Məhkəmə qərarları › İş №2-1(105)-378/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-378/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-378/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və X4 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon şöbəsinə qarşı “xx.xx.1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-290/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı maraqlı tərəflər Azərbaycan Respiblikası Əmlak Məsələləri Dövlət Komitəsinə və ƏƏSMN yanında DSMF-nin Siyəzən rayon şöbəsinə qarşı xx.xx.1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qarşı cavabdeh kimi DSMF-nin Siyəzən rayon Şöbəsinin cəlb edilməsini və xx.xx.1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-53/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilrək, İddiaçı xx xxxxxxx 2003-cü ildən xx xxxxxxx 2013-cü il tarixinədək əmək xəsarətinə görə ödənilməmiş müavinatın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Siyəzən rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu iul tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-53/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Qeyd olunan qərardad ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçənın işlədiyi müəssisəni, yəni “xxxxxxxxxxxxxxxxxx” X3 Müəssiləri Müdriyyətinin özəlləşdirilib-özəlləşdirilməməsi məsələsi araşdırılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1990-cı ildən “xxxxxxxxxxxxxxxxxx” X3 X1 Quşçuluq Fabrikinin TMM-nin anbarında yükləyici işində işləmişdir. 1991-ci ilin 11 yanvarında avtokranın qaldırıcı strelasını qaldıran zaman avtokranın strelası 10 kv-luq gərginlik xəttinə toxunmuşdur. Hadisə nəticəsində sağ əlinin 4-cü barmağnı amputasiya edilmişdir. Həmçinin onun sol ayağı sağ ayağından 7 sm qısadır. xx xxxxxx 1991-ci ildə TSEK-in qərarı ilə 3-cü qrup əlil kimi ona pensiya təyin edilmişdir. 2011-ci ildən isə 70 % xəsarət dəyməklə 2-ci qrup zəhmət əlili pensiyası təyin edilmişdir. Ona dəymiş zərərin əvəzini almaq üçün dəfələrlə işlədiyi idarəyə, DSMF-nin Siyəzən rayon şöbəsinə müraciət etmişdir. Müraciətilərə imtina məktubu ilə cavab verilərək bildirilmişdir ki, onun “xxxxxxxxxxxxxxx” ASC-də xəsarət almağı ilə əlaqədar heç bir sənəd aşkar edilməmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı özəlləşdirilən və idarə etməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödənc əvəzi aylıq müavinətin təyin eidlməsi və ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı təsdiq edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi “xxxxxxxxxxxxxxxxxx” X3 X2 Quşçuluq Fabrikinin adı həmin qərarda qeyd olunmadığı üçün ona aylıq ödəncin və qeyd etdiyi məbləğin verilməsinə dair iddianı qəbul etmir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-290/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx xxxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək əmək xəsarətinə görə ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon şöbəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-290/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr 242 nömrəli qərarı təsdiq edilmişdir. Bu Qərar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Bu Qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin və bu Qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. “xxxxxxxxxxxxxxxxxx” X3 Müəssisələr Müdiriyyətinin adı həmin qərarda qeyd olunmadığı üçün ona aylıq ödəncin verilməməsi barədə birinci instansiya məhkəməsinə etiraz etmişdirlər. Birinci instansiya məhkəməsinin göndərdiyi (Azərbaycan Respublikası ƏMDK və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi) sorğulara əsasən alınmış cavab məktublarından görünür ki, idarələrdə olan reyestrdə “xxxxxxxxxxxxxxxxxx” X3 Müəssisələr Müdiriyyətinin adı aşkar edilməmişdir. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən qeyd olunanlar nəzərə alınmamış, iddiaçıya əsasız olaraq məlum məhkəmə qərarını çıxartmış bununla da maddi hüquq normalarını pozmuşdur. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialının nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - iddiaçıya aid AZE N ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. -xx.xx.1991-ci il tarixli aktın surətindən görünür ki, iddiaçı T.Nadirov xx.xx.1991-ci ildə “xxxxxxxxxxxxxxxxxx” X3 X1 Quşçuluq Fabrikinində avtokranın qaldırıcı strelasını qaldıran zaman avtokranın strelası 10 kv-luq gərginlik xəttinə toxunaraq xəsarət almışdır. -iddiaçının adına açılmış ИТ-0918662 seriyalı əmək kitabçasının surətindən görünür ki, T.Nadirov xx.xx.1986-cı ildən xx.xx.1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixədək “xxxxxxxxxxxxxxxxxx” Tikilən idarənin müdiriyyəti tərəfindən Siyəzən quşçuluq fabrikində işə götürülmüşdür. -TSEK-nin xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, iddiaçıya həmin tarixdən 3-cü dərəcəli əlillik verilmişdir. -ƏMDK-nin xx.xx.2015-ci il tarixli məktubunda bildirilmişdir ki, X5 əsasında yaradılmış “xxxxxxxxxxxxxxx” ASC-nin səhmləri 2013-cü ilin oktyabr ayında tam olaraq özəlləşdirilmişdir və həmin tarixdən səhmdar cəmiyyəti müstəqil təsərrüfat subyekti kimi fəaliyyət göstərir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli sərəncamı ilə “xxxxxxxxxxxxx” Dövlət Şirkətinin xxxxxxxxxxxxxxx Quşçuluq Fabrikinin əsasında “xxxxxxxxxxxxxxx” ASC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2013-cü il tarixdə başa çatmışdır. -X6 Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, dövlət əmlakının Registrində “xxxxxxxxxxxxxxxxxx” X3 Müəssisələr Müdiriyyəti müəssisəsi ilə bağlı məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası ƏMDK tərəfindən verilmiş xx.xx.2018-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin siyahısı”na xxxxxxxxxxxxxxx quşçuluq fabrikinin adı daxil edilmişdir. Eyni zamanda sözügedən siyahı AR Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə də göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2008-ci il tarixli Fərmanı verilmiş və həmin Fərmanla “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ təsdiq edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin Qaydaların 3.1-ci bəndindən görünür ki, Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Sadalanan normalardan göründüyü istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş müəyyən kateqoriya şəxslərin hüquqları dövlət təminatı altına alınmışdır. İş materiallarından görünür ki, iddiaçı T.Nadirov “xxxxxxxxxxxxxxxxxx” Tikilən idarənin müdiriyyəti tərəfindən Siyəzən quşçuluq fabrikində işə götürülmüş, xx.xx.1991-ci ildə “xxxxxxxxxxxxxxxxxx” X3 X1 Quşçuluq Fabrikində xəsarət alımışdır. Apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin-“xxxxxxxxxxxxxxxxxx” X3 Müəssisələr Müdiriyyəti adlı qurumun mövcud olması, özəlləşdirilib-özəlləşdirilməməsi, ləğv edilmiş “xxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin hüquqi varisi barədə məlumatın verilməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏMDK tərəfindən verilmiş xx.xx.2020ci il tarixli məktubdan görünür ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1384 nömrəli sərəncamı ilə “xxxxxxxxxxxxx” Dövlət Şirkətinin “xxxxxxxxxxxxxxx” quşçuluq fabrikinin bazasında “xxxxxxxxxxxxxxx” ASC yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 05- 1/8896 nömrəli məktubu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilən siyahıya “xxxxxxxxxxxxxxx” ASC-nin də adı daxil edilmiş və qeyd edilən müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsinə dair həmin Nazirliyə məlumat verilmişdir. “xxxxxxxxxxxxxxx” ASC-nin dövlət mülkiyyətində olan səhmlərinin özəlləşdirilməsi xx.xx.2013-cü il tarixində başa çatmışdır. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli, **********784900 saylı məktubundan görünür ki, Azərquşçuluq Sənaye Dövlət Şirkətinin bazasında yaradılmış hüquqi şəxs barədə idarədə olan reyestrdə “Azərquşçuluq Sənaye Dövlət Şirkəti” adlı kommersiya qurumu aşkar edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-290/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-290/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar