Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-367/2023 01.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3, İddiaçı cavabdeh Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********145775 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə iddiaçı “Azəragroprogres" MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2016cı ilin yanvar ayından 2020-ci ilin dekabr ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********145787 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 157221,08 manat, mənfəət vergisi üzrə 61388,01 manat vergi borcunun azaldılması aşkar edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsinin 10 avqust 2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 157221,08 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi məbləğində 78610,54 manat maliyyə sanksiyası, 61388,01 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 30694,01 manat maliyyə sanksiyası və Vergi Məcəlləsinin 57.1-ci və 16.2-ci maddələrinə əsasən 2160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********145787 nömrəli səyyar vergi yoxlaması aktının əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının mal qalığını düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı 2020-ci ilin iyun-iyul aylarında 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatoru, 6150 ədəd avtokamer idxal etmişdir. Daha sonra iddiaçı 4750 ədəd avtokamer, 8511 ədəd minik avtomobilləri üçün rezin şin, 14124 ədəd akkumulyator satmış və nəticədə 4750 ədəd (18874 - 14124) akkumulyator, 3739 ədəd (12250 – 8511) rezin şin və 1400 ədəd (6150 – 4750) avtokamer mal qalığı yaranmışdır. Lakin səyyar vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli EBBA seriyalı 207751 nömrəli EQF əsasında 1150 ədəd akkumulyator və 4706 ədəd minik avtomobilləri üçün rezin şinlərin satışı vergi orqanı tərəfindən qəbul edilməmiş və səbəb olaraq həmin EQF-ların göndərildiyi şəxslərin fəaliyyətinin dayandırıldığı və fəaliyyət növünün fərqli olduğu göstərilmişdir. Qeyd edir ki, yuxarıda göstərilən əsasla EQF-nın etibarsız hesab edilməsi qanunsuz olmuşdur. Belə ki, hər hansı qanunvericilik aktında, eləcə də Vergi Məcəlləsində bu əsasla EQF-nın etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. İddiaçı mal satdığı şəxslərin fəaliyyət növünə və faəliyyətini dayandırıbdayandırmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının mal qalığını əsassız olaraq artırmış və cəmiyyətə iki qat vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçıya məxsus malların satış qiymətini müəyyən edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış akkumulyatorların qiymətini “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli rəyinə və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir. Bununla bağlı ilk öncə qeyd edir ki, səyyar vergi yoxlamasının 4-cü səhifəsində qeyd edilənlərə əsasən, yoxlamaya ekspert və mütəxəssis dəvət edilməmişdir. Bundan başqa, vergi orqanının istinad etdiyi ekspert rəyi və arayışdan görünür ki, həmin rəy və arayış DVX-nin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında həmin quruma verilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama zamanı öz təşəbbüsü ilə çağırmadığı, başqa quruma verilmiş və hazırkı vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə deyil, başqa vergi ödəyicisi və ya ödəyicilərinə münasibətdə verilmiş rəyə və arayışa istinad etmişdir. Eyni zamanda, iddiaçı malları 2020-ci il tarixdə idxal etdiyi və 2021-ci il ərzində satdığı halda, cavabdeh vergi orqanı 2019-cu ildə verilmiş rəyə və arayışa istinad etmişdir. Həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən satılmış digər malların (avtokamer və rezin şinlərin) satış qiymətinin vergi orqanı tərəfindən hansı qaydada hesablanması qeyri-müəyyəndir və səyyar vergi yoxlaması aktında da buna dair hər hansı əsaslandırma aparılmamışdır. Göründüyü kimi, vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış malların dəyərini qanunsuz olaraq müəyyən etmiş və iddiaçıya əsassız vergi məbləği hesablamışdır. Səyyar vergi yoxlamasının 10-cu səhifəsində mənfəət vergisinin hesablanmasına dair hissədə qeyd edilir ki, akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat müəyyən edilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən 2020-ci il ərzində, ümumilikdə, 734 423.80 manat dəyərində akkumulyator idxal edildiyi halda, vergi orqanı xərc olaraq onun yalnız 315 748.1 manat hissəsini götürmüş və bunu hansı səbəbdən etdiyini səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Eyni zamanda bildirir ki, iddiaçı idxal etdiyi bütün malları 2021-ci ildə satdığı halda, cavabdeh vergi orqanı həmin malları 2020-ci ildə satılmış kimi qəbul etmişdir. Çünki, səyyar vergi yoxlaması yanvar 2016-dekabr 2020 hesabat dövrünü əhatə etmiş və son hesabat dövrü 2020-ci il olmuşdur. Göründüyü kimi, malların 2020-ci ildə satılmasına dair hər hansı dəlil olmadığı halda, cavabdeh vergi orqanı hesablamanı 2020-ci il üzrə aparmışdır ki, bu iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli **********145784 nömrəli Tələbnamə verilmişdir. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması ilə yoxlanılan yanvar 2016 - dekabr 2020-ci illəri əhatə edən dövrdə müəyyən olunmuşdurki, müəssisə tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin, qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin 20 aprel 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Həmin obyektlərin başqa şəxslərə icarə verilməsi məlum olmuşdur. Həmçinin, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********598300 nömrəli məktubunda da heç bir mal qalığı olmadığı, idxal olunan malların topdan satış qaydada təqdim edildiyi bildirilmişdir. Ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X2 Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edilmişdir. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla, 49007.2 ((560820.3-315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlərin yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edilmişdir. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır. Ümumilikdə, 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci ilin mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 61388.0 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 30694.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Əlavə dəyər vergisi üzrə kənarlaşma araşdırılarkən məlum olmuşdur ki, yük gömrük bəyannamələri məlumatlarına əsasən 2020-ci ildə vergi ödəyicisi tərəfindən 18874 ədəd müxtəlif akkumulyator idxal edilmişdir. Yoxlama dövründən sonrakı dövrdə vergi ödəyicisi tərəfindən bu akkumulyatorların 12974 ədədi elektron qaimə əsasında təqdim edilmişdir. Baxış zamanı qalmalı olan 5900 ədəd akkumulyator aşkar edilməmişdir. Vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdan satış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə-560820.3 manat, kamer üzrə dövriyyə - 6027.7 manat, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********145787 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərar qismən - 49,904.06 manat mənfəət vergisinin və 95,207.74 manat ƏDV-nin hesablanması və 72,555.90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən satılmış akkumulyatorların bazar qiymətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 859 nömrəli ekspert arayışı və Azərekspertiza Biriliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad edərək müəyyən etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktının 4cü səhifəsində qeyd edilənlərə əsasən yoxlama zamanı ekspertiza həyata keçirilməmişdir. Vergi orqanının yoxlama zamanı istinad etdiyi ekspert rəyləri isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında verilmişdir. Cavabdeh vergi orqanı yoxlama zamanı xüsusi bilik tələb olunduğu halda, ekspertizanın həyata keçirilməsi barədə qərar qəbul etməmiş, ekspertiza ilə bağlı vergi ödəyicisinin qanunla nəzərdə tutulan hüquqlarını təmin etməmiş, əksinə başqa bir vergi orqanının müraciəti əsasında verilmiş ekspert rəylərinə istinad etməklə kifayətlənmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Cavabdeh nəticəsi mübahisələndirilən səyyar vergi yoxlaması çərçivəsində iddiaçı tərəfindən təqdim edilmiş akkumulyatorların bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa və tələblərə riayət etmədən, başqa bir vergi orqanı tərəfindən müraciət edilərək alınmış ekspert rəylərinə istinad etmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış avtokamer və rezin şinlərin qiymətinin necə müəyyən edilməsi ilə bağlı səyyar vergi yoxlaması aktında hər hansı qeyd mövcud deyil və cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh mübahisələndirilən qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza rəyi inzibati orqanın bu qənaətini qismən təkzib edir və 2020-ci il üzrə mənfəət vergisinin 11483.95 manat və həmin ilin müvafiq ayları üzrə ƏDV-nin isə 62013.34 manat hissə istisna olmaqla, qalan hissədə əsassız hesablanmasını müəyyən edir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın rədd edilən hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən -təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. (-) 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. (-) Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. (-). Maddə 44. Ekspertiza 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. Ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. 44.3. Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir. 44.4. Ekspertin yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır. (-) 44.6. Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. 44.8. Ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda, barəsində onlara dair suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə, həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır. 44.9. Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. (-) Maddə 71-1. Elektron qaimə-fakturalar (-) 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. (-) Maddə 104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. (-) Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. (-) Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. (-) 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarını iddianın rədd edilən hissəsində mübahisələndirsə də, daha sonra apellyasiya şikayətini geri götürmüşdür. Bu baxımdan, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 sentyabr 2023cü il tarixli, 2-1(105)-367/2023 nömrəli qərardadı ilə apelyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilərək iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisənin mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli **********145775 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən, “Azəragroprogres" MMC üzrə 2016-cı ilin yanvar ayından 2020ci ilin dekabr ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2021-ci il tarixli **********145787 nömrəli səyyar vergi yoxlaması aktına əsasən, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 157221,08 manat, mənfəət vergisi üzrə 61388,01 manat vergi borcunun azaldılması aşkar edilmişdir. Cavabdehin 10 avqust 2021-ci il tarixli **********148929 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 157221,08 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi məbləğində 78610,54 manat maliyyə sanksiyası, 61388,01 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 30694,01 manat maliyyə sanksiyası və Vergi Məcəlləsinin 57.1-ci və 16.2-ci maddələrinə əsasən 2160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmiş, birinci instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək, cavabdehin qərarı 49904,06 manat mənfəət vergisi, 95207,74 manat ƏDV və 72555,90 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Səyyar vergi yoxlama aktından və məsuliyyətə cəlb etmə qərarından görünür ki, yoxlama zamanı əlavə dəyər vergisi və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən vergi məbləğinin azaldılması faktı aşkar edilmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı tərəfindən 2020-ci ilin iyun-iyul ayları ərzində 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatoru və 6150 ədəd avtokamer idxal edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin mübahisələndirdiyi, eləcə də vergilərin hesablanmasına əsas mal qalığının həcmi və malların satış dəyəridir. Cavabdeh səyyar vergi yoxlaması aktında, eləcə də etiraz və apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisi yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyator, 4750 ədəd avtokamer, 3805 ədəd rezin şin təqdim etmiş, lakin, qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Cavabdehin sözügedən dəlilləri ilə kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, EBBA seriyalı 211210 nömrəli, 211325 nömrəli, 207751 nömrəli və 207422 nömrəli elektron qaimə-fakturalardan görünür ki, iddiaçı MMC tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərə 4750 ədəd avtokamer, 8511 ədəd rezin şin və 14124 ədəd elektrik akkumulyatoru satılmışdır. Nəticə olaraq, həmin satış əməliyyatlarından sonra iddiaçının mal qalığı akkumulyatorlar üzrə 4750 ədəd (18874-14124), rezin şinlər üzrə 3739 ədəd (12250-8511) və avtokamerlər üzrə 1400 ədəd (6150-4750) olmuşdur. Yəni, əslində mal qalığı akkumulyatorlar üzrə 4750 ədəd olmalı olduğu halda, vergi orqanı onun 5900 ədəd, rezin şinlər üzrə 3739 ədəd olmalı olduğu halda, vergi orqanı 8445 ədəd olmalı olduğunu iddia edir. Aşağı instansiya məhkəməsi tərəfindən qeyd olunan uyğunsuzluğun səbəbi belə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaimə-faktura əsasında mal satılan vergi ödəyicisinin fəaliyyəti dayandırıldığından və fəaliyyət növü ilə mallar arasında uyğunsuzluq olduğundan həmin qaimə-faktura ilə iddiaçı tərəfindən satılan 1150 ədəd akkumulyatorun və 4706 ədəd rezin şinin satışı vergi orqanı tərəfindən mal qalığı hesablanan zaman nəzərə alınmamış və bu səbəbdən, mal qalığı daha artıq müəyyən edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istər Vergi Məcəlləsində, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydalarında elektron qaimə-fakturanın, göndərilən vergi ödəyicisinin fəaliyyətinin aktiv olub-olmamasından və ya fəaliyyət növündən asılı olaraq etibarsız hesab edilməsinə dair hər hansı norma mövcud deyildir. Belə ki, həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir. Göründüyü kimi, elektron qaimə-faktura o hallarda mal təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir ki, həmin sənəd Qaydaların tələblərinə uyğun tərtib edilməsin və yaxud əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilsin. Hazırkı işə münasibətdə isə qeyd olunan halların hər hansı birinin mövcudluğu müəyyən edilmir, eləcə də vergi orqanı tərəfindən bununla bağlı məhkəmə kollegiyasına hər hansı sübut və ya dəlil təqdim edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaimə-faktura əsasında aparılan satış əməliyyatı vergi orqanı tərəfindən nəzərə alınmadığından mal qalığının həcmi əsassız olaraq artırılmışdır. Məhkəmə kollegiyası 61388,01 manat məbləğində mənfəət vergisinin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bununla bağlı səyyar vergi yoxlaması aktında qeyd edilir ki, ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X2 Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edilmişdir. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ((560820.3-315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır.Ümumilikdə, 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Akkumulyatorlara münasibətdə hesablanmış vergi məbləği ilə kollegiya qeyd edir ki, vergilərin hesablanmasına əsas malların qiymətinə dair ekspert rəyləri olmuşdur. Səyyar vergi yoxlaması aktının 1.9.4 və 1.9.5-ci bəndlərindən isə müəyyən edilir ki, yoxlama zamanı, ümumiyyətlə, ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Bununla belə kollegiya hesab edir ki, hesablanmış vergilərin qanuniliyinə qiymət verilməsi üçün verginin hesablanmasına əsas olan ekspert rəylərinin mötəbərliliyinə qiymət verilməlidir. Mənfəət vergisinin hesablanmasına əsas olmuş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, həmin rəyin sifarişçisi Azərbaycan Respublikası Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi olmaqla, rəy xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə əsasında 26 dekabr 2019-cu il tarixdə verilmişdir. Halbuki, hazırkı səyyar vergi yoxlamasının həyata keçirilməsinə xx.xx.2021-ci il tarixli qərarla başlanmışdır. Həmçinin, rəyin “Ekspertizanın keçirilməsi proseduru” adlı 5-ci bölməsində qeyd edilir ki, “Satılan mallar ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən Azərbaycan Respublikasının müxtəlif internet saytlarında göstərilən məlumatlar nəzərə alınmış, ticarət şəbəkələrində qiymətlərlə tanış olmuş və qiymətləndirmənin forma və metodlarını müstəqil seçmə yolu ilə dövlət və ya kommersiya sirrini saxlamaqla 3-cü şəxsdən şifahi məlumatlar almaqla aşağıda adları göstərilən malların satış qiymətlərini müəyyənləşdirmişdir”. Bununla yanaşı, kollegiya vergi orqanın istinad etdiyi digər sübut, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 859 nömrəli ekspert arayışına münasibətdə qeyd edir ki, həmin ekspert arayışı da Azərbaycan Respublikası Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 2019-cu il tarixli müraciəti əsasında tərtib edilmiş, habelə arayışın “tədqiqat obyektləri” bölməsindən görünür ki, ekspertiza tədqiqatı ekspertiza təyini haqqında məktub və siyahı əsasında aparılmış, akkumulyatorlar bilavasitə tədqiq edilməmişdir. Göründüyü kimi hər iki ekspert rəyi 2019-cu il tarixdə başqa inzibati orqanın müraciəti əsasında tərtib edilməklə, hazırkı işlə bağlı vergi ödəyicisinin fəaliyyətinə, ümumiyyətlə, aidiyyatı yoxdur. Habelə, rəylər mənbəyi bəlli olmayan məlumatlar əsasında, mallar bilavasitə tədqiqat obyektləri olmadan, habelə, bazar qiyməti qeyri-müəyyən dövrlər üzrə müəyyənləşdirilməklə tərtib edilmişdir ki, bu da həmin rəylərin mötəbərliyini şübhə altına alır. Halbuki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı xüsusi bilik tələb olunduğu hallarda, yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə ekspertiza təyin edilir, yoxlanılan vergi ödəyicisi həmin qərarla tanış edilir və ona ekspertə etiraz etmək, əlavə suallar təqim etmək, ekpertizanın keçirilməsində iştirak etmək, ekspert rəyi ilə tanış olmaq, razı olmadıqda əlavə və təkrar ekspertiza keçirilməsi barədə vəsatət təqdim etmək və digər hüquqları izah edilir, ekspert rəyi hazır olduqda isə bir nüsxəsi yoxlanılan şəxsə təqdim edilir. Vergi orqanı isə qanunvericiliyin tələblərinə riayət etməyərək yoxlama zamanı xüsusi bilik tələb olunduğu halda, ekspertizanın həyata keçirilməsi barədə qərar qəbul etməmiş, ekspertiza ilə bağlı vergi ödəyicisinin qanunla nəzərdə tutulan hüquqlarını təmin etməmiş, əksinə başqa bir vergi orqanının müraciəti əsasında verilmiş ekspert rəylərinə istinad etməklə kifayətlənmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, malların bazar qiyməti müəyyən edilərkən cavabdeh tərəfindən vergi qanunvericiliyində nəzərdə tutulmuş ardıcıllığa da riayət etməmişdir. Belə ki, vergi qanunvericiliyinin tələblərinə əsasən bazar qiyməti ilk öncə mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda vergi orqanı növbəti mərhələyə keçir. Bu zaman malın bazar qiyməti malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınmaqla hesablanır. Həmin mərhələnin tətbiqi nəticə vermədikdə, malların bazar qiyməti sonrakı (təkrar) satış qiymətinə və ya dəyərin toplanması üsuluna əsasən hesablanır. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. (Vergi Məcəlləsinin 14.4, 14.6, 14.6.3-cü maddələri) Lakin, işdən görünür ki, vergi orqanı akkumulyatorların bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa və tələblərə riayət etmədən, başqa bir vergi orqanı tərəfindən müraciət edilərək alınmış ekspert rəylərinə istinad etmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin, hazırkı halda vergi orqanı iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan, ekspert rəyinin mötəbərliliyinə qiymət vermədən həmin rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının 2020-ci il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi və əlavə dəyər vergisinin məbləği ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 9/4056 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan EQF-larda təqdim edilən malların 1 vahidinin qiyməti nəzərə alınaraq, cəmiyyətin satış dövriyyəsi (ümumi gəliri) 344518,57 manat məbləğində müəyyən edilmiş, lakin həmin malların alınmasına çəkilmiş xərcləri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasının tətbiqi nəticəsində cəmiyyətin mənfəət vergisi 11483,95 manat (344518,57/120*20*20%) məbləğində müəyyən edilmişdir. Göründüyü kimi ekspertiza tədqiqatı ilə vergi ödəyicisi tərəfindən satılan malların bazar qiyməti Vergi Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə müvafiq qaydada tərəflərin əməliyyatda təsbit etdikləri qiymət kimi qəbul edilərək dövriyyəsi 344518,57 manat məbləğində müəyyən edilmiş və həmin dövriyyədən 11483,95 manat mənfəət vergisi hesablanmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, vergi məsuliyyətinə cəlb etmə qərarına əsasən, iddiaçı barəsində 49,904.06 manat (61388,01 -11483,95) mənfəət vergisinin və onun 50 faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız olduğundan, bu hissədə cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi həmin hissədə qərarın ləğv edilməsi ilə bağlı iddianı təmin edərkən haqlı olmuşdur. Kollegiya 157221,08 manat məbləğində ƏDV məbləğinin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı barəsində hesablanmış ƏDV ilə bağlı səyyar vergi yoxlaması aktında qeyd edilir ki, vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdan satış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən, 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə- 560820.3 manat, kamer üzrə dövriyyə-6027.7 manat, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50% məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi akkumulyatorlara münasibətdə dövriyyə məbləği yuxarıda qeyd edilən araşdırma ilə mötəbərliyi ciddi şübhə doğuran ekspert rəyləri əsasında müəyyən edilmişdir. İddiaçı tərəfindən satılmış avtokamer və rezin şinlərin qiymətinin necə müəyyən edilməsi ilə bağlı isə yoxlama aktında, həmçinin, iş materiallarında hər hansı qeyd mövcud deyildir və cavabdehin nümayəndəsi tərəfindən də nə birinci nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının yuxarıda qeyd edilən 28 oktyabr 2022-ci il tarixli, 9/4056 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı EQF-lar üzrə malların 1 vahidinin qiymətini nəzərə alaraq, cəmiyyətin ƏDV dövriyyəsi 344518,57 manat məbləğində müəyyən edilir və həmin dövriyyədən 62013,34 manat məbləğində ƏDV hesablanır, o cümlədən, akkumulyator: 4750 ədəd*40,00 manat=190000,00 manat Avtokamer: 1400 ədəd*4,53 manat =6342,00 manat Rezin şinlkər: 3739 ədəd*39,63 manat=148176,57 manat Cəmi dövriyyə:344518,57 manat ƏDV=6201334 manat (344518,57*18%). Kollegiya hesab edir ki, vergi məsuliyyətinə cəlb etmə qərarına əsasən, iddiaçı barəsində 95,207.74 manat ƏDV-nin (157221,08-62013,34) və onun 50 faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız olduğundan, bu hissədə cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi həmin hissədə qərarın ləğv edilməsi ilə bağlı iddianı təmin edərkən haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-367/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-367/2023
01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver