Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-359/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4087/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh qurumun əməkdaşlarının qanunsuz əməlləri səbəbindən xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan 81 ayın, hər ay 80 manat olmaqla 6480 manat veteranlıq müavinətinin ona ödənilməsi və bu müddət ərzində çəkdiyi əzab, iztirab, ruh düşkünlüyü, psixoloji gərginlik və sair səbəblərdən ona dəyən mənəvi zərərə görə 15.000 manat olmaqla, cəmi 21.480 manat təzminatın ödənilməsi və cavabdeh qurum əməkdaşları Elbrus Mehdixanov, Rəşad Qənbərov və Surxay Quliyevin ölkə qanunlarını bilərəkdən və əvvəlcədən planlaşdırılmış şəkildə düzgün təhlil və tətbiq etməməklə törətdikləri əməllərində cinayət tərkibinə özbaşınalıq, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq və sair əsaslı şübhələr olduğundan məhkəmə olaraq qanunvericiliklə verilən səlahiyyətlər çərçivəsində müvafiq tədbirlərin görülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir ölkə vətəndaşı olaraq vətənin müdafiəsi məqsədilə öz vətəndaşlıq borcunu yerinə yetirirərək 02 avqust 1993-cü il tarixdə Saatlı rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti müharibə dövründə olduğundan xidmət müddəti xx.xx.1997-ci il tarixə qədər davam etmişdir. Xidmət etdiyi inzibati ərazi vahidi olaraq Goranboy rayonu ərazidə yerləşən N saylı hərbi hissə olmuşdur. N may 1994cü il tarixli atəşkəs sazişindən sonra xx.xx.1997-ci ildə təxris olunmuşdur. Komissiya katibinin “imtina” haqqında göndərdiyi xx.xx.2018-ci il tarixli məktubda istinad edilən hər hansı normativ hüquqi aktdan bəhs edilmir. 18 yaşlı ömrünün 1/4 hissəsini 4 il hərbi xidmətdə keçirən bir əsgərin taleyüklü bir məsələ ilə bağı müraciətinə saymazyana şəkildə 6 sətirlik bir məktubla əsaslandırılmamış cavab verilməsi vətənpərvərlik kriteriyalarından əlavə etik davranış qaydalarına da ziddir, “imtina” cavabına əsas verən və ya istinad ediləcək hər hansı normativ hüquqi akt mövcud olmadığından məktub müəllifinin göndərdiyi həmin aktın tələb, şərt, tarix və nömrəsini də görünmür. Bu isə o deməkdir ki, “imtina” məktubunda yazılanlar hər hansı şəxsin və ya şəxslərin əsaslandırılmamış şəxsi şifahi mülahizələri və fərziyyələridir. Şəxsin öz şəxsi şifahi mülahizələrini rəsmiləşdirərək əsaslandırılmamış şəkildə dövlət qurumu adından vətəndaşa cavab adı altında göndərməsi yolverilməzdir. Cavabdeh qurum göndərdiyi xx.xx.2018-ci il tarixli “imtina” cavabını əsaslandırmağa borclu idi. Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər, yəni əsgərlər təşkil edir. Ona görə də, cavabdeh qurum əsgərə hörmət göstərməklə qəbul edilmiş normativ hüquqi aktlara istinadən əsaslandırılmış cavab ilə təmin etməli idi. Cavabdeh qurumun işə səhlənkarlığı ucbatından artıq məhkəməyə iddia ərizəsi yazmaq həddinə çatmışdır. Hərbi xidmətə çağırış və hərbi xidmətdən təxris tarixlərinə nəzər yetirdikdə iddiaçının hərbi xidmət müddətinin 4 il olduğu məlum olur. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) xx.xx.2025-ci il tarixli 2-1(118)-4087/2025 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi ilk iki iddia tələbi ilə bağlı (cavabdeh qurum əməkdaşlarının qanunsuz əməlləri səbəbindən xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan 81 ayın, hər ay 80 manat olmaqla 6480 manat veteranlıq müavinətinin ona ödənilməsi və bu müddət ərzində çəkdiyi əzab, iztirab, ruh düşkünlüyü, psixoloji gərginlik və sair səbəblərdən ona dəyən mənəvi zərərə görə 15.000 manat olmaqla, cəmi 21.480 manat təzminatın ödənilməsi) müraciət edilməsinə dair müvafiq yazılı sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən məktublardan göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. İddiaçının üçüncü iddia tələbi (cavabdeh qurum əməkdaşları Elbrus Mehdixanov, Rəşad Qənbərov və Surxay Quliyevin ölkə qanunlarını bilərəkdən və əvvəlcədən planlaşdırılmış şəkildə düzgün təhlil və tətbiq etməməklə törətdikləri əməllərində cinayət tərkibi ilə özbaşınalıq, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq və sair əsaslı şübhələr olduğundan məhkəmə olaraq qanunvericilikə verilən səlahiyyətlər çərçivəsində müvafiq tədbirlərin görülməsi) inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Məhkəmə hesab etmişdir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçı xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-4087/2025 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməməklə prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Ona görə də, şikayət təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə etdi, apellyasiya şikayətinə əlavə təqdim edərək izahatında bildirdi ki, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxiv arayışı mövcuddur. Həmin arayış əsasında onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh inzibati orqanın üzərinə ona veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)- 95/2025 nömrəli qərarı ilə cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabeh orqan həmin qərardan kassasiya şikayəti vermişdir. İnzibati iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır və hazırda işə mahiyyəti üzrə baxılması yekunlaşmamışdır. Hesab edir ki, ona veteranlıq statusu və veteranlıq vəsiqəsi verilməsi barədə iddia tələbi təmin edildiyindən hazırkı iddia tələbi də əsaslıdır. Buna baxmayaraq onun birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmə araşdırmayaraq əsassız olaraq tələbinin mümkünsüz olması qənaətinə gəlmişdir. Ona görə də, şikayətinin təmin edilməsini, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdehin nümayəndəsi Gülüsüm Əmirli elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı mülahizəsini göndərərək, iddia ərizəsinin əsassız olduğunu göstərmiş, iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-4087/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1416/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi təmin edilmiş, İddiaçı veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)- 69/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 1416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(102)-1756/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-69/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)- 95/2025 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 1416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan kassasiya şikayəti vermişdir, inzibati iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır və işə mahiyyəti üzrə baxılmamışdır. Hazırkı iddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan məhrum olunması nəticəsində ona vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edir. Qanunverciliyin tələbinə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı ilk növbədə inzibati orqana müraciət edilməli, inzibati orqan tərəfindən imtina mövqeyini əks etdirən cavab məktubu təqdim olunduğu təqdirdə iddiaçı həmin tələblə məhkəməyə müraciət edə bilər. İddiaçı hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqanın müvafiq imtina xarakterli cavab məktubuna malik deyildir. İnzibati icraat çərçivəsində iddianın mümkünlüyünə dair şərtlər dəqiq müəyyən olunmuşdur və kompensasiya tələb edən iddiaçı tərəfindən mümkünlük şərtinə əməl edilməmişdir. Digər iddia tələbinə münasibətdə bildirilir ki, iddianın inzibati orqanın əməkdaşlarının kobud hüquq pozuntularına yol verdiyini iddia edərək, onların barəsində tədbirlərin götürülməsini tələb etməsi inzibati məhkəmə icraatı çərçivəsində tənzimlənmir. Çünki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan 81 ayın, hər ay 80 manat olmaqla 6480 manat veteranlıq müavinətinin ona ödənilməsinə dair iddia tələbini əsl olmayan cavabdeh Müdafiə Nazirliyinə qarşı yönəltmişdir. Belə ki, iddiaçı müharibə veteranı statusunu aldıqdan sonra, onun müharibə veteranları üçün qanunla nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququ yaranacaq və bu hüququn yarandığı vaxtdan sonrakı dövrdə həmin statusla bağlı mövcud olan ödənişlərin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Bundan imtina olunduğu halda iddiaçının həmin inzibati orqana qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yarana bilər. Yuxarıda sadalanan hallar iddiaçının hazırkı iddia tələbi ilə bağlı tələbinin məhkəmədə baxılmasını qeyri-mümkün edir. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edir, ona görə də şikayət rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4087/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-359/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-359/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver