Məhkəmə qərarları › İş №2-1(105)-356/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-356/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-356/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3222/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3222/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) İddiaçı xx.xx.2025-ci il tarixində həmin qərardan apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3222/2024 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclasından sonrakı məhkəmə proseslərində iştirak edə bilməmişdir. Məhkəmə prosesləri və sözügedən qərar rəsmi qaydada ona təqdim edilməmiş və bu barədə heç bir məlumatda verilməmişdir. Belə ki, məhkəmənin qərarı (həmçinin hazırlıq iclaından sonrakı məhkəmə iclasları) haqqında ona yazılı bildiriş və ya məlumat verilmədiyindən, həmçinin məhkəmə tərəfindən sözügedən iş üzrə yekun məhkəmə qararı çıxarılsa da, bu qərarın ona bildirilməməsi səbəbindən bu hal hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qərarı barədə yalnız 02 fevral 2025ci il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemində” şəxsi kabinet yaratdıqdan sonra məlumatı olumuşdur. Buna görə də, məhkəmənin qərarının hüquqa uyğun olmadığını nəzərə alaraq onun pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edir. Belə ki, sözügedən qərarı gec əldə etdiyindən, həmin qərardan qanunla müəyyən olunmuş qaydada şikayət vermə müddətini üzrlü səbəblərdən ötürmüşdür. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3222/2024 nömrəli qərarı İddiaçı 23 iyul 2024-cü il tarixli məktubla gönədirilmiş və 08 sentyabr 2024-cü il tarixdə iddiaçı həmin qərarı şəxsən özü qəbul etmiş, qərardan 25 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 13 mart 2025-cü il tarixə, saat 11:30-a məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəni müdafiə edərək izahatında bildirdi ki, Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3222/2024 nömrəli qərarını 08 sentyabr 2024-cü il tarixdə almış, daha doğrusu poçta gedərək oradan götürmüş və onun iddiasının təmin edilmədiyini bilmişdir. Lakin hüquqi savadı olmadığından həmin qərardan necə və nə qədər müddətə şikayət verəcəyini bilməmiş və bu səbəbdən də müddəti ötürmüşdür. Odur ki, məhkəmədən prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsini, apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərarının rəsmi təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İddiaçı ərizəsində müddətin ötürülmə səbəbini qərarın rəsmi qaydada ona təqdim edilməməsi ilə əsaslandırsa da, iş materiallarında olan SX031894811Az saylı saylı xəbərnamə ilə müəyyən olunur ki, mübahisələndirilən qərar 08 sentyabr 2024cü il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir (i.v 39). Hazırki halda mübahisələndirilən məhkəmə qərarı iddiaçının ünvanına 08 sentyabr 2024-cü il tarixdə daxil olduğundan şikayət verilmə müddəti də həmin tarixdən başlanmışdır. Bu eyni zamanda mübahisə edilməyən haldır. Belə ki, işin bu halı iddiaçının məhkəmə verdiyi etiraf edici izahatı ilə də öz təsdiqini tapmışdır. Beləliklə, hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Odur ki, iddiaçının məhkəmə qərarından vaxtından uzun müddət keçəndən sonra şikayət verməsinin səbəbləri üzrlü hesab edilə bilməz. Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 8 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа məhdudiyyət yаrаtsın” İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 08 oktyabr 2024-cü il tarixdə başa çatmışdır. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra, yəni 25 fevral 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməməli, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3222/2024 nömrəli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsin. Apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar