Məhkəmə qərarları › İş №2-1(105)-364/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-364/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-364/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli ********** saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona pensiya verilməsini bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 709/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, ********** saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona pensiya verilməsini bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət X6 Şamaxı rayon şöbəsi xx.xx.2020-ci il tarixli məktubla xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığından həmin dövrlərə dair arxiv arayışlarına əsasən ona pensiya təyin etməkdən imtina etmişdir. Ona bildirilmişdir ki, həmin müddətin sığorta stajına hesablanması üçün məhkəmə qərarı tələb olunur. O, xx.xx.1956-cı il tarixdə Ağsu rayonu, Qəşəd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1974-cü ildə Şamaxı rayon İstehsalat kombinatında başlamışdır. xx.xx.1975-ci ilə kimi orada işləmişdir, sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıdandan bir neçə ay geoloji idarədə işləmişdir. Ona əmək kitabçası 1979-cu ildə yazılıb və bütün sonrakı dövrlər həmin əmək kitabçasında qeyd olunub, yalnız xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi dövr əmək kitabçasında qeyd olunmamışdır. Lakin arxiv arayışlarından görünür ki, o, həmin illərdə Şamaxı rayon İstehsalat kombinatında işləmişdir, əmək haqqı almışdır və sosial sığortaya onun maaşından pul tutulmuşdur. Belə olan halda həmin illər onun sığorta stajına hesablanmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-709/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, AR ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 saylı imtinası əsassız hesab olunması, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona əıilliyə görə əmək pensiyasının veriliməsinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsi apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxıldıqda, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Şamaxı rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 Şamaxı filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri C.Cabbarlı küçəsi 30 saylı evdə yaşayan İddiaçı təqdim etdiyi arxiv arayışlarında xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat Kombinatında işləyərək əmək haqqı almışdır. Bu qeydlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması “Əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.Qaydalardan göründüyü kimi vətəndaşların sosial sığorta stajı əmək kitabçası əsasında götürülür. Vətəndaşların keçmiş kolxozda və müəssisədəki əmək stajı həmin müəssisənin əmr kitablarına əsasən nəzərə alınır və işə girib çıxma əmrləri əmək kitabçasında qeyd olunur.Əmək Məcəlləsində görünür ki, iş yeri 5 gün müddət ərzində işçiyə əmək kitabçası açmalıdır. Lakin göründüyü kimi İddiaçı həmin illər ərzində əmək kitabçası açılmamışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 Şamaxı filialının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 86 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Şamaxı rayon İstehsal kombinatında xx.xx.1974-cü il tarixdən rəngləyici kimi işə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixə kimi Sumqayıt mütəxəssislər hazırlayan məktəbə orta əmək haqqının 50 %-i verilməklə oxumağa göndərilmişdir. xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. X1 məlumat vərəqindən görünür ki, xx.xx.2019- cu il tarixdə İddiaçı üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müxtəlif yerlərdə və peşələrdə işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, X1 əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş arxiv arayışı ilə iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işləməsi təsdiq edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-709/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-709/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar