Məhkəmə qərarları › İş №2-1(105)-363/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-363/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-363/2020 06.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 Şamaxı filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və onun 1971-1975-ci il, 1977-1979cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu Navahi maldarlıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-671/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Şamaxı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və onun 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu “Navahi” maldarlıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun 1971- 1975-ci il, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu Navahi maldarlıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1955-ci ildə anadan olmuşdur. 1971- 1975-ci il və 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu “Navahi” maldarlıq sovxozunda işləmişdir. Bu dövrlər onun əmək kitabçasında öz əksini tapmamışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanan imtina məktubunda bildirilmişdir ki, işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığına görə ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-671/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Şahmuad oğlunun 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu, Navahi maldarlıq sovxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-671/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin fəaliyyətinin təmin edilməsi məqsədilə fondun Şamaxı filialı yaradılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Şamaxı rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 Şamaxı filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, A.Səhhət küçəsi 6 saylı evdə yaşayan İddiaçı təqdim etdiyi arxiv arayışlarında 1971-1975-ci il, 1977-1979-cu illərdə Hacıqabul rayonu “M.Müşfiq” adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu “M.F.Axundov” adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilə kimi Hacıqabul rayon “Nəvahi” maldarlıq sovxozunda işləyərək əmək haqqı almışdır. Bu qeydlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması “Əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qaydalardan göründüyü kimi vətəndaşların sosial sığorta stajı əmək kitabçası əsasında götürülür. Vətəndaşların keçmiş kolxozda və müəssisədəki əmək stajı həmin müəssisənin əmr kitablarına əsasən nəzərə alınır və işə girib çıxma əmrləri əmək kitabçasında qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən görünür ki, iş yeri 5 gün müddət ərzində işçiyə əmək kitabçası açmalıdır. Lakin göründüyü kimi İddiaçı həmin illər ərzində əmək kitabçası açılmamışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 Şamaxı filialının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərərk, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 117 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu, “Navahi” maldarlıq sovxozunda işləmiş və əmək haqqı alımışdır. Dövlət Arxivinin Şirvan filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda işləmiş və əmək haqqı almışdır. İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı 1979-cu ildən 1984cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının hərbi biletindən görünür ki, o, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədəəmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmiş və Əlavənin 1-ci bəndində əsasən yaşa görə pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçası və arxiv arayışları ilə iddiaçının 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda,1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu, Navahi maldarlıq sovxozunda işləməsi və bununla da 26 ildən çox sosial sığorta stajına malik olması təsdiq edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili ilə bağlı həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-671/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-671/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar