Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-37/2023 20.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi ilə, İddiaçı2 qanuni nümayəndəsi (qəyyumu) İddiaçı1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-291/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 300 saylı 13 avqust 1994-cü il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” qərarından görünür ki, Quba şəhərinin baş inkişaf planına uyğun olaraq fərdi mənzil və digər sosial mədəni obyektlərin tikintisi üçün Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutunun Quba yardımçı təcrübə təsərrüfatının ərazisindən daimi istifadə üçün 121.0 hektar, o cümlədən 22.0 hektar əkin, 90.0 hektar az məhsuldar meyvə bağı, 2.0 hektar biçənək və 7.0 hektar sair torpaq sahəsi ayrılması barədə Quba rayon X5 və Quba rayon İcra Hakimiyyəti başçısının torpaq istifadəçisi, Dövlət Tikinti və Arxitektura Komitəsi və Dövlət Torpaq Komitəsi ilə razılaşdırılmış təkliflərinin qəbul edilməsi qərara alınmışdır.
2. XXİ çağırış Quba rayon X5 6 iyul 1993-cü il tarixli qərarından görünür ki, Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsüünün hər bir təsərrüfat üzrə 0,05 ha müəyyən edilməsi, həmçinin rayon XDS-nin Rəyasət heyətinə deputaların tənqidi qeydləri ilə əlaqədar Alekseyevka, Rustov, Amsar, İ Nügədi, Zərdabi, Zelenovka və digər inzibati ərazi vahidlərində ictimai torpaqların dağıdılması faktlarının, vətəndaşlara verilən həyətyanı torpaqların qanuniliyinin yoxlanılması üçün komissiya təşkil edilməsinin və yoxlamanın nəticələrindən asılı olaraq tədbirlərin həyata keçirilməsinin tapşırılması qərara alınmışdır.
3. Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 saylı sərəncamından görünür ki, İddiaçı2 Quba rayonu Dəvədabanı ərazisində 500 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır.
4. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 48 saylı Sərəncamından çıxarışdan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı2 üzərində qardaşı İddiaçı1 qəyyum təyin edilmişdir.
5. Quba rayonu İcra Hakimiyyəti başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin rəyində qeyd olunmuşdur ki, fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulmuş 0.05 ha həyətyanı torpaq sahəsi Quba şəhər bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir və həmin ərazidə Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədəmüvafiqdir.
6. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixli ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba şəhərində qerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
7. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan 0,05 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 saylı sərəncamı əsasında ayrılmışdır. Məlumat üçün bildirilmişdir ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, “Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 48 saylı sərəncamı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-658/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, hazırda ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü Qarabağ Müharibəsi iştirakçısı İddiaçı2 Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsi F.Kazımovun 25 aprel 1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi mənzil tikdirmək üçün 500 kvm torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə, mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Daha sonra İddiaçı1 iddia tələbini dəqiqləşdirərək Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 500 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixi 48 saylı sərəncamı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-658/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, hazırda ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü Qarabağ Müharibəsi iştirakçısı İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2021 ci il tarixli ərizə ilə müraciət etmişdirlər. DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən ünvanlanmış xx.xx.2021-ci il tarixli **********86 nömrəli cavab məktubunda göstərilir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan 0.05 ha torpaq sahəsi Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin Qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti olmadığından ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Aşağıda şərh olunanlara əsasən qeyd olunan imtina əsassız hesab edilməklə cavabdehin üzərinə Quba şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması və mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmalıdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsi F.Kazımovun 25 aprel 1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi mənzil tikdirmək üçün torpaq sahəsi verilməsi barədə RİHB-nin şəhər üzrə nümayəndəliyinin Torpaq Bölgüsü Komissiyasının xx.xx.1995-ci il tarixli 10 nömrəli protokolu nəzərə alınmaqla həmin vaxt ünvan 2 ünvanında yaşayan İddiaçı2 fərdi yaşayış evi tikmək üçün şəhərin “Dəvədabanı” ərazisindən 500 kvm torpaq sahəsi ayrılmışdır. Sərəncam icra olunaraq torpaq sahəsi naturada ayrılaraq istifadəyə verilmişdir. Ayrılmış torpaq sahəsi hasara alınaraq tikintiyə başlanılması üçün hazırlanmış, lakin Qarabağ müharibəsi iştirakçısı olan İddiaçı2 səhhətində-psixikasında problemlər yarandığına görə işləri yarımçıq qalmışdır. Hazırda mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədikdə yuxarıda göstərilən qaydada cavab verilmişdir. Halbuki, torpaq sahəsi qanuni əsaslarla alınmışdır.
Cavabdehin etirazının dəlilləri
11. Cavabdeh etirazında imtina məktubunun məzmununa istinad edərək etirazını onunla əsaslandırmışdır ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Məlumat üçün isə bildirilmişdir ki, qanunvericilikdə rayon İHB-nın İnzibati Ərazi Vahidliyi üzrə nümayəndələrinin əmri ilkin torpaqayırma sənədi kimi qəbul edilməsi nəzərdə tutulmur. Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatlar Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Etirazda həmçinin göstərilmişdir ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinə etiraz edilir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
12. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-291/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba rayon İcra Hakimiyyəti başçısı yuxarda qeyd edilən sərəncamı ilə Quba şəhəri üzrə nümayəndəsinə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətindən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində qəyyumunun hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz.
14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(105)-37/2023 nömrəli qərardadı ilə X6 İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə göstərilir ki, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, kateqoriyası, torpaq sahəsinin faktiki ölçüləri müəyyən edilməmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
18. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qəyyumu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” : Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
23. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 500 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.
28. Cavabdeh imtinasında qeyd edir ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 saylı sərəncamı ilə İddiaçı2 Quba rayonu Dəvədabanı ərazisindən ayrılmış 500 kv.m torpaq sahəsi qanunamüvafiq qaydada ayrıldığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
30. Belə ki, sərəncamın verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısını əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.
31. İşin hallarından müəyyən olunur ki, İddiaçı2 torpaq sahəsinin ayrılmasına dair Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995ci il tarixli, 25 saylı sərəncamı müstəqil qaydada deyil, Quba rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir.
32. Belə ki, işdən görünür ki, Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli sərəncamı ilə fərdi mənzil tikdirmək üçün torpaq sahəsi verilməsi barədə RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölgüsü komissiyasının 24 aprel 1995-ci il tarixli 10 №li protokolu nəzərə alınaraq Quba şəhəri Miçurin küçəsi, 75 nömrəli evdə yaşayan İddiaçı2 fərdi yaşayış evi tikmək üçün şəhərin Dəvədabanı ərazisindən 500 (beş yüz) kv.metr torpaq sahəsi verilmişdir.
33. Göründüyü kimi sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Quba Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş İddiaçı2 torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Quba Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi İddiaçı2 qanuni əsaslarla ayrılmış sahə olmuşdur.
34. Məhkəmə kollegiyası yuxarıda istinad edilən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 saylı sərəncamı ilə İddiaçı2 Quba rayonu Dəvədabanı ərazisindən ayrılmış 500 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır.
35. Kollegiya qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
36. Apellyasiya şikayətinin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, kateqoriyası, torpaq sahəsinin faktiki ölçülərinin müəyyən edilməməsi ilə bağlı dəlilləri ilə bağlı müvafiq araşdırma aparılmış, soröular verilərək müayinə aktı və digər sənədlər tələb edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışla X1 məxsus olmuş Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsi Quba rayon notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə/01-146 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 (0,025 ha torpaq sahəsinə verilmiş **********24 reyestr nömrəli çıxarış) və X4 adına (0,025 ha torpaq sahəsinə verilmiş **********25 reyestr nömrəli çıxarış) özgəninkiləşdirilmişdir. Qeyd edilmişdir ki, daşınmaz əmlakın texniki pasportunun verilməsi zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi ilə bağıə X8 xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, X6 xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmiş və həmin şəxslərin adlarına AN- 970206 (X8) və AN-970207 (X6) nömrəli torpaq sahəsinin plan və ölçüsü işlənmişdir. Bundan əlavə, cavabdeh 05 aprel 2023-cü il tarixli məktubu ilə arayış təqdim edilmişdir. Arayışda bildirilmişdir ki, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 25 nömrəli sərəncamı ilə İddiaçı2 ayrılmış 500 kv.metr torpaq sahəsində hal-hazırda heç bir tikili mövcud deyil və İddiaçı2 iddia etdiyi torpaq sahəsi üzərində elektron xəritə materiallarına əsasən heç bir vətəndaşa məxsus çıxarış və plan ölçü sənədi mövcud deyildir.
37. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
38. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-291/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.