Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-370/2025 10.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-771/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-15741/2023 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(105)-770/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 nömrəli qərardadı iddiaya mahiyəti üzrə baxılmalı olması əsası ilə ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o Silahlı Qüvvələrin istefasında olan kapitanı olmaqla, xx xxxxxx 1955-ci ildə Kürdəmir rayonunun Qocalı kəndində kolxozçu ailəsində anadan olmuş, ali və ali siyasi təhsillidir. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1985-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetini, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İstefada olan zabit, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Əmək fəaliyyətinə 1973-cü ilin sentyabr ayının 18də Kürdəmir rayon 15 saylı X9 Qovşağında radio montyoru vəzifəsində başlamış və 1974cü ilin may ayının 8-dək işləmiş, 1974-cü ilin may ayından 1976-cı ilin may ayınadək X7 Qrupunda 2-ci Ordunun 16-cı Diviziyasının 66-cı Zenit-Artilleriya Alayında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1976-cı ilin avqust ayının 13-dən 1980-ci ilin noyabr ayının 1dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhər 7 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində yanğın söndürən vəzifəsində xidmət etmiş, 1981-ci ilin fevral ayının 19-dan 1985-ci ilin sentyabr ayının 2- dək Sumqayıt X2 5 nömrəli Xlor və Kaustik Soda istehsalatında fəhlə işləmiş, eyni zamanda ictimai əsaslarla istehsalat komsomol təşkilatının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin sentyabr ayının 4-dən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Sumqayıt Sintez- X6 Etilen-Propilen 300 (EP- 300) zavoduna usta vəzifəsinə işə qəbul olunmaqla ictimai əsaslarla Zərbəçi Komsomol Tikintisinə rəis vəzifəsinə təyin olunmuş, 1986-cı ilin iyul ayının 16-dan Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Kürdəmir Rayon Mədəniyyət şöbəsinin X1 böyük redaktor vəzifəsinə təyin olunmuş, 1987ci ilin iyul ayının 2-dən 1992-ci ilin aprel ayının 30-dək Kürdəmir rayonu Qocalı kəndi X10 İcraiyyə Komitəsinin sədri, 1992-ci ilin aprel ayının 30-dan sentyabr ayın 5-dək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Qocalı kəndi inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə zabit qismində həqiqi hərbi xidmətə çağırılaraq, 1992-ci ilin sentyabr ayının 5-dən 1996-cı ilin noyabr ayının 16-dək Kürdəmir rayon Hərbi Komissarlığında Səfərbərlik və Qeydiyyat şöbə rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1997-ci ilin may ayının 19-dan 1997-ci ilin dekabr ayının 11-dək Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayında səfərbərlik qrupunun rəisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1998-ci ilin fevral ayının 14-dən 2000-ci ilin fevral ayının 10-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili X4 siyasi şöbədə təlimatçı vəzifəsində kapitan hərbi rütbəsində Füzuli- Cəbrayıl istiqamətində ön mövqedə döyüş şəraitində həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2000-ci ilin aprel ayının 7-dən 2001-ci ilin aprel ayının 2-dək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında Azərbaycan Ordusunun qulluqçusu, bölmə rəisinin köməkçisi vəzifəsində mülki işçi kimi işləmiş, 2000-ci ilin fevral ayının 11-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxmışdır. İşlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabçasına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Hazırda ağır xəstəliklərdən ürək çatışmazlığı, ÜİX-yi, stenokardiya, İİ tip, şəkərli diabet İİ tip, orta ağır və digər xəstəliklərdən əziyyət çəkir.“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 3-cü bəndinə əsasən “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Belə ki, axırıncı iş yeri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi olduğu üçün qanuna müvafiq olaraq aidiyyəti üzrə cavabdehə rəsmi qaydada, müvafiq sənədlərini əlavə etməklə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Veteranlar haqqında’’ Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsinə əsasən, əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:-iqtisadiyyatın bütün sahələrində:-istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər;-keçmiş Sovet respublikaların X12 Fərmanları ilə təltif olunanlar;-Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X13 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, lİl dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;-Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı’’ adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin əmək veteranı hesab edilməsi üçün göstərilən qanunvericilik aktının tələblərinə cavab verməlidir. İddiaçı keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülməmiş, keçmiş Sovet respublikaların X12 Fərmanları ilə təltif olunmamış və müvafiq medal və ordenlərlə təltif olunmamış, habelə Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməmiş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmamış və əmək stajı 40 ildən az müddət təşkil etdiyi üçün cavabdeh tərəfindən yuxarıda adıçəkilən qanunvericilik aktlarına uyğun olaraq iddiaçıya əmək veteranı adı və vəsiqəsinin verilməsinə imtina etməkdə düzgün qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 887 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən, xx.xx.1996-cı il tarixədək Kürdəmir rayon Hərbi Komissarlığında, xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixədək Azərbaycan respublikası Mülki Müdafiə Alayında, xx.xx.1998-ci il tarixdən, xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanının 06ş/h nömrəli, xx.xx.2000-ci il tarixli əmri ilə HXKHƏ-nin 156-cı maddəsinin “A” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin xx.xx.2020-ci il tarixli, 299 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsində işləmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-43-93/2-145/1/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş sənədlərə aidiyyəti üzrə “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 03 oktyabr 2023-cü il tarixli iclasında baxılmışdır. Təqdim edilmiş sənədlər əsas vermədiyi üçün (əmək stajı tam deyil) vətəndaş İddiaçı “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-771/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici şəxsə o halda əmək veteranı verilməsini zəruri edir ki, şəxsin dövlət qarşısında xüsusi xidmətləri olmalı, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməli, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmalı, uzun illər ictimai əməklə məşğul olmalıdır. Yəni göstərilənlərdən ən azı birinin olması şəxsə müvafiq statusun verilməsi üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də cavabdehin imtinası qanuni hesab edilir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında iddianın rədd edilməsinə səbəb kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinad olunmaqla qeyd edilir ki, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Məhkəmə o halda əmək veteranı verilməsini zəruri edir ki, şəxsin dövlət qarşısında xüsusi xidmətləri olmalı, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməli, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmalı, uzun illər ictimai əməklə məşğul olmalıdı. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxs olsun. Yəni göstərilənlərdən ən azı birinin olması şəxsə müvafiq statusun verilməsi üçün əsasdır. İş materiallarından isə görünür ki, iddiaçı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də cavabdehin imtinası qanuni hesab edilir. Qeyd edilən qanunun 5-ci maddəsini ona dair münasibətdə düzgün izah edə bilməmiş və bu səbəbdən səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan sənədlərlə müəyyən edilir ki, ümumi əmək stajı 28 ildən artıq təşkil etməklə, o, 2000-ci ildə Daxili İşlər Nazirliyindən yaşa görə pensiyaya çıxmış, 2000-ci ilə qədər olan Nazirlər Kabinetinin 1995-ci il tarixli, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsində əmək veteranı adı almaq üçün ümumi iş stajı 25 il təşkil etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və eləcədə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən əmək stajı ən azı 25 il müəyyən edilmişdir. İşlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabçasına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Məhkəmə həmin sənədlərə və xüsusən də əmək kitabçasına qiymət verməmişdir. Bu da nəticə etibarı ilə məhkəmə tərəfindən əsassız və qanunsuz qərar qəbul edilməsinə səbəb olmuşdur. Qeyd edilir ki, bu iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 saylı qərardadına əsasən (X11 sədrliyi ilə) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi mümkün sayılmamışdı. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (Hakim İsmayıl Quliyevin sədrliyi ilə) qəbul edilmiş 2-1(105)-770/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 saylı qərardadı əsassız hesab edilməklə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında iş materialında olan iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə hüquqi qiymət verilməklə iddianın inzibati qaydada baxılmasının əsaslı və mümkün olması qanuni hesab edilmişdir. Hazırkı işə baxmış Sumqayıt inzibati məhkəməsinin qərarında Apellyasiya Məhkəməsinin qərardadında göstərilən hallara ümumiyyətlə əhəmiyyət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Əmək veteranları Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların X12 Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X13 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, İİİ dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Bu Əsasnamədə nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən icra orqanlarının vəsaiti hesabına ödənilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona əmək veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 18 sentyabr 1973-cü ildə başlamış, 30 aprel 1992-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 887 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən, xx.xx.1996-cı il tarixədək Kürdəmir rayon Hərbi Komissarlığında, xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Mülki Müdafiə Alayında, xx.xx.1998-ci il tarixdən, xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanının 06ş/h nömrəli, xx.xx.2000-ci il tarixli əmri ilə HXKHƏ-nin 156-cı maddəsinin “A” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin xx.xx.2020-ci il tarixli, 299 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə əmək veteranı adı verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş aşağıda qeyd edilən əsaslar olmalıdır. “Veteranlar haqqında’’ Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsinə əsasən, əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların X12 Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X13 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, lİl dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). Göründüyü kimi şəxsə əmək veteranı adı və vəsiqəsinin verilməsi üçün tələblər və verilmə əsasları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsində konkret olaraq təsbit olunmuşdur. Hazırki iş üzrə isə iddiaçıya əmək veteranı adı və vəsiqəsi verilməsi əsasları sayıla biləcək hallar, yəni keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülməsi, keçmiş Sovet respublikaların X12 Fərmanları ilə təltif olunması, qanunvericilikdə sadalanan orden və medallarla, yəni Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X13 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, lİl dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunması, Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunması, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanması, 40 ildən artıq əmək stajı olmaqla uzun illər ictimai əməklə məşğul olması müəyyən edilmir. Bu isə inzibati orqanın imtinasının qanunvericiliyə uyğun olduğunu və eyni zamanda birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğunu göstərir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmir. İddiaçı şikayətində qeyd edir ki, işlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabçasına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Məhkəmə həmin sənədlərə və xüsusən də əmək kitabçasına qiymət verməmişdir. Bu da nəticə etibarı ilə məhkəmə tərəfindən əsassız və qanunsuz qərar qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş yerindən təşəkkürnamə və fəxri fərmanlar verilməsi şəxsə əmək veteranı adı verilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, şəxsə əmək veteranı verilməsi əsasları yuxarıda qeyd olunduğu kimi qanunvericilikdə konkret olaraq müəyyən edilmişdir. İddiaçının qeyd etdiyi əsaslar isə qanunvericilikdə əmək veteranı verilməsi əsasları arasında sadalanmamışdır. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-771/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.