Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-361/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “11.12.1992ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 896(160-164 saylı hərbi hissələrdə) saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 312/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: ünvan 2ə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “11.12.1992ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 896(160-164 saylı hərbi hissələrdə) saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı SHXÇDX-nin Zəngilan rayon şöbəsi tərəfindən 05.05.1987-ci il tarixdən 20.05.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətə çağırılmışdır. Hal-hazırda Zəngilan rayon hərbi komissarlığında hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan döyüşən ordunun tərkibində N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissə komandirinin 11.12 1992-ci il tarixli 9 №-li əmrilə ona kiçik çavuş rütbəsi verilmişdir. N saylı hərbi hissənin 26.08.1993-cü il tarixli siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olunaraq, bütün növ təminatlarla təmin olunmuşdur. 24 iyul 1993- cü il tarixdən 12 may 1994-cü il tarixə qədər (yəni Atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 11.12.1992-ci ildə hərbi xidmətə təkrar çağırılaraq, N saylı hərbi hissənin şəxsi heyətinə daxil edilməklə bütün növ təminatlarla təmin olunmuşdur. Zəngilan döyüşlərindən Qaradiz döyüşlərinə qədər 1992-ci ildən 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə Arxiv arayışında dəqiq məlumat olmadığına görə Müharibə Veteranı adı və vəsiqəsini ala bilmir. Döyüşlərdə iştirak etməsini hərbi hissə komandiri təsdiq edib, lakin buna baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsi bunun əksini bildirir. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Azərbaycan Respublikası İPM-nin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia AR İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının 1.4- cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmüş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar qeyd etmək zəruridir ki, Mərkəzi arxiv tərəfindən iddiaçının xidməti ilə bağlı araşdırma aparılaraq müvafiq arayış iddiaçıya təqdim edilmiş və beləliklə də hər hansı hərəkətsizlik edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-312/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.(hakim İ.Quliyev) Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-312/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddiaçının apelyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı N (-) saylı hərbi hissələrdə bütün xidmətləri barədə hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılma aparılması və nəticəsi üzrə iddiaçıya ehtiyata buraxılma barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçının döyüşlərdə iştirakı və ordu sıralarından tərxisi barədə məlumatın arxiv idarəsində tam saxlanılmaması iddiaçının əldə etmək istədiyi nəticəyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə imkanı versə də, iddiaçının istəyinə uyğun arxiv arayışının verilməsi barədə iddianı mümkünsüz edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinə ünvanlanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 9/2-1955 saylı, 04 mart 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin 03.12.1992-ci il tarixli 3 №-li əmrilə (əsas: səh 15, § 10, sıra 14) sıravi İddiaçı zenitraket tağımının şəxsi heyətinin siyahısına daxil edilərək tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Zəngilan RHK-dan təkrar məcburi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin 11.12.1992-ci il tarixli 9 №-li əmrilə (əsas: səh 26, sıra 3) 3- cü taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək bölmə komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin 09.06.1993-cü il tarixli 142 №-li əmrilə (əssa: § 3, sıra 2) göstərdiyi döyüş intizamına və tutduğu vəzifəyə görə 3-cü motoatıcı taburun hərbi qulluqçusu İddiaçı növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissənin “08 dekabr 1993-cü il” tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 189, sıra 2, məlumatda atasının adı yazılmamışdır) avqust 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenit- raket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü çavuş İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin “08 dekabr 1993-cü il” tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas:səh 148, sıra3, məlumatda atasının adı yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenit-raket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü, manqa komandiri çavuş İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin “08 dekabr 1993-cü il” tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 172, sıra 3, məlumatda atasının adı yazılmamışdır) oktyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenit- raket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü, manqa komandiri çavuş İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin “08 dekabr 1993-cü il” tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas:səh 148, sıra 3, məlumatda atasının adı yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenit-raket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü, manqa komandiri çavuş İddiaçı adı qeyd edilmişdir. N №li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 10.06.1993-24.12.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №li hərbi hissə komandirinin iyul-avqust 1993-cü il, may 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə əlavə araşdırma aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tələbini Müdafiyə Nazirliyinə yönəltsə də, tələbə cavab verməli orqan Müdafiyə Nazirliyinin müvafiq idarəsidir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 2.2-ci bəndinə əsasən İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. Təlimatın 2.4-cü ci bəndinə əsasən Arxiv idarənin səlahiyyət və funksiyalarına, sənədlərin tərkibinə müvafiq olaraq aşağıdakı struktura uyğun təşkil edilə bilər: Təlimatın 2.4.1-ci bəndinə əsasən tabeliyində geniş təşkilatlar şəbəkəsi olan dövlət orqanlarının, idarələrin, səhmdar cəmiyyətlərin, şirkətlərin və onların tabeliyində olan təşkilatların sənədlərinin saxlanılması üçün - mərkəzi arxiv Təlimatın 3.1-ci bəndinə əsasən İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil edir. Təlimatın 12.3 cü bəndinə əsasən İdarə arxivi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş tələblərə uyğun yazılı və elektron formada daxil olan müraciətləri icra etməyə borcludur. Arxiv məlumatı müraciətin mətnindən asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verir. Elektron formada daxil olan sorğu informasiya kommunikasiya vasitələrindən istifadə etməklə cavablandırıla bilər. Təlimatın 12.4-cü bəndinə əsasən İdarə arxivinə daxil olan müraciətlərin qeydiyyatı və onlara verilən arxiv məlumatlarının rəsmiləşdirilməsi vətəndaşların müraciətlərinə baxılması, kargüzarlığın aparılması haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Təlimatda müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Təlimatın 12.5-ci bəndinə əsasən Arxivə daxil olan müraciətlər qeydiyyat-nəzarət vərəqində qeydə alınır, müəyyən olunmuş qaydada (17 №-li əlavə) tərtib və təsdiq edilən rəsmi arxiv sənədi olan arxiv arayışı, arxiv surəti və arxiv çıxarışı verilməklə cavablandırılır. Təlimatın 12.5.1-ci bəndinə əsasən Arxiv arayışı - sorğunun mətninə uyğun arxiv məlumatlarını özündə əks etdirən, üzərində onun tərtib olunmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərinin nömrəsi göstərilmiş rəsmi sənəddir. Arxiv arayışının həcmi bir vərəqdən çox olduqda vərəqlər nömrələnir. Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin əslində hər hansı dəyişiklik, qaralama olduqda arayışda müvafiq qeydlər aparılır. Arayış onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir. Elektron arxiv arayışı müvafiq səlahiyyətə malik şəxs tərəfindən elektron imza ilə təsdiq edilir. Arayışın bir nüsxəsi idarə arxivində saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 08.11.2016–cı il tarixli, 17 ə/f nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının mərkəzi arxivləri haqqında Nümunəvi Əsasnamənin 3.2.7-ci bəndinə əsasən Mərkəzi Arxiv təşkilatların sorğularını və vətəndaşların sosial-hüquq xarakterli ərizələrini icra edir, müəyyən olunmuş qaydada sənədlərin surətini və arxiv arayışlarını verir, arxivdə mühafizə olunmayan sənədlərlə bağlı daxil olan sorğuları aidiyyəti üzrə yönəldir. Göründüyü kimi, Müdafiə Nazirliyininin Arxiv İdarəsi arxiv məlumatlarının verilməsi ilə bağlı diskressiyon səlahiyyətlər verilmiş inzibati akt qəbul etmək hüququ olan inzibati orqan deyil və müvafiq təlimata uyğun arxiv məlumatları vermək səlahiyyətinə malikdir. Kollegiya qeyd edir ki, vətəndaşın ona aid arxiv məlumatlarını tələb etməsi həmin şəxsin qanunvericilikdən irəli gələn hüququ, müvafiq arxiv idarəsinin mövcud məlumatları verməsi isə onun öhdəliyidir. Bu halda inzibati orqana istədiyi formada arxiv arayışı verməsi ilə bağlı hər hansı bir diskresion səlahiyyət verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-312/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-312/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 4zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 5ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-361/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-361/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver