Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-378/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə X21 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “X3 və qeyrilərinin evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-683/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X2 adına torpaq qeydi olan sahədə inşa edilmiş Quba şəhəri, H.Hüseynov küçəsi 22 saylı evdən keçmiş həyat yoldaşı X3, uşaqları X7, X4 və nəvələri X8, X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1955-ci ildən doğulduğu Quba şəhəri, H.Hüseynov küçəsi 22 saylı evdə yaşayır. Həmin ev onun atasının adına torpaq qeydi olan torpaq sahəsində inşa edilmişdir. O, xx.xx.1983-cü il tarixdə X3 ilə nikaha daxil olmuşdur, həmin nikahdan iki uşaqları vardır – Ramin və Samir. T.Həmidova ilə aralarındakı nikah xx.xx.1997-ci il tarixdə pozulmuş və keçmiş həyat yoldaşı uşaqları da götürüb Quba rayonu Zərdabi qəsəbəsinə köçmüşdür. Həmin vaxtdan köçüb getmələrinə baxmayaraq formal olaraq qeydiyyatları mübahisəli evdə qalmışdır. Bununla bağlı o, Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3, X7, X9, X8 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-683/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra üçüncü şəxsləri qeydiyyatdan çıxarılması üçün tələb hüququna malik olacaqdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh şəxslər-X3, X7, X11 və onların azyaşlı övladları olan X8, X10, mərhum atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş evdə qeydiyyatda olsalar da, adları qeyd edilmiş şəxslərin hamısı faktiki olaraq uzun müddətdir ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayırlar. Onunla birlikdə yaşamayan oğlu X7 yeni doğulmuş övladlarını yaşadığı Quba rayonunun Zərdabi qəsəbəsində inşa etdiyi mənzilə deyil, onun məlumatı və razılığı olmadan onun yaşadığı mənzilə qeydiyyata salmışdır. Adları qeyd edilmiş cavabdehlərin qeydiyyatının yaşadığı mənzildə olması formal xarakter daşıyır. Bu qonşular tərəfindən tərtib edilərək 09 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş aktda da öz təsdiqini bir daha tapır. Cavabdehlərin faktiki olaraq Quba rayonunun Zərdabi qəsəbəsində yaşaması, lakin atamın adına torpaq qeydi olan sahədə inşa edilmiş yaşadığı mənzildə qeydiyyatda olması onları dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Birinci instansiya məhkəməsi qərardadında qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra üçüncü şəxsləri qeydiyyatdan çıxarılması üçün tələb hüququna malik olacaqdır. Belə olan halda əgər onun yaşadığı mənzilə vərəsəlik hüququ yoxdursa, nə üçün onun məlumatı olmadan oğlu Ramin Çələbizadənin xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10 atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş evə hansı qanuni əsaslarla qeydiyyata salınmışdır. Hal-hazırda o doğulduğu və mərhum atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş Quba şəhəri Hikmət Hüseynov küçəsi, 22 nömrəli mənzildə ikinci ailəsi ilə birlikdə yaşayır və yuxarıda adları qeyd edilmiş şəxslərin həmin mənzildə qeydiyyatda qalmağına heç bir hüquqi əsasları yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı və cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-683/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında əks edilmiş subyektiv hüququn mahiyyəti ilə bağlı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən görünür ki, iddiaçı yaşadığı və üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi Quba şəhəri, H.Hüseynov küçəsi 22 saylı ev xx.xx.1980-ci il tarixli 2614 saylı torpaq qeydinə əsasən iddiaçının mərhum atası X2 adına qeydi alınmışdır. Lakin, iddiaçı atasının ölümündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almadığını və vərəsəlik hüququnun tanınmasına dair hazıradək müraciət etmədiyini bildirmişdir.İddiaçı bunu qeydiyyatda olan şəxslərin çıxarıldıqdan sonra həyata keçirmək niyyətində olması ilə izah etmişdir. Məhkəmə kollegiyası tərəfindən İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəflərini, o cümlədən iddianın mümkünlüyü ilə bağlı halları iddiaçı ilə müzakirə edilmiş, iddiaçıya yardım edilərək ona atasının vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərək müvafiq tələblə iddia qaldırmaq hüququ izah edilmiş, lakin iddiaçı xx.xx.1980-ci il tarixli 2614 saylı torpaq qeydinə və Quba Rayon İcra Hakimiyyətinin Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayənəliyinin xx.xx.2021-ci il tarixli arayışına istinad etməklə iddiasına mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi hüquqi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı müvafiq notariat orqanından atasının vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra üçüncü şəxsləri qeydiyyatdan çıxarılması üçün tələb hüququna malik olacaqdır. Hazırkı halda İddiaçının mübahisəli evə dair vərəsəlik və nəticə etibarı ilə mülkiyyət hüququ tanınmadığından onun qeyd edilən evdə yaşayış yeri üzrə qeydiyyatda olanların qeydiyyatdan çıxarılması barədə iddia qaldırmağa subyektiv hüququ mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-683/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-378/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-378/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver