Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-359/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər:əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-632/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tibbi-sosial ekspertiza sənədlərinizdə uyğunsuzluqlar müəyyən edilmişdir. Bununla əlaqədar qeydiyyatda olduğunuz Tibbi Sosial-Ekspert Komissiyasına müraciət etməlisiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sizin ikinci dərəcə əlilliyiniz sonuncu dəfə 22.02.201-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəli müayinə tarixi - xx.xx.2021-ci il. Sonrakı dövrdə Sizə dair ərazi tibb müəssisəsi tərəfindən Əlillik Altsisteminə göndəriş (forma-88) daxil olmamışdır. Lakin təqdim etdiyiniz sənədlərdən məlum olur ki, Sizə müddətsiz ikinci dərəcə əlillik təyin edilib. Tibbi-sosial ekspertiza sənədlərinizdə uyğunsuzluqlar mövcud olduğundan, əyani müayinə məqsədilə Agentliyin Qəbul şöbəsinə (həftənin 4-cü günləri saat 14-00) dəvət olunursunuz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sizin ikinci dərəcə əlilliyiniz sonuncu dəfə 22.02.201-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi - xx.xx.2021-ci il. Sonrakı dövrdə Sizə dair ərazi tibb müəssisəsi tərəfindən Əlillik Altsisteminə göndəriş (forma-88) daxil olmamışdır. Lakin təqdim etdiyiniz sənədlərdən məlum olur ki, Sizə müddətsiz ikinci dərəcə əlillik təyin edilib. Tibbi-sosial ekspertiza sənədlərinizdə uyğunsuzluqlar mövcud olduğundan, əyani müayinə məqsədilə Agentliyin Qəbul şöbəsinə (həftənin 4-cü günləri saat 14-00) dəvət olunursunuz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Sizin əlillik vəziyyətiniz sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi - xx.xx.2021-ci il. Sonrakı dövrdə Sizə dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmamışdır. Bununla əlaqədar, Siz qeydiyyatda olduğunuz ərazi üzrə tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağınız və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərindən iştirakınız olmadan qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Sizin əlillik vəziyyətiniz sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi - xx.xx.2021-ci il. Sonrakı dövrdə Sizə dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmamışdır. Bununla əlaqədar, Siz səhiyyə müəssisəsi tərəfindən əlavə müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaşa dair göndərişlərin tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş (Forma-088) kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 2015-ci il tarixindən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə müraciət etməmişdir. Əlilliyin təyin edildiyi tarixdən hazırki tarixə qədər Tibbi Sosial Ekspert Komissiyasına göndəriş rəsmiləşdirilmədiyi səbəbindən sizə göndəriş surətini təqdim etmək mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onkoloji xəstəliyini nəzərə alaraq ona təyin edilmiş müddətsiz ikinci dərəcə əliliyinin bərpa edilməsinin və ödənilməyən ayların pensiya məbləğinin ona ödənilməsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1967-ci ildə anadan olmuş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 3 saylı evin 3 saylı mənzilində yaşayır. Ona xx.xx.2015-ci il tarixdə 13 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER-TSE 01 N 392186 arayışa əsasən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən ikinci dərəcə əlillik 5 il müddətinə xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Abşeron rayon Poliklinikasının onkoloji kabinetində “C73 Qalxanabənzər vəzinin papilyar karsinoması” diaqnozu ilə qeydiyyatdadır. Halhazırda ağır xəstədir, heç yerdə işləyə bilmir. Lakin xx.xx.2021-ci il tarixdən ona təyin edilmiş müddətsiz əlillik ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. Hər ay 259.78 manat pensiya alıb və xx.xx.2021-ci il tarixdən artıq dayandırılmışdır. Əlillik dərəcəsinin bərpası ilə əlaqədar Abşeron rayon Poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına Göndəriş (Forma-88) göndərilmişdir. Lakin TSEK tərəfindən imtina verilmişdir. Qanunamüvafiq olaraq ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi bərpa edilməlidir. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik”: X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr -> E00-E07 - Qalxanabənzər vəzinin xəstəlikləri => E02 - Yod çatmamazlığı ilə əlaqədar subklinik hipotireoz; Diaqnozun mətni: Qalxanabənzər vəzin xərçəngi tireodektomiyadan və radionun yod terapiyasından s/v; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionaliergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə;” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının 11,02.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C73-C75 - Qalxanabənzər vəzinin və digər endokrin vəzilərin bədxassəli yenitörəməsi => C73 - Qalxanabənzər vəzinin bədxassəli yenit...; Diaqnozun mətni: Qalxanvari vəzin Cr-ikombinə olunmuş müalicədən s/v; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: cr-i” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron rayon Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => CQ0-C75 - Yeni törəmələr => C73-C75 - Qalxanabənzər vəzinin və digər endokrin vəzilərin bədxassəli yenitörəməsi => C73 - Qalxanabənzər vəzinin bədxassəli yenit...;Diaqnozun mətni: Qalxanvari vəzin xərçəngi Tirloid ektomiyadan və radiokukiid yad tiropiyası; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: törəmə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik”; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C73-C75 - Qalxanabənzər vəzinin və digər endokrin vəzilərin bədxassəli yenitörəməsi => C73 - Qalxanabənzər vəzinin bədxassəli yenit...; Diaqnozun mətni. Qalxanvari vəzin xərçəngi Tirloid ektomiyadan və radiokukiid yad tiropiyası; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: törəmə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2016-cı il tarixdə olmuş və ona 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti bizə daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-632/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı 2012-2021-ci illər ərzində fasiləsiz olaraq 2 qrup əlil olmuşdur. Dövlət Sosial Müdafiə Fondu tərfindən verilmiş 3-17-1/2-265483/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, xx.xx.2015-ci il tarixdə 13 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER-TSE 01 N 392186 arayışa əsasən iddiaçıya ikinci dərəcə əlillik müddətsiz təyin edilmişdir.İnzibati orqan tərəfindən İddiaçı əlillyinin yenidən qiymətləndirilməsi yolverilməzdir. Belə ki, cavabdeh təşkilat tərəfindən sərgilənən mövqe müddətsiz əlillik təyin edilməyən şaxslərə şamil edilir. Hazırkı halda isə iddiaçının xx.xx.2016-cı ildə yenidən qiymətləndirilməsi əsassız olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı 2012-2021-ci illər ərzində fasiləsiz olaraq 2 qrup əlillik almamışdır. Alt Sistem məlumatlarına əsasən şəxsə 2013-2014-cü illərdə əlillik təyin edilməsi ilə bağlı hər hansı sübut yoxdur. Şəxslə müvafiq olaraq 2012-ci ildə 1 illik, 2014-cü ildə 1 illik, 2015-ci ildə 1 illik və 2016-cı ildə 5 illik əlillik təyin edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi barədə olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, Sizin əlillik vəziyyətiniz sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi - xx.xx.2021-ci il. Sonrakı dövrdə Sizə dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma- 088) daxil olmamışdır. Bununla əlaqədar, Siz səhiyyə müəssisəsi tərəfindən əlavə müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının müvafiq formalı arayışına əsasən iddiaçıya 19.02.15-ci il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, əsas kimi 19.02.15-cü il tarixli 488 nömrəli müayinə aktına istinad edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə 2013-cü il tarixdə pensiya təyin edilmiş, 2013-2021-cü tarixədək pensiya məbləği ödənilmişdir. Eyni zamanda cavabdeh inzibati orqanın təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə əlillik vəziyyətinin avtomatlaşdırılmı qaydada beş il müddətinə uzadılmışdır, növbəti müayinə tarixi-xx.xx.2021-ci il, sonrakı dövrdə əlillik altsisteminə müvafiq tibbi göndəriş daxil olmamış, təqdim etdiyiniz sənədlərdə sizə müddətsiz əlillik təyin edilmişdir, sənədlərdə uyğunsuzluq mövcud olduğundan, əyani müayinəyə dəvət edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın həmin məlumatı əsasında iddiaçıya ödənilən pensiya məbləği dayandırılmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı barəsində 2012-ci il tarixdə 1 illik, 2014-cü i tarixdə 1 illik, 2015-ci il tarixdə 1 illik, 2016-ci ild beş illik əlillik təyinatının aparılması barədə məlumat olduğunu, 19.02.15ci il tarixdə müddətsiz əlillik təyin edilməsi barədə alt sistemdə məlumat olmaması, əlillik altsistemində 2016-cı ildən beş il müddətinə avtomatlaşdırılmış qaydada əlillik müddətinin uzadılması barədə məlumat olması halını qeyd etsə də, iş materialları əsasında iddiaçıya əvvəlki dövrlərdə (2013,2014-cü illərdə), habelə 2015-ci ildə ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən verilmiş müvafiq formalı arayış mövcud olmuş, habelə iddiaçıya 2021-ci ilin fevral ayınadək həmin əsasa görə pensiya ödənilmişdir.Bu hallar özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində aparılmış inzibati icraatın nəticəsi olaraq ona müddətsiz əlillik təyinatı apardığı (məhz onun əsasında da pensiya təyin edilmişdir) halda, həmin əlilliyin sonradan iddiaçının iştirakı ilə heç bir inzibati icraat həyata keçirilmədən,habelə aparılmış inzibati icraatın nəticəsi olaraq bu barədə hər hansı inzibati akt qəbul etmədən, əlilliyin müddətsiz deyil, avtomatlaşdırılmış qaydada beş illik təyin edilməsi və həmin müddətin bitməsi halına istinad etməklə, əlilliyin dayandırılması (ləğv edilməsi) barədə gəldiyi nəticə qanunauyğun olmamışdır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olubolmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan məlumatlarda uyğunsuzluq olduğu halda, bu istiqamətdə inzibati icraat çərçivəsində araşdırma aparmalı, məhz həmin şəxsə aid hallar müəyyən edilməli, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, həmin inzibati icraatın nəticəsi olaraq əlillik vəziyyətinin qiymətləndirilməsinə dair müvafiq qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə və bununla bağlı inzibati icraat aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi (dayandırılması) məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq altsistemdə olan məlumatların kağız daşıyıcıda olan məlumatlara uyğun olması, habelə həmin məlumatların tamlığının təmin edilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda müvafiq alsistemdə mövcud olan məlumatın yanlış qeyd edilməsi (kağız daşıyıcıda olan məlumatdan fərqli qeyd edilməsi) halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin əsasa istinad edilməklə, inzibati icraat aparmadan və müvafiq inzibati akt qəbul etmədən, iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin tələbinə də zidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibai orqan tərəfindən istinad olunan qanunvericiliyin imperativ norma şəklində müəyyən edilmiş tələbləri pozulmuş, iddiaçı barəsində təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi (dayandırılması) barədə gəldiyi qənaəti onun tərəfindən bununla bağlı hər hansı inzibati icraatın təzələnməsi və aparılmış yeni inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş qərar kimi çıxış etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin hallara əməl edilməsinə dair heç bir dəlilə istinad edilməmiş, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində müddətsiz əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-632/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.