Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-359/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X4 cavabdeh Abşeron rayon X6rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və X2 ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçı X4, onun vəkili Vəkil1 və üçüncü şəxs X15 iştirakı ilə, İddiaçı X4 cavabdeh Abşeron rayon X6rşı “Abşeron rayonu, X7 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2- 1(118)-1269/2022 nömrəli qərarından üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu X7 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə İddiaçı 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır.
2. DTXK Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, idarə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahələrinin vətəndaşlara, o cümlədən İddiaçı 0.08 ha torpaq sahəsi satılmasına etiraz etməmişdir.
3. Abşeron rayon İH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, idarə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahələrinin vətəndaşlara, o cümlədən İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmasına etiraz etməmişdir.
4. Torpaqların alqı-stqısına dair aktdan görünür ki, Abşeron rayon X7 xx.xx.2006cı il tarixli 11 saylı qərarına əsasən Abşeron rayon Aşağı Güzdək İddiaçı 0.08 ha torpaq sahəsi satmış, xx.xx.2006-cı il tarixli aktdan görünür ki, 0.08 ha torpaq sahəsi İddiaçı təhvil verilmişdir.
5. DTXK Abşeron rayon tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı satılmış 0.08 torpaq sahəsinə dair tərtib edilmişdir.
6. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən Abşeron rayonu X7 xx.xx.2006-cı il tarixli 11 saylı qərarından görünür ki, vətəndaşlara o cümlədən İddiaçı 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır.
7. 31 oktyabr 2014-cü il tarixdə X18 cavabdeh Abşeron rayonu X8, üçüncü şəxslər İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə verilməsinin X8 həvalə edilməsi və üçüncü şəxs İddiaçı tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı bir neçə dəfə iddia tələbinə dəqiqləşdirmə vermiş, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015ci il tarixli qərarına əsasən, iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən X15 istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X7 üzərinə qoyulması qərara alınmışdır.
9. X7 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərarı ilə X7 alqı-satqı predmeti olan 0.08 ha torpaq sahəsinin məqsədli təyinatı. ərazinn yerququluşu – təsərrüfat planına yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat qaz, su kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin fərdi yaşayış məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçrilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Qərarda həmçinin bələdiyyənin satış məqsədi ilə müsabiqəyə çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq dövlət reyesterindən çıxarışın verilməsinin DƏDRX-nin Abşeron Ərazi İdarəsindən xahiş edilməsi göstərilmişdir.
10. Bələdiyyənin qeyd edilən qərarı əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********85 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə Seriya RX № ******* saylı çıxarış verilmişdir.
11. Abşeron rayonu X12 ilə X18 arasında bağlanmış AN-İ ******* seriyalı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyd edilən 0.08 ha torpaq sahəsi bələdiyyə tərəfindən X1.
12. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə Seriya RX № ******* saylı çıxarış verilmişdir.
13. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin X15 iddiasının təmin olunmasına dair yuxarıda qeyd edilən 09 aprel 2015-ci il tarixli, 2-1(85)-214/2015 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, İddiaçı və A.Almazov üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
14. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-1/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli qərarı ilə X15 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-1/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasnını xx.xx.2021ci il tarixli 2-1(102)-1655/2021 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon X7 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarı etibarsız hesab edilməsi, həmin qərar əsasında verilmiş xx.xx.2017-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarışın, alqı-satqı ilə Əsədov Abu əsəd oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon X9 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bəldiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu X7 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə iddiaçıya torpağın baş planı əsasında Abşeron rayonu Aşağı Güzdək kəndində 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin ayrılmış torpaq sahəsi ona aktla təhvil verilmişdir. Ona ayrılmış torpaq sahəsini həmkəndlisi X18 heç bir qanuni əsas olmadan zəbt edərək, orada tikinti işləri aparılmasına başlamışdır. İddiaçının şikayəti əsasında A.Əsədov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işi başlanmış və haqqında Abşeron rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə cəlb edilməklə torpaqdan çıxarılma qərarı verilmişdir. 31 oktyabr 2014-cü il tarixdə X18 cavabdeh Abşeron rayonu X8, üçüncü şəxslər İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəşinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə verilməsinin X8 həvalə edilməsi və üçüncü şəxs İddiaçı tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən X15 istifadəsində olmayan 0,08 ha torpaq sahəsinin ona satılması öhdəliyini Abşeron rayonu, X7 üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı əsasında Güzdək Bələdiyyəsi fərdi yaşayış məqsədi ilə torpağın satılması ilə bağlı açıq müsabiqəsini keçirilməsi üçün ona məxsus torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərarı verilmişdir. Bu qərar əsasında ona məxsus torpaq sahəsinə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonra X12 xx.xx.2017ci il tarixdə alqı-satqı müqaviləsi ilə ona məxsus torpaq sahəsini X5 o, isə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. O, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə A.Əsədovun Abşeron rayonu Güzdək Bələdiyyəsinə qarşı iddiası rədd edilmişdir. Həmin qərar Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır.
20. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1269/2022 nömrəli qərardadı ilə X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
21. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-1269/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Abşeron rayon X7 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanmasına dair qərarı etibarsız hesab edilməsi qərara alınmışdır.
22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 2006-cı ildə iddiaçıya ayrıldığı halda daha sonra üçüncü şəxsin zəbtinə məruz qalmışdır. Daha sonra isə A.Əsədov torpaq sahəsi üzərində sahibliyini qanuniləşdirmək məqsədi ilə bələdiyyəyə müraciət etmiş və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində mülkiyyət hüqüqunun qeydiyyata alınması proseduruna başlanması barədə qərar qəbul etmişdir. Bu hallar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və qərarlarında ös təsdiqini tapmışdır
23. Üçüncü şəxs X18 qərardan apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
24. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə qərar qəbul edərkən əsaslandırıcı hissədə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 2006-cı ildə iddiaşıya ayrıldığı halda daha sonar üçüncü şəxsin zəbtinə məruz qalmışdır. Daha sonar isə A.Əsədov torpaq sahəsi üzərində sahibliyini qanuniləşdirmək məqsədi ilə bələdiyyəyə müraciət etmiş və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə qərar qəbul etmişdir. Həmin torpaq sahəsi ilə onun torpaq sahəsi üst-üstə düşmür. Bu barədə əvvəl keçirilmiş məhkəmə mübahisələrində təyin olunmuş məhkəmə ekspertizasının rəylərində məlumat var. Həmin rəyi məhkəməyə təqdim etsə də, məhkəmə həmin rəyi nəzərə almamışdır. Bununla da onun hüququ kobud surətdə pozulmuşdur. Bundan başqa vəkili və nümayəndəsi xəstə olduğu üçün sonuncu məhkəmə iclasında iştirak edə bilməmişdir və həmin məhkəmə iclasının təxirə salınması barədə vəsatət versə də, məhkəmə həmin vəsatətə münasibət bildirmədən qərarı elan etmişdir. Bununla da onun konstitusion hüququ pozulmuşdur.
25. İddaçı daha sonar apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində yazılmış və iddiaçının mülahizələrindən ibarət əsassız söz yığınını və yerli bələdiyyə tərəfindən arxa tarixlə, yəni 2006-cı ildə ona ayrılmış və mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən sənədləri əsas gətirərək xx.xx.2022-ci il tarixli, 2-1(118)-1269/2022 saylı əsassız qərarı ilə iddianı təmin etmişdir. Onun cavabdeh olaraq təqdim etdiyi və dövlət qurumları tərəfindən təsdiq edilən sənədlərin (maddi sübutların) heç birini nəzərə almamış, hakimə etiraz ərizəsi baxılmamış saxlanılmış və qəbul etdiyi əsassız qərarında yalnız iddiaçı tərəfin koordinatlar üzrə əvvəlcədən özünə məxsus döngə nöqtələri ilə təsdiq edilmiş sənədlərin guya ona məxsus torpaq sahəsinə aid olduğunu əsaslandıraraq qərar qəbul etmişdir.əslində iddiaçı zəbt etdiyi çoxsaylı torpaq sahələrində hazırda onun qonşuluğunda olan və yerli bələdiyyə tərəfindən ona digər koordinatlar üzrə ayrılmış 0,08 ha bələdiyyə torpağında ev tikmiş və hazırda da yaşayır. Sadəcə bu adam həmin sahəyə verilmiş bələdiyyə sənədlərinin köməkliyilə ona məxsus olan 0,08 ha bələdiyyənin verdiyi torpaq sahəsini da özünə aid 0,08 ha torpaq sahəsi üçün verilmiş sənədlərlə mənimsəmək istəmişdir və 4 saylı Reyestr İdarəsi mübahisələndirilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin onun təqdim etdiyi sənədlərdə göstərilən döngə nöqtələrilə üst-üstə düşmədiyinə görə ona məxsus olan torpağın özəlləşdirilməsi üçün imtina cavabı vermişdir. Buna baxmayaraq iddiaçı onun mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin daxilindən 3 sot hissəni Ariz Qaydarov adlı Qobustan rayon sakininə saxta etibarnamə əsasında 6400 manata qanunsuz satmışdır. Yəni cinayət törətmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı yenidən Sumqayıt inzibati Məhkəməsinə ərizə verərək guya mübahisələndirilən 0,08 ha torpaq sahəsinin hərrac keçirilmədən məhkəmə qərarı ilə ona verilməsi barədə 9 aprel 2015-ci il tarixli çıxarmış qətnaməni mübahisələndirmişdir. Halbuki iddiaçının onun yeri ilə bağlı hər hansı aidiyyatı olmamışdır. 2019-cu ilin mayın 10-da Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı əsasında torpaq sahəsinin kimə məxsus olması barədə keçirdiyi ekspertiza nəticəsində də məlum olmuşdur ki, mübahisələndirilən 0,08 ha torpaq sahəsi ona məxsusdur. Lakin sonradan hakim həmin ekspert rəyini qəsdən nəzərə almamış, onun apellyasiya şikayətini təmin etməmişdir.
26. Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdehə lazımi qaydada məlumat verilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Maddə 150. Bələdiyyə aktları İ. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.
31. “Bələdiyyələrin statusu haqqında” Qanun Maddə16. Bələdiyyənin iclası
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi
1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir...
3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.
4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.
33. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamə.
15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
34. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;
35. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2; 2.2.5. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 78.Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanlarının razılığına əsasən, X7 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarına və torpaqların alqı-satqısına dair akta əsasən Aşağı Güzdək qəsəbəsində 0.08 ha torpaq sahəsi İddiaçı satılmış, ayrılmış 0.08 ha torpaq sahəsinin sərhəddi naturada ölçülərək nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir.
39. Kollegiya iddianı təmin edən birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İPM-nin yuxarıda istinad edilən “Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri“ adlanan 78-ci maddəsinin tələblərinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
40. Bu Qərarın 7-8; 13-16-cı bəndlərində istinad edilən, hazırkı iş üzrə üçüncü şəxs X15 iddiaçı, hazırkı iş üzrə cavabdeh olan X7 cavabdeh, hazırkı iş üzrə iddiaçı olan İddiaçı isə üçüncü şəxs olduğu inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasnını qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2-1(102)-1655/2021 qərarı ilə işin müəyyən edilmiş hallarından görünür ki, 2006-cı ilin sonlarında iddiaçı X3 Şahin Vəfalı oğluna məxsus olan 0.08 ha torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutmuş, İddiaçı qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq həmin sahədə tikinti işləri aparmışdır. Qeyd edilən fakt üzrə X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, Abşeron rayon məhkəməsinin 1-170/2007 saylı hökmü ilə A.Əsədov Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmişdir. Məhkəmə hökmü qanuni qüvvəyə minmişdir. Eyni zamanda İddiaçı mülki iddiası təmin edilmiş, X15 həmin torpaq sahəsindən çıxarılması qərara alınmış, mübahisəli torpaq sahəsi boşaldılaraq tələbkar İddiaçı təhvil verilmişdir.
41. Yuxarıda qeyd edilən inzibati iş üzrə iddiaçının bələdiyyə tərəfindən hərrac keçirilmədən ona satılmasını tələb etdiyi 0.08 ha torpaq sahəsinin X7 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrıldığı iş üzrə materiallarla təsdiqini tapmışdır. Həmin inzibati iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasnını xx.xx.2021-ci il tarixli 2-1(102)- 1655/2021 qərarında da göstərilmişdir ki, “...Hazırkı mübahisəyə münasibətdə iddiaçının hərrac keçirilmədən ona satılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verildiyindən və həmin qərar hüquqi cəhətdən etibarlı olduğundan, bələdiyyə həmin sahənin başqa şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi və ya hərrackeçirilmədən başqa şəxsə satılmasına səlahiyyətli deyildir (38-ci bənd).
42. Belə olan halda X12 Azərbaycan Respublikası Konstitusiyasının 150-ci maddəsinin və bu qərarın 31-33-cü bəndində istinad edilən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı bələdiyyə qərarlarının qəbul edilməsi sahəsində normalarının tələblərinə əməl etməyərək, özünün qanuni qüvvədə olan 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində artıq səlahiyyətli olmadığı halda, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərar qəbul etmişdir. Halbuki, bələdiyyələr yalnız başqa fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər.
43. Yuxarıda istinad edilən “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən isə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
44. İşin yuxarıda qeyd edilən halları, habelə yuxarıda istinad edilən üçüncü şəxs A.Əsədov barədə qanuni qüvvədə olan hökm və hazırkı işdə iştirak edən şəxslərin iştirak etdiyi inzibati mübaisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasnını qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən olunmuş halları nəzərə alaraq kollegiya üçüncü şəxsin apellyasiya şikayətinin bu qərarın 24-25-ci bəndlərində göstərilən dəlillərini əsassız hesab edir və onların təkrarən araşdırılaraq qiymətləndirilməsinə zərurət görmür.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-1269/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.