Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-371/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş quyuların cavabdehin hesabına çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(118)-118/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5387 ha torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş quyuların cavabdehin hesabına çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, mülkiyyət hüququnun bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,5387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi vərəsəlik qaydasında iddiaçıya keçmişdir. Cavabdehə müraciət etdikdə həmin torpaq sahəsi üzərində nə vərəsəsi olduğu ərinin, nə də ailə üzvü kimi onun razılığı və icazəsi olmadan cavabdeh tərəfindən quyular qazılaraq “Masazır” kabel xətlərinin transpozisiyaları quyuları kimi istifadə edildiyi müəyyən edilmişdir. Həmin qurğuların oradan çıxarılması, əks halda torpaq sahəsinin bazar dəyərini ödəməklə dövlət ehtiyacları üçün alınması ilə bağlı müraciət etsə də, müsbət cavab alınmamışdır. Müraciətlərinə cavab olaraq torpaq sahəsinə dair çıxarışın həmin quyuların yerləşdirilməsindən sonra əldə edildiyi qeyd edilsə də, hesab edir ki, bu mülkiyyət hüququna müdaxilə üçün əsas ola bilməz. İkincisi isə həmin torpaq sahəsi üzərində vərəsəlik qaydasında mülkiyyət hüququ əldə edilmişdir. Həmin quyuların orada yerləşməsi mülkiyyət hüququna müdaxilə təşkil edir. Nə torpaq sahəsini təyinatı üzrə sahiblik və istifadə etməyə, nə də ki torpaq sahəsinin özgəninkiləşdirilməsindən ötrü sərəncam vermək hüququnun realizə edilməsinə imkan verir. Cavabdeh tərəfindən verilən cavab da mülkiyyət hüququnun bərpası üçün məhkəməyə müraciət etməyini qaçılmaz etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(118)-118/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması əsası kimi hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı, tərəflər arasındakı mübahisənin də Cavabdeh ASC-nin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı olmaması, həmçinin, elektrik xəttinin cavabdeh tərəfindən çəkilməməsi, hazırda isə ayrıca hüquqi şəxs olan "xxxx" MMC-nin balansına istismara verilməsini qeyd etmişdir. Hesab edir ki, cavabdehin inzibati orqan sayılmaması və mübahisənin publik hüquq sahəsindəki fəaliyyət ilə bağlı olmaması barədə gəlinən qənaət əsassızdır. Qeyd edir ki, Cavabdeh ASC ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli - 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi üzərində layihə üzrə “Masazır” kabel xətlərinin transpozisiyaları quyuları qazılmışdır. Bu isə Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında qeyd edilən mövqeyi baxımından cavabdehin realizə etdiyi inzibati funksiyalar baxımından onun inzibati orqan kimi qəbul edilməsini və həmin hərəkətin elektrik enerjisi verilməsinin təmin edilməsindən ötrü torpaq sahəsində “Masazır” kabel xətlərinin transpozisiyaları quyularının qazılmasının publik hüquq sahəsindəki fəaliyyət kimi dəyərləndirilməli olmasını qaçılmaz edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iddia tələbi iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş kabel xətlərinin transpozisiya quyularının cavabdehin hesabına çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə cavabdehin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Dövlət ehtiyacları üçün torpaq sahələrinin geri alınması halı yoxdursa, mülki məhkəmə icraatı qaydasında olan tələblərin uğurluluq ehtimalı daha yüksək görünür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Kollegiya qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd edilir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 14-cü bəndinə görə tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın məzmunundan göründüyü kimi təbii inhisar subyektlərinin yalnız publik hüquq sahəsindəki fəaliyyətlərindən irəli gələn mübahisələrin inzibati icraat qaydasında baxılması mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı” ndan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “elektrik enerjisinin ötürülməsi xidməti” fəaliyyət növü üzrə təbii inhisar subyektidir. Lakin hazırkı mübahisə cavabdehin təbii inhisar subyekti kimi ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi nəticəsində yaranmamışdır. Belə ki, iddiaçının hazırkı tələbi mülki hüquq və vəzifələrin həyata keçirilməsinin təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə yox, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İPM-in 8.2-ci maddəsinə əsasən, .......mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Plenum Qərarının 15.1-15.3-cü bəndləri). İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(118)-118/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-371/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-371/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver