Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-375/2025 08.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X9, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1554/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 283 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona "Üzvi affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhtləri F06.3” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2083 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və Koqnitiv funksiyaların enməsi ilə F06.3” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 4014 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhtləri F07.0” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba rayon X3" publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1935 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Quba rayon PNRMdə həkim psixiatrik komissiyasında olmuşdur. Ona “Üzvi (müharibədə aldığı travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizod və. psixotik mutizm əlamətləri ilə" F-06.3, F32.2 diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 10475 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunub, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu. Ağır depressiv epizodlar. Anamnezində psixotik mutizm əlamətləri və Koqnitiv funksiyaların enməsi ilə F06.3” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin verdiyi travma haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşdə yaralanmış “partlayış travması (xx.xx.2020), sol bazu, sol said, sol sağrı nahiyə sağ saidin, sol baldrın, sol ayağın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, sol incik sümüyünün diafizinin orta 1/3-nin açıq qəlpəli, yerdəyişməyən sınığına görə aparılmış ətraf gips langeti ilə immobilizasiyasından sonrakı bitişməkdə olan sınığı” xəsarətini almışdır. Müdafə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının təqdim etdiyi 1305 saylı şəhadətnamədən görünür ki, Diaqnoz: “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, Baş beynin silkələndən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi affektiv (deprest), gostkommosiıon sindrom və psixotik mutizm əlamətləri ilə təzahür edən nəticəsi. Mülayim (orta) dərəcədə uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Vegetativ damar, Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltılı nitqin qulağda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), sol bazu, sol saiq, sol sağru, ayaq sağ saidin kor qəlpə yaralanması, sol incik sümüyü diafizinin orta 1/3-nin açıq, yerdəyişmiş sınığına aparılmış yaraların birincili cərrahı işlənməsi, sınıq fraqmentlərinin gips immobilizasiyasından sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi: (metal qəlpələr)." “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Diaqnoz: Çoxsaylı Kariyes". “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır". Tibbi-Sosial Ekspert komissiyasının sonuncuya müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilib. Səbəb: Diaqnoz öz təsdiqini tapmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3259 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (Travma Mənşəli) X8 Daxilolmalarla” F 07.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli ''X5 "Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhtləri F07.0” diaqnozu ilə stasionar müalicədə olmuşdur" diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanasıda "Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri F07.0" diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (ümumilikdə) (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) X8 daxilolmalarla müəyyən edilir. 2-ci sual: İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, № 187 qəran ilə təsdiq edilmiş ''Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (mövcud olduğu halda iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti qeyd edilsin) Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 3-cü sual: İddiaçı aşağıdakı xəstəliklər aşkar olunurmu? - Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri F07.0. -Üzvi affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri ilə F06.3. -Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə F 06.3. Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) X8 daxilolmalarla aşkar olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il təvəllüdlüdür. N saylı hərbi hissənin kiçik çavuşu kimi N günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşdə yaralanmış, «Partlayış travması sol bazu, sol said, sol sağrı nahiyyə sağ saidin, sol baldırın, sol ayağın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri cırıqları, sol incik sümüyünün diafizinin orta 1/3-nin açıq qəlpəli, yerdəyişməyən sınığına görə aparılmış ətraf gips langeti ilə immobilizasiyasından sonrakı bitişməkdə olan sınığı»diaqnozu ilə hospitalizasiya olunmuşdur. Yaralanarkən 3 gün meşədə tək qalmışdır. Dəfələrlə tibbi əməliyyatlar keçirmişdir. Müharibədən sonra Quba rayon X1, Respublika Psixiatriya Xəstəxanasında mütəmadi stasionar müalicələr almışdır. X13 Komissiyalarından keçmişdir. Komissiyalar tərəfindən qoyulan diaqnozlar təsdiqlənmişdir. Dəfələrlə «Baş beynin üzvi xəstəliyi /2 Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət dəyişikliyi,depressiv daxilolmalar yaddaşın zəifləməsi. Üzvi mənşəli /qapalı kəllə-beyin travması/affektiv pozuntu-ifadəli depressiv forması. Suiqəsd fikirləri.Baş beyin travması nəticəsində psixi-davranış pozuntuları» diaqnozu ilə əlillik təyin edilməsi üçün müraciətlər edilmişdir. Lakin cavabdeh tərəfindən əlillik təyinatından imtina edilmişdir. xx.xx.2024-cü ildə əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumatda «İmtina edilib.Səbəb:Diaqnoz öz təsdiqini tapmaması.Ətraflı:Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir» kimi göstərilmişdir. Cavabdehin bu qərarı ilə razı deyil. Çünki hazırda vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Quba rayon sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın rəhbər şəxsin qəbuluna müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1305 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom və psixotik mutizm əlamətləri İlə təzahür edən nəticəsi. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Vegetativ damar distoniyası. Barotravma (xx.xx.2020), ikitərəli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor aqıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), sol bazu, sol said, sol sağrı, sol ayaq, saq saidin kor qəlpə yaralanması, sol incik sümüyü diafizinin orta 1/3-nin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sınıq fraqmentlərinin gips immobilizasiyasından sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2404 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 13264/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ xx.xx.2023-xx.xx.2024-cü il tarixli 11996/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1783/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizodlar, anamnezində psixotik mutizm əlamətləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4012 nömrəli Tibbi rəyində diaqnoz "Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə. Anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, zəif eşitmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinə otağına daxil olarkən özünü anlaqsız şəxs kimi aparmışdır. Mövcud stasionar (gündüz) sənədlər və əvvəlki komissiya qeydlərinə əsasən fərqli klinikanı nümayiş etdirmişdir. Səbəbsiz olaraq polislərə hücum etmiş, otağı dağıtmışdır. Vətəndaşın atasından anamnestik məlumatlar toplanarkən absurd fikirlər səsləndirmiş, oğlunun 4 ildir ki, bu vəziyyətdə olduğunu iddia etmişdir. Lakin bu günə qədərki reseptlərdə heç bir antipsixotik təyinatı olmamışdır. Heç bir klinik əlaməti sadalaya bilməmişdir. Nümayiş etdirilən vəziyyət təqdim olunan sənədlərdəki diaqnozlarla tamamilə uyğunsuzluq təşkil etmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloji faktor təsdiqlənmir. Komissiyaya təqdim edilmiş sənədlərlə hazırda müşahidə olunan hazırki psixi status tam ziddiyət təşkil etmiş (Simulyativ xarakterli psixomatik oyanma müşahidə olunmuşdur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun оİaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1554/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya baş beynin üzvi xəstəliyi, (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın zəifləməsi, üzvi mənşəli (qapalı kəllə beyin travması) affektiv pozuntu-ifadəli depressiv forması. Suiqəsd fikirləri. Baş beynin travması nəticəsində psixi-davranış pozuntuları) diaqnozu müyyən edilmiş, lakin onun barəsində cavabdeh orqan tərəfindən diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (Travma Mənşəli) X8 Daxilolmalarla” F 07.0 müəyyən edilir. İddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi isə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbəindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Obyektivlik və qərəzliliyin olmaması baxımından Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birlikdə müayinə edilmişdir. Nəticədə vətəndaşın mühakimə və analiz qabiliyyətinin tam adaptiv olması, psixi durumu səbəbindən kənar şəxsin qulluğu və ya nəzarətinə ehtiyac yaradacaq ağırlaşmaların olmadığı müəyyən edilmişdir. Təyin edilmiş diaqnozda qeyd edilmiş etioloji faktor ilkin və tibbi sənədlərlə təsdiqini tapmamışdır, öncəki müayinə zamanı psixotik vəziyyət göstərmiş, atası da daxil olaraq sərgilədiyi vəziyyəti əsaslandırmağa çalışmış, lakin buna uyğun gəlməyən reseptləri diqqət çəkmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloji faktor təsdiqlənmir. Komissiyaya təqdim edilmiş sənədlərlə hazırki klinik mənzərə tam ziddiyət təşkil etmişdir. Məqsədyönlü nümayişkar davranış (ədəbsiz hərəkət və ifadələr)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində ekspert qarşısında hansı sualların qoyulması məsələsi ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Həmçinin şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qovulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən sualların qeyd edilməsi əsassız və Ali Məhkəmənin icmal məktubunda qeyd edilən hallara ziddir. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İdiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiə edilməsi ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Bənd 7.6.2. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-XBT kodu F06 üzvi mənşəli şəxsiyyət pozuntusu - XBT kodu F07.0 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- XBT kodu F07.8 Qymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik diaqnoz öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib eidlmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar yaddaşın zəifləməsi (XBT kodu F07.0)”, ağırlaşmaları “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin travması nəticəsində psixi-davranış pozuntuları (XBT kodu F07.8)”, yanaşı xəstəlikləri “Əhvalın üzvi mənşəli pozuntsu, üzvi mənşəli (qapalı kəllə beyin travması) affektiv pozuntu-ifadəli depressiv forması Suiqəsd fikirləri (XBT kodu F06.3)”, “Dəqiqləşdirilməmiş pannikulit (XBT kodu M79.3)”, “Dərinin dəqiqləşdirilməmiş hipertrofik dəyişiklikləri (XBT kodu L91.9)”, “Digər daimi ağqı (XBT kodu R52.2)” kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom və psixotik mutizm əlamətləri ilə təzahür edən nəticəsi.Mülayim (orta) dərəcə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Vegetativ damar, Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltılı nitqin qulağda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), sol bazu, sol saiq, sol sağru, ayaq sağ saidin kor qəlpə yaralanması, sol incik sümüyü diafizinin orta 1/3-nin açıq, yerdəyişmiş sınığına aparılmış yaraların birincili cərrahı işlənməsi, sınıq fraqmentlərinin gips immobilizasiyasından sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi: (metal qəlpələr)" kimi qeyd edilmiş, habelə səbəbli əlaqəsi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi əks olunmuşdur. İş materiallarından görünür ki, “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in həkim psixiatr komissiyası tərəfindən iddiaçı əyani müayinə olunmuş, onun barəsində məhz XBT kodu F07.0, F06.3 olan diaqnoz xəstəliklərin və onların əlamətlərinin aşkar olunması barədə rəy verilmişdir. İş materiallarında olan ambulator kartadan çıxarış və digər sənədlərdən görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı stasionar müalicədə olmuşdur. İş materiallarında olan və tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində XBT kodu F07.0, F06.3 olan diaqnoz xəstəliklər və onların əlamətləri aşkar olunur. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş həkim-psixiatr komissiyasının rəyləri, ekspert rəyi əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən (müvafiq rəylərin əksinə dair halları müəyyən edən) heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu F07) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş həkim-psixiatr və ekspert rəylərinin məzmununda idiaçıda baş-beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın zəifləməsi ilə, anamnezində psixotik mutizm əlamətləri və intihar cəhdləri, üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu əlamətlərinin aşkar olunduğu qeyd edilmişdir. Hansı ki, həmin əlamətlər məhz əlilliyin təyin edilməsinə əsas olan qiymətləndirmə üzrə əlamətlər (davranış pozuntuları, aqressiv davranış, intihar cəhdləri və s.) kimi yuxarıda istinad edilən müvafiq Qərarda öz əksini tapmışdır. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “patofunksional dəyişikliyin əlillik səviyyəsində olmaması” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (patofunksional dəyişiklik əlamətlərinin əlillik səviyyəsində olmaması, ağırlaşma əlamətlərinin olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin mütəxəssis vəekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hala hüquqi qiymət verilməmişdir. Bu baxımından qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əlilliyin səbəbli əlaqəsi ilə bağlı hissədə iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmış, ona uyğun olaraq, kollegiya tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməklə, məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” səbəb əlaqə ilə əlaqədar olaraq əlilliyin təyin edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, indiki halda iddiaçının əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma nəticəsində baş verməsi iş materialları əsasında təsdiq olunduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, əlillliyin təyin edilməsi müvafiq tibbi göndərişin tərtib edilməsi əsasında deyil, məhz həmin tibbi göndəriş rəsmiləşdirildikdən sonra, cavabdeh tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla, bu barədə qərar qəbul edilməsi əsasında həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyin edilməsi məhz cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina barədə müvafiq qərarın qəbul edildiyi tarixdən (xx.xx.2024-cü il tarixdən) təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1554/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.