Məhkəmə qərarları › İş №2-1(105)-365/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-365/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-365/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 25 il məhkəmə sədri vəzifəsində çalışdığı nəzərə alınaraq, bu günə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə, o cümlədən hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, hakimlərin müalicə olunmaları üçün verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının 3 misli miqdarında məbləğin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-310/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və 01.10.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşıınn 25 % həcmində vəzifə maaşına əlavəni Ali Məhkəmənin hakiminin aylıq vəzifə maaşına uyğunlaşdırılmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yarancaq pensiya fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia ərizəsinə dəqiqləşmə verərək, iddiaçının 25 il məhkəmə sədri vəzifəsində çalışdığı nəzərə alınaraq, bu günə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə, o cümlədən hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, hakimlərin müalicə olunmaları üçün verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xəclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının 3 misli miqdarında məbləğin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 vəsatətlə məhkəməyə müraciət edərək işin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-310/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardaddan cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən - “inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara iddiaçının yaşayış sahəsinin olduğu yerin məhkəməsində baxılır”. Məhz bu maddədə göründüyü kimi inzibati orqanla mübahisə xidməti hüquq münasibətlərindən bəhs edir. Hazırki iş üzrə işin mahiyyəti xidməti hüquq münasibətləri ilə bağlı olmadığından, həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən - “digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır”. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən - “hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir”. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissə Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-310/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia iddiaçı ilə əvvəllər xidməti hüquq münasibətlərində olan inzibati orqan arasında yaranmamış və İPM-in 8.1.3-cü maddəsinin təsiri altına düşmür. İddiaçının tələbi ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədədir və bu iddianın ərazi aidiyyəti İPM-nin 8.1.4-cü maddəsi ilə müəyyən edilir. Bu halda isə iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri, Z.Bünyadov prospekti 43-dür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə cavabdehin olduğu yerin məhkəməsi, yəni Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İPM-nin 8.6-cı maddəsinə əsasən, inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-310/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-310/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 25 il məhkəmə sədri vəzifəsində çalışdığı nəzərə alınaraq, bu günə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə, o cümlədən hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, hakimlərin müalicə olunmaları üçün verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının 3 misli miqdarında məbləğin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar