsuz hesab edilir və həmin tikiliər Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3cü maddəsinə əsasən Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülür. Qeyd olunan normanın tələblərindən görünür ki, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin tikintisinə icazə vermədiyi və artıq inşa edilmiş tikilinin sökülməsi üçün sərəncam vermə səlahiyyəti mövcud deyil. Ona görədə iddiaçının cavabdehə qarşı əmlakın yeni layihə üzrə inşa edilməsinə edilən maneə barədə iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, R.Babayevin iddia ərizəsində göstərildiyi qaydada tam şəkildə təmin olunaraq Sumqayıt şəhəri 9 mikrorayonda yerləşən 1,08896 ha torpaq sahəsi və həmin sahədə yerləşən 3979,1 kv.metr ticarət təyinatlı tikilinin sökülməsi barədə tələbi əsaslı olmamışdır və birinci instansiya məhkəməsi bu hissədə qəbul edilmiş qərarı düzgün hesab edir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “AzərDövlətLayihə” Dövlət Baş Lahiyyə İnstitunun 12.07.2016-cı il tarixli “İzahat yazısı”ndan məlum olmuşdur ki, ticarət obyektinin tikintisi üçün nəzərdə tutulmuş 1.5390 ha torpaq sahəsinin yalnız 4.500 kv.m hissəsinin "xxxx" şirkətinə aidiyyatı var. Yerdə qalan və Rəşid Babayevin iddia etdiyi kimi 1.08896 ha və ya Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarından sonra ölçüsü 790.8 kv.m kiçildilərək 1.0098,8 ha olan torpaq sahəsinin "xxxx" şirkətinə heç bir aidiyyatı yoxdur. Fövqəladə Hallar Nazirliyinin “AzərDövlətLayihə” Dövlət Baş Lahiyyə İnstitunun 2016cı il tarixli “Şəhərsalma Əsaslandırması” adlandırdığı eskiz lahiyəsinin "xxxx" şirkətinin sahibliyinə verilmiş torpaq sahəsində tikililərin aparılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin təmin edilməsi üçün əsaslı və qanuni heç bir dəlil müəyyən etmədən iddianın təmin olunması barədə gətirdiyi dəlili qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin olunması barədə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 87.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X2 və cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin bu iş üzrə 30 mart 2021-ci il tarixli 2-1(118)- 110/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən otuz gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar