Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-355/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-1(118)-4116/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərar qəbul olunmuşdur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT İddiaçının dəlilləri
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixində hüquqi şəxslərin dövlət reystrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli **********535700 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək müəssisəyə analoji qaydada 2021-ci ilin mənfəət vergisi üzrə 30 000 manat mənfəət vergisi hesablanılmışdır.Kameral hesablama barədə qərardan əvvəl xx.xx.2022ci il tarixli **********602800 saylı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərilmişdir. Lakin həmin məktubda 2021-ci il üzrə gəlir və xərclərin olması bildirilmiş, lakin gəlir tərkibinin nə olması və necə formalaşması barədə heç bir məlumat verilməmişdir, kameral hesablama ilə təsdiq edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunmuşdur ki, müəssisənin 900 000.00 manat gəliri müəyyən olunmuş, xərcləri isə 750
000. 00 manat qəbul edilməklə, 30 000 manat mənfəət vergisi hesablanılmışdır. Bundan sonra həmin qərardan dəfələrlə yuxarı vergi orqanına şikayətlər edilmiş və xx.xx.2023-cü il tarixində dəqiqləşdirilmiş bəyənnamə təqdim edilmişdir. Vergi orqanı tərəfindən təqdim etdiyi dəqiqləşdirilmiş bəyənnamə üzr heç bir uyğunsuzluq məktubu göndərilmədən xx.xx.2023-cü il tarixli **********9219400 saylı Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və 2021-ci il üzrə hər rübə 7500 manat olmaqla cəmi 30000 manat məbləğində mənfəət vergisi hesablanılmışdır. Hesablamanın əsası kimi heç bir normativ hüquqi akta istinad edilməmiş, hesablama əsaslandırılmamışdır. -Bəyannamədə və hesabatdagöstərilən məbləğə düzəliş edilməsinin səbəbi və ya təsdiqedici sənədlər barədə məlumat hissəsində yalnız “**********555500” qeyd edilmişdir. Qeyd olunan məktubda da müəssisənin hər hansı kənarlaşmasının olması barədə heç bir qeyd mövcud olmamış, yalnız müəssisədən malların hərəkət cədvəlləri və s. sənədlər tələb edilmişdir. Qeyd olunan məktub və xx.xx.2023-cü il tarixli **********9219400 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunun tələbinə, uyğun olaraq gücləndirilmiş elektron imza vasitəsi ilə imzalanmamışdır. xx.xx.2023-cü il tarixli **********178100 saylı kameral vergi yoxlaması üçün sənədlərin tələb edilməsi barədə məktubda 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində mal qaliği saxlanılması bildirilmişdir. Bildiririk ki, müəssisənin təsərrüfat subeykti mövcud olmuşdur, müəssisə tərəfindən xx.xx.2020-ci il tarilxi 02 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaaradağ rayonu, ünvan 1 ünvanında 351.9 kv.m anbar sahəsi mövcud olmuşdur, bununla bağlı olaraq xx.xx.2023-cü il tarixli **********102500 saylı obyekt qeydiyyat ərizəsi vergi orqanına göndərilmiş, lakin obyektin qeydiyyat ərizəsinə imtina verilmişdir. Mənfəət vergisi bəyənnaməsinin əlavəsində göstərilmiş mallar 2023-cü ilin mart ayında satılmışdır və halhazırda heç bir qalıq mövcud olmadığından və müəssisə fəaliyyətini dayandırdığından icarə müqaviləsinə xitam verilmişdir, eyni zamanda 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində həmin malların təqdim edilməsi əks etdirilmişdir.VM-nin 3.5-ci maddəsinə əsasən “Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən eyni növ vergini bir dəfədən artıa ödəməvə məcbur edilə bilməz’’. Göründüyü kimi mövcud olan mallara görə mənfəət vergisi bir dəfə 2023-cü i! üzrə bəyan edilmişdir, bu halda həmin məbləğə 2021-ci il üzrə də vergi hesablanmasının hüquqi əsası yoxdur və Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən eyni mənbədə iki dəfə vergi tutulması hesab olunur.
3. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 2 saylı ərazi Vergilər Baş İdarəsinin 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********9219400 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə" qərarı məhkəmədə mübahisələndirilmişdir. Lakin cavabdeh tərəfindən eyni dövr üzrə hesablanılmış vergi məbləği eyni qaydada saxlanılmaqla xx.xx.2023-cü il tarixli **********001000 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bununla bağlı olaraq da mübahisəndirilən inzibatı akt dəyişdirildiyindən iddia ərizəsi üzrə dəqiqləşmə verilməsinə zərurət yaranmışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan kameral hesablama barədə qərardan əvvəl Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozularaq kameral uyğunsuzluq barədə məktub göndərilməmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ərazi Vergilər Baş İdarəsinin 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********001000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir.
Cavabdehin etirazının dəlilləri
4. Cavabdeh etirazında bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız hesab edilir. Belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində xərclərinin olmasına baxmayaraq (ƏDV-siz 750000 manat dəyərində e-qaimə faktura ilə mal alışı) həmin dövr üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə **********602800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya izahat məktubu təqdim edilmədiyi üçün vergi ödəyicisinə 2021-ci il gəlir vergisinə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməklə 900000 manat (750000/5*6) gəlir müəyyən edilməklə 30000 manat mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********535700 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə dövriyyə məbləği və hesablanmış vergi məbləği azaldılmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində alınan mallar bəyannamənin 1 saylı əlavəsində mal qalığı olaraq bəyan edilmişdir. Vergi ödəyicisinin mal qalığını müəyyən etmək məqsədilə xx.xx.2023-ci il tarixdə **********036400 nömrəli xidməti məktubla aidiyyəti şöbəyə müraciət olunmuş, lakin vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2 vergi ödəyicisinə ümumilikdə ƏDV-siz 769692,91 manat dəyərində mal qalığı təqdim etmişdir. Eyni zamanda vergi ödəyicisinin növbəti müraciətlərində təqdim edilən malların dəyərinin ödənilmədiyi bildirilmişdir. Cavabdeh vergi orqanı tərəfindən 2021-ci il gəlir vergisinə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməklə 900000 manat (750000/5*6) gəlir müəyyən edilməklə 30000 manat mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023cü il tarixli **********219400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə təqdim olunan elektron qaimə fakturaların əmtəəsiz əməliyyat olduğunu və əqdin məqsədinin vergidən yayınma sxemi olduğunu (Vergi Məcəlləsinin 13.2.70-ci, 13.2.81-ci və 23.1.6-1-ci maddələri) müəyyənləşdirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə **********845000 nömrəli xidməti məktubla qaimə faktura təqdim edilən vergi ödəyicilərinin qeydiyyatda olduğu vergi orqanına, İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli **********204900 nömrəli məktubla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) qeyd olunan malların aşkar edilmədiyi bildirilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********219400 nömrəli qərarın elektron imza vasitəsi ilə imzalanmadığını bildirmişdir. Bununla bağlı bildirilir ki, Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********219400 Qərar 26 may 2023-cü il tarixdə elektron qaydada imzalanmış və vergi ödəyicisinə göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
5. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-1(118)-4116/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində 2021-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edilməmşdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
12. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bitməz. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.6-1. vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
15. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
17. İşdən görünür ki, iddiaçı Avanqard-An Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********001000 nömrəli qərar qəbul olunmuşdur.
18. Hazırkı iş üzrə iddiaçının tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********001000 nömrəli qərarının ləğvi olmuşdur.
19. Göründüyü kimi iddiaçı mübahisələndirmə növündə iddia qaldırmaqla inzibati aktın ləğvini tələb etmişdir.
20. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
21. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
22. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin qarşılıqlı təhlili nəticəsində o qənaətə gəlinir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır.
23. İlk növbədə, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir.
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən gəlir və xərclər rəsmi sənədlər mövcud olmadığı halda NK-nin 55 saylı qərarına əsasən hesablana bilər. Mövcud halda isə 750 000 manat dəyərində malların alış və satışına dair rəsmi elektron qaimə fakturalar mövcud olduğundan NK-nin 55 saylı qərarı tətbiq edilə bilməz. Əlavə olaraq bildirilir ki, eyni malların təqdim edilməsinə görə faktiki olaraq 2 dəfə vergi hesablaması aparılmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci (Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz) və Vergi Məcəlləsinin 3.5-ci (Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz”) maddələrinə ziddir.
25. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixində hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli **********535700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək müəssisəyə analoji qaydada 2021-ci ilin mənfəət vergisi üzrə 30 000 manat mənfəət vergisi hesablanmışdır. Kameral hesablama barədə qərardan əvvəl xx.xx.2022-ci il tarixli **********602800 saylı Kameral vergi yoxlaması üçün iddiaçıya zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərilmişdir. Həmin məktubda 2021-ci il üzrə gəlir və xərclərin olması bildirilmiş, lakin gəlir tərkibinin nədən ibarət olması və necə formalaşması barədə heç bir məlumat verilməmişdir.
26. Kameral hesablama ilə təsdiq edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunmuşdur ki, müəssisənin 900 000 manat gəliri müəyyən olunmuş, xərcləri isə 750 000 manat qəbul edilməklə, 30 000 manat mənfəət vergisi hesablanmışdır. Bundan sonra həmin qərardan dəfələrlə yuxarı vergi orqanına iddiaçı tərəfindən şikayətlər edilmiş və xx.xx.2023-cü il tarixində dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Müəssisə tərəfindən 2021-ci il ərzində malların təqdim edilməsinə dair heç bir elektron qaimə faktura təqdim edilməmiş, pərakəndə satışa dair kassa aparatı mövcud olmamışdır. Vergi orqanına xx.xx.2023-cü il tarixində təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsinin 1.3.2-ci sətrində alınmış 750 000 manat dəyərində mallar ilin sonuna qalıq kimi əks etdirilmişdir.
27. Vergi orqanına xx.xx.2023-cü il tarixində təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.3.2-ci sətrində alınmış 750 000 manat dəyərində mallar ilin sonuna qalıq kimi əks etdirilmişdir. xx.xx.2023-cü il tarixndə qalıq kimi əks etdirilmiş 750 000 manat dəyərində mallar elektron qaimə faktura əsasında 769 692.92 manata "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-yə (VÖEN **********) satılaraq ƏDV və mənfəət vergisi bəyannamələrində əks etdirilmişdir. Malların təqdim edilməsinə görə 19 692.92 manat mənfəət yaranmış və dövlət büdcəsinə 20% olmaqla 3938.58 manat mənfəət vergisi hesablanmışdır.
28. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda da qeyd olunmuşdur ki, həmin mallar elektron qaimə-faktura əsasında qeyd olunan hüquqi şəxslərə təqdim edilmişdir, lakin xx.xx.2023-cü il tarixində malların həmin hüquqi şəxslərin anbarında aşkar edilmədiyi bildirilmişdir. Halbuki, həmin malların alqı-satqı vaxtından 1 ay sonra alıcıların anbarında aşkar edilməməsi, müəssisəyə heç bir vergi məsuliyyəti yaratmır.
29. Lakin vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixində 2022 və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin təsdiq edilməsinə və qalıqda 750 000 manat məbləğin əks etdirilməsinin qəbul edilməsinə baxmayaraq, dəqiqləşdirilmiş bəyannamələr üzrə heç bir uyğunsuzluq məktubu göndərilmədən xx.xx.2023-cü il tarixli **********9219400 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və 2021-ci il üzrə hər rübə 7500 manat olmaqla cəmi 30000 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və ya təsdiqedici sənədlər barədə məlumat hissəsində yalnız “**********555500” qeyd edilmişdir. Sonradan iddiaçı tərəfindən 2021-ci il üzrə yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilsə də, cavabdeh tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********001000 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək, əvvəlki hesablama olduğu kimi bərpa edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən kameral uyğunsuzluq məktubları və hesablama barədə qərarlarda hesablamanın hansı əsasla aparılması bildirilməmişdir. Yalnız Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə əsasən Nazirlər Kabinetinin 55 saylı qərarı əsas götürülməklə şərti rentabellik prinsipi əsasında hesablama aparıldığı bildirilmişdir. Həmin hesablamaya əsasən 750 000 manat dəyərindən alınmış mallar 2021-ci ildə təqdim edilmə kimi qiymətləndirilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, mallar rəsmi elektron qaimə fakturalar əsasında 2023-cü ildə təqdim edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən gəlir və xərclər rəsmi sənədlər mövcud olmadığı halda Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən hesablana bilər. Mövcud halda isə 750 000 manat dəyərində malların alış və satışına dair rəsmi elektron qaimə-fakturalar mövcud olduğundan Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilə bilməz.
32. Bundan başqa, eyni malların təqdim edilməsinə görə faktiki olaraq 2 dəfə vergi hesablaması aparılmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci (Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz) və Vergi Məcəlləsinin 3.5-ci (Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz”) maddələrinə ziddir.
33. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
34. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.
35. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-1(118)-4116/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.