Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-37/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızının iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu, Gəndab kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(118)-640/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu Gəndab kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon X3 Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı1 Şabran rayonu, Gəndab kəndində fərdi mənzil tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmış, ayrılmış sahədə layihə əsasında ona fərdi mənzil tikintisinə icazə verilmiş və o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Respublikada Torpaq islahatı aparılan zaman həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair onlara JN-088A, kod 30404018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsi səhvən 0.06 hektar olaraq göstərilmişdir. Belə ki, torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununa əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Ona görə də onlar faktiki istifadələrində olan torpaq sahəsinə dair öz adlarına sənəd almaq istəyirlər. Bununla əlaqədar Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.11.2020-ci il tarixli ərizə ilə müraciət edilmiş, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 02.12.2020-ci il tarixli məktubla heç bir əsas göstərilmədən ərizənin icrasından imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(118)-640/2021 saylı qərarı ilə İddianın təmin edilməsi, Şabran (keçmiş Dəvəçi) rayon X3 Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı qərarı ilə ayrılmış Şabran rayonu Gəndab kəndində yerləşən 0.12 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçamz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim VəfaƏzizova). Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən ...şəhadətnamələr...” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İddiaçılara məxsus Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN-088 A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəlişin həyata keçirilməsini və ya torpaq sahəsinin 0.12 ha ölçüdə bərpa edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən mülkiyyət hüquqlarına xitam məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə tərəfindən JN-088 A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də əks olunan 0.06 ha ölçüdən əlavə olaraq mülkiyyət hüququ müəyyən edilmiş, 0.06 ha olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb - düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə iştirak etmiş iddiaçıların izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, Şabran (keçmiş Dəvəçi) rayon X3 Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı1 Şabran rayonu, Gəndab kəndində fərdi mənzil tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmış, ayrılmış sahədə layihə əsasında ona fərdi mənzil tikintisinə icazə verilmiş və o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Respublikada Torpaq islahatı aparılan zaman həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair onlara JN-088A, kod 30404018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsi səhvən 0.06 hektar olaraq göstərilmişdir. Belə ki, torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununa əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Ona görə də onlar faktiki istifadələrində olan torpaq sahəsinə dair öz adlarına sənəd almaq istəyirlər. Bununla əlaqədar Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.11.2020-ci il tarixli ərizə ilə müraciət edilmiş, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 02.12.2020-ci il tarixli məktubla heç bir əsas göstərilmədən ərizənin icrasından imtina edilmişdir. Cavabdeh iddia tələbinə etiraz ərizəsində bildirmişdir ki, vətəndaş İddiaçı2 müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 13.05.2004-cü il tarixli, 08 saylı qərarı əsasında Şabran rayonu Gəndob kəndində yerləşən 0.06 ha torpaq sahəsinə ləğv edilmiş DT və XK-nin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN-088 A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Dəvəçi rayonu (indiki Şabran) XDS-nin RHnın 30.05.1993-cü il tarixli 05 saylı protokolundan çıxarış əlavə olunmuşdur. İddiaçılara məxsus Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN-088 A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə’’də düzəlişin həyata keçirilməsini və ya torpaq sahəsinin 0.12 ha ölçüdə bərpa edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” 13 may 2004-cü il tarixli JN-088A, KOD 30404018 saylı şəhadətnaməyə əsasən müəyyən olunur ki, Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli 08 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi X1, İddiaçı3 Mövlud qızının və İddiaçı2 Murad oğlunun mülkiyyətinə verilmişdir. Həmçinin iş materiallarında olan Şabran Rayon Məhkəməsinin 08.10.2020-ci il, 2 (031)-713/2020 saylı qətnamə əsasən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-088A KOD 30404018 saylı şəhadətnamənin X2, İddiaçı3 Mövlud qızına, İddiaçı2 Murad oğluna məxsus olması faktı müəyyən edilmişdir. Bundan əlavə iş materiallarında olan Şabran (keçmiş Dəvəçi) rayon X3 Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı1 Şabran rayonu, Gəndab kəndində fərdi mənzil tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar İddiaçı2 Dəvəçi rayonu (indiki Şabran) XDS-nin RH-nın 30.05.1993-cü il tarixli 05 nömrəli qərarına əsasən Gəndob kəndi ərazisndə 0.12 ha torpaq sahəsinin ayrıldığını, JN-088 A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-də isə torpaq sahəsi 0,06 ölçüdə öz əksini tapdığından, ona yeni 0,12 ha ölçüdə şəhadətnamənin verilməsinə köməklik etmək məqsədi ilə 24.11,2020-ci tarixdə ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmçinin iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar faktiki olaraq 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli 08 saylı qərarının hüquqi qüvvəsinin olmadığını mübahisələndirirlər. Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçılar onlara məxsus Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə aid JN-088 A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-də düzəlişin həyata keçirilməsini tələb etmək kimi subyektiv hüquqlarını yuxarıda qeyd olunan müddətlərin keşməsi ilə bağlı itirlmişlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli 08 saylı qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qanuni qüvvəyə minməsindən əvvəl qüvvadə olmuş Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olduğu gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə də mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddaçılar hazırki iş üzrə faktiki mübahisələnirdikləri Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli 08 saylı qərarı ilə əlaqədar məhkəməyə müraciət edilməsi üzrə 1 aylıq müddəti ötürmüşlər. Məhz həmçinin bu baxımdan iddiaçıların hazırki iş üzrə iddia tələbi mümkünsüz sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(118)- 640/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(118)-640/2021 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızının iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-37/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-37/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver