Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-373/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlikedən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, AR Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 X10 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 X10 2 saylı regional ərazi filialına qarşı “xx xxxx 2017–ci il tarixli 37/314 saylı məktubun etibarsız sayılması, Qusar rayon məhkəməsinin xx xxxx 2015–ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013–cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(118)- 293/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə qarşı “xx xxxx 2017–ci il tarixli 37/314 saylı məktubun etibarsız sayılması, Qusar rayon məhkəməsinin xx xxxx 2015–ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013–cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015–ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF Qusar rayon şöbəsinə müvafiq sənədləri təqdim etmiş və ona pensiya təyin olunmuşdur. xx xxxx 2017–ci il tarixdə 37/314 saylı məktubla ona bildirilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmış iş stajı öz təsdiqini tapmadığı üçün, əmək pensiyanın ödənişi dayandırılmış və əmək (sığorta) stajları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan sonra pensiya hüququna yenidən baxılacaqdır. 2015-ci ildə Qusar rayon məhkəməsinə ərizə ilə müraciət edərək xx xxxx 1967-ci il tarixdən xx xxxxx 1971–ci il tarixədək Qusar rayon kinoteatr və kinoqurğular birliyində kinomexanik, xx xxxx 1987-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək sabiq “Revolyusiya” sovxozunda, 1994–cü ilin yanvar-aprel aylarında və 1995-ci ilin iyul-avqust aylarında “Telman” sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Qusar rayon məhkəməsi xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə ərizəni təmin etmiş, yuxarıda göstərilən əmək fəaliyyətini sosial sığorta stajı kimi hesablamışdır. Kinobirliyindən işdən azad olunduqdan sonra, yəni xx xxx 1971-ci il tarixdən ( əmr N9 23 ) xx xxx 1973-cü il tarixədək (əmr N2 52) Bakı Dövlət Sirkində sürücü vəzifəsində işləmiş, bu xüsusat xx xxxxxxx 2013–cü il tarixli 19 saylı arayışla təsdiq olunur. xx xxxx 1984-cü il tarixli 93 saylı əmrə əsasən, SMU-11-ə suvaqçı işinə qəbul olunmuş, həmin təşkilatda xx xxxx 1984–cü il tarixdə əmək kitabçası tərtib edilmiş, suvaqçı işindən xx xxxxxxx 1987-ci il tarixdə azad olunmuşdur. xx xxxx 1987–ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək sovxozda və xx xxxxxx 1988-ci il tarixdən xx xxx 1992-ci il tarixədək əmək fəaliyyəti əmək kitabçasında əks olunmuşdur. Yuxarıda şərh olunan sənədlərlə təsdiqlənmiş iş stajı aşağıda göstərilən kimi hesablanmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 5 il 5 ay 08 gün, əmək kitabçasına əsasən, 6 il 8 ay 06 gün və xx xxxxxxx 2013–cü il tarixli 19 saylı arayışa əsasən, 2 il 03 gün cəmi 14 il 01 ay 17 gün hesablanmalıdır. DSMF Qusar rayon şöbəsinin xx xxxx 2017–ci il tarixli 37/314 saylı imtinasını qanunsuz və əsassız sayır, şərh olunan imtinanın etibarsız sayılmasına, Qusar rayon məhkəməsinin xx xxxx 2015–ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün cəmi 14 il 01 ay 17 gün iş dövrünü sosial sığorta stajma daxil edilməsi vəzifəsinin Dövlət X9 Qusar rayon şöbəsinin üzərinə qoyulmasını zəruri sayır. DSMF Qusar rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx xxxxxx 2015–ci il tarixdə müraciət etməsi DSMF Qusar rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli **********6 saylı arayışı ilə təsdiqlənir. Şərh olunan arayışla 5 il 05 ay 08 gün iş stajı təsdiqlənmişdir. Həmin arayışla sübuta yetirilir ki, cavabdeh təşkilatla hüquq münasibətləri 2015-ci ilin fevral ayına qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(118)-293/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək kitabçasından çıxarışda, Bakı Dövlət Sirki tərəfindən verilmiş arayışda, Qusar rayon məhkəməsinin 2(029)-532/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş işlədiyi dövrləri və İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilərək xx.xx.2016-cı il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmuş, iddia qalan hissədə rədd olunmuşdur (hakim C.Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 X10 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanılmış olduqları pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. İddiaçının iddia ərizəsində xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1987- ci il tarixədək SMU-11-də suvaqçı, xx xxxx 1987- ci il tarixdən -xx xxxxxx 1988-ci il tarixədək sovxozda və xx xxxxxx 1988- ci il tarixdən -xx xxx 1992- ci il tarixədək əmək fəaliyyətinin əmək kitabçasında əks olunduğu göstərilmişdir. Lakin İddiaçı əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizə ilə müraciəti zamanı əmək kitabçasının surəti təqdim edilmədiyi və bu barədə məlumat olmadığı halda Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020- ci il tarixli 2-1(118)-293/2020 saylı qərarı ilə əmək kitabçasından çıxarışda göstərilmiş dövrün sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4 maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.3.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanılan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq müddəti sığorta stajına qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı şəhər ( rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon ) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Sumqayıt İnzibati Məhkəməsindən iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərdə və Bakı Dövlət Sirki tərəfindən verilmiş arayışda göstərilən dövrlərdə işləyibişləməsinə dair sorğunun göndərilməsi və həmin sorğu cavabına əsasən iş üzrə bu hala qanuni qiymət verilməsi xahiş edilmişdir. X7 Məhkəməsi aidiyyatı organlara sorğu vermədən və həmin dövrdə iddiaçının əmək haqları alıb -almamasını araşdırmadan iddianı təmin etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(118)- 293/2020 saylı qərarını əsassız və qanunsuz sayırlar, qərar çıxarılarkən məhkəmə iş üzrə bu hala müvafiq qiymət verməmiş, iddiaçının həmin müddətdə işləyib işləməməsini, əmək haqqı alıb-almamasını araşdırmamış, həmin dövrlərdə işləyən vətəndaşları şahid qismində dindirməmişdir. Apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, DSMF Qusar rayon şöbəsi tərəfindən vətəndaş İddiaçı verilən imtina məktubunda qeyd olunmuşdur ki, onun işlədiyi müvafiq illər (xx xxxx 1967-ci ildən xx xxxxx 1971-ci ilə kimi Qusar rayon “Kinoteatr və Kinoqurğular Birliyində" kinomexanik, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi “Revalyusiya” sovxozunda, 1994-cü ilin yanvar, aprel, 1995-ci ilin iyul, avqust aylarında “Telman” sovxozunda işlədiyi illər) əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin iş stajına daxil edilməsi mümkün olmamışdır. Göründüyü kimi, “İİ qrup sağlamlıq imkanları məhdud övladı, Məmmədova Aynisəyə qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi” məsələsi DSMF Qusar rayon şöbəsi tərəfindən verilən məktubda qeyd olunmamışdır. Buradan da aydın olur ki, yuxarıda qeyd olunan məsələ müvafiq şöbə tərəfindən mübahisələndirilmədiyi və vətəndaşın iddia tələbində əks olunmadığı halda, məhkəmə iddia tələbindən əsassız olaraq kənara çıxmışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddia tələbində qeyd olunmadığı halda İİ qrup sağlamlıq imkanları məhdud övladı, Məmmədova Aynisəyə qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı qərarını qət etməkdə səlahiyyətli deyildir. Vətəndaşın əmək kitabçasında 1984-1992-ci illər ərzində müxtəlif müəssisələrdə və vəzifələrdə işlədiyi qeyd olunsa da, əmək kitabçasında müəssisələrdən yalnız birinin möhürü mövcuddur. Digər bir məsələ isə vətəndaşın məhkəməyə təqdim etdiyi əmək kitabçasından çıxarışın oxunaqlı vəziyyətdə olmamasıdır. Belə ki, məhkəməyə təqdim olunan çıxarışda vətəndaşın hansı müəssisələrdə və hansı vəzifələrdə işləməsi faktı aydın şəkildə öz əksini tapmamışdır. Buna baxmayaraq məhkəmə tərəfindən vətəndaşın əmək kitabçasından çıxarışda qeyd olunan müəssisələr barədə hər hansı bir araşdırma həyata keçirilməmişdir. Eyni zamanda vətəndaş tərəfindən məhkəməyə təqdim olunan əmək kitabçasından çıxarış lazımi qaydada təsdiq olunmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(118)-293/2020 saylı qərarının ləğv edilməsi nəticəsinə gəlir. İşdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək “xx xxxx 2017–ci il tarixli 37/314 saylı məktubun etibarsız sayılması, Qusar rayon Məhkəməsinin xx xxxx 2015–ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013–cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddianın predmetini aşağıdakılar təşkil etmişdir. 1.xx xxxx 2017–ci il tarixli 37/314 saylı məktubun etibarsız sayılması,
2. məhkəmə qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrün
3. əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrün
4. xx.xx.2013–cü il tarixli arayışa əsasən 2 il 03 gün dövrün sosial sığorta stajına daxil edilməsi
5. 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması. İddia ərizəsində İİ qrup sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı tələb olmasa da, məhkəmə iddia tələbindən kənara çıxaraq həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi istiqamətində araşdırma aparmışdır. Digər tərəfdən iddiaçı iddia tələbindəQusar rayon Məhkəməsinin xx xxxx 2015–ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli (səh 14) məktubundan, məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, əmək pensiyasının təyin edilməsi ilə əlaqədar iddiaçının müraciətinə pensiya təyinatı komissiyasında baxılmış və onun işlədiyi xx.xx.1967-ci il tarixdən xx xxxxx 1971- ci il tarixədək kinomexanik, xx.xx.1987- ci il tarixdən xx.xx.1988- ci il tarixədək “Revalyusiya “ sovxozunda, 1994- cü ilin yanvar aprel aylarında və 1995- ci ilin iyul- avqust aylarında “Telman” adına sovxozda işləməsi Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən 5 il, 4 ay, 16 gün sığorta stajı nəzərə alınmışdır. İddiaçı isə həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilmədiyi halda həmin dövrlərin təkrarən sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. xx xxxx 1987- ci il tarixdən -xx xxxxxx 1988-ci il tarixədək sovxozda işlədiyi dövrün nəzərə alınması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməsi məhkəmə qətnaməsi ilə də təsdiqlənmiş, buna baxmayaraq iddiaçı əmək kitabçasından çıxarışda da əks olunmuş həmin dövrlərin təkrarən 2-ci dəfə nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubunda təyin edilmiş pensiyanın dayandırılmasına səbəb kimi TSEK müayinə aktından çıxarışdaiddiaçının İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq edənin anası Məmmədova Şölənin qeyd olunduğu göstərilmişdir. İddiaçı isə müvafiq iddia ilə məhkəməyə müraciət edərkən cavabdehin imtinası ilə heç bir əlaqəsi olmayan dövrlərin sosial-sığotrta stağına daxil edilməsini xahiş etmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla iddiaçının iddia ərizəsində xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1987- ci il tarixədək suvaqçı, xx xxxx 1987- ci il tarixdən -xx xxxxxx 1988-ci il tarixədək sovxozda və xx xxxxxx 1988- ci il tarixdən -xx xxx 1992- ci il tarixədək əmək fəaliyyətinin əmək kitabçasında əks olunduğu göstərilmiş, cavabdeh inzibati orqanın isə belə bir kitabçadan və xx xxxxxxx 2013 cü il tarixli 19 saylı arayışdan xəbərsiz olduğu bildirilmişdir. Beləliklə, iddiaçı həmin dövrləri iddia ərizəsi ilə mübahisələndirirdisə, həmin dövrlərlə bağlı cavabdeh inzibati orqanın əsaslandırılmış imtinası olmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 13-cü maddəsi məhkəmənin yardım etmək vəzifəsini müəyyən etmişdir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya İPM-nin 13-cü maddəsinin tələbi baxımından yardım etməli, iddia tələbində göstərilmiş hallarla bağlı cavabdeh inzibati orqanın imtinasını aldıqdan sonra məhkəməyə müraciət etməli olduğunu və ya əksinə cavabdeh inzibati orqanın qəbul etməkdən imtina etdiyi İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq etmə dövrünü iddia ərizəsində mübahisələndirməli olduğunu izah etməli idi. Məhkəmə isə qeyd olunanların əksinə, İddiaçı əmək kitabçasından çıxarışda, Bakı Dövlət Sirki tərəfindən verilmiş arayışda, Qusar rayon məhkəməsinin 2(029)-532/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş işlədiyi dövrləri və İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq etdiyi müddəti sosial sığorta stajına daxil edərək xx.xx.2016-cı il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul etmişdir. İş materiallarından görünür ki, iddiaçının İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə araşdırması aparılmışdır. Kollegiya qeyd edir ki, həmin dövrlərlə bağlı da ziddiyyətli məqamlar mövcuddur. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi 22 saylı tibbi sosial ekspert komissiyası (TSEK) 16 yaşadək uşağın tibbi sosial ekspert komissiyasında müayinə aktından çıxarışda valideynin (qəyyumun) soyadı Məmmədova, adı Şölə və atasının adı Novruz olduğu üçün 22 saylı TSEK-da xx xxxxx 2004-cü il tarixli müayinə tarixindən xx xxxxx 2006-cı il növbəti müayinə tarixinədək və xx.xx.2014-cü ildən 18 yaşı tamam olana kimi TSEK arayışında yenə də anası Məmmədova Şölənin adı qeyd edildiyi üçün həmin dövrün iş stajına daxil edilməsi qeyri-mümkün hesab edilmiş və Qanunun 8.2 maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il sığorta stajı olmadığına görə İddiaçı verilən pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi, iddiaçıya təyin olunmuş pensiya TSEK müayinə aktından çıxarışda ana adı qeyd olunduğundan iddiaçıya pensiya ödənişi dayandırılmışdır. Məhkəmə tərəfindən təkrar işə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsinin, bu yönümdə araşdırma aparılmasının iş üçün nə dərəcədə əhəmiyyət kəsb etməsi müəyyənləşdirilməli, cavabdeh inzibati orqanın istinad etdiyi TSEK müayinə aktları tələb edilməli və bununla işin faktiki halları araşdırılmalıdır. Bundan başqa kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi iş materiallarına əlavə edilmiş əmək kitabçasından çıxarış kserosurətdir və mötəbər sübut kimi qəbul oluna bilməz, həmin sənəd oxuna bilən vəziyyətdə deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əmək kitabçası ilə iddiaçının 1984-1992-ci illər ərzində müxtəlif müəssisələrdə və vəzifələrdə işlədiyi qeyd olunsa da, əmək kitabçasında müəssisələrdən yalnız birinin möhürü mövcuddur. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 №-li Qərarının 4.1-ci bəndinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan TSEK müayinə aktlarına isitnad edərək iddiaçıya pensiya verilməsinin dayandırılmasını əsaslandırmış, iddiaçı tərəfindən məhkəməyə təqdim olumuş sənədlərdən xəbərsiz olduğunu və həmin dövrlərə münasibət bildirilməsinin qeyri-mümkün olduğunu bildirmiş, məhkəmə isə bu yönümdə araşdırma aparmamışdır. Göründüyü kimi, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar və çatışmazlıqlar işin araşdırılası hallarıdır. Məhkəmə iddia ərizəsinin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərlə bağlı tərtibi, ümumiyyətlə bu dövrlərin sosial-sığorta stajına daxil edilməsinin mümkünlüyü və yalnız bundan sonra iddiaçının pensiya hüququnun olub-olmaması ilə bağlı araşdırmalar aparmalı olduğu halda bunları etməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-293/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 X10 2 saylı regional ərazi filialı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-293/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev