Məhkəmə qərarları › İş №2-1(105)-352/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-352/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-352/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “07 iyun 1995-ci ildə 23764 sayla qeydiyyata alınmış "xxxx" X4 (xüsusi mülkiyyət) 1995-ci ildən 2006-cı ilə qədər əmək fəaliyyətinin (11 ilin), VÖEN (VÖEN N**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti dövrlərinin 3 ilin, ümumilikdə 14 il sosial sığorta stajının hesablanaraq təyin olunmuş pensiya məbləğininin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2- 1(118)-869/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 Sayli Regional Ərazi Filialının İddiaçı pensiyasının yenidən hesablanmasından imtinasının qanunsuz hesab edilməsi; iddiaçının pensiya təyin edilərkən nəzərə alınmayan 1972-1974-cü illərdə hərbi xidmətdə olduğu (2 il), 1995-ci ildən-2006-cı ilə kimi “Ceyhun-95" X4 təsisçisi olaraq və VÖEN (VÖEN N**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi olan göstərdiyi 11 (on bir) il sahibkarlıq fəaliyyəti-əmək fəaliyyətinin dövrləri ümumilikdə 13 (on üç) il sosial sığorta stajının müəyyən olunması; Bu illər 1972-1974-cü illərdə hərbi xidmətdə olduğu (2 il), 1995-ci ildən-2006-cı ilə kimi "xxxx" X4 təsisçisi olaraq və VÖEN (VÖEN N**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi olan göstərdiyi 11 (on bir) il sahibkarlıq fəaliyyəti-əmək fəaliyyətinin dövrləri ümumilikdə 13 (on üç) il sosial sığorta stajı nəzərə alınaraq pensiyanın yenidən hesablanmasının cavabdehin üzərinə vəzifə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “07 iyun 1995-ci ildə 23764 sayla qeydiyyata alınmış "xxxx" X4 (xüsusi mülkiyyət) 1995-ci ildən 2006-cı ilə qədər əmək və sosial sığorta fəaliyyətinin (11 ilin), VÖEN (VÖEN N**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti olan sosial sığorta əmək fəaliyyəti dövrlərinin 3 ilin, ümumilikdə 14 il sosial sığorta stajının hesablanaraq təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.1969-cu ildən başlamışdır. Əmək fəliyyətində olduğu dövrdə 1972-1974-cü illərdə hərbi xidmətə yollanmışdır. Sonradan hərbi xidmətdən qayıdaraq əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1995-ci ilə kimi müxtəlif sahələr üzrə işləmişdir. xx.xx.1995-ci ilə qədər əmək fəaliyyəti əmək kitabçasında qeyd olunub. 1995-ci ildən ildən 2006-ci ilə kmi "xxxx" X4 təsisçisi kim, həm də hüquqi şəxs yaratmadan (VÖEN N**********) VÖEN əsasında fiziki şəxs olaraq qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyət göstərmişdir. Bu illərdə 1995-ci il- 2006-cı illər arası kifayət qədər Sosial Sığorta Fonduna məcburi sosial sığorta haqqları və Vergilər idarəsinə vergilər ödəmişdir. Ümumilikdə əmək kitabçası üzrə iki ili hərbi xidmət dövrü də nəzərə alınmaqla 26 illik əmək stajı olmuşdur. 1995-ci ildən 2006-cı ilə kimi isə sosial sığorta stajı olmuşdur. Ümumilikdə iddiaçının 26 il əmək fəaliyyəti +11 il isə sosial sığorta stajı=cəmi 37 il əmək stajı olmuşdur. Buna baxmayaraq iddiaçıya pensiya təyin olunan vaxt cəmi 24 il 4 ay 13 gün sosial sığort stajı əsasında pensiya məbləği hesablanmışdır. Əmək kitabçası üzrə 2 il hərbi xidmət dövrü və 1995-ci ildən 2006-cı il tarixədək əmək fəaliyyəti (sosial sığorta stajı) nəzərə alınmamışdır. Belə hesablama isə onun pensiya hüquqlarının pozulmasıdır. 2012-ci ildə cavabdeh idarə iddiaçıya xəstəliklə (ümumi xəstəlik) əlaqədar İİ qrup əlillik pensiyası təyin etmişdir. 2015-ci ildə 5 ildən sonra 65 yaşına çatması ilə əlaqədar yaşa görə pensiya təyinatı aparılmışdır. Hazırda 72 yaşı var. Lakin buna baxmayaraq 11 illik əmək fəaliyyəti nəzərə alınmamışdır Son illər dəfələrlə cavabdeh idarədən iddiaçının pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh idarə formal cavablar verməklə onun pensiyanı yenidən hesablamaqdan imtina edir. Hansı ki, bütün əmək fəaliyyəti nəzərə alınarsa və indeksləşdirmə aparılarsa, onun pensiyası artırılmalıdır. Bir vətəndaş olaraq pensiya almaqla əlaqədar Sumqayıt Şəhər Dövlət Sosial Müdafiə Şöbəsinə müraciət edərkən onun fiziki şəxs və hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti olan sosial sığorta stajı 1995-2006-ci illərdə ( 11 illik ) fəliyyəti və 2 (iki ) il hərbi xidmət dövrləri ümumilikdə 13 ( on üç) il pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Belə çıxır ki, bu 11 ildə Sosial Müdafiə Fonduna ödədiyi məcburi sosial haqqları (nağd şəkildə ) havada qalmışdır. Əlində olan qəbzlər və sənədlər bunu təsdiq edə bilər. 2012-ci ildən sonra pensiya almaqla əlaqədar Sumqayıt Şəhər Dövlət Sosial Müdafiə Şöbəsinə müraciət edərkən iddiaçının 1972-1974-cü illərdə hərbi xidmətdə olduğu (2 il), 1996-cı ildən-2006-cı ilə kimi "xxxx" X4 təsisçisi olaraq göstərdiyi fəaliyyət 11 (on bir) il, VÖEN əsasında fiziki şəxs olaraq qeydiyyatdan keçməklə fəaliyyət göstərdiyi 2003-cü ildən 2006-cı ilə kimi olan müddət sosial sığorta ödənişləri axtarılaraq əmək fəaliyyəti kimi və sosial sığorta stajı kimi pensiyasının üzərinə hesablanmamışdır. Bu barədə cavabdeh idarəyə müraciətləri olmuş lakin, cavabdeh idarə sosial sığorta stajları barədə sənədləri gizlədərək və ya təhrif edərək ona verməkdən yayınmışdır. Belə ki, sorğulara cavab olaraq verilən sənədlərdən iddiaçıya məlum olmuşdur ki, onda olan sosial sığorta qəbzləri ilə cavabdeh idarədə saxlanılmış bır qəbzdə iddiaçının ödəniş etdiyi yüksək məbləğdə sosial sığorta haqqları ona verilməmiş, gizlədilmiş və ya müəmmalı yoxa çıxardılmışdır. Ancaq, iddiaçıda olan qəbzi idarəyə təqdim etdikdən sonra idarənin əməkdaşları az göstərilmiş yəni təhrif olunmuş bir qəbzi ona vermişlər. Belə çıxır ki, həmin illər üzrə iddiaçının ödənişlər etdiyi barədə mədaxil qəbzləri gizlədilmiş və ya qəsdən itirilmişdir. Lakin, iddiaçıda olan qəbzlər və başqa sənədlər göstərdiyi əmək fəaliyyətini və sosial sığorta stajını təsdiq edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında müraciət etmişdir. Bu idarədən ona pensiyasının sosial sığorta stajına uyğun yenidən hesablanmasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin İddiaçı 1995-ci il tarixdən 2003-cü il tarixədək "xxxx" Kommersiya Firmasında “təsisçi" kimi işlədiyini və 2003-cü il tarixdən 2006-cı ii tarixədək N********** VÖEN ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi dövrlər sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt-işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiya məbləği xx.xx.2022-ci il tarixdən 268.61 manata çatdırılmışdır. Əlavə olaraq bildirirlər ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" Kommersiya Firmasındakı əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Məlumat üçün bildirirlər ki, araşdırılma zərurəti yaranmış dövrlərlə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçıa yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq hesab edilmir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 02 may 2023-cü il tarixli, 3-17-1/2-95477/2023 nömrəli məktubundan görünür ki, İddiaçı uçotda olduğu Fondun Abşeron-Xızı regional filialında İddiaçı aid 2003-2005-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, Nazirliyin elektron proqram təminatlarında İddiaçı aid 2006-cı il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” aşkar edilməmişdir. Milli Arxiv İdarəsinin 16 oktyabr 2023-cü il tarixli, 3-48-4/2-2156/2023 nömrəli məktubundan görünür ki, "xxxx" kommersiya firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 28 dekabr 2023-cü il tarixli, **********890100 nömrəli məktubundan görünür ki, İdarədə olan reyestrdə "xxxx" Kommersiya firması adlı hüquqi şəxs aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, İdarədə olan reyestrdə oxşar adda xx.xx.1995-ci il tarixdə 23864 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Firması mövcuddur. "xxxx" Firmasının təsisçisi X7r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 16 oktyabr 2023-cü il tarixli, **********733800 nömrəli məktubundan görünür ki, "xxxx" Firmasının ( VÖEN: **********) xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək dayandırılması, xx.xx.2014-cü il tarixdən bərpa olması, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən bərpa olması, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması, xx.xx.2023-cü il tarixdən bərpa olması, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-869/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, bütün bu halları təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə bu halları qəbul etmişdir. Lakin, məhkəmə sorğular vermiş gələn cavablara formal yanaşmışdır. Onun fiziki şəxs olaraq təqdim etdiyi sosial sığorta ödənişlərini və bəyannamələrini nəzərə almamışdır. Göründüyü kimi məhkəmə iddiamın əsassız olması barədə heç bir əsaslı səbəb göstərmir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçıya pensiya təyinatı aparılan zaman xx.xx.1972-ci il tarixdən xx.xx.1974cü il tarixədək olan hərbi xidmət dövrü nəzərə alınmış və bununla bağlı Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Sözügedən məhkəmə qərarında qeyd olunduğu kimi məhkəmə tərəfindən qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilmədiyinin araşdırmaq məqsədilə müvafiq sorğular verilmişdir. Məhkəmə sorğusuna Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" Firmasının iş qovluğunda 1995-1998-ci illərə dair hesabat məlumatları, həmçinin 1999-cu ilin təqdim edilmiş hesabatda məcburi dövlət sosial sığortası üzrə ödəniş məlumatları aşkar edilməmişdir.” Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda sözügedən müəssisənin təsisçisinin X8 olduğu qeyd edilmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz izahatında iddiaçının təsisçisi olduğu müəssisənin adının "xxxx" Firması deyil, "xxxx" X1 bildirdiyindən məhkəmə qeyd edilən halın araşdırılması məqsədilə yenidən sorğular ünvanlamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024cü il tarixli məktubda "xxxx" X4 nizamnamə kapitalında 100% iştirak payına malik təsisçi İddiaçı olduğu qeyd edilsə də, müəssisənin fəaliyyət göstərdiyi dövlər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ödənişlər etməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, iddiaçıya məxsus (VÖEN **********) vergi uçotu xx.xx.2012-ci il tarixində ləğv edilmişdir və uçot baza məlumatlarına əsasən xx.xx.2004- cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergi ödəyicisinin ödənişləri müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, apellyasiya şikayətində iddiaçının 2003-cü il tarixdən 2006-cı il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübut edən qəbzlərin mövcud olması qeyd olunmuş, lakin halhazıradək sözegedən qəbzlərin əsli və ya təsdiq olunmuş surətləri təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 fevral 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı 07 iyun 1995-ci ildə 23764 sayla qeydiyyata alınmış "xxxx" X4 1995-ci ildən 2006-cı ilə qədər əmək fəaliyyətinin (11 ilin), VÖEN (VÖEN N**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti dövrlərinin 3 ilin, ümumilikdə 14 il sosial sığorta stajının hesablanaraq təyin olunmuş pensiya məbləğininin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İddiaçı qeyd edir ki, 1995-ci ildən ildən 2006-ci ilə kmi "xxxx" X4 təsisçisi kimi, həm də hüquqi şəxs yaratmadan (VÖEN N**********) VÖEN əsasında fiziki şəxs olaraq qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyət göstərmişdir. Bu illərdə 1995-ci il-2006-cı illər arası kifayət qədər Sosial Sığorta Fonduna məcburi sosial sığorta haqqları və Vergilər idarəsinə vergilər ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilmədiyinin araşdırmaq məqsədilə müvafiq sorğular verilmişdir. Məhkəmə sorğusuna Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq daxil olmuş xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, “"xxxx" Firmasının iş qovluğunda 1995-1998-ci illərə dair hesabat məlumatları, 1999-cu ilin təqdim edilmiş hesabatda məcburi dövlət sosial sığortası üzrə ödəniş məlumatları aşkar edilməmişdir.” Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda sözügedən müəssisənin təsisçisinin X8 olduğu qeyd edilmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz izahatında iddiaçının təsisçisi olduğu müəssisənin adının "xxxx" Firması deyil, "xxxx" X1 bildirdiyindən məhkəmə qeyd edilən halın araşdırılması məqsədilə yenidən sorğular ünvanlamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024cü il tarixli məktubda "xxxx" X4 nizamnamə kapitalında 100 % iştirak payına malik təsisçi İddiaçı olduğu qeyd edilsə də, müəssisənin fəaliyyət göstərdiyi dövlər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ödənişlər etməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, iddiaçıya məxsus (VÖEN **********) vergi uçotu xx.xx.2012-ci il tarixində ləğv edilmişdir və uçot baza məlumatlarına əsasən xx.xx.2004- cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergi ödəyicisinin ödənişləri müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı "xxxx" X6 təsisçi olduğu dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsin təsisçisi olmağın sosial sığorta stajının yaranma əsası olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Əgər iddiaçı sosial sığorta ödənişləri etmək şərti ilə müəssisənin təsisçisi olmaqla bərabər, həm də qanuni təmsilçisi olsa idi, onda müvafiq dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilərdi. Çünki hüquqi şəxsin təsisçisi olmaq əmək fəaliyyəti kimi nəzərə alına biməz. Lakin iddiaçının "xxxx" X2i təmsilçisi olması və müvafiq sosial sığorta ödənişləri edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi müvafiq sorğular etmiş, lakin qeyd edilənlərlə bağlı məlumatlar əldə edilməmişdir. Bu səbəbdən də iddiaçının "xxxx" X5 1995-ci ildən 2006-cı ilə qədər əmək fəaliyyətinin onun sosial sığorta stajına əlavə edilməsi üçün hər hansı əsas yoxdur. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin iddiaçı yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə müvafiq sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı "xxxx" X5 1995-ci ildən 2006-cı ilə qədər əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı olmamışdır. Kollegiya iddia tələbinin ikinci hissəsinə - VÖEN (VÖEN N**********) əsasında fiziki şəxs olaraq 2003-cü ildən 2006-cı ilə kimi göstərdiyi sahibkarlıq fəaliyyəti dövrlərinin sosial sığorta stajına hesablanaraq təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına münasibətdə isə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin araşdırılması məqsədilə zəruri sorğular verilmiş və yuxarıda istinad edilən qeyd olunan cavablar əldə olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 oktyabr 2023-cü il tarixli, **********040700 nömrəli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) vergi uçotu xx.xx.2012-ci il tarixində ləğv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergi ödəyicisinin ödənişləri müəyyən edilməmişdir. Həmçinin apellyasiya icraatı zamanı da məhkəmə kollegiyası tərəfindən İddiaçı 2003-2005-ci illərdə fərdi sahibkar kimi fəaliyyəti və məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər barədə məlumat verilməsi və bununla əlaqədar sənədlərin surətinin təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən sorğuya cavab olaraq göndərilmiş 3-17-1/2-78591/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında İddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar edilmədiyindən sorğuda qeyd edilən məsələnin araşdırılması mümkün olmamışdır. İddiaçı 2005-ci ilə dair ödəniş qəbzinin surətini təqdim etməklə qeyd edilən sənədə istinad edir. Halbuki, müvafiq qəbzin surəti etibarlı sənəd hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı sənədin əslini onlara təqdim etməyib, sənədin əsli təqdim edildyi təqdirdə pensiya məbləğində 2-3 manat arasında artım ola bilər. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçıya izah olunsun ki, 2003-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərə dair məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı sənədlərin əslini əldə etdiyi təqdirdə qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması barədə inzibati orqana müraciət etmək imkanı istisna olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-869/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar