Məhkəmə qərarları › İş №2-1(105)-36/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-36/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-36/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın sığorta hissəsinin hesablanması, qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(118)-649/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək 8 ay xidmət müddəti (natamam ildəki iş stajı aylarının sayına münasib olaraq hesablanmaqla) nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya ’’Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq 2 may 2016-cı il tarixində yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. AR Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə əsasən ’’Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Göründüyü kimi, sözügedən Fərmanda 2017-ci il 1 iyul tarixinədək AR Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara qulluq stajına görə əlavənin hesablanması zamanı il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsi nəzərdə tutulmamışdır. Daha sonra iddiaçı ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubu ilə müraciətə imtina cavabı verilərək bildirilmişdir ki, qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının məbləği sığorta hissə və qulluq stajına görə əlavə olmaqla iki hissədən ibarətdir. İddiaçının əmək pensiyasının məbləği sığorta hissə və qulluq stajına görə əlavədən ibarət olmaqla müvafiq kart hesabına köçürülür. İddiaçıya 29 may 2016-cı il tarixindən 853,00 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və ’’Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla illər üzrə hesablanmaqla ödənilir. Belə ki, təyin olunduğu tarixə əmək pensiyası pensiyanın baza hissəsi-110,00 manat, pensiyanın sığorta hissəsi-118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 624,45 manat tərkibdən ibarət olmaqla 853,00 manat məbləğində ödənilmişdir. xx.xx.2017-ci il tarixindən əmək pensiyası 853,00 manat məbləğində, əmək pensiyasının baza hissəsi-110,00 manat, pensiyanın sığorta hissəsi-133,25 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 609,75 manat tərkibdən ibarət olmaqla, ödənilmişdir. Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. xx.xx.2018-ci il tarixindən əmək pensiyası 853,00 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi-257,12 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 595,88 manat, xx.xx.2018-ci il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 919,00 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi-257,12 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 661,88 manat, xx.xx.2019-cu il tarixindən əmək pensiyası 919,00 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi-264,83 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 654,17 manat, xx.xx.2019-cu il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi-264,83 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 866,37 manat, xx.xx.2020-ci il tarixindən əmək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi-308,79 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 822,41 manat, xx.xx.2021-ci il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi-343,99 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi – 787,21 manat, xx.xx.2022-ci il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi-355,69 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi – 775,51 manat tərkibdən ibarət olmaqla ödənilmişdir. Əlavə olaraq bildirir ki, 1 yanvar 2022-ci il tarixdən iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 113,12 manat maddi yardım ödənilir. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun əmək pensiyasının əlavələr toplanaraq yenidən hesablanması və ona vurulmuş 2200 manat maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-11120/2021 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş, sonuncu ərizəsində ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında ona ödənilən pensiyanın sığorta hissəsi hesablanmadığı, yalnız qulluq stajına görə əlavələr hesablandığı üçün ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi, 8 ay xidmət müddəti (natamam ildəki iş stajı aylarının sayına münasib olaraq hesablanmaqla) nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması, keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 1990-cı il tarixdə hərbi xidmətə çağırılmış, 2016-cı ilin may ayına kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin müvafiq hərbi hissələrində N il N ay N gün qüsursuz xidmət göstərmişdir. Əlavə olaraq 04 il 10 ay 26 gün güzəştli xidmət illəri olmaqla, cəmi xidməti 30 il 8 ay N gün təşkil edir. İddiaçı 28 may 2016-cı il tarixdə ehtiyata buraxılmışdır, “Silahlı Qüvvələr” veteranıdır. Qeyd edir ki, əmək pensiyası və ona şamil olunan əlavələr və artımlar təyin olunan zaman cavabdeh səhvə yol verərək düzgün hesablama aparmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsi hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir. İddiaçı da həmin kateqoriyadan olan şəxsdir. “Əmək pensiyaları haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.4-cü maddəsində qeyd edilmişdir ki, həmin Qanunun 20.14.1-ci, 20.14.4-cü, 21.2.3-cü (birinci halda) və 24.0.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Bu hüquqlarından yararlanmaq üçün iddiaçı cavabdehə müraciət edərək natamam ildəki iş stajı (8 ay) aylarının sayına mütənasib olaraq yenidən hesablanmasını xahiş etsə də, cavabdeh ona “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın təsdiq edilməsi haqqında AR Prezidentinin 25 iyun 2018-ci il 142 nömrəli Fərmanının 2.5-ci maddəsini əsas gətirərək pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Qeyd edir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində xidmət etdiyi üçün onun natamam olan 8 ay iş stajı hesaba alınmalıdır və aşağıda qaydada hesablanmalıdır. Hərbi qulluqçuların pensiyasına əlavənin təminat xərcliyindən hesablandığı nəzərə alınarsa: onun 30 il 8 ay N gün iş stajı olmuşdur. Bunun: 20 ili = 50%, 10 ili*3%=30%. 50%+30%= 80% Pensiyası təminat xərcliyinin 80%-i miqdarında hesablanmışdır. 3%/12ay =0.25% bir aya 0.25%*8ay= 2%. 80%+2%= 82%. Lakin müvafiq müddəalar ona şamil edilmədiyindən onun təminat xərcliyinin 80%-i hesablanmaqla hüququ pozulmuşdur. Ona pensiya təyin olunan gün təminat xərcliyinin 80%-i hesablanmışdır. Qeyd edir ki, təminat xərcliyinin 80%-i pensiya deyil, pensiyaya əlavədir. Ona yalnız pensiyaya əlavələr hesablanaraq ödənilmiş, pensiyanın sığorta hissəsi hesablanmamışdır. Hesab edir ki, qulluq stajına görə əlavələr səhv hesablanmışdır. Cavabdehin AR Prezidentinin 25 iyun 2018-ci il 142 nömrəli fərmanının 2.5–ci maddəsində qeyd olunan (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) “istisna” sözünə əsaslanmasını qanuna zidd hesab edir. Bu maddə Müdafiə Nazirliyinin strukturlarında xidmət etmiş şəxslərin iş stajının 2%-lə hesablanmasını istisna edir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı xx.xx.2019-cu il tarixli imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(118)-649/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ona hüquqi yardım göstərilməməsi səbəbindən iddia tələbini dəfələrlə dəqiqləşdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-837/2022 nömrəli qərarına əsasən ona 8 ay natamam iş stajı nəzərə alınmaqla, pensiyanın əlavəsi yenidən heablanmalıdır. Çünki, o, xx.xx.2017-ci il tarixədək pensiyaya çıxmışdır və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər kateqoriyasına aid deyildir. Prezidentin müvafiq fərmanında qeyd edilən kateqoriyadan olan şəxslər dedikdə kimlərin nəzərdə tutulduğu aşkar göstərilməmişdir. ’’Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən ona qulluq stajına görə əlavə hesablanmışdır. Hesab edir ki, sonradan qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində ona pensiya təyin olunan gün nəzərə alınmayan natamam xidmət müddətinin də nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ yaranmışdır. Lakin işə baxan məhkəmə tərəfindən bu fakt nəzərə alınmamış və vahid məhkəmə təcrübəsinə uyğun olmayan qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi iki hissədən ibarətdir: 1) İddiaçı hesab edir ki, ona təyin edilmiş pensiya yalnız qulluq stajına görə əlavədən ibarətdir, buna görə də ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyasının sığorta hissəsinin hesablanıb ödənilməsi; 2) Natamam olan 8 ay iş stajı nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya məbləğinin ödənilməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 2 may 2016-cı il tarixli 04859 nömrəli məlumat vərəqinə əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq 29 may 2016-cı il tarixdə yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. İlkin təyinat tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı 22656,73 manat təşkil etmişdir. İddiaçı əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçının əmək pensiyası pensiyanın baza hissəsi-110,00 manat, pensiyanın sığorta hissəsi-118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 624,45 manat tərkibdən ibarət olmaqla, 853,00 manat məbləğində təyin edilmişdir. Göründüyü kimi, bu hissədə iddia tələbi əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək həm fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddia tələbinin ikinci hissəsi ilə bağlı bildirir ki, xx.xx.2023-cü ilə qədər qüvvədə olan AR Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə əsasən ’’Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Göründüyü kimi, sözügedən Fərmanda 2017ci il 1 iyul tarixinədək AR Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara qulluq stajına görə əlavənin hesablanması zamanı il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsi nəzərdə tutulmamışdır. Hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, 2016-cı ildə ona əmək pensiyası təyin edilən zaman təxminən 19800 manat pensiya kapitalı mövcud olmuşdur. Onun əmək pensiyası təminat xərcliyinin 80 faizi miqdarında hesablanmışdır. Halbuki, təminat xərcliyinin 80 faizi pensiya deyil, pensiyaya əlavədir. Ona yalnız pensiyaya əlavələr hesablanaraq ödənilmiş, pensiyanın sığorta hissəsi hesablanmamışdır. Əslində, təminat xərcliyinin 82 faizinin üzərinə pensiyanın baza və sığorta hissəsi əlavə edilməli idi. 8 ay natamam xidmət ili ilə bağlı qeyd edir ki, o, Müdafiə Nazirliyi sistemində xidmət etmişdir. Bu səbəbdən, həmin 8 aylıq xidmət dövrü təminat xərcliyinin 3 faizi miqdarında hesablanmalıdır. İddiaçı şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər mövcud olmuş 15 il 04 ay sosial sığorta stajına müvafiq olaraq ona 2606,67 manat pensiya kapitalı hesablanmış, həmin pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) bölünərək alınan 18,19 manat indeksasiya edilərək pensiyanın sığorta hissəsi pensiya hüququ yaranan tarixə 35,09 manat təşkil etmişdir. İddiaçının 2006-cı il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək mövcud olmuş 19753,14 manat pensiya kapitalına görə pensiyanın sığorta hissəsi hazırkı dövrə münasibətdə 137,17 manat təşkil edir. Həmin məbləğ pensiya hüququnun yarandığı tarixə geri indeksasiya edilərək 83,46 manat təşkil etmişdir. Bu baxımdan, pensiyanın sığorta hissəsi 118,55 manat (35,09+83,46) təşkil edir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya əmək pensiyası təyin edilən tarixdə qüvvədə olan redaksiyası): Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-) 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; (-) 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla ........................... müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-) 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; (-) 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla ........................... müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) Maddə 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır 1.0.9. fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; (-). Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (-) 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (-). Maddə 10. Yaşa görə əmək pensiyasının məbləği Çıxarılmışdır. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Çıxarılmışdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P= SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddiaçının 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Hazırkı mübahisə predmeti cavabdehin iddiaçıya pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması, 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması, keçmiş müddət üçün alınmamış pensiya məbləğinin ödənilməsindən imtinası barədədir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. İşdən görünür ki, iddiaçının son dəqiqləşmiş iddia tələbi 2 hissədən ibarətdir: 1) Ona əmək pensiyası təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi; 2) 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi. Məhkəmə kollegiyası birinci tələbə münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş, sonuncu iddia tələbində ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd etsə də, mübahisəyə aidiyyəti olmayan “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, işin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə idarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən 04859 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat vərəqi” tərtib edilmiş, məlumat vərəqinə əsasən, iddiaçı zenit-raket briqadasının kəşfiyyat bölməsinin rəisi – kəşfiyyat rəisi olaraq xx.xx.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” AR Qanununun 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) hərbi xidmətdən tərxis olunmuş və onun təqvim illəri N il 0N ay N gün, güzəştli xidmət illəri 04 il 10 ay 26 gün, cəmi iş stajı və xidmət illəri 30 il 08 ay 19 gün olmaqla, pul təminatı (təminat xərcliyi) 1066,25 manat müəyyən edilmişdir. Həmin məlumat vərəqi əsasında iddiaçıya Müdafiə Nazirliyi xətti ilə xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 9.5 və 9.5.1-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir. İddiaçı da hərbi qulluqçu kimi 30 il 08 ay 19 gün xidmət illərinə malik olmaqla, qeyd edilən kateqoriyadan olan şəxsdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, güzəştli qaydada pensiyalar müxtəlif istiqamətlərdə tətbiq edilməklə, bu istiqamətlərdən biri dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə münasibətdə pensiya yaş həddində və (və ya) pensiya məbləğində nəzərdə tutulan güzəştdir. Belə ki, həmin Qanunun 20.1 və 20.1.11-ci maddəsinin tələbinə görə bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. İddiaçı birinci tələbi ilə bağlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində ona yaşa görə əmək pensiyası təyin edilən zaman yalnız təminat xərcliyinin 80 faizi miqdarında qulluq stajına görə əlavə hesablandığını, sığorta hissəsində toplanan pensiya kapitalının nəzərə alınmadığını iddia edir. Cavabdeh isə bunun əksinə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının pensiyanın hesablanmasında nəzərə alındığını bildirir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunan tarixə onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının nə qədər təşkil etməsi, iddiaçının pensiya təyin olunan tarixə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı illər üzrə ayrı-ayrılıqda qeyd edilməklə hansı mənbələr (ödəniş, indeksasiya və s.) hesabına formalaşması, eləcə də pensiyası təyinatı zaman fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının pensiyanın sığorta hissəsinin hesablanmasında nəzərə alınıb-alınmaması ilə bağlı mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Pensiya Təminatı Departamentinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, 3-17-1/2- 87281/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, 29 may 2016-cı il tarixli ilkin pensiya təyinat tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı 22656,73 manat təşkil etmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçının əmək pensiyası pensiyanın baza hissəsi-110,00 manat, pensiyanın sığorta hissəsi-118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 624,45 manat tərkibdən ibarət olmaqla, 853,00 manat məbləğində təyin edilmişdir. Göründüyü kimi, bu hissədə iddia tələbi əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək həm fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçıya 29 may 2016-cı il tarixindən 853,00 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və ’’Əmək pensiyaları haqqında” Qanunun 29.2ci maddəsinin tələbləri nəzərə alınmaqla illər üzrə hesablanmaqla ödənilir. Belə ki, iddiaçının əmək pensiyası pensiyanın baza hissəsi-110,00 manat, pensiyanın sığorta hissəsi-118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 624,45 manat tərkibdən ibarət olmaqla, 853,00 manat məbləğində təyin edilmişdir. Mütəxəssis rəyindən göründüyü kimi iddiaçıya pensiyanın baza hissəsi-110,00 manat, sığorta hissəsi-118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə - 624,45 manat tərkibdən ibarət olmaqla, 853,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında pensiyanın sığorta hissəsi ilə bağlı bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər mövcud olmuş 15 il 04 ay sosial sığorta stajına müvafiq olaraq ona 2606,67 manat pensiya kapitalı hesablanmış, həmin pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) bölünərək alınan 18,19 manat indeksasiya edilərək pensiyanın sığorta hissəsi pensiya hüququ yaranan tarixə 35,09 manat təşkil etmişdir. İddiaçının 2006-cı il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək mövcud olmuş 19753,14 manat pensiya kapitalına görə pensiyanın sığorta hissəsi hazırkı dövrə münasibətdə 137,17 manat təşkil edir. Həmin məbləğ pensiya hüququnun yarandığı tarixə geri indeksasiya edilərək 83,46 manat təşkil etmişdir. Bu baxımdan, pensiyanın sığorta hissəsi 118,55 manat (35,09+83,46) təşkil edir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən pensiya kapitalı iddiaçı tərəfindən də mübahisələndirilmir. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında 2016-cı ildə ona əmək pensiyası təyin edilən zaman təxminən 19800 manat pensiya kapitalına malik olduğunu bildirmişdir. İddiaçı iddia ərizəsi və şikayətinin dəlillərində, eləcə də məhkəmə iclasında izahatında əmək pensiyasının təminat xərcliyinin 80 faizi miqdarında hesablandığını, həqiqətdə isə təminat xərcliyinin 80 faizinin pensiya deyil, pensiyaya əlavə olduğunu, bununla da ona yalnız pensiyaya əlavələr hesablanaraq ödənildiyini, pensiyanın sığorta hissəsinin hesablanmadığını bildirmişdir. Kollegiya iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, birinci tələbə tətbiq edilməli olan maddi hüquqi norma "Əmək pensiyaları haqqında" Qanunun 10.4, 20.14 və 20.14.1ci maddəsinin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilən tarixdə qüvvədə olan redaksiyasıdır. Belə ki, Qanunun 10.4-cü maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyasına əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P= BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Qanunun 20.14 və 20.14.1-ci maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi həmin dövrdə əmək pensiyası pensiyanın baza hissəsi, sığorta və yığım hissələrindən ibarət olmuşdur. İddiaçının şəxsində 20 ildən yuxarı xidmət müddətinə malik hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, 20 ildən yuxarı hərbi xidmətin isə hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə müəyyən edilmişdir. Yəni əmək pensiyasına əlavə iddiaçının qeyd etdiyi kimi təminat xərcliyinin 80 faizi miqdarında deyil (20 il hərbi xidmət müddəti üçün təminat xərcliyininin 50 faizi + 10 il xidmət müddəti üçün 30 faizi), həmin məbləğlə “Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilmişdir. İşin faktiki hallarından da görünür ki, iddiaçıya həmin normanın tələblərinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla pensiya təyin edilmişdir. Belə ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququna malik şəxs kimi xidmət müddəti 30 il 08 ay 19 gün, təminat xərcliyinin məbləği 1066,25 manat təşkil edir. Qanunun tələbinə müvafiq olaraq iddiaçıya 20 il xidmət müddəti üçün təminat xərcliyinin 50 faizi miqdarında, 533,1 manat (1066,25x50%=533,1), 10 il xidmət müddəti üçün isə təminat xərcliyinin 30 faizi miqdarında, 319,8 manat (1066,25x30%=319,8) olmaqla, cəmi 853 manat məbləğində müəyyən edilən məbləğlə təyin edilmiş 228,55 manat məbləğində (pensiyanın baza hissəsi-110,00 manat, sığorta hissəsi-118,55 manat) əmək pensiyasının məbləği arasındakı fərq qədər, yəni 624,45 manat (853-228,55=624,45) əmək pensiyasına əlavə təyin edilmişdir. Məhz bu səbəbdəndir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsində həmin Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləğinin təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməyəcəyini imperativ qaydada təsbit edilmişdir. Hazırki işə münasibətdə də əmək pensiyasına əlavənin pensiya ilə birlikdə məbləğinin (624,45+228,55=853 manat) təminat xərcliyindən (1066,25 manat) artıq olmadığı müşahidə edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci tələblə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin bu tələbə münasibətdə hüquqi mövqeyi əsaslı olmasa da, məhkəmə həmin hissədə idianı təmin etməyərkən düzgün nəticəyə gəlmişdir. İkinci, yəni 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi tələbinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: İşə baxan məhkəmə həmin hissədə də iddia tələbini təmin etməmiş və hüquqi mövqeyini cavabdehin imtina məktubu və etirazı ilə eyni məzmunda əsaslandıraraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli fərmanında 2017-ci il 1 iyul tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara münasibətdə qulluq stajına görə əlavənin hesablanması zamanı natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsinin nəzərdə tutulmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 20.14 və 20.14.1-ci maddəsinin 01 iyul 2017ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2-cü bəndinə əsasən həmin Qanunun 20.14.1-ci, 20.14.4-cü, 21.2.3-cü (birinci halda) və 24.0.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Qanunun tələbindən göründüyü kimi Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə əmək pensiyasına əlavənin məbləği xidmət ili tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. Cavabdeh həmin tələblə bağlı hüquqi mövqeyini Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə istinad edərək əmək pensiyasına əlavənin natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmasının aid edildiyi şəxslər dairəsindən Müdafiə Nazirliyinin strukturunda xidmət edən şəxslərin istisna edilməsi ilə əsaslandırır. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Normanın tələbindən göründüyü kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər ümumilikdə natamam ildəki iş stajı aylarının hesablanması ilə bağlı normanın ümumi məzmunundan deyil, təminat xərcliyinin 2 faizi miqdarında əlavənin hesablandığı şəxslər dairəsindən istisna edilmişdir. Bu hal da təsadüfi olmayıb, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 20.14.1-ci maddəsindən irəli gəlir. Hansı ki, həmin normada iddiaçının da daxil olduğu Müdafiə Nazirliyi sistemində qulluq etmiş şəxslərlə əlaqədar əmək pensiyasına əlavənin məbləği natamam xidmət ilinə münasibətdə həmin ildəki iş stajı aylarının sayına müvafiq olaraq hesablanmaqla təminat xərcliyin 3 faizi miqdarında əlavə olunmaqla hesablanır. Digər tərəfdən, cavabdehin mövqeyindən belə anlaşılır ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndi ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ziddiyyət təşkil edir və ziddiyyətin mövcudluğu halında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş müvafiq Qayda tətbiq edilməlidir. Bu isə “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinin tələbinə zidd olardı. Belə ki, həmin maddənin tələbinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ikinci tələblə bağlı şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır. İşdən görünür ki, iddiaçı 29 iyul 2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun elektrok poçt ünvanına (Elektron ünvan ) ərizə ilə müraciət edərək əmək stajı barədə arayışın verilməsini xahiş etmişdir. İddiaçının elektron müraciəti 31 iyul 2019-cu il tarixində DSMF tərəfindən onun xidmət illəri barədə məlumat verilməklə cavablandırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqanına təyin edilmiş əmək pensiyasına əlavələrin hesablanması haqqında müraciət etmişdir. Göründüyü kimi iddiaçı 2019-cu ilin iyul ayından başlayaraq əvvəlcə əmək stajı barədə arayışın verilməsi ilə bağlı, daha sonra isə 18 oktyabr 2019-cu il tarixində hazırkı iddia ilə bağlı əmək pensiyasına əlavələrin hesablanması haqqında cavabdehə müraciətlər etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaransa da, pensiyanın yenidən hesablanması üçün xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarı qismən - iddiaçının 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsinə dair iddianın rədd olunması hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(118)-649/2022 nömrəli qərarı qismən - iddiaçının 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsinə dair iddianın rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar