Məhkəmə qərarları › İş №2-1(105)-377/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-377/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-377/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 1 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X6 Sumqayıt şəhər şöbəsinə qarşı “müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilə qədərki dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müvinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəməiclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır və hesab edir ki, o müharibə veteranı vəsiqəsi aldığı xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilə qədərki dövr üçün müharibə veteranları üçün müəyyən olunmuş sosial müavinəti də almaq hüququ vardır. xx.xx.2020-ci ildə cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sumqayıt şəhər şöbəsinə müraciət edərək, müharibə veteranı vəsiqəsi aldığı xx.xx.2019-cu ildənxx.xx.2019-cu ilə qədərki dövr üçün ona müharibə veteranları üçün müəyyən olunmuş sosial müavinətin hesablanaraq, ona ödənilməsini xahiş etmişdir. Lakin onun xahişi təmin olunmamış, hesab edir ki, bu tamamilə qanunsuzdur, əsassızdır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmış qaydada ayrı–ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1·ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Qanunun 9.1 maddəsinin mətnindən də göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə, bu Qanunun qəbul edildiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Yəni hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə, onda qanun qəbul edildiyi gündən, hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən sonraya təsadüf edirsə, onda hüququn yarandığı gündən, lakin hər iki halda müraciətdən əvvəlki 3 ildən artıq olmayan müddət daxilində müavinət təyin edilir. İddiaçının müavinət almaq hüququ müharibə veteranı adının aldığı xx.xx.2019-cu il tarixdə yarandığından ona həmin tarixdən əvvəlki dövrə müavinət təyin edilməsi qanunsuzdur. Eyni zamanda Əmək və X4 Nazirliyinin xx.xx.2007-ci il tarixli 03/102 nömrəli məktubuna və “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir və müavinət almaq hüququ onlara veteran adının və vəsiqəsınin verildiyi gündən yaranır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən vətəndaş İddiaçı müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyi üçün müavinət hüququ həmin tarixdən yaranmışdır Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxıldıqda Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 1 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1962-ci ildə X1 vilayətində anadan olmuşdur və Daxili İşlər orqanlarında xidmət etmişdir. 90-cı illərdə DİO sıralarında Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və ona xidmətləri ilə bağlı müharibə veteranı vəsiqəsi verilmiş, lakin sonradan həmin vəsiqə geri alınaraq yenidən verilməmişdir. xx.xx.2019-cu il Fərmanına əsasən veteran statusu bərpa edilmiş, lakin veteran vəsiqəsi ona bir qədər gec, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir. Müharibə veteranları üçün müəyyən edilmiş müavinət də ona 2019-cu ilin avqust ayından hesablamışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan fərq ona ödənilməmişdir. Bununla bağlı cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin xx.xx.2020-ci il tarixli imtina məktubu göndərmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdən sonra tətbiq edilir. Bu imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, lakin məhkəmə qəbul etdiyi qərarında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad etməklə onun iddia tələbini rədd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhz sadalanan normalar və onun müavinət almaq hüququnun yarandığı tarixdən başlayaraq onun müharibə veteranı statusu ilə bağlı həmin müavinəti almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsini qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 1 saylı regional ərazi filialının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsində xx.xx.2019-cu ildən əvvəlki 4 ay 14 günün – xx.xx.2019-cu ildən xx.xx.2019-cu il ilədək olan dövr üçün müharibə veteranlarına təyin edilmiş müavinətin hesablanaraq ona ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə qərarında göstərmişdir ki, sonradan iddiaçı iddia ərizəsinə dəqiləşdirmə verərək bildirmişdir ki, müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2019cu ildə əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinə dəqiqləşdirmə kimi qəbul etdiyi ərizə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Sumqayıt şəhər şöbəsinə ünvanlanmışdır və iddiaçı həmin orqandan ona xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan müddət üçün 3 illik veteran müavinətinin hesablanaraq ödənilməsini xahiş etmişdir. İş materiallarında iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə verdiyi, ona xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan müddət üçün 3 illik veteran müavinətinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsinə dair ərizəsi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud tələbə (xx.xx.2019-cu ildən əvvəlki 4 ay 14 günün – xx.xx.2019-cu ildən xx.xx.2019-cu il ilədək olan dövr üçün müharibə veteranlarına təyin edilmiş müavinətin hesablanaraq ona ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması) qiymət verməmiş, iddia tələbindən kənara çıxaraq mahiyyəti üzrə qərar qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarıləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar