Məhkəmə qərarları › İş №2-1(105)-360/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-360/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-360/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı 02 aprel 1979-cu il tarixdən 31 oktyabr 2001-ci il tarixə kimi Quba tara müəssisəsində işlədiyi dövrün sosial siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialının üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 228/2021 saylı 18 mart 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 02 aprel 1979-cu il tarixdən 31 oktyabr 2001-ci il tarixə kimi Quba tara müəssisəsində işlədiyi dövrün sosial siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsində cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. 02 aprel 1979-cu il tarixdə Quba tara müəssisəsində əmək fəaliyyətinə başlamış və həmin müəssisədə 01 noyabr 2001-ci il tarixə kimi fasiləsiz olaraq çalışmışdır. Onun pensiya yaşı imkan verdiyi üçün yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquq müəyyənedici sənədləri DSMFnin Quba rayon Şöbəsinə təqdim edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. DSMF-nin Quba rayon Şöbəsi 20 may 2020-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Bununla bağlı iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 01 yanvar 2021-ci il tarixində yaranır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd:Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Digər tərəfdən yaş həddi pensiya təminatına imkan versə belə, iddiaçının 25 il sığorta stajı və yaxud pensiya kapitalı olmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1979-cu il 02 aprel tarixindən 2001-ci il 01 noyabr tarixinədək Quba Tara müəsisəsində fasiləsiz olaraq çalışmışdır. Həmin tarixlər üzrə onun sosial sığorta stajı 22 il 6 ay 29 gün təşkil edir. Bu sosial sığorta stajı isə pensiya təminatına imkan vermir. İddiaçının pensiya hüququnun yaranması üçün qanunvericiliklə nəzərdə tutulan şərtlərdən heç biri ödənilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-228/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-228/2021 saylı 18 mart 2021-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 22 il 6 ay 29 gün Quba Tara müəssisəsində işləmiş, bundan başqa, keçmiş sovet dövrü Dərbənd şəhərində hərbiləşdiırlmiş sürücülük məktəbində 02.12.1978ci ildən 06.09.1978-ci ilədək sürücülük kursunda təhsil almış, iki il hərbi xidmətdə olmuşdur. Ümumilikdə 25 il 7 ay 3 gün əmək stajı, indiki halda sığorta stajı var. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər: Hiəmin Qanunun 7-ci maddəsinə əsasən azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiya hüququm 64 yaş 06 aydan təyin olunmalıdır. Lakin məhkəmə İPM-nin 58.7ci mad iəsinin tələblərini pozaraq sübutları tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-228/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. ИТ-№ ******* iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, 02.04.1979-cu il tarixli 35 saylı əmrlə 02.04.1979-cu il tarixdə Quba tara müəssisəsinə sürücü vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət X2 tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, İddiaçı 02.04.1979-cu il tarixli 35 saylı əmrlə 02.04.1979-cu il tarixdə Quba tara müəssisəsinə sürücü vəzifəsinə qəbul edilmiş, 30.10.2001-ci il tarixli 02 saylı əmrlə müəssisənin özəlləşdirilməsi ilə əlaqədar işdən azad edilmişdir. DSMF-nin Quba rayon şöbəsi tərəfindən verilmiş 20 may 2020-ci il tarixli **********2 saylı imtina məktubundan görünür ki, 63 yaşına çatmış kişilərin fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə siğorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il siğorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1956-cı il təvəllüdlü kişilərin 01.01.2021-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının yaşa görə əmək pensiyası hüququ 01 yanvar 2021-ci il tarixində yaranması səbəbindən ona imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçının əmək pensiyası hüququ həqiqətən də 01.01.2021-ci il tarixdə yaranmış olur, bununla yanaşı, iddiaçının 02.04.1979-cu il tarixdən 30.10.2001-ci il tarixədək Quba Tara müəssisəsində işlədiyi müddət cəmi 22 il 06 ay 29 gün təşkil edir ki, bu müddət onun sosial sığorta stajına daxil edilsə belə, qanunvericiliyin tələblərinə görə ona pensiya təyin edilməsinə imkan vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsində qeyd edilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır : 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. 01.01.2020-ci il tarixdə onun 64 yaşı tamam olmuşdur, qanuna əsasən həmin il üçün kişilərin yaşa görə əmək pensiyası hüququ 64 il 6 ay olduqda yaranmış olur. Göründüyü kimi, iddiaçının əmək pensiyası hüququ 01.01.2021-ci il tarixdə yaranmışdır. Cavabdehə müraciət edərkən iddiaçının pensiya hüququ olmamışdır. Bundan başqa, iddiaçının Quba Tara müəssisəsində işlədiyi müddət cəmi 22 il 06 ay 29 gün təşkil edir. Apelyasiya baxışı zamanı iddiaçı məhkəmə kollegiyasına hərbi biletini təqdim etmişdir. Hərbi biletdən görünür ki, iddiaçı 18.05.1975-11.05.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının işlədiyi və hərbi xidmətdə olduğu müddətlər toplansa belə, ümumilikdə 24 il, 6 ay, 23 gün sığorta stajı olduğu müəyyən edilir. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün qanunvericiliklə nəzərdə tutulan şərtlərdən heç biri ödənilməmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-228/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-228/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar