Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-362/2022 27.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-1054/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Rəcəbov X2 rayonu, Masazır kəndi qəsəbəsində yerləşən mülkiyyətində olan 0,55 ha torpaq sahəsində 10 mərtəbəli mansardlı yaşayış binasının tikilməsinə razılıq verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının müraciətinə baxılmış və cavabdehin xx.xx.2022-ci il tarixli, 6/173 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir və tikintisi nəzərdə tutulan binanın Azərbaycan Respublikasının Arxitektura və Şəhərsalma Komitəsindən uyğunluq rəyi rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra müraciətinizə baxılacaqdır. Verilən cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6/173 saylı, xx.xx.2022-ci il tarixli razılığı ilə mülkiyyətində olan torpaq sahəsində inşa edilən 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin, eyni zamanda xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Bununla yanaşı onun torpaq sahəsinə bitişik 0,22 ha torpaq sahəsi atası X1 məxsusdur və həmin torpaq sahəsi də atası tərəfindən istifadə edilmək üçün iddiaçıya verilib. İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün Cavabdehnə müraciət etmiş, cavabdehin 1/6/659 saylı, xx.xx.2021-ci il tarixli razılığı ilə mülkiyyətində olan sahədə 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra iddiaçı tikinti işlərinə başlamış və qeyd edilən 3 mərtəbəni inşa etmişdir. Daha sonra iddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək 3 mərtəbəli yaşayış evinin mərtəbə sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmişdir. İddiaçı İcra Hakimiyyətinin cavabını əsassız hesab edir. Qeyd edir ki, yuxarıda qeyd edilən və istifadəsində olan ərazi kifayət qədər geniş olduğu, şəhərsalma tələblərinə cavab verdiyi üçün orada standartlara uyğun infrastruktur və şəraitin yaradılması mümkündür. Şəhərsalma qanunvericiliyinə əsasən həmin ərazi hətta 16 mərtəbəli yaşayış evinin tikintisinə imkan verir. Rayon İcra Hakimiyyəti sözügedən məsələnin onun səlahiyyətləri xaricində olması və Arxitektura və Şəhərsalma Komitəsi ilə əlaqəsinin olmasını təsdiq edən mötəbər sənədə istinad etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-1054/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov) İddiaçı qeyd edilən qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq iddianın mümkün hesab edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlaqə olaraq qeyd etmişdir ki, yaşayış binasının mərtəbələrinin sayının artırılması və mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi səlahiyyəti məhz yerli icra hakimiyyəti orqanlarına aid məsələdir. Bunun prosedur qaydalar baxımından Şəhərsalma və Arxitektura Komitəsi və ya başqa orqanlar tərəfindən həyata keçirilməsi yerli icra hakimiyyəti orqanlarının bu səlahiyyətə malik olmaması və iddiaya cavab verməli olan şəxs olmaması demək deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadı belə əsaslandırmışdır ki, 2018-ci ilin dekabr ayından sonra respublika ərazisində aparılan tikililərin qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi, o cümlədən inşa edilən tikililərə aid olan sənədlərin tələblərə uyğunluğunun müəyyən edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 75.1, 75.2 və 75.5ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasınının mərtəbələrinin sayının artırılması və müvafiq uyğunluq rəyinin verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir və müvafiq uyğunluq rəyinin razılaşdırılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aiddir. Bu baxımdan, birinci instansiya məhkəməsi Cavabdeh iddiaya cavab verməli olan cavabdeh olmadığını hesab edərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: Hazırkı işin hallarından müəyyən olunur ki, yaranmış mübahisə iddiaçının mülkiyyətində olan torpaq sahəsində 10 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsi barədədir. Tikintiyə icazə verilməsinin ümumi qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. ... Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. (-). 78.1. təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanının 4.7-1-ci bəndinə əsasən, Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə verilməklə): 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Qeyd olunan normaların tələblərinin hazırkı işə tətbiqi baxımından kollegiya qeyd edir ki, barəsində icazə tələb olunan tikinti 4.7-1.2.2 maddəsinə uyğun olaraq, digər inzibati ərazi vahidi olaraq Abşeron rayonu ərazisində yerləşdiyindən, tikintiyə icazə verilməsi yerli icra hakimiyyəti olaraq Cavabdeh səlahiyyətindədir. Bu səbəbdən iddia düzgün olaraq tələbə cavab verməli orqana qarşı qaldırılmışdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh olmaması əsası ilə iddianı mümkün saymayarkən haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-1054/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-362/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-362/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver