Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-354/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-365/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarına əsasən iddiaçı barəsində müsbət qərar qəbul edilməməsi bildirilmişdir.
2. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının yaralanması barədə qeydiyyat kitabında qeydin olmaması göstərilmişdir.
3. N nömrəli hərbi hissənin göndəriş məktubunda iddiaçı barəsində sağ dirsək oynağını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət: Sağ dirsək oynağının hərəkət məhdudluğu diaqnozu qoyulmuşdur.
4. N nömrəli hərbi hissənin arayışında baş leytenant İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirən zaman “sağ qolun dirsək nahiyəsindən dəlib keçən güllə yaralanması” xəsarətini aldığı və N saylı hərbi hissəyə təxliyyə olunduğu qeyd edilmişdir.
5. Füzuli Rayon Prokurorluğunun Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2005-ci il tarixli qərarı ilə aparılmış araşdırma nəticəsində iddiaçının xəsarət almasında heç kimin təqsiri olmadığı, öz ehtiyatsızlığından düşmən tərəfindən atılmış atəş nəticəsində xəsarət alması müəyyən edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ilkin olaraq iddia ərizəsində cavabdeh orqanın aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2020-ci il tarixli 221 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli 1/2-1509 qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli 4/3–5124 qeydiyyat nömrəli məktubları ilə imtinası (hərəkətsizliyi) və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 20 sentyabr 2019-cu il tarixli 07-07- 800 qeydiyyat nömrəli məktubunu əsassız hesab etməklə ona veteran adının verilməsi (veteran pulunun yaralanma tarixindən hesablanması) və sığorta pulunun verilməsi barədə öhdəliyin müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “iddiaçıya veteran adı və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən etmişdir. 8) İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə BABKM-a qəbul olmuşdur. 2002-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirmiş və xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək SQ TTM-də dinləyici zabit, xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində, xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində, xx.xx.2004-cü il tarixindən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində,xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə tağım komandiri vəzifəsində, xx.xx.2014-cü il tarixindən N nömrəli hərbi hissənin şəxsi heyətlə iş üzrə bölmə rəisinin hərbi intizam və sosial müdafiə üzrə müavini vəzifəsində, xx.xx.2016-cı il tarixdən N nömrəli hərbi hissənin maddi texniki təminat bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən Müdafiə nazirinin 0594 nömrəli əmrinə əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. xx.xx.2004-cü il tarixindən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2005-ci il tarixində N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborun, 7-ci bölüyünün, 2-ci tağımında (Füzuli rayonu Aşağı Əbdulrəhmanlı kəndi) səngər qazıntısı zamanı saat 18:00 radələrində N nömrəli döyüş mövqeyinə düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ dirsək oynaq nahiyyəsinin dəlib keçən güllə yaralanması” diaqnozlu xəsarət almışdır. Bununla bağlı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına ərizə ilə 3 dəfə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası heç bir səbəb açıqlamadan xx.xx.2020-ci il tarixli 221 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli 1/2 - 1509 qeydiyyat nömrəli və xx.xx.2022ci il tarixli 4/3 - 5124 qeydiyyat nömrəli məktublarında bununla bağlı müsbət qərar verilməməsini bildirmişdir. Bundan başqa iddiaçı xəsarət alma faktı ilə bağlı olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ona qanunla nəzərdə tutulmuş sığorta pulunun və kompensasiyanın ödənilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 20 sentyabr 2019cu il tarixli 07-07800 qeydiyyat nömrəli məktubunda bununla bağlı müsbət qərar verilməməsi bildirilmişdir. 9) Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi X3 və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqan arın təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı, Silahlı qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı qüvvələr veteranı və Əmək veteran” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı" adı verilə bilməz. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə bağlı araşdırılma aparılmış və iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissəyə sorğu göndərmişdir. N nömrəli hərbi hissənin N fevral 2020-ci il tarixli 221 nömrəli məktubunda iddiaçının yaralanması barədə zədələnmələrin qeydiyyat kitabında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı məlumatın olmaması bildirilmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. 10) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-365/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmuşdur. (hakim İ.Burcayev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır.
1. 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər;
2. 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. İddiaçı N nömrəli hərbi hissədə xidmət edərkən N nömrəli döyüş mövqeyinə düşmən tərəfindən atılan atəş nəticəsində “sağ dirsək oynaq nahiyyəsinin dəlib keçən güllə yaralanması” diaqnozlu xəsarət aldığını bildirmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. İddiaçının yaralanması 12 may 1994-cü il tarixdən sonra olduğuna görə, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin tələblərinə əsasən üç şərt mütləq mövcud olmalıdır.
1. İddiaçının döyüş zonasında yerləşən hərbi hissədə xidmət etməklə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi;
2. Bu döyüşlər ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması:
3. Hərbi hissə tərəfindən xəsarət alması barədə verilmiş arayışlar: Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin verdiyi 30 mart 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin 2005-ci il tarixli sənədləri daxil olmadığından araşdırma aparılması mümkün olmamışdır. Həmçinin bu barədə sənədlərin alınması üçün xidmət etdiyi hərbi hissəyə müraciət etməsi bildirilmişdir. Hərbi hissədən alınmış sənədlərdən görünür ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən düşmən tərəfindən atılan atəş nəticəsində “sağ dirsək oynaq nahiyyəsindən dəlib keçən güllə yaralanması” xəsarət almışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, N nömrəli hərbi hissə bilavasitə düşmənlə üz-bəüz döyüş növbətçiliyi aparmaqla yanaşı, düşmənin hər hansı təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün döyüş tapşırığını yerinə yetirməkdədir. Birinci instansiya məhkəməsinin istinad etdiyi N nömrəli hərbi hissənin göndəriş məktubunda iddiaçı barəsində "sağ dirsək oynağını dəlib keçən güllə yaralanması” xəsarəti alması faktı üzrə Füzuli Hərbi Prokurorluğunda xəsarət almasında heç kimin təqsiri olmadığı, öz ehtiyatsızlığından düşmən tərəfindən atılmış atəş nəticəsində xəsarət alması müəyyən edilmiş və ona görə də, həmin faktla bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin əsgərləri, həmçinin İddiaçı 16 may 2005-ci il tarixdə 18:00-dan N nömrəli postda xidmət apararkən, səngərin üstünü beton dirəkləri ilə bağlayarkən düşmən tərəfindən vurulmuşdur. Beləliklə iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş zonasında yerləşməsi və döyüş tapşırıqları yerinə yetirməsi, həmçinin hərbi xidmət zamanı Ermənistan hərbi birləşmələrinin mövqeyindən atılan atəş nəticəsində yaralanması işin mübahisəsiz halıdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə iddiaçının 12 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və məhz həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması tələb olunur. Füzuli Hərbi Prokurorluğunun araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının aldığı xəsarətin döyüş əməliyyatları ilə səbəb-ələqəsi olmamış, 16 may 2005-ci il tarixdə N nömrəli hərbi hissə, o cümlədən hərbi hissənin hərbi qulluqçusu İddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, şəxs ehtiyatsızlıq səbəbindən səngərdə beton dirəkləri ilə səngərin üstünü örtərkən düşmən gülləsi ilə yaralanmışdır. Qanunvericiliyinin tələblərinə əsasən iddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin alınması üçün onun döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət aldığını sübut etməlidir. Lakin, qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmənin nəzirinə çatdırılır ki, birinci Qarabağ müharibəsində N nömrəli hərbi hissə N may 1992-ci il tarixdən 10 may 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edilir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2021-ci il tarixli 2-1(102)-2116/2021 nömrəli qərarı ilə iddiaçı Qasımov Rasim Mürvət oğlunun kassasiya şikayəti təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, Qazıntı işləri apararkən yaralanmışdır, yara aldığı dövrdə döyüş əməliyyatları olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar məhkəməyə təqdim edilmişdir.
11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
14. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
16. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
20. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2).
21. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslanmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixində N nömrəli hərbi hissədə xidmət edərkən döyüş mövqeyində 31-ci postda düşmən tərəfindən atılan atəş nəticəsində sağ qolunun dirsək nahiyəsindən güllə yarası ilə xəsarət almışdır. Cavabdehin etirazında iddiaçının yaralanması barədə zədələnmələrin qeydiyyat kitabında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı məlumatın olmaması bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət dövründə yaralanması Füzuli Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2005-ci il tarixli qərarı ilə də təsdiq olunur. Bundan əlavə N nömrəli hərbi hissənin arayışında da iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirən zaman “sağ qolun dirsək nahiyəsindən dəlib keçən güllə yaralanması” xəsarətini aldığı və N saylı hərbi hissəyə təxliyyə olunduğu qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə iddiaçının xidmət etdiyi N2 saylı hərbi hissə döyüş şəraitində olan hərbi hissə olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı döyüş şəraiti hesab edilən N2 saylı hərbi hissədə xidmət etmiş və xx.xx.2020-ci il tarixdən Müdafiə nazirinin 0594 nömrəli əmrinə əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Beləliklə, iddiaçının döyüş əməliyyatlarında hərbi qulluqçu statusunda hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla çıxması sübut olunduğundan cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir.
25. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
26. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: 1) 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) 1994-cü il 12 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular.
27. Hazırkı işin hallarına görə iddiaçı xx.xx.2005-ci il tarixində N nömrəli hərbi hissədə xidmət edərkən döyüş mövqeyində 31-ci postda düşmən tərəfindən atılan atəş nəticəsində sağ qolunun dirsək nahiyəsindən güllə yarası ilə xəsarət aldığını və bu səbəbdən ona müharibə veteranı vəsiqəsi verilməli olduğunu bildirir.
28. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə bəhs olunan yaralanma faktı 1994-cü il 12 may tarixindən sonraya aid olduğuna görə, hazırki iddianın təmin olunması üçün “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə əsasən üç şərt mütləq mövcud olmalıdır:
1. İddiaçının döyüş zonasında yerləşən hərbi hissədə xidmət etməklə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi;
2. Bu döyüşlər ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması;
3. Bu barədə hərbi idarəetmə orqanlarının verdiyi sənədlərin olması (Müdafiə Nazirliyi, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar).
29. Apellyasiya şikayətindən görünür ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə bilavasitə düşmənlə üz-bəüz döyüş növbətçiliyi aparmaqla yanaşı, düşmənin hər hansı təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün döyüş tapşırığını yerinə yetirməkdədir.
30. N nömrəli hərbi hissənin xx.xx.2005-ci il tarixli arayışında baş leytenant İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirən zaman “sağ qolun dirsək nahiyəsindən dəlib keçən güllə yaralanması” xəsarətini aldığı və N saylı hərbi hissəyə təxliyyə olunduğu qeyd edilmişdir.
31. İş materiallarına əlavə olunmuş Füzuli Rayon Prokurorluğunun Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2005-ci il tarixli qərarı ilə N nömrəli hərbi hissənin zabiti, baş leytenant İddiaçı xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunu ilə müəyyən olunur ki, aparılmış araşdırma ilə xəsarət almasında heç kimin təqsiri olmadığı, öz ehtiyatsızlığından düşmən tərəfindən atılmış atəş nəticəsində xəsarət alması müəyyən edilmişdir.
32. Beləliklə, iddiaçının zabit olaraq xidmət keçdiyi N2 saylı hərbi hissənin döyüş zonasında yerləşməsi və döyüş tapşırıqları yerinə yetirməsi, həmçinin iddiaçının hərbi xidmət zamanı Ermənistan hərbi birləşmələrinin mövqeyindən atılan atəş nəticəsində yaralanması işin mübahisəsiz halıdır.
33. Lakin yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, iddiaçının 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və məhz həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması tələb olunur.
34. Lakin, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının aldığı xəsarətin döyüş əməliyyatları ilə səbəbli əlaqəsi olmamış, xx.xx.2005-ci il tarixdə N2 saylı hərbi hissə, o cümlədən hərbi hissənin zabiti olaraq iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, şəxsi ehtiyatsızlıq səbəbindən səngərin üstünü beton dirəkləri ilə bağlayarkən düşmən gülləsi nəticəsində yaralanmışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
36. Hərbi doktrinada və terminologiyada qəbul olunmuş anlayışa görə, döyüş əməliyyatları hərbi əməliyyatların aparılması forması olub, hərbi vəzifələrin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin təşkil olunmuş tətbiqi vasitəsilə müəyyən ərazidə və müəyyən zaman kəsiyində hərbi hissələr, hərbi birləşmələr tərəfindən həyata keçirilən əməliyyatdır.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
38. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
39. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət aldığını sübut etməlidir. Lakin qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Bu baxımdan iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz.
41. Nəticə etibarı ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
42. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-365/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, N) vasitəsilə kassasiya şikayəti verilə bilər.