Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-36/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2na qarşı 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Sumqayıt “Könül-94” firmasında və xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək Bakı X1 idarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1579/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, 08-xx xxxxxx 2021-ci il tarixlərdə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Sumqayıt şəhər “Könül” firmasında və xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək Bakı şəhər X1 idarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Sumqayıt “Könül-94” firmasında və xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək Bakı X1 idarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1970-ci ildə anadan olmuşdur. İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 10560.00 pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 586.50 manat pensiya kapitalının olması səbəbindən, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. 1987-ci il tarixdən 1995-ci il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibəti yaranmır. Həmçinin qeyd olunmuşdur ki, ona pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd edilən xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajın yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Cavabdehin ona ünvanladığı cavab məktubu ilə qəti şəkildə razılaşmır. O, 1987-ci il tarixdən 1995-ci il tarixədək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsi ixtisası üzrə tam kursu bitirmişdir. Bu onun diplomu ilə təsdiq olunur. Həmçinin o, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi Sumqayıt “Könül” firmasında “broker” vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi isə Bakı X1 idarəsində sürücü vəzifəsində işləmişdir. Bütün bunlar onun əmək kitabçasında öz əksini tapır. Lakin cavabdeh təşkilat nə onun 1987-ci il tarixdən 1995-ci il tarixədək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsi ixtisası üzrə tam kursu bitirdiyi müddəti, nə də ki, onun xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi Sumqayıt “Könül” firmasında “broker” vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi isə Bakı X1 idarəsində sürücü vəzifəsində işlədiyi müddəti onun əmək stajına daxil etmir. Qanunsuz olaraq bundan imtina edir. Hesab edir ki, bu əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanun 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Həmin dövrə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” qanunun maddəsində isə “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti” iş stajına daxil edilən əmək fəaliyyətinin növləri hesab edilirdi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquqi məsuliyyətini aradan qaldıran və ya onu yüngülləşdirən normativ-hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Göstərilənləri əsas tutaraq hesab edir ki, həmin dövrdə təhsil alan və əmək münasibətlərinə daxil olmaqla əmək pensiyasına çıxan işçilərin iş stajı hesabalanarkən təhsil müddəti iş stajına daxil edilməlidir. Qeyd etdiyi bu hüquq yalnız “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək olan təhsil illərinə şamil edilə bilər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1579/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, İddiaçı və onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.1995-cı il tarixdən xx.xx.1996-ci il tarixədək, xx.xx.1997-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə müvafiq olaraq yoxlanılması, müəssisə barəsində heç bir məlumatın mövcud olmaması səbəbindən mümkün olmamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı iddia ərizəsində göstərdiyi xx.xx.1995-cı il tarixdən xx.xx.1996-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş dövrü mötəbər sübutlara əsaslanmır və onun xx.xx.1995-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Könül-94” firmasında, xx.xx.1997-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı X1 idarəsində işləməsini şübhə altına alır. (Yəni, vətəndaş həmin müəssisələrdə ümumiyyətlə işləməyib) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd edilən halları araşdırmamış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, Sosial Sığorta haqqında Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-704/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. (sədrlik edən və məruzəçi-hakim Nazim Nəsibov, hakimlər Hökümə Babayeva və Aqil Abbasovdan ibarət tərkibdə). Qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-704/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(102)-1286/19 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim İlqar Hüseynov, Nigar Rəsulbəyova və Zakir Quliyevdən ibarət tərkibdə) Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-704/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-594/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim Zaur Məmmədov, Gülnarə Tağızadə və Vidadi Cəfərovdan ibarət tərkibdə) cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx xxxxxxxx 2018ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(102)-818/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim Kəmaləddin Bədəlov, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) Sumqayıt Apelyasiya Məhkəməsi inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-594/2019 saylı qərarı ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə yeni apelyasiya qaydasında baxılarkən Sumqayıt Apelyasiya Məhkəməsi inzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-356/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Cavabdeh2 ilə əvəz edilmişdir. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Yeni apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirlmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı həmin idarədə işləməyə o, aparmış və birlikdə işləmişlər. 1993-2005-ci illərdə o, özü həmin idarədə 4-cü dərəcəli quraşdırıcı vəzifəsində işləmiş və həmin idarədə işlədiyi iş stajına əsasən pensiyaya çıxmış, hal-hazırda isə pensiya alır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AЗ № ******* seriyalı doğum haqqında şəhadətnaməsindən görünür ki, X2 “Hüseynzadə” soyadına dəyişdirilmişdir. İş materiallarında olan AZE № 06894201 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan НЗ №5747053 hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-İ № ******* seriyalı xx xxxxxxxx 1992-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Boru prokat zavodunda, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Sumqayıt Tikiş fabrikində 5-ci dərəcəli çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı ilədək Sumqayıt şəhər “Könül-94” firmasında broker vəzifəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı X1 idarəsində sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan AB-İ № 053453 seriyalı diplomun təsdiq olunmuş surətindən görünür ki, X6 1987-1995-ci illərdə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsi üzrə tam kursu bitirmişdir. İş materiallarında olan TSEK-in verdiyi arayışdan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 saylı məktubundan görünür ki, “Könül-94” firması xx.xx.1994-cü ildə DSMF Sumqayıt şəhər şöbəsində qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi-2617) və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada hesabat təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Dövlət Universitetinin xx.xx.2020-ci il tarixli 01- 17/569 saylı məktubundan görünür ki, arxiv sənədlərinə əsasən İddiaçı 1987-ci il 27 avqust tarixli 3/407 nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1988-ci il 14 iyun tarixli 3/227 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılmış, 1989-cu il 13 sentyabr tarixli 3/334 nömrəli əmrə əsasən hərbi xidmətdən qayıtmış və əyani şöbənin İİ kursuna bərpa edilmişdir. 1991-ci il 13 sentyabr tarixli 3/224 nömrəli əmrlə əyani şöbənin İV kursundan həmin fakültənin axşam şöbəsinin V kursuna köçürülmüşdür. 1995-ci il 17 iyul tarixli 3/316 nömrəli əmrlə həmin fakültənin axşam şöbəsini “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə bitirmiş və ona 1996-cı il 03 yanvar tarixində qeydiyyat nömrəsi 10 olan AB-İ seriyalı 006373 nömrəli adi diplom verilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli 62/2884 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 10560.00 pensiya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 586.50 manat pensiya kapitalının olması, 1987-ci il tarixdən 1995-ci il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətinin yaranmadığı, əmək kitabçasında qeyd edilən xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajın yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu göstərilmişdir. İşdən görünür ki, İddiaçı 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Sumqayıt “Könül-94” firmasında və xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək Bakı X1 idarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və diplomla onun 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil alması və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Sumqayıt “Könül- 94” firmasında və xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək Bakı X1 idarəsində işləməsi təsdiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı həmin maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hazırkı işin hallarından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təhlil olunan maddənin tələbinə görə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 10 il 8 ay (47,1 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=32 yaş x 4 ay =128 ay : 12 ay = 10 il 08 ay ) sığorta stajı olmalı, eləcə də 2-ci dərəcəli əlil olduğu üçün minimum-11161.92 manat ((10*12+8 ay)*144/192=96*116.27=11161.92) pensiya kapitalına malik olmalıdır (2018-ci il üçün əmək pensiyasının minimum məbləği 116.27 manat olmuşdur). İddiaçının toplamalı olduğu sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuş (1 il 1 ay 16 gün), əmək kitabçasına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Boru prokat zavodunda (1 ay 22 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Sumqayıt Tikiş fabrikində 5-ci dərəcəli çilingər (8 ay 1 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı ilədək Sumqayıt şəhər “Könül-94” firmasında broker vəzifəsində (1 il 1 ay 17 gün) və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı X1 idarəsində sürücü vəzifəsində (9 il 1 ay 13 gün) işləmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi xx.xx.1995-cı il tarixdən xx.xx.1996-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş dövrü mötəbər sübutlara əsaslanmır və onun xx.xx.1995-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Könül-94” firmasında, xx.xx.1997-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı X1 idarəsində işləməsini şübhə altına alır. (Yəni, vətəndaş həmin müəssisələrdə ümumiyyətlə işləməyib). Məhkəmə kollegiyası iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Könül-94” firmasında işləməməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh orqanın özünün verdiyi xx.xx.2019-cu il tarixli **********5 saylı məktubundan görünür ki, “Könül-94” firması xx.xx.1994-cü ildə DSMF Sumqayıt şəhər şöbəsində qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi-2617) və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada hesabat təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı X1 idarəsində işləməməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsi ilə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı X1 idarəsində işlədiyi təsdiq olunur. Həmçinin şahid qismində dindirilmiş adı çəkilmiş şəxsin özünün həmin dövrdə Bakı X1 idarəsində işləməsi iş materiallarına əlavə edilmiş ona məxsus əmək kitabçası ilə sübut olunur. Belə ki, iş materiallarına əlavə edilmiş ИТ-İ №1411541 saylı əmək kitabçasının surətindən görünür ki, X8 xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Azərmetaltəmirtikinti İstehsalat birliyinin Bakı X1 idarəsində 4-cü dərəcəli quraşdırıcı vəzifəsində işləmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-818/2020 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 594/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərkən göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddia edilən təhsil müddətinin iş stajına daxil edilməli olduğu qənaətinə gələrkən 1987-1995-ci illərdə iddiaçının ali təhsil müəssisəsində əyani, yoxsa qiyabi təhsil aldığının fərqinə varmamışdır. İddiaçının əmək kitabçasının məlumatlarından göründüyü kimi, iddiaçı istinad etdiyi təhsil müddətində, 1989-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra 1992 və 1995-ci illərdə istehsalatdan ayrılmamışdır Bununla bağlı işə yenidən apelyasiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş Bakı Dövlət Universitetinin xx.xx.2020-ci il tarixli 01-17/569 saylı məktubundan müəyyən olunur ki, arxiv sənədlərinə əsasən İddiaçı 1987-ci il 27 avqust tarixli 3/407 nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1988-ci il 14 iyun tarixli 3/227 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılmış, 1989-cu il 13 sentyabr tarixli 3/334 nömrəli əmrə əsasən hərbi xidmətdən qayıtmış və əyani şöbənin İİ kursuna bərpa edilmişdir. 1991-ci il 13 sentyabr tarixli 3/224 nömrəli əmrlə əyani şöbənin İV kursundan həmin fakültənin axşam şöbəsinin V kursuna köçürülmüşdür. 1995-ci il 17 iyul tarixli 3/316 nömrəli əmrlə həmin fakültənin axşam şöbəsini “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə bitirmiş və ona 1996-cı il 03 yanvar tarixində qeydiyyat nömrəsi 10 olan AB-İ seriyalı 006373 nömrəli adi diplom verilmişdir. Göründüyü kimi iddiaçı 2 il 9 ay 19 gün əyani şöbədə, 3 il 10 ay 5 gün isə axşam şöbəsində təhsil almışdır. Axşam şöbəsində oxuduğu müddətin 7 ay 9 gününü (xx.xx.1992xx.xx.1992, xx.xx.1995-xx.xx.1995) istehsalatla məşğul olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı müddətdə istehsalatla məşğul olduğu 7 ay 9 gün nəzərə alınmamalı və sığorta stajına daxil edilməməlidir. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı (6 il 15 gün), hərbi xidmət etdiyi (1 il 1 ay 16 gün) və işlədiyi illəri (11 il 23 gün) onun sığorta stajına daxil etdikdə, iddiaçının 18 il 2 ay 24 gün sığorta stajı yaranmış olur. Bununla da müəyyən olunur ki, iddiaçı ona əlilliyə görə pensiya təyini üçün zəruri sosial sığorta stajına (10 il 08 ay tələb olunurdu) malikdir. İddiaçının toplamalı olduğu kapitala münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun “Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2019-cu il tarixədək Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. İddiaçının xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5579,12 manat pensiya kapitalının pensiya hüququ yaranan tarixə (xx xxxx 2018-ci il tarixə) indeksləşdirilmiş məbləği 13173,32 manat (5579,12+8.3%+16.7%+20.8%+1.5%+5.7%+7.9%+1.1%+2.4%+1.4%+4%+12.4%+5.7%+3 %=13173,32) təşkil edir. Göründüyü kimi iddiaçının həmin dövrə aid olan 18 il 2 ay 24 gün ümumi iş stajını nəzərə alsaq tələb olunan 11161.92 manat pensiya kapitalına qarşı 13173,32 manat pensiya kapitalı yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1579/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2-1(105)-36/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-36/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver