Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-358/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “JN- 2716 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv. metrdən, 2716D saylı 7581 kv. metrdən, 2716A saylı 6003.13 kv. metrdən və 2716 saylı 19600.82 kv. metrdən ibarət torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-812/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4rşı məhkəmədə iddia qaldıraraq, “JN-2716 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv. metrdən, 2716D saylı 7581 kv. metrdən, 2716A saylı 6003.13 kv. metrdən və 2716 saylı 19600.82 kv. metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003–cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alqısatqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə həmin torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktları almışdır. Bundan sonra 2008 və 2011–ci illərdə həmin torpaq aktlarının bir neçəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 təqdim etməklə həmin sahələrə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar almışdır. Həmin vaxtı kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün Bank Respublikanın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. xx xxxxxx 2020-ci il tarixdə isə eyni massivdə olan və qalan torpaq aktlarını da DƏDRX-nin 5 saylı X7 təqdim edərək, ona aşağıda qeyd olunan mülkiyyətlərində olan torpaq sahələrinə çıxanşların verilməsini xahiş etmişdir. JN 2716 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv. metrdən, 2716D saylı 7581 kv. metrdən, 2716A saylı 6003.13 kv. metrdən və 2716 saylı 19600.82 kv. metrdən ibarət torpaq sahələrinə. Lakin həmin idarə xx xxxxxx 2020-ci il tarixli, **********25 saylı məktubla onun təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X7 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyi bəhanəsi ilə ona çıxarışların verilməsindən imtina etmişdir. Cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı JN-2716 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktlarının kitablarda qeydiyyatdan keçməsi barədəAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2019-cu il tarixli **********25 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN-27xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X7 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından-qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının 5 saylı X7 müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-812/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx xxx 2006-cı il tarixli JN-2716 saylı 30320018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən sahəsi 5.054 m2 , 2716B saylı 2.527 m2 , 2716D saylı 7.581 m2 , 2716A saylı 6003.13 m2 və 2716 saylı 19600.82 m2 ibarət, ümumilikdə 4.08 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunda apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, iddiaçı JN-2716 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi, qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3.-cü maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi, öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin işin hallarından iddiaçının hazırki iddia üzrə torpaq sahəsi üzərinə hüquqlarının qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Belə ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış məktubla bildirilmişdir ki, İddiaçı adına olan JN-27xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X7 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının 5 saylı X7 müraciəti ümumiyyətlə olmamış, İddiaçı müraciətinin məzmunu isə daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlı olmuş və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır. İstinad olunan normadan da göründüyü kimi, hüquqlarının dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk öncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir. Hazırki halda isə iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə tərəfindən isə iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaq sahələrinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisənin mövcud olubolmaması araşdırılmamış, bununla da iddianın mümkünlüyünə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, işə baxan məhkəmə qaldırılmış iddianın mümkünlüyünü yoxlamadan, mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. İPM-nin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-812/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4rşı çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Telman Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-358/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-358/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver