Məhkəmə qərarları › İş №2-1(105)-364/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-364/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-364/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, X30 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2803/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 203 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Şabran (keçmiş Dəvəçi rayon Beynəlmiləl kənnd XDS icraiyyə Komitəsinin 1986- 1990 - ci illərdə Xırdaoymaq kəndi üzrə tərtib edimiş təsərrüfatbaşına kitabında X6 təsərrüfatı qeydə alınmışdır. Lakin həmin kitabda ailə başçısının adının üstündən xətt çəkilib Soltanov Soltan adı yazılmışdır.Şəxsi hesab №

556. Həmin təsərrüfatda 1970-ci ildə tikilmiş ümumi yaşayış evi və 1986-1990-cı illər üçün 0,37 ha həyətyanı sahə göstərilməklə tək X12 qeydə alınmışdır. AZ-İİ № 151653 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1989-cu ildə vəfat etmişdir. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X7 1944-cü ildə anadan olmuşdur. X2,anası X8r. - AZ-İİ № 267154 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2003-cü ildə vəfat etmişdir. İX –ЖГ № doğum haqqında şəhadətnamədən görünür ki,İddiaçı Sutan oğlu xx.xx.1983-cü ildə anadan olmuşdur. X1, anası X18r. Şabran rayon Notariat Ofisinin notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda X11 müraciəti əsasında vəfat etmiş nənəsi X9 adına vərəsəlik işi açıldığı, miras əmlakın Şabran şəhəri ərazisində yerləşən 0.37 ha torpaq sahəsi olduğu göstərilmiş, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sorğu verən vərəsə İddiaçı vasitəsilə Şabran rayon Notariat Ofisinə təqdim edilməsi xahiş edilmişdir. İddiaçı Şabran rayonu Xırdaoymaq kəndi ərazisində yerləşən 0.37 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,002 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Belə ki, Şabran rayon Beynəlmiləl kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərdə Xırdaoymaq kəndi üzrə tərtib edilmiş təsərrüfatbaşına kitabda vətəndaş X6 adına qeydə alınmış 0,37 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri əlavə olunmamışdır. Qeyd edilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şabran rayonu, Xırdaoymaq kəndində yerləşən, Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus 0.37 ha həyətyamı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlaka dair daşınamz əmlakın dövlət reeystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şabran rayonu, Xırdaoymaq kəndindəki 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin mərhum Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon Beynəlmiləl kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərdə Xırdaoymaq kəndi üzrə tərtib edilmiş təsərrüfatbaşına kitabında iddiaçının nənəsi Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfatda 1970-ci ildə tikilmiş ümumi yaşayış evi və 1986-1990-cı illər üçün 0,37 ha həyətyanı sahə göstərilməklə tək Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızı qeydə alınmışdır. Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızı xx.xx.1989-cu il tarixdə vəfat etmiş, həmin daşınmaz əmlaka dair ilkin hüquqməyyənedici sənədin olmasına baxmayaraq, o, sağlığında həmin daşınmaz əmlaka dair adına qeydiyyat vəsiqəsi almamışdır. İddiaçının müraciəti, qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və digər təsdiqedici sənədlər əsasında vəfat etmiş nənəsi Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının adına vərəsəlik işi açılmışdır. Şabran rayon Notariat Ofisi tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sorğu verən vərəsə İddiaçı vasitəsilə Şabran rayon Notariat Ofisinə təqdim edilməsi xahiş edilmişdir. Həmçinin iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh quruma müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, Şabran rayonu Beynəlmiləl kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərdə Xırdaoymaq kəndi üzrə tərtib edilmiş təsərrfatbaşına kitabda vətəndaş X5 adına qeydə alınmış 0,37 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri əlavə olunmamışdır. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2803/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Şabran rayonu Xırdaoymaq kəndindəki 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin iddiaçının mərhum nənəsi Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddiaçı tərəfindən yerquruluşu sxeminin təqdim olunmaması kimi dəlilini formal xarakterli hesab edir. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsində və qanuni sahibliyindədir, naturada mövcuddur. Cavabdeh orqan özü iddiaçının təqdm etdiyi torpaq sahəsini müayinə edərək həmin torpaq sahəsi olubolmamasını müəyyən edə bilər Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

Apellyasiya şikayəti imtina məktubunun və iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem təqdim edilməmişdir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır, əraziyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir.

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Əsaslandırıcı hissə

Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinə tam əməl edilməmiş, cavabdehin imtinasının, habelə iddia ərizəsinə etirazının əsasını təşkil edən bütün hallara qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı kollegiya tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim olmuş 18 may 2023-cü il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, torpaq sahəsi şimal və şərq tərəflərdən yol digər tərəflərdən isə qonşu həyətyanılar ilə həmsərhəddir. İddiaçının göstərdiyi sərhəd daxilində 0,1372 ha torpaqsahəsi və bu torpaq sahəsinin üzərində tikintialtı sahəsi 76,0m2 olan fərdi yaşayış evi, tikintialtı sahəsi 7.1m2 olan sanitar qovşağı tikililəri mövcuddur. Elektron xəritə məlumatlarında bu ərazi yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsindən kənddaxili torpaq suvarma arxı keçir. Bu torpaq sahəsinin 0,06 ha olan hissəsinə xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X16 qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********66 nömrəli çıxarış və texniki pasport verilmişdir. Yuxarıda qeyd edilən tikintialtı sahəsi 76.0 m2 olan fərdi yaşayış evi də X16 məxsus torpaq sahəsinin cizgilərinin üzərindədir. Torpaq sahəsinin 0.0772 ha olan hissəsi isə elektron xəritə məlumatlarında bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İşin qeyd edilən faktiki halları İPM-nin 69.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə müzakirə edilmiş, iddaçı izahatında X3 arvadı olduğunu, nikahlarına məhkəmə qaydasında xitam verildiyiyni, aralarında məhkəmə mübahisələri olduğunu, lakin məhkəmə tərəfindən arvadına hər-hansı torpaq və əmlak payı ayrılmadığını, müayinə aktında qeyd edilən mübahisəli torpaq sahəsinin 0,06 ha olan hissəsinə onun adına çıxarış və texniki pasport verilməsindən xəbərsiz olduğunu bildirmişdir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin etirazında göstərilməsinə baxmayaraq torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini araşdırmamış, nəticədə işin halları ilə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. Halbuki, İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verilərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2- 1(118)-2803/2022 nömrəli qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. Qeyd edilən maddələrin tələblərinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Belə ki, yuxarıda qeyd edilən pozuntular səbəbindən iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunur ki, bu hallar da məhz birinci instasniya məhkəməsi tərəfindən araşdırılmalıdır. Təkrar baxış zamanı cavabdehin etirazında göstərilmiş dəlillərlə bağlı hallar araşdırılmalı, X20 üçüncü şəxs qismində cəlb olunmaqla və iddiaçının iddia etdiyi torpaq sahəsinin fakitiki ölçüləri nəzərə alınmaqla araşdırma aparılmalı, torpaq sahəsinin 0.0772 ha hissəsinin elektron xəritə məlumatlarında bələdiyyə mülkiyyəti kimi göstərilməsi nəzərə alınaraq bələdiyyənin də üçüncü şəxs qismində cəlb edilməsi məsələsi müzakirə edilməli nəticəsinə uyğun mahiyyəti üzrə yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2803/2022 nömrəli ləğv edilsin. İş yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar