Məhkəmə qərarları › İş №2-1(105)-359/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-359/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-359/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********535400 nömrəli və xx.xx.2021-ci il tarixli **********967800 nömrəli qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-99/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********535400 saylı qərarın ləğv edilməsi, həmin qərarla İddiaçınə hesablanmış 40.359,95 manat əlavə verginin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********535400 nömrəli və xx.xx.2021-ci il tarixli **********967800 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********535400 saylı qərar ilə İddiaçınə 2019cu ilin dekabr ayı üzrə əsassız olaraq 40.359,95 manat əlavə dəyər vergisi hesablamışdır. Verginin hesablanması tamamilə əsassızdır. Belə ki, İddiaçı tərəfindən bütün məlumatlar düzgün və vaxtlı-vaxtında bəyan edilmişdir. Buna görə də əlavə verginin hesablanmasına əsas yoxdur. Vergi orqanının 2019-cu il üzrə müəyyən etdiyi borcu 2021-ci ilin aprel ayında hesablaması bunu bir daha təsdiq edir. Mübahisələndirilən qərardan da göründüyü kimi, hesablamanın konkret əsasları həmin qərarla müəyyən edilməmişdir. Belə ki, əvvəllər əsassız şəkildə hesablanan borc məbləği üzrə cavabdeh vergi orqanı müxtəlif dövlərdə eyni məbləği təkrar-təkrar, heç bir əsas olmadan borc kimi (əlavə vergi kimi) hesablayır. Bununla da, fəaliyyəti, demək olar ki, minimuma endirilmiş və hazırkı vəziyyətdə gəlirləri böyük olmayan bir şirkətin borcu əsassız şəkildə günü-gündən süni şəkildə çoxaldılır. Cavabdeh inzibati orqan isə verginin hesablanması üçün əsas olan və həmin hesablamanı zəruri edən halları öz qərarında əks etdirməmişdir. (səbəb isə odur ki, əlavə vergi hesablanması əsassızdır). COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadi şəraitin əhəmiyyətli dərəcədə pisləşməsi şirkətin fəaliyyətini iflic vəziyyətə salmışdır. Pandemiyanın fəsadlarının ağırlılığı mövcud dövlət siyasəti və dövlət idarəçiliyinin gedişatından da açıq-aşkar bəllidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamında “Koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər” nəzərdə tutulmuşdur. Həmin sərəncamda qeyd olunan tədbirlərin icrası qaydasında Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi bir sıra tədbirlər həyata keçirmişdir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutmuşdur. Pandemiyanın yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi yığımı qaydalarında da dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilmişdir. Belə ağır şəraitdə vergi orqanının İddiaçınə əsassız vergilərin hesablaması və borc yazması vergi ödəyicisinə, sahibkara həddindən artıq ədalətsiz bir yanaşmanı göstərir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********967800 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı MMC 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmiş və həmin il üzrə ümumi gəlirləri 98923.42 manat, gəlirdən çıxılan xərcləri 189735.24 manat (o cümlədən malın dəyəri 189450.5 manat, bank xidməti üzrə xərclər 65.74 manat, gəlirdən çıxılan vergi və yığımlar isə 219 manat), vergitutma məqsədləri üçün mənfəət 9188.21 manat, ödənilməli olan mənfəət vergisi isə 1837.64 manat bəyan edilmişdir. Belə ki, kassa metodunu tətbiq edən vergi ödəyicisi 2019-cu il ərzində ümumi dəyəri 520708 manat olan malların satışını həyata keçirmiş və bununla bağlı 5 ədəd elektron qaimə fakturanı malların alıcılarına göndərilməsini təmin etmişdir. İl ərzində həmin satışlardan 3-ü üzrə, xx.xx.2019-cu il tarixdə 121271.73 manat, xx.xx.2019-cu il arixdə 67931.72 manat, xx.xx.2019-cu il tarixdə 9720 manat, ümumilikdə isə 198923.45 manat ödəniş cəmiyyətin bank hesabına mədaxil edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilmiş xx.xx.2021-ci il tarixli **********798200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubda qeyd edilir ki, cəmiyyət tərəfindən 2019-cu il ərzində təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən vergiyə cəlb edilən dövriyyə, eləcə də il ərzində göndərilmiş elektron qaimə fakturalarında əks etdirilən satış ümumilikdə 520708,0 manat olduğu halda mənfəət vergisi bəyannaməsində ümumi gəlir 198923.45 manat bəyan edilmişdir ki, nəticədə 260104,0 manat kənarlaşma yaranmışdır. Göründüyü kimi, vergi orqanı cəmiyyətin 2019-cu il üzrə ümumi gəlirinin 18923.45 manat bəyan edilməsinə baxmayaraq, 520708,0 manat müəyyən etmiş və bu əsasla cəmiyyətə xx.xx.2021-ci il tarixli **********967800 nömrəli qərara əsasən 4769.77 manat əlavə vergi məbləği hesablamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi cəmiyyətin ümumi gəliri 198923.45 manat olmuşdur. Belə ki, iddiaçı 2019-cu il üzrə kassa metodunu tətbiq etdiyindən yalnızca kassasına və ya bank hesabına mədaxil edilmiş ödənişləri ümumi gəlirinə daxil etmişdir. Vergi ödəyicisi vergilərin uçotunu kassa metodu ilə apardığı halda, gəlirin əldə edilmə vaxtı nağd pul vəsaitini aldığı (kassaya mədaxil edildiyi), nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt, xərcin çəkilməsi vaxtı isə nağd pul vəsaitinin ödənildiyi (kassadan məxaric etdiyi), nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt qəbul edilir. İş materiallarından göründüyü kimi, İddiaçı MMC kassa metodu ilə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi gəlir olaraq bank hesabına il ərzində mədaxil edilmiş məbləğləri, xərc olaraq isə bank hesabından məxaric edilmiş məbləğləri göstərdiyi halda, vergi orqanı əsassız olaraq iddiaçının ümumi gəlirini hesablama metoduna uyğun olaraq göndərdiyi elektron qaimə fakturalar əsasında hesablamışdır. İş materiallarına əlavə edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********535400 nömrəli qərardan göründüyü kimi iddiaçıya 2019-cu ilin dekabr ayı üzrə 51462.35 manat ƏDV hesablanmışdır. Hesablamanın əsası "2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən cəmi 296486.05 manat dövriyyə ilə mənfəət vergisi bəyannaməsində göstərilən malların təqdim edilməsindən əldə edilən 520708,0 manat gəlir arasındakı 224221.95 manat fərqin yaranması" olmuşdur. Bununla bağlı qeyd edirlər ki, iddiaçı "xxxx" MMC tərəfindən 2019-cu il ərzində ümumi dəyəri 520708,0 manat olan 5 ədəd elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimə-fakturalardan 1-i ("xxxx" MMC-yə təqdim edilmiş mallara görə göndərilmiş xx.xx.2019-cu il tarixli EAAS seriyalı 555775 nömrəli elektron qaimə-faktura) üzrə 260104,0 manat məbləğində ödəniş alıcı tərəfindən avans şəklində xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə ödənilmiş və vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin ödəniş 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilərək vergiyə cəlb edilmişdir. Geridə qalan elektron qaimə-fakturalar üzrə 260604 manat ödəniş isə 2019-cu ilin may, noyabr və dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirilərək 18% dərəcə ilə vergiyə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC 2019-cu il ərzində təqdim edilmiş ümumilikdə 520708,0 manat dəyərində elektron qaimə-fakturaların biri üzrə 260104 manat ödənişi 2018-ci ilin dekabr ayı, digər elektron qaimə-fakturalar üzrə 260604,0 manat ödənişi isə 2019-cu ilin may, noyabr və dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirdiyi halda, vergi orqanı avans şəklində ödənilərək 2018ci ilin dekabr ayında ƏDV-yə cəlb edilmiş 260104,0 manat ödənişi səhvən 2019-cu ilin dövriyyəsinə daxil edərək cəmiyyətə əsassız əlavə vergi məbləği hesablamışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC-yə (VÖEN: **********) 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 40359,95 manat vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçı da 2019-cu təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 296486,05 manat məbləğ göstərilməsinə baxmayaraq, (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200-cü (Malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə 520708,00 manat əks etdirilmiş, bəyannamənin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci (“Alınmış avanslar”) sətrinin “Hesabat dövrünün sonuna” olan 3928,41 manat avans məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 3928,41 manat avans məbləğinin fərqi 0 manat, cəmi 520708,00 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə də 224221,95 manat məbləğində fərq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli **********457200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 40359,95 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********535400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində ancaq hesablanan qərarın qanunsuz olmasını vergi orqanının 2019-cu ilin vergi borcunun 2021ci ilin aprel ayında hesablanması ilə əsaslandırmışdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsəsən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. İddiaçı vergi orqanına xx.xx.2021-ci il tarixdə 2019-cu il dekabr ayı üzrə əlavə dəyər vergisi ilə bağlı dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, cavabdeh vergi orqanı 30 iş gününü ötürmədən 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 40359,95 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********535400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-99/2022 saylı qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********535400 nömrəli və xx.xx.2021-ci il tarixli **********967800 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli **********457200 nömrəli nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 40359,95 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********535400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin 2019-cu il hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsinin "Xammal və materiallar" (221.3-cü), "Malın dəyəri" (221.4-cü), Enerji xərcləri" (221.7-ci), "Qaz xərcləri" (221.8-ci), "Yanacaq xərcləri" (221.9-cu), "Su və kanalizasiya xərcləri" (221.10-cu), "Rabitə xərcləri" (221.11-ci), Mühafizə xərcləri (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232-d) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (510690,98 manat), əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin) 1 nömrəli əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (171761,14 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturalarm və alış aktlarının məbləği (229930,50 manat) (+) cari il ərzində əldə edilmiş yük-gömrük bəyannamələri məlumatlarma əsasən alınmış mal-materialların (34887,80 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (436579,44 manat) bəyannamənin 1 nömrəli əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (436579,44 manat) məbləğin müqayisəsi nəticəsində 74111,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə müvafiq dövr üzrə xx.xx.2021ci il tarixli **********596800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında elektron uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçı tərəfindən göndərilmiş məktuba əsaslı münasibət bildirilmədiyi uçun kameral qaydada vergi yoxlaması aparılmış, dövr üzrə 14822,31 manat vergi məbləği hesablanmış və Ümumi 16607,41 manat vergi məbləği üzrə xx.xx.2021-ci il tarixli **********548700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləği əsassız olaraq azaldıldığından vergi orqanı tərəfindən hesablanmış vergi məbləği bərpa edilmiş və yenidən xx.xx.2021-cı il tarixli **********548700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə qəbul etdiyi qərarında iddiaçı tərəfindən təqdim edilmiş 260104,0 manat dəyərində malların dəyərinin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə avans şəklində ödənildiyini, ona görə də bu ödənişin 2019-cu il deyil, 2018-ci ilin ƏDV dövriyyəsinin tərkib hissəsi təşkil edə bildiyini, cavabdeh vergi orqanı tərəfindən qeyd olunan dövriyyənin 2019-cu ilin vergiyə cəlb edilən dövriyyəsi kimi qiymətləndirərək vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edirlər ki, iddiaçı da 2019-cu təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sütunlarının cəmində 296486,05 manat məbləğ göstərilməsinə baxmayaraq, (carı il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin 200-cü sətri üzrə 520708,0 manat əks etdirilmiş, bəyannamənin 1 nömrəli əlavəsinin 2.2.1.2-Ö ("Alınmış avanslar") sətrinin "Hesabat dövrünün sonuna" olan 3928,41 manat avans məbləği ilə "Hesabat dövrünün əvvəlinə" olan 3928,41 manat avans məbləğinin fərqi 0 manat, cəmi 520708,00 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə də 224221,95 manat məbləğində fərq müəyyən edilmişdir. İddiaçı tərəfindən 2018-ci il və 2019-cu il ərzində hesablama metodundan istifadə olunmuşdur. Həmçinin mənfəət vergisinə münasibətdə də məhkəmə qərarında iddiaçı tərəfindən 2019-cu il üzrə kassa metodu ilə təqdim etdiyi hesabatda həmin il üzrə ümumi gəlirinin 198923,45 manat müəyyən edildiyi halda, cavabdeh vergi orqanı həmin göstəricini il ərzində təqdim edilmiş malların dəyərinə uyğun olaraq 520708,0 manat hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. 2019-cu il hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsinin "Xammal və materiallar (221.3-cü), "Malın dəyəri" (221.4-cü), "Enerji xərcləri" (221.7-ci), "Qaz xərcləri" (221.8-ci), "Yanacaq xərcləri" (221.9-cu), "Su və kanalizasiya xərcləri" (221.10-cu), "Rabitə xərcləri" (221.11-ci), "Mühafizə xərcləri (221.12-ci), "Reklam xərcləri" (221.14-cÜ), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (221.15-ci), Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (510690,98 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 nömrəli əlavəsinin Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş malmaterial qalığının məbləği (171761,14 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (229930,50 manat) (+) cari il ərzində əldə edilmiş yük-gömrük bəyannamələri məlumatlarına əsasən alınmış mal-materialların (34887,80 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (436579,44 manat) bəyannamənin 1 nömrəli əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (436579,44 manat) məbləğin müqayisəsi nəticəsində 74111,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi 2019-cu il üzrə mənfəət vergisi 74111,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi nəticəsində hesablanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı onunla əsaslandırılmışdır ki, şikayətin 2ci səhifəsində qeyd edilir ki, “iddiaçıda 2019-cu təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 296486.05 manat məbləğ göstərilməsinə baxmayaraq, həmin hesabat ili üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200cü (Malların, işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə cəmi 520708,00 manat əks etdirilmişdir ki, nəticədə 224221.95 manat məbləğində fərq müəyyən edilmişdir.” Başqa sözlə desələr, cavabdeh vergi orqanı 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan cəmi 296486.05 manat vergitutulan dövriyyə ilə həmin il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmış cəmi 520708,0 manat dövriyyə arasındakı 224221.95 manat fərqi vergidən yayındırılmış dövriyyə kimi nəzərə alaraq, iddiaçıya bu əsasla ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Bununla əlaqədar olaraq ilk öncə bildirirlər ki, cavabdeh vergi orqanı ƏDV bəyannamələri ilə mənfəət vergisi bəyannaməsi arasında olan fərqi hesablayan zaman səhvə yol vermişdir. Belə ki, iddiaçı tərəfindən 2019-cu hesabat ili üzrə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş sonuncu vergi bəyannaməsinin 200-cü (Malların, işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətrində hesabat dövrünün gəliri 198923.45 manat bəyan edildiyi halda, cavabdeh vergi orqanı apellyasiya şikayətində həmin göstəricini səhvən 520708,0 manat qeyd etmişdir. Halbuki, həmin göstərici sonuncu deyil, bir əvvəlki - xx.xx.2021-ci il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir məbləğidir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya xx.xx.2021-ci il tarixli **********535400 nömrəli qərar ilə ƏDV üzrə 40359.95 manat əlavə vergi məbləği hesablayan zaman iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsinin deyil, səhvən bir əvvəlki – xx.xx.2021-ci il tarixli vergi bəyannaməsininin göstəricilərini əsas götürmüşdür ki, bu da yekunda iddiaçıya əsassız vergi öhdəliyinin hesablanması ilə nəticələnmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergitutulan dövriyyənin düzgün əks etdirilməsinə münasibətdə isə bildirirlər ki, iş materiallarına əlavə edilmiş “X2 Azərbaycan” QSC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 260104,0 manat dəyərində malların dəyəri sonuncu tərəfindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə avans şəklində ödənilmişdir. Bu isə o deməkdir ki, həmin ödəniş 2019-cu ilin deyil, 2018-ci ilin ƏDV dövriyyəsinin tərkib hissəsini təşkil edə bilərdi. Başqa sözlə, iddiaçı haqlı olaraq təqdim edilmiş 520708.0 manat məbləğində malların 260104,0 manat hissəsini 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində, qalan 260604,0 manat hissəsini isə 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirmiş, lakin vergi orqanı 520708,0 manat dəyərində satış dövriyyəsini ümumilikdə 2019-cu ilin vergiyə cəlb edilən dövriyyəsi kimi qiymətləndirərək vergi qanunvericiliyinin tələblərini pozmuşdur. 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri iddiaçıya həmin ilin müvafiq aylarına ƏDV üzrə əlavə vergi məbləğinin hesablanmasına əsas ola bilməz. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Həmin Məcəllənin 166.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Sadalanan normalardan aydın olur ki, ƏDV məqsədləri üçün əməliyyatın vaxtı təqdim edilmiş mallara görə ödəmə 30 gün müddətində həyata keçirildikdə, ödəmənin vaxtı, 30 gündən sonra həyata keçirildikdə, elektron vergi hesab-fakturasının vaxtı, ödəmə malların təqdim edilməsindən əvvəl (avans şəklində) edildikdə və 5 gün ərzində elektron vergi hesab fakturası verildikdə, elektron vergi hesab-fakturasının vaxtı, verilmədikdə isə ödəmənin vaxtı ilə müəyyən edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Sadalanan normalardan aydın olur ki, uçotunu kassa metodu ilə aparan vergi ödəyicisi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlir etmiş sayılır. Başqa sözlə, kassa metodu ilə uçot aparan vergi ödəyicisi təqvim ili üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin gəlirlər sətrində həmin təqvim ili ərzində nağd qaydada aldığı və nağdsız qaydada bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olan pul vəsaitlərinin cəmi məbləğini əks etdirir. Yuxarıda qeyd olunanların təhlilindən aydın olur ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən ƏDV tutulan əməliyyatın vaxtı ödənişin və elektron vergi hesabfakturasının təqdim edildiyi tarixdən asılı olaraq, kassa metodu ilə uçot aparan vergi ödəyicisinin mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən gəlirinin vaxtı isə sadəcə ödənişin tarixi ilə müəyyən edilir ki, bu da nəticədə hər iki vergi növü üzrə vergiyə cəlb edilən dövriyyə arasında fərqin yaranmasına səbəb ola bilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə kassa metdou ilə təqdim edilmiş vergi bəyannaməsində ümumi gəlir 198923.45 manat əks etdirildiyi halda, həmin ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən ümumi dövriyyə 260604,0 manat bəyan edilmişdir. Belə ki, satılmış ümumilikdə 520708,0 manat dəyərində mallar üzrə iddiaçının bank hesabına 2019-cu il ərzində cəmi 198923.45 manat pul vəsaiti daxil olduğundan, iddiaçı tərəfindən həmin il üzrə kassa metodu ilə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən ümumi gəlir 198923.45 manat bəyan edilmişdir. Eyni zamanda, satılmış ümumilikdə 520708,0 manat dəyərində malların bir qismi – 260104,0 manat hissəsi avans şəklində 2018-ci ilin dekabr ayında ödənildiyi və həmin ödəniş ilə bağlı elektron vergi hesab-fakturası isə 30 gündən sonra (xx.xx.2019-cu il tarixdə) təqdim edildiyindən, həmin dövriyyə Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 166.1.1-ci və 166.1.2-ci maddələrinə müvafiq olaraq 2018-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirilmişdir. Satılmış malların geri qalan 260604.0 manat hissəsi ilə bağlı elektron vergi hesab-fakturaların tərtib edilməsi və ödənişin edilməsi 2019-cu il ərzində həyata keçirildiyindən, həmin dövriyyə Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 166.1.1 və 166.1.2-ci maddələrinə müvafiq olaraq 2019-cu il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirilmişdir. Göründüyü kimi, mənfəət vergisi bəyannaməsində bəyan edilmiş ümumi gəlir məbləği ilə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə arasındakı fərqin səbəbi məhz hər iki vergi növü üzrə vergitutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə qanunvericililikdə fərqli normaların nəzərdə tutulması olmuşdur. Apellyasiya şikayətində mənfəət vergisinin hesablanmasına münasibətdə qeyd edilir ki, 2019-cu il hesablama metdou ilə təqdim edilən mənfəət vergisi bəyannaməsinin ... sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (510690.98 manat), əvvəlki il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (171761.14 manat) + cari il ərzində təqdim edilmiş e-qaimə fakturaların və alış aktlarının məbləği (229930.50 manat) + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (34887.80 manat) məbləği, cəmi 436579.44 manat məbləğin müqayisəsi nəticəsində 74111.54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Başqa sözlə, vergi orqanının baza məlumatlarına əsasən iddiaçının 2019-cu il üzrə xərcləri 436579.44 manat olduğu halda, həmin il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannamısində cəmi xərclər 510690.98 manat bəyan edilmişdir ki, nəticədə 74111.54 manat kənarlaşma yaranmış və vergi orqanı bu əsasla iddiaçıya xx.xx.2021-ci il tarixli **********548700 nömrəli qərara əsasən 16607.41 manat mənfəət vergisi hesablamışdır. Bununla əlaqədar olaraq bir daha bildirir ki, vergi orqanı ƏDV məbləğində olduğu kimi, mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablayan zaman da iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsinin deyil, səhvən bir əvvəlki–xx.xx.2021-ci il tarixli vergi bəyannaməsininin göstəricilərini əsas götürmüşdür. Belə ki, iddiaçı tərəfindən kassa metodu ilə təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclər 510690.98 manat deyil, 189735.24 manat bəyan edilmişdir ki, bu da təqvim ili ərzində iddiaçı tərəfindən faktiki olaraq ödənilmiş pul vəsaitlərinin cəmi məbləğindən təşkil edilir. Həmçinin qeyd etmək lazımdır ki, mənfəət vergisi bəyannaməsində əks etdirilmiş 189735.24 manat xərc vergi orqanın öz məlumat bazasında olan 436579.44 manat xərcdən daha aşağı olmuşdur ki, bu da xərclər üzrə hər hansı kənarlaşmanın yaranmadığına dəlalət edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır... Maddə 131. Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır... Maddə 133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır... Azərbaycan Respublikası Vergi Məcəlləsi (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. 166.2. Ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********535400 nömrəli qərardan görünür ki, İddiaçı MMCyə 2019-cu ilin dekabr ayı üzrə 40359.95 manat əlavə dəyər vergisi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********967800 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə 2019cu il üzrə 14769.77 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə iddiaçı tərəfindən kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsindən görünür ki, cəmiyyətin həmin hesabat ili üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə olunan gəliri 198,923.45 manat, gəlirdən çıxılmasına yol verilən xərcləri 189,735.24 manat, vergitutma məqsədləri üçün mənfəəti 9,188.21 manat, ödəməli olduğu mənfəət vergisi isə 1,837.64 manat bəyan edilmişdir İddiaçı MMC tərəfindən göndərilmiş elektron qaimə-fakturalar barədə məlumatlara əsasən cəmiyyət tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “X1 Kompleksi” MMC-yə ümumilikdə 520708,0 manat dəyərində mallar təqdim edilmişdir. Beləliklə işdən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 2019-cu il ərzində ümumilikdə 520708.0 manat dəyərində mallar təqdim edildiyi halda, həmin il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlir 198923.45 manat, həmin ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində isə vergitutulan dövriyyə ümumilikdə 296486.05 manat göstərilmişdir ki, bu da vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmiş və kameral vergi yoxlaması nəticəsində elektron qaimə-faktura əsasında təqdim edilmiş malların ümumi dəyəri ilə vergi bəyannamələrində göstərilən dövriyyə arasında yaranan fərqə əsasən cəmiyyətə ƏDV və mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, obyektiv qərarın qəbul edilməsi üçün zəruri olan sübutları toplamamışdır. İş materiallarına əlavə edilmiş “X2 Azərbaycan” QSC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 260104,0 manat dəyərində malların dəyəri sonuncu tərəfindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə avans şəklində ödənilmişdir. Bu isə o deməkdir ki, həmin ödəniş 2019-cu ilin deyil, 2018-ci ilin ƏDV dövriyyəsinin tərkib hissəsini təşkil edə bilərdi. İddiaçı düzgün olaraq təqdim edilmiş 520708.0 manat məbləğində malların 260104,0 manat hissəsini 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində, qalan 260604,0 manat hissəsini isə 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirmiş, lakin vergi orqanı 520708,0 manat dəyərində satış dövriyyəsini ümumilikdə 2019-cu ilin vergiyə cəlb edilən dövriyyəsi kimi qiymətləndirərək vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, ƏDV məqsədləri üçün əməliyyatın vaxtı təqdim edilmiş mallara görə ödəmə 30 gün müddətində həyata keçirildikdə, ödəmənin vaxtı, 30 gündən sonra həyata keçirildikdə, elektron vergi hesab-fakturasının vaxtı, ödəmə malların təqdim edilməsindən əvvəl (avans şəklində) edildikdə və 5 gün ərzində elektron vergi hesab fakturası verildikdə, elektron vergi hesab-fakturasının vaxtı, verilmədikdə isə ödəmənin vaxtı ilə müəyyən edilir. "xxxx" MMC tərəfindən ödəniş 2018-ci ilin dekabr ayında edildiyi halda, elektron vergi hesab-fakturası xx.xx.2019-cu il tarixdə göndərilmişdir ki, bu halda ƏDV məqsədləri üçün əməliyyatın vaxtı 2018-ci ilin dekabr ayı hesab olunur və cavabdeh vergi orqanı həmin ödənişi vergi qanunvericiliyinin tələblərinə zidd olaraq 2019-cu ilin dövriyyəsinə daxil etmişdir. ƏDV məqsədləri üçün vergitutulan əməliyyatın məbləği və vaxtı cavabdeh vergi orqanı tərəfindən düzgün müəyyən edilmədiyindən qəbul edilmiş qərar da əsassız olmuşdur. İddiaçıya 2019-cu il hesabat ili üzrə hesablanmış 14769.77 manat mənfəət vergisinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsindən görünür ki, iddiaçı kassa metodu ilə təqdim etdiyi hesabatda həmin il üzrə ümumi gəlirini 198923.45 manat müəyyən etmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da görünür ki, iddiaçının hesablaşma hesabına 2019-cu il ərzində ümumilikdə 198923.45 manat pul vəsaiti mədaxil edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən gəliri düzgün olaraq 198923.45 manat bəyan edildiyi halda, cavabdeh vergi orqanı həmin göstəricini il ərzində təqdim edilmiş malların dəyərinə uyğun olaraq 520708,0 manat hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Vergi ödəyicisi vergilərin uçotunu kassa metodu ilə apardığı halda, gəlirin əldə edilmə vaxtı nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin hesablaşma hesabına daxil olduğu vaxt, xərcin çəkilməsi vaxtı isə nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt qəbul edilir. "xxxx" MMC 2019-cu il üzrə kassa metodu ilə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi gəlir olaraq bank hesabına il ərzində mədaxil edilmiş məbləğləri (198923.45 manat) göstərdiyi halda, vergi orqanı əsassız olaraq iddiaçının ümumi gəlirini elektron qaimə-fakturalar əsasında təqdim edilmiş malların dəyəri həcmində (520708 manat) qəbul etmişdir. Halbuki, həmin malların dəyərinin 260104 manat hissəsi 2018-ci ilin dekabr ayında ödənilmişdir. Bununla da, cavabdeh vergi orqanı mənfəət vergisi bəyannaməsinin göstəricilərində hər hansı kənarlaşma mövcud olmadığı halda 14769.77 manat mənfəət vergisi hesablanmışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, ƏDV məqsədləri üçün vergitutulan əməliyyatın məbləği və vaxtı cavabdeh vergi orqanı tərəfindən düzgün müəyyən edilmədiyindən və iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərində hər hansı kənarlaşma mövcud olmadığından iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-99/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar