Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-376/2023 01.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri XN və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin N7 dekabr N0NN-ci il tarixli, N-1(118)-1741/N0NN nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.N0NN-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə yazılı formada cavab verilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən səfərbərliyə cəlb olunmuş və N nömrəli hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli, 0116 nömrəli əmrinə əsasən Hərbi Hava Qüvvələrinin X8 Qoşunlarının N nömrəli hərbi hissəsi tam tərkibdə döyüş əməliyyatlarına cəlb olunmuş hesab edilmişdir. Müvafiq qeydlər onun hərbi biletin 19-cu qrafasında öz əksini tapmışdır. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün xx.xx.N0NN-ci il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış müharibə veteranı adı və vəsiqəsinin verilməsi üzrə müvafiq komissiyaya müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamış və nəticəsiz qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin N7 dekabr N0NN-ci il tarixli, N-1(118)-1741/N0NN nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. (V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N116 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 11-ci abzasına görə N0N0-ci il sentyabrın N7-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X8, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İddiaçının təqdim etdiyi sübutlarla onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlənir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.N0N3-cü il tarixli 4/3-1633 nömrəli məktubunda və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının N7.09-xx.xx.N0N0-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbayan Respublikası Nazirlər Kabinetinin N0N1-ci il N dekabr tarixli 4N0 nömrəli Qərarının 1.1-ci, 1.N-ci və 1.3-cü yarımbəndlərində qeyd edilən tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.N0NN-ci il tarixli iclas protokoluna əsasən komissiya “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” üçün razılaşdırılması məqsədi ilə sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Həmçinin, inzibati iş materialına əlavə edilmiş iddiaçının adına tərtib edilmiş arayışməlumatda iddiaçının döyüş əməliyyatları zamanı Yevlax rayon Xaldan qəsəbəsindəki xidməti yerində olduğu qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. İş materiallarına əlavə edilmiş Arayış-məlumatdan görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş və Yevlax rayonunun Xaldan qəsəbəsində yerləşən bölmələrində əks hücum zamanı divizionun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılması qismində fəaliyyət göstərmişdir. Belə olan halda iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N dekabr N0N1-ci il tarixli, 4N0 nömrəli Qərarının ( AR NK-nın xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüvü uğrunda N7 sentyabr N0N0ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və va orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və va bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları verinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə)........) tələblərinə ziddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tələblərinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərlə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qaydası fərqlidir. Belə ki, Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasının tələblərinə əsasən “müharibə veteranı” adı və vəsiqəsi N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək X8 bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə verilir. Mənəvi-psixoloji təminat növü döyüş əməliyyatlarının bütün təminat növlərinə aid edildiyindən həmin şəxslərə münasibətdə müharibə veteranı adının verilməsi üçün şərt Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə müvafiq tapşırıqların yerinə yetirilməsidir. Lakin iddiaçı həmin ərazilərdə deyil, Mingəçevir şəhərində mənəvi-psixoloji təminat növü üzrə tapşırıqları yerinə yetirdiyindən iddia tələbi əsassızdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, “müharibə veteranı” adı və vəsiqəsi verilə bilməsi üçün döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları yerinə yetirən şəxslər bilavasitə Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə tapşırıqları yetirməlidirlər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, o, N nömrəli hərbi hissənin tərkibində X8 qüvvələrində divizion komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində döyüş əməliyyatlarının mənəvipsixoloji və maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı onun barəsində tərtib edilmiş arayışməlumatda qeyd edilən Yevlax rayon Xaldan yaşayış məntəqəsində xidmət etməmişdir. Belə ki, həmin ərazi onun xidmət etdiyi hərbi hissənin döyüş infrastrukturunun anbarı olmuşdur. O, N nömrəli hərbi hissənin yerləşdiyi Mingəçevir şəhərində xidmət etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan işin faktiki halları araşdırılmamış, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Bleə ki, işə baxan məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci abzasına istinad edərək iddiaçının təqdim etdiyi sübutlarla onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin təsdiqlənməsi əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahının razılaşdırılması üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarınını və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərildiyini bildirmiş, həmin iş üzrə artıq mübahisə olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, 4/3-11131 nömrəli məktubdan görünür ki, təqdim olunmuş sənədlərdə iddiaçının N7.09-xx.xx.N0N0-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli qərarında dəyişiklik edilməsi barədə AR NK-nın N0N1-ci il N dekabr tarixli, 4N0 nömrəli qərarının 1.1, 1.N və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.N0NN-ci il tarixli iclas protokoluna əsasən komissiya ona təsdiq edilmiş “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı iddiaçının da adının qeyd olunduğu müvafiq siyahının razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulsa da, daha sonra sonuncuya müvafiq ad və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından onun adı razılaşdırılması üçün göndərilən siyahıdan çıxarılmışdır. Bundan sonra cavabdeh tərəfindən iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə N1 sentyabr N0N0-ci il tarixli, 34N nömrəli əmrinin N-ci bəndinə əsasən iddiaçı N1 sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 4-cü Divizion komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Həmin hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli, 449 nömrəli əmrinin N-ci bəndinə müvafiq olaraq iddiaçı səfərbərlikdən tərxis edilmiş və N9 dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletin N0-ci bəndindən görünür ki, o, 95N-ci ZRB tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 0116 nömrəli əmrinə əsasən 95N-ci il zenit raket briqadası tam tərkibdə döyüş əməliyyatlarına cəlb edilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 11 mart N0NN-ci il tarixli, 85 nömrəli arayışına əsasən iddiaçı SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi tərəfindən səfərbərliyə cəlb olunaraq xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli 014N7 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən ehtiyata buraxılmışdır. Ehtiyatda olan zabit mayor İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Sadalanan sənədlərdə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 0116 nömrəli əmrinə əsasən 95N-ci il zenit raket briqadasının tam tərkibdə döyüş əməliyyatlarına cəlb edildiyi və iddiaçının da həmin briqadanın tərkibində xidmət etdiyi qeyd edilmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin yuxarıda qeyd edilən N5 dekabr N0N0-ci il tarixli 0116 nömrəli əmrindən görünür ki, əmrin 1 və 1.5-ci bəndinə əsasən N nömrəli hərbi hissə N7 sentyabr N0N0-ci il tarixdən daimi dislokasiya məntəqələrinə qayıdanadək döyüş şəraitində yerləşən və döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və bölmə hesab edilmişdir. Bununla yanaşı, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən X8 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Yevlax rayonu Xaldan yaşayış məntəqəsində N nömrəli hərbi hissədə divizion komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində əks hücum zamanı divizionun şəxsi heyətinin mənəvipsixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında iştirak etmişdir. Kollegiya işin hüquqi halları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu və 11-ci abzaslarına istinad etməyi zəruri hesab edir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: - 10-cu abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 11-ci abzas. N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X8, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - N-ci bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, X8 bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək X8 bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; N) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı Yevlax rayonu Xaldan yaşayış məntəqəsində N nömrəli hərbi hissədə X8 tərkibində döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin tərkibində X8 qüvvələrində divizion komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində döyüş əməliyyatlarının mənəvi-psixoloji və maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı X8 bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, digər təminat növləri üzrə tapşırıqları yerinə yetirmişdir. Lakin onun xidmət etdiyi N nömrəli hərbi hissənin yerləşdiyi Yevlax rayonu Xaldan yaşayış məntəqəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Bununla bağlı iddiaçı məhkəmə iclasında izahatında əlavə olaraq qeyd etmişdir ki, o, barəsində hərbi hissə tərəfindən tərtib edilmiş arayış-məlumatda qeyd edilən Yevlax rayon Xaldan yaşayış məntəqəsində xidmət etməmişdir, belə ki, həmin ərazi onun xidmət etdiyi hərbi hissənin döyüş infrastrukturunun anbarı olmuşdur. O, N nömrəli hərbi hissənin yerləşdiyi Mingəçevir şəhərində xidmət etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçının Yevlax rayonunda deyil, Mingəçevir şəhərində xidmət etdiyi qəbul edilsə də, Mingəçevir şəhəri də Əsasnamənin 1ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işə işin yuxarıda sadalanan xüsusatlarını araşdırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1N, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N7 dekabr N0NN-ci il tarixli, N-1(118)-1741/N0NN nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-376/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-376/2023
01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver