Məhkəmə qərarları › İş №2-1(105)-377/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-377/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-377/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildən 2019-cu il tarixə kimi 3-cü qrup müharibə əlili kimi ona verilməli olan pensiya və müavinətin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-986/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildən 2019-cu il tarixə kimi 3-cü qrup müharibə əlili kimi ona verilməli olan pensiya və müavinətin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ Müharibəsi əlilidir. Əlilliyi 1994-cü ildə yaranmışdır və dövlət orqanlarının korrupsioner hərəkətləri və səhlənkarlıqları ucbatından onun əlilliyi illərlə müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı 1994-cü ildən 2019-cu ilə qədər Müharibə əlili kimi pensiya və müavinətdən məhrum olmuşdur. Cavabdeh orqana həmin illər ərzində yığılıb qalmış və ona ödənməmiş pensiya və müavinətin verilməsi üçün 01.02.2021 -ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Bir ay ərzində cavab verilməməsi ərizədən imtina kimi qiymətləndirilir və həmin ərizədən 35 gün keçəndən sonra artıq iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 19 yanvar 1994-cü il tarixdən 25 aprel 1994-cü il tarixədək döyüşlərdə iştirak etmişdir. Bir neçə dəfə yaralanmışdır. Sonuncu dəfə 25 aprel 1994-cü il tarixdə ağır yaralanmaqla hospitalda müalicə olduqdan sonra tərxis edilmişdir. Həmin illərdən 2019-cu ilə qədər əlillik üzrə pensiyaya çıxmaq üçün mübarizə aparmış və nəhayət buna nail ola bilmişdir. Hazırda 2019-cu ildən əlilliyə görə pensiya alır. Amma əlillik üzrə pensiyası yalnız 2019cu ildən sonrakı tarixlərə verilir. Bu ilə qədər əlillik pulu ona verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-986/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-986/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün hesab olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: bu vaxta qədər verilməmiş pensiyanı tələb edir. Bu barədə cavabdehə ərizə ilə müraciət etmiş, ərizəyə cavab verilmədiyi üçün bunu imtina kimi qəbul edərək məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaya məhz Sumqayıt İnzibati Məhkəməsi baxmalıdır. Çünki bu inziabti işdir və inzibati işlər üzrə iddia iddiaçının yaşadığı yer üzrə məhkəməyə verilir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİMA HİSSƏ Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-986/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional Ərazi Filialına müraciət etməli olduğu halda, 1994-cü ildən 2019-cu il tarixə kimi 3-cü qrup müharibə əlili kimi ona verilməli olan pensiya və müavinətin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını istəmiş və həmin tələblə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti onun iradəsinə uyğun olaraq ziyanla bağlı kompensasiya tələbi kimi qəbul edilərsə, iddiaçı ziyanla bağlı kompensasiya tələbi ilə cavabdehin yerləşdiyi yerin məhkəməsinə müraciət edə bilər. İddiaçıya təyin edilmiş müavinətin təyin vaxtından narazı olduğu halda bununla bağlı həmin orqana müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Regional Ərazi X1 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Regional Ərazi Filialı- əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən sturuktur qurumudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi(publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-986/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-986/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar