Məhkəmə qərarları › İş №2-1(105)-368/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-368/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-368/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və XN ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-N(NN8)-369/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 24 may 202N-ci il tarixli, 4/3-5586 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N992-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə verildiyi üçün ehtiyata buraxılma əmrinin N nömrəli hərbi hissə komandiri tərəfindən verilməsi qanunauyğun deyildir. Bu səbəbdən, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2N mart N992-ci il tarixində könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və N nömrəli əmrə əsasən İİ bölükdə qranatatan köməkçisi vəzifəsinə təyin olunmuşdur. Batalyon komandirinin göstərişinə əsasən, komandirinin N avqust N992-ci il tarixli, N05 nömrəli əmrinə əsasən əsgərliyindən azad edilmişdir. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona müharibə veteranı adı verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmri ilə sıravi İddiaçı qranatatan köməkçisi vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 4 nömrəli əmrilə N nömrəli hərbi hissə komandirinin hərbi qulluqçusu qranatatan köməkçisi sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N05 nömrəli əmri ilə bölük və batalyon komandirlərinin göstərişinə əsasən bölmə komandiri kimi hərbi hissə əsgərliyindən azad edilmişdir. Həmçinin, arxiv arayışında N nömrəli hərbi hissə komandirinin may-avqust N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitabında iddiaçının xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N992-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə verilmişdir. Belə olan halda hərbi hissədə verilmiş bütün nizami hissə üzrə əmrlər ancaq N nömrəli hərbi hissə komandiri tərəfindən verilməlidir. Mərkəzi arxivin 4/2- 4792 nömrəli arayışında sadalanan əmrə əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 4 nömrəli əmri ilə verilmişdir. Bundan başqa arxiv arayışında iddiaçının hərbi hissənin siyahısına salınması və vəzifəyə təyin edilməsi ilə bağlı hərbi hissə komandirinin əmrlərində sıravi rütbəsində, qranatatan köməkçisi vəzifəsində olduğu görünür. Lakin N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N05 nömrəli əmrində iddiaçının bölmə komandiri olduğu göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə iddiaçının sıravi olaraq hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsindən sonrakı müddətdə şəxsin barəsində qəbul ediləcək bütün əmrlər N nömrəli hərbi hissə komandiri tərəfindən deyil, N nömrəli hərbi hissə komandiri tərəfindən verilməli idi. Göründüyü kimi N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N05 nömrəli əmri ilə şəxsin bölmə komandiri kimi əmrləşdirilməsi qanunauyğun deyildir və bu əmrin əsas olaraq qəbul edilməsi mümkün hesab edilmir (əmrin həm verilmə tarixi, həm də vəzifə baxımından). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-N(NN8)-369/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. (İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının müharibə dövründə hərbi xidməti 2N mart N992-ci il tarixindən N avqust N992-ci il tarixədək olan dövrü əhatə etməklə, onun N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N05 nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunması Azərbaycan Respublikası Prezidentinin “vətəndaşların həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında” 686 nömrəli, N7 aprel N992-ci il tarixli Fərmanın təsir dairəsinə düşür. Eyni zamanda, iddiaçının hərbi biletindən də müəyyən olunur ki, o, xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin, onun xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyatlarında iştirak etmişdir. Nəzərə alınmalıdır ki, N saylı hərbi hissə ləğv edilib əvəzinə N saylı hərbi hissə yaradılmamış, sadəcə olaraq N saylı hərbi hissə briqada olduğuna görə N saylı hərbi hissə onun nəzninə verilmişdir. Qayadalara uyğun isə tərxis olunma barədə əmr briqada komandiri tərəfindən deyil hərbi hissə komandiri tərəfindən verilir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, hərbi hissə istər ləğv edildikdə, istərsə də hansısa briqadanın tərkibinə verildikdə, həmin hərbi hissə komandirinin nizami hissə əmr vermək hüquqları komandirdən alınaraq tabe olduğu bir yuxarı komandirə həvalə edilir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin N may N992-ci il tarixli, 0N58 nömrəli əmrində N nömrəli hərbi hissənin (Ağdam rayonunun Bağırov adına əlahiddə ərazi özünü müdafiə batalyonu) buraxıldığı, ləğv olunmuş hissələrdən köhnə şərti adlara hazırlanmış və tərtib edilmiş xidməti sənədlərin çıxarılmaması və ələ verilməməsi, bütün qeyri-məxfi sənədlərdə və xidməti məktublaşmalarda köhnə şərti adların çəkilməsinin qadağan edildiyi, hərbi qulluqçuların, fəhlələrin və qulluqçuların şəxsi sənədlərində qulluq etmələri (işdə olmaları) haqqında yazıların yeni şərti adlarla edilməsi və vəzifəli şəxslərin imzaları və yeni adlarla hazırlanması, möhürlərlə təsdiq olunması, köhnə adlarla hazırlanmış möhürlər və ştampların N992-ci il mayın 6-dək məhv edilmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargahının məxfi hissəsinə təhvil verilməsi, ləğv edilmiş hərbi hissələrin komandirlərinin ayaqlarında olan texnikanı, silahları və əmlakı N992-ci il mayın 6-dək naryad üzrə N nömrəli hərbi hissənin komandirinə təhvil verilməsi və s. qeyd edilmişdir. Sözügedən əmrdən də göründüyü kimi N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər vermək, hərbi qulluqçuları ehtiyata buraxmaq kimi səlahiyyətləri əlindən alınaraq (köhnə adlarla hazırlanmış möhürlər və stampların N992-ci il mayın 6-dək məhv edilmək üçün...) N nömrəli hərbi hissənin komandirinə verilmişdir. Hesab edir ki, iddiaçının ordudan təxris olunması barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N992ci il tarixli, N05 nömrəli əmri mötəbər hesab edilməməli və iddiaçının həmin əmrlə ehtiyata buraxılması qanunauyğun sayılmamalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi qərarında iddiaçının ordudan tərxis olunmasının Azərbaycan Respublikası Prezidentinin N7 aprel N992-ci il tarixli, 686 nömrəli Fərmanının təsir dairəsinə düşdüyünü qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, iddia ərizəsi, iddiaçının adına tərtib edilmiş hərbi biletin surətindən və sözügedən Fərmandan görünür ki, N968-ci il təvəllüdlü iddiaçı sovet ordusunda xidmət etmiş, xx.xx.N989-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra 2N mart N992-ci il tarixdə iddiaçı ərizəsində qeyd etdiyi kimi könüllü olaraq, yəni səfərbərliklə xidmətə çağırılmışdır. İddia ərizəsindən və hərbi biletdə olan qeydlərdən məlum olur ki, iddiaçı müddətli həqiqi hərbi xidmətə deyil, səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin Fərmandə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması nəzərdə tutulmuş və ehtiyata buraxılan müddətli xidmət hərbi qulluqçularının N992-ci ilin aprel-iyun aylarında (iddiaçının xx.xx.N992-ci il tarixli N05 nömrəli əmrə əsasən ordu sıralarından təxris olunması qeyd edilmişdir) ehtiyata buraxılmaları qeyd edilmişdir. Bununla da yekun nəticəyə gəlmək olar ki, iddiaçının səfərbərliklə hərbi xidmətə çağırıldıqdan sonra avqust N992-ci il tarixdə ehtiyata buraxılması həmin Fərmanlə tənzimlənmir. Həmçinin, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N996-cı il tarixdən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilmişlər. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N996-cı il, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N996-cı il və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı isə sentyabr N996-cı il tarixdə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, cavabdeh şikayətinin dəlillərində arxiv arayışında N nömrəli hərbi hissə komandirinin may-avqust N992-ci il tarixli nizami hissə üzrlə əmrlərində və şəxsi heyətin qeydiyyatı kitabında onun xidməti barədə məlumatın aşkar edilmədiyini qeyd etmişdir. Şikayətin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, o, N992-ci ilin may ayında deyil, 2N mart N992-ci il tarixində könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və N nömrəli əmrə əsasən 2-ci bölükdə qranatatan köməkçisi vəzifəsinə təyin olunmuşdur. Batalyon komandirinin göstərişinə əsasən, komandirin N avqust N992-ci il tarixli, N05 nömrəli əmrinə əsasən əsgərliyindən azad edilmişdir. Bundan başqa, cavabdeh şikayətində qeyd edir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qranatatan köməkçisi sıravi kimi daxil edilmiş, həmin hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N05 nömrəli əmri ilə isə bölmə komandiri kimi əsgərliyindən azad edilmişdir. Bununla bağlı bildirir ki, N992-ci ildə ağır döyüşlər gedən vaxtlarda o, qranatatan köməkçisi olmasına baxmayaraq, döyüşlərdə fəal iştirak etdiyi üçün batalyon komandirinin göstərişinə 2-ci bölüyün, 2-ci tağımın, 3-cü bölmənin komandiri təyin edilmişdir. O, Musiqi Akademiyasında təhsil almasına baxmayaraq, təhsilini yarımçıq saxlayaraq könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və N avqust N992-ci il tarixində, N05 nömrəli əmrlə əsgərlikdən azad ediləndən sonra təhsilini davam etdirmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək, əlavə olaraq izahatında bildirmişdir ki, o, könüllü özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. N992-ci ilin avqust ayının ortalarında onlara könüllü özünümüdafiə batalyonlarının ləğv edilməsi ilə bağlı məlumat verilmiş, habelə əməliyyatlarda iştirakını davam etdirmək istəyənlərin qalması, istəməyənlərin isə getməsi təklif edilmişdir. O, əyani təhsil aldığı üçün geri qayıtmışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmişdir) N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4. Sübut etmə vəzifəsi (-) N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Belə ki, işə baxan məhkəmə iddiaçının müharibə dövründə 2N mart N992-ci il tarixindən N avqust N992-ci il tarixədək olan dövr ərzində hərbi xidmətdə olduğunu və onun Azərbaycan Respublikası Prezidentinin N7 aprel N992-ci il tarixli, 686 nömrəli Fərmanın tələblərinə müvafiq olaraq N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N05 nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən kollegiya qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4792 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmri ilə sıravi İddiaçı qranatatan köməkçisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 4 nömrəli əmrilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu qranatatan köməkçisi sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N05 nömrəli əmri ilə bölük və batalyon komandirlərinin göstərişinə əsasən bölmə komandiri İddiaçı hissə əsgərliyindən azad edilmişdir. Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-7077 nömrəli məktubunda isə N nömrəli hərbi hissə komandirinin may-avqust N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitabında İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Həmçinin, iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin N8-ci bəndindən görünür ki, o, N987-N989-cu illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Qarabağda döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə nazirinin N may N992-ci il tarixli, 0N58 nömrəli əmrinə əsasən 836, N və N nömrəli hərbi hissə (Ağdam rayonunun Bağırov adına əlahiddə ərazi özünü müdafiə batalyonu) buraxılması, ləğv olunmuş hissələrdən köhnə şərti adlara hazırlanmış və tərtib edilmiş xidməti sənədlərin çıxarılmaması və ələ verilməməsi, bütün qeyri-məxfi sənədlərdə və xidməti məktublaşmalarda köhnə şərti adların çəkilməsinin qadağan edilməsi, hərbi qulluqçuların, fəhlələrin və qulluqçuların şəxsi sənədlərində qulluq etmələri (işdə olmaları) haqqında yazıların yeni şərti adlarla edilməsi və vəzifəli şəxslərin imzaları və yeni adlarla hazırlanması, möhürlərlə təsdiq olunması, köhnə adlarla hazırlanmış möhürlər və ştampların N992-ci il mayın 6-dək məhv edilmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargahının məxfi hissəsinə təhvil verilməsi, ......................., ləğv edilmiş hərbi hissələrin komandirlərinin ayaqlarında olan texnikanı, silahları və əmlakı N992-ci il mayın 6-dək naryad üzrə N nömrəli hərbi hissənin komandirinə təhvil verilməsi, N nömrəli hərbi hissə komandirinin buraxılmış hissələrin şəxsi heyətlərindən seçdiyi hərbi qulluqçuları öz hissəsinin təsdiq olunmuş ştata uyğun olaraq tutulmamış vəzifələrə təyin edilməsi, N nömrəli hərbi hissə komandirinin bütün işlərinin N992-ci ilin mayın N-dək başa çatdırılması qərara alınmışdır. Məhkəmə kollegiyanın sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli, N05 nömrəli əmrindən görünür ki, həmin əmrin 3-cü bəndinə əsasən İİ bölük, İİ tağım və İİİ bölmə komandiri İddiaçı hissə əsgərliyindən azad edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı müddətli həqiqi hərbi xidmətini N987-N989-cu illərdə başa vurmuş, xx.xx.N992-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etmiş, N may N992-ci il tarixdən həmin hərbi hissə ləğv edilərək N nömrəli hərbi hissənin tərkibinə daxil edilmiş və iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməyi barədə məlumat olsa da, hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada tərxis olunması haqqında məlumat yoxdur. Belə ki, hazırda iddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli, N05 nömrəli əmri ilə xidmətdən tərxis olunduğunu iddia edir. İşə baxan məhkəmə iddiaçının sözügedən əmrlə tərxis olunduğunu qəbul edərək Azərbaycan Respublikası Prezidentinin N7 aprel N992-ci il tarixli, 686 nömrəli Fərmanının ona şamil edildiyini qeyd etmişdir. Bununla bağlı kollegiya hərbi qulluqçularla bağlı müvafi qanunvericilik aktlarında diqqət yetirməyi zəruri hesab edir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; - 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir; - N2.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: N2.2.N. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının N8 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; N2.2.2. zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər; - 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır; - 40.N-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar; - 43.N-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi hərbi xidmət müddətli həqiqi hərbi xidmət də daxil olmaqla, həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Hansı ki, həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular ehtiyata keçirilirlər və onlar yenidən hərbi xidmət keçdikdə belə xidmət ehtiyatda xidmət sayılır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin N7 aprel N992-ci il tarixli, 686 nömrəli Fərmanının 2-ci bəndindən müəyyən edilir ki, həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdıran əsgərlər, matroslar, serjantlar, starşinalar, habelə Azərbaycan Respublikasının vətəndaşı olan, bir il yarım və daha çox xidmət edib başqa respublikalardan Azərbaycan Respublikasına qayıtmış müddətli xidmət hərbi qulluqçuları N992-ci ilin aprel— iyun aylarında ehtiyata buraxılsınlar. Yəni sözügedən fərmanla yalnız həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdıran hərbi qulluqçular ehtiyata buraxılmışdır. İddiaçı isə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi N992-ci ilin martavqust aylarında həqiqi hərbi xidmətdə deyil, ehtiyatda xidmətdə olmuşdur. Bundan əlavə, iddiaçı məhkəmə iclasında izahatında sədrlik edən hakimin sualına cavab olaraq izahatında bildirmişdir ki, o, N992-ci ildə könüllü özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, həmin ilin avqust ayının ortalarında onlara könüllü özünümüdafiə batalyonlarının ləğv edilməsi ilə bağlı məlumat verilmiş, habelə əməliyyatlarda iştirakını davam etdirmək istəyənlərin qalması, istəməyənlərin isə getməsi təklif edilmişdir. O, əyani təhsil aldığından hərbi xidmətdən geri qayıtmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı 29 sentyabr N996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Belə olduğu təqdirdə iddiaçının məlum fərmandan əvvəl, yəni N992-ci il tarixində hərbi xidmətini qanuni əsaslarla başa vurması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, həmin dövrdə aktiv döyüş əməliyyatları aparılırdı və bu səbəbdən də hərbi xidmətdən ehtiyata buraxılma dayandırılmışdır. N0 may N994-cü ildə atəşkəs əldə olunmuş, bundan bir müddət sonra, yəni N996-cı ildən hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılmışdır. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işə işin yuxarıda sadalanan xüsusatlarını araşdırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2, 58.7, 87.6, 89-cu və 90.N-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-N(NN8)-369/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar