Məhkəmə qərarları › İş №2-1(105)-358/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-358/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-358/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2- 1(118)-392/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: AR Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qəragah rəisinin 25 yanvar 2019-cu il tarixli, 020 gm nömrəli əmrinin 5-ci bəndinə əsasən N nömrəli hərbi hissənin 1724-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandricinin müavini gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi həbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək cavabdehin nəznində Quru Qoşunlarının tərkibində N saylı hərbi hissə komandirinin protokol və qərarlardan irəli gələn 156-cı maddənin “e” bəndində qəbul edilmiş əmrin rədd edilməsi və onun hərbi xidmətdə sonuncu tutduğu vəzifəyə qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Şabran Rayon Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.2012-ci il tarixdə hərbi xidmətini başa vurmuşdur. 2017-ci ilinin iyul ayında AR Müdafiə Nazirliyinin təlim-tədris məktəbinin Gizir hazırlıq kursuna qəbul olunmuşdur. 02 oktyabr 2017-ci il tarixdə kursu bitirmiş, həmin tarixdə də Göy-Göl rayonunda yerləşən N saylı hərbi hissənin 4-cü taborunun 14-cü bölüyünün 3-cü tağım komandirinin müavini vəzifəsində xidmətə başlamışdır. xx.xx.2019-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən xidmətə uyğunsuzluqla xidmətdən azad olunmuşdur. Qeyd edir ki, xidməti zamanı hərbi hissə komandiri tərəfindən çoxsaylı təşəkkürlər almış, vətəninə canla-başla xidmət etmişdir. Sonradan N saylı hərbi hissənin komandiri onu narkotik maddə qabul etməsi əsası ilə ittiham etmişdir. İddiaçı Narkoloji Dispanserdən keçmədən, qan testi vermədən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddənin "e" bəndinə əsasən xidmətə uyğunsuzluqla xidmətdən azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasında norkotik maddə ilə əlaqədar qan analizi vermiş, həmin analizin cavabları müsbət nəticə vermişdir. Lakin N saylı hərbi hissənin komandiri iddiaçının hüquqlarını pozaraq onu xidmətdən azad etmişdir. Cavabdeh iddiaya yazılı etiraz edərək qeyd etmişdir ki, AR MN Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 25 sentyabr 333/k nömrəli aktına əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir X2 götürülmüş qanın kütlə spektrometriyalı qaz xromatoqrafiya və sidiyin immunofermentativ xətli test metodu ilə tədqiqinə əsasən qan nümunəsinin təqdiqatı zamanı tərkibində Naftil-indol saxlayan kannabimimetiklərin nümayəndəsinin izlərinin aşkar olunduğu, aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxil olduğu qeyd edilmişdir. Daha sonra iddiaçı ilə qanunvericiliyin tələbinə uyğun olaraq iki dəfə 30 sentyabr və 25 oktyabr 2018-ci il tarixlərdə söhbətlər aparılmış, iddiaçı həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və 317 nömrəli arayış tərtib edilmişdir. İddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq ehtiyata buraxılması üçün 19 oktyabr 2018-ci il tarixli təqdimatda iddiaçının taqımın manqa komandirlərini, bütün şəxsi heyətini hərbi intizama riayət etmələrinə və düzgün yerinə yetirmələrinə zəif nəzarət etdiyi, silahların, döyüş texnikası və digər texnikasını, ləvazimatını və əmlakını saz vəziyyətdə saxlanmasına, təşkilatçılıq və idarəetmə qabiliyyətinin qənaətbəxş səviyyədə olmadığı, həmçinin, onun qanın və sidiyin test metodu ilə tədqiqatı zaqmanı tərkibində naftil-indol saxlayan kannabimimetiklərin nümayəndəsinin izlərinin aşkar olunduğu, aşkarlanan bu narkotik vasitənin dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxil edildiyi qeyd edilmişdir. Qeyd olunanları nəzərə komandanlıq iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmiş, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət verilmişdir. Cavabdeh etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. İddiaçı bu hüquqdan istifadə etməmiş, əmr onun mübahisələndirilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə üç il sonra mübahisələndirilmişdir. Belə ki, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qəragah rəisinin 25 yanvar 2019-cu il tarixli müvafiq əmri ilə gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Lakin, iddiaçı inzibati orqanın 25 yanvar 2019-cu il tarixli əmrini 3 il sonra mübahisələndirmişdir. Bununla da, iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(118)-392/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Hesab edir ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, iddiaçı məhkəmədə verdiyi izahatında 2 ay sonra sənədləri hərbi komissarlıqdan aldığını bildirmişdir. Halbuki, o, məhkəmədə belə bir izahat verməmişdir. Əksinə izahatında dəfələrlə bildirmişdir ki, o, dəfələrlə müvafiq sənədlərin, əmək kitabçası, əmr və s. alınması üçün cavabdeh orqana müraciət etsə də bu günə qədər ona heç bir sənəd təqdim edilməmişdir. Müraciətlərinə cavab olaraq gözləməyini və araşdırma apardıqlarını qeyd etmişlər. Qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı sərəncamın, qərarın rəsmi surətdə təqdim edildiyi andan başlayır. Lakin işdən görünür ki, cavabdeh orqan sərəncamın, qərarın iddiaçıya təqdim edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hərbi xidmətdən ehtiyata buraxıldıqdan 6-7 ay sonra hərbi biletini hərbi komissarlıqdan almışdır. Hərbi bileti almamışdan əvvəl ehtiyata buraxıldığı ona şifahi şəkildə bildirilmişdi, lakin qanunları bilmədiyindən əmrdən şikayət verməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi əmrin ləğv olunması ilə bağlı iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürməklə qaldırıldığından iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan AR Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qəragah rəisinin 25 yanvar 2019-cu il tarixli, 020 gm nömrəli əmrinin 5-ci bəndinə əsasən N nömrəli hərbi hissənin 1724-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandricinin müavini gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin, iddiaçıya məxsus AO seriyalı, ******* nəmrəli hərbi biletdə (23-cü səhifəsində) iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək taqım komandirinin müavini vəzifəsində hərbi xidmətdə olması, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydlər vardır. İddiaçı məhkəmə iclasında izahatında hərbi xidmətdən ehtiyata buraxıldıqdan 6-7 ay sonra hərbi komissarlıqdan hərbi bileti aldığını, ondan əvvəl isə ehtiyata buraxılması barədə ona şifahi şəkildə məlumat verildiyini, lakin qanunları bilmədiyindən əmrdən şikayət vermədiyini bildirmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən əmrdən ən azından hərbi bileti təhvil aldığı tarixdən, yəni 2019-cu ilin iyun, iyul aylarından məlumatlı olmuşdur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı mübahisələndirilən əmrdən 2019-cu ildən məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 3 il sonra, xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(118)-392/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar