Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-373/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və XN ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-N(NN8)-270/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Nəriman Nərimanov adına Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ЦВ seriyalı № 842876, 30 iyun N994-cü il tarixli, 209 nömrəli diploma əsasən İddiaçı N988-ci il tarixdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və N994-cü ildə müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N7 iyun N992-ci il tarixli, 2N6 saylı əmrinə əsasən N.Nərimanov adına ATU-nun kişi cinsli İV kurs tələbələrinin təlimlərin təşkili və keçirilməsi üzrə Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrə feldşer və sanitar təlimçilər qismində xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək qoşun təcrübəsini keçməyə göndərilmələri əmr edilmişdir. N.Nərimanov adına ATU-nun hərbi kafedrası tərəfindən verilmiş N9 may N999-cu il tarixli, 46 nömrəli arayışa əsasən iddiaçı Universitetdə təhsil aldığı zaman Azərbaycan Respublikası Müdafiə Nazirinin N7 iyun N992-ci il tarixli, 2N6 saylı əmri ilə tələbələrin təlim toplanışı əvəzinə Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə feldşer vəzifəsində N iyul N992-ci ildən 20 avqust N992-ci il tarixədək qoşun təcrübəsini keçməyə göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4/2-754 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4/2-N636 saylı məktubu ilə müraciətə eyniməzmunlu imtina cavabı verərək bildirmişdir ki, Müdafiə nazirinin xx.xx.N992-ci il tarixli, 2N6 nömrəli əmrində və N nömrəli hərbi hissə (N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalı) komandirinin iyun-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kursunda ali təhsil aldığı müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2N6 saylı xx.xx.N992-ci il tarixli əmri əsasında N iyul N992-ci il tarixdən 20 iyul N992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçdiyinə və Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən yaralanan hərbçiləri, yaralı döyüşçüləri hospitalın həkimləri ilə birlikdə evakuasiya və müalicə etdiyinə görə ona müharibə veteranı statusu və müvafiq vəsiqə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, N988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, N988-N994-cü illər ərzində həmin Universitetin müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. N992-ci ildə Universitetin 4-cü kursunda ali təhsil aldığı müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 2N6 saylı xx.xx.N992-ci il tarixli əmr ilə N iyul N992-ci il tarixdən 20 iyul N992-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən AR MN-nin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (N nömrəli hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçmiş, hospitalın həkimləri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunda döyüş tapşırığını yerinə yetirərkən yaralanan hərbçilərə, döyüşçülərə hospitalın həkimləri ilə birlikdə tibbi yardım göstərmiş, onları evakuasiya və müalicə etmişdir. Qeyd edir ki, Ağdam rayonu Sırxavənd və Abdalgülablı kəndlərində döyüşlər gedərkən elə gün olurdu ki, döyüşlərdə iştirak edən, döyüş tapşırığını yerinə yetirərkən hərbi əməliyyatlar zamanı bir gündə yaralanan N00- 200 nəfər döyüşçülərə tibbi yardım göstərirdilər. Ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin ərizəsinə bu günə qədər rəsmi cavab verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərində iştirak etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissənin iyul N992-ci il tarixdə hərbi xidməti və ehtiyata buraxılması (toplanışa gəlmə və ya getməyi) barədə arxiv sənədlərində məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2N8-ci il tarixli, 422 nömrəli qərarına əsasən “Əsasnamə” nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Daha sonra cavabdeh iddia tələbinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kurs tələbələri N iyul N992-ci il tarixdən 25 avqust N992-ci il tarixinədək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N992-ci il tarixli 2N6 nömrəli əmrinə əsasən MN-nin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında cərrahiyyə şöbəsində qoşun təcrübəsi keçmişdir. İddiaçının ərzəsinə əlavə edilmiş sənədlərdən görünür ki, o N iyul N992-ci il tarixdən 20 iyul N992-ci il tarixədək MN-nin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçdiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır. Belə ki, Əsasnaməyə əsasən Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” sının rəyinə əsasən hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə “Müharibə veteranı” adı verilir. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-N(NN8)-270/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı birtərəfli, qeyri-obyektiv, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmiş, sonuncu məhkəmə iclasında işə onun iştirakı olmadan baxılmışdır. Yeni sübutlar əldə edildikdən sonra sonuncu məhkəmə iclasında məhkəmə tərəfindən dinlənilməmiş, hüquqlarını müdafiə etmək üçün ona şərait yaradılmamışdır. İşə baxan məhkəmə tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmamış, bu kimi pozuntular əsasında onun hüquq və azadlıqlarını pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmişdir) İnzibati Prosessual Məcəllə Maddə N4. Sübut etmə vəzifəsi (-) N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmeti cavabdehin iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N992-ci il tarixli 2N6 nömrəli əmri ümumi xarakter daşıyır. Bundan əlavə iddiaçının istinad etdiyi sənədlər onun döyüşən hərbi hissənin tərkibində iştirak etməsini təsdiq etmir. Onun döyüşən hərbi hissəyə ezam olunması və orada iştirak etməsi arxiv arayışları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Nəriman Nərimanov adına Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ЦВ seriyalı № 842876, 30 iyun N994-cü il tarixli, 209 nömrəli diploma əsasən iddiaçı N988-ci il tarixdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və N994-cü ildə müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N7 iyun N992-ci il tarixli, 2N6 saylı əmri ilə ATU-nun kişi cinsli İV kurs tələbələri təlimlərin təşkili və keçirilməsi üzrə Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrə feldşer və sanitar təlimçilər qismində xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək qoşun təcrübəsini keçməyə göndərilmişlər. ATU-nun hərbi kafedrası tərəfindən verilmiş N9 may N999-cu il tarixli, 46 nömrəli arayışdan görünür ki, iddiaçı Universitetdə təhsil aldığı zaman AR MN-nin N7 iyun N992-ci il tarixli, 2N6 saylı əmri ilə tələbələrin təlim toplanışı əvəzinə Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə feldşer vəzifəsində N iyul N992-ci ildən 20 avqust N992-ci il tarixədək qoşun təcrübəsini keçməyə göndərilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Tibb Universitetinin 4-cü kursunda təhsil aldığı zaman AR MN-nin N7 iyun N992-ci il tarixli, 2N6 saylı əmri ilə xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək döyüş bölgəsinə feldşer vəzifəsində qoşun təcrübəsini keçməyə göndərildiyini, başqa sözlə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək məqsədilə göndərildiyini iddia edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin N-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2-ci maddəsinə əsasən bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. İstinad olunan normalarda qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı üç qrupa ayırmışdır: 1) N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) N994-cü il N2 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular; 3) 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək (...) döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular. Əsasnamənin tələbinə görə birinci və ikinci kateqoriyadan olan hərbi qulluqçulara yalnız döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirildiyi halda, üçüncü kateqoriyadan olan hərbi qulluqçulara münasibətdə isə bütün təminat növləri, yəni döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqların yerinə yetirildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilməsi nəzərdə tutulmuşdur. İddiaçı da məhz N992-ci ildə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün döyüş bölgəsinə göndərildiyindən birinci kateqoriyaya aid şəxslərə aid edilməklə, iddiaçının şəxsində bu kateqoriyadan olan şəxslərə münasibətdə qeyd edilən təminat üzrə tapşırıqların yerinə yeririlməsi müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsas sayılmır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddiaçının döyüşən hərbi hissəyə ezam olunması və orada iştirak etməsinin arxiv arayışları ilə təsdiq olunmadığını qeyd edərək iddianı təmin etməmişdir. Halbuki, iddiaçı döyüş bölgəsinə hərbi qulluqçu kimi ezam olunduğu və döyüş əməliyyatlarında iştirak etdiyini iddia etmir. İddiaçının tələbi məhz tibbi təminatla bağlı döyüş bölgəsinə ezam olunub orada tibbi xidmət göstərməsi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsidir ki, hansı ki işin yuxarıda qeyd olunan faktiki və hüquqi halları ilə iddiaçının tibbi təminatla bağlı ezam olunması müəyyən edilsə də, qeyd edilən faktın hüquqi əsası olmamışdır. Belə ki, həmin dövrdə tibbi təminatla bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətinin dəlillərində yeni sübutlar əldə etdikdən sonra sonuncu məhkəmə iclasında işə onun iştirakı olmadan baxıldığını və məhkəmə tərəfindən dinlənilmədiyini qeyd etmişdir. Şikayətin həmin dəlili ilə bağlı kollegiya bildirir ki, işdən görünür ki, iddiaçı sonuncu, N6 yanvar 2023-cü il məhkəmə iclası barədə N3 dekabr 2022-ci tarixdə məhkəmə bildirişi vasitəsilə məlumatlandırılmış, həmçinin, iddiaçı və onun vəkilinin mobil telefon nömrələrinə SMS bildiriş göndərilmişdir. Bu baxımdan, apellyasiya şikayətinin dəlili əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2, 58, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-N(NN8)-270/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-373/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-373/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver